Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/26
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7958
1   ...   18   19   20   21   22   23   24   25   26

91 
 
müsbət və ya mənfi ionlar əmələ  gətirən rentgen və  və 
qamma-şüalanmanı rentgen və kulonla ölçürlər.  
Radioaktiv tullantılar (RAT) – radioaktiv və  tərkibində 
radioaktiv izotoplar olan maddələrlə  işləyərkən  əmələ  gələn 
və radiasiya aktivliyi normadan artıq olan məhsullar. Maye 
və  bərk halda olurlar. Maye RAT-lara aktivliyi zəif (xüsusi 
aktivliyi 1x10-5 Ki/l-dən az), orta (xüsusi aktivliyi 1x10-5-1 
Ki/l-dən az) və yüksəksəviyyəli (xüsusi aktivliyi 1 Ki/l-dən 
az) olurlar. Bərk RAT-lar xüsusi aktivliyi a) 2x10-7 Ki/kq 
alfa-şüalanma üçün, b) 1x10-8 Ki/kq transuran elementlər 
üçün, c) 2x10-8 Ki/kq beta-şüalanma üçün, ç) qamma-
şüalanma üçün 1x10-8q-ekv radium. 
Raketdən Müdafiə Sistemlərinin (RMS)  məhdudlaş-
dırılması haqqında Müqavilə - 1972-ci il mayın 26-da 
Moskvada SSRİ ilə ABŞ  rəhbərləri tərəfindən imzalanmış 
müqavilə. 30 ildən artıq bir müddətdə dünya strateji 
sabitliyinin əsası olmuşdur. 
Roma klubu – müasir dövrün qlobal problemlərinin 
müzakirə edilməsi üçün Aurelio Peççeinin şəxsi təşəbbüsü və 
təşkilatçılığı ilə 1968-ci ildə yaradılmış ilk beynəlxalq qeyri-
hökumət təşkilatı.
 
Səhralaşma – meşələrin qırılması, bataqlaşma, torpağın 
şoranlaşması  və münbit qatının dağılması, torpaqdan qeyri-
səmərəli istifadə edilməsi (örüşlərin həddən artıq otarılması, 
qeyri-səmərəli becərilmə) və s. nəticəsində torpağın 
məhsuldarlığının aşağı düşməsi prosesi. 
Sənəd – iki mənada işlədilir: dar mənada – hər hansı bir faktı 
hüquqi cəhətdən təsdiq edən işgüzar kağız; geniş  mənada – 
zaman və  məkan içində ötürülmək məqsədi ilə 
informasiyanın qeydə alındığı yazının maddi daşıyıcısı (bu, 
kağız, kino və fotolent, maqnit yazısı, perfokart, disket, disk, 
istənilən informasiyadaşıyıcı konteyner və s.). 
Səth suları axını – atmosfer mənşəli suların ağırlıq 
qüvvəsinin təsiri altında Yerin səthi ilə hərəkəti prosesi. 


92 
 
Siyasi qlobalistika – politoloji elmi biliyin qlobal 
təhlükəsizlik siyasətinin formalaşmasını, qlobal sferanın 
tənzimlənməsinin imkan və vasitələrini tədqiq edən sahəsi. 
Sosium – 1) geniş mənada, insanların tarixən yaranmış bütün 
qarşılıqlı  fəaliyyət növlərinin və birlik formalarının 
məcmusudur; 2) dar mənada, sosial sistemin tarixən konkret 
tipi, sosial münasibətlərin müəyyən formasıdır; 3) ümumi 
əxlaqi-etik normalar ətrafında birləşmiş  şəxslərdən ibarət 
qrupdur; 4) insanların elə bir birliyidir ki, bu birlik, 
cəmiyyətin bütün mümkün sahələri ictimailəşir, yəni bu 
insanlar və onların varisləri üçün ümumi olur, qalan bütün 
birliklər isə başa çatmamış, yəni axıradək formalaşmamış 
cəmiyyət hesab olunurlar. 
Strateji hücum silahları (SHS-1) haqqında Saziş - 1991-ci 
il iyulun 31-də Moskvada imzalanmışdır. SSRİ/Rusiya və 
ABŞ-ın strateji hücum potensiallarının iki dəfə azalmasına 
gətirib çıxarmışdır. 
Strateji hücum silahlarının (SHS) azaldılması  və  məh-
dudlaşdırılması ilə bağlı  tədbirlər haqqında Müqavilə - 
2011-ci il aprelin 8-də Praqada Rusiya və ABŞ arasında 
imzalanmışdır. Müqavilə paritet əsasda bağlanıb. 2002-ci ildə 
qəbul olunmuş Moskva müqaviləsindən fərqli olaraq, tərəflər 
döyüş başlıqlarının sayını 3 dəfə azaltmaq barədə razılığa 
gəliblər. Moskva müqaviləsində döyüş başlıqlarının sayı hər 
ölkə üçün 1700-2000 ədəd müəyyənləşmişdi. Bundan əlavə
müqaviləyə əsasən, Rusiya və ABŞ öz üzərlərinə strateji nüvə 
başlığı daşıyıcılarının sayını iki dəfə azaltmaq barədə öhdəlik 
götürmüşlər. 
Strateji hücum potensialları (SHP) haqqında Saziş - 2002-
ci il mayın 24-də Rusiya ilə ABŞ arasında imzalanmışdır. 
2013-cü ilədək nüvə potensiallarının xeyli sayda 
azaldılmasını nəzərdə tutur.
 
Strateji silahların məhdudlaşdırılması (SSM-1) haqqında 
müvəqqəti Saziş – 1972-ci il mayın 26-da Moskvada 


93 
 
imzalanmışdır. İki ölkə arasında qarşılıqlı strateji qarşıdurma 
səviyyəsinin kəmiyyətcə artım prosesinə ilk məhdudiyyətlər 
qoymuşdur. 
Strateji silahların məhdudlaşdırılması (SSM-2)  haqqında  
sovet-amerika Sazişi – 1979-ci ilin iyununda  Vyanada 
imzalanmışdır. Nüvə silahının və onun çatdırılması 
vasitələrinin keyfiyyətcə 
təkmilləşdirilməsi yolunda 
məhdudiyyətlər tətbiq etmişdir.  
Strateji silahların məhdudlaşdırılması (SSM-2)  haqqında  
sovet-amerika Sazişi  – 
1993-cü ilin yanvarında Rusiya və 
ABŞ prezidentləri SSM-2 Sazişini imzalamışlar. Bu Sazişə 
görə, hər iki dövlət nüvə raketləri ehtiyatlarının üçdə iki 
hissəsini ləğv etmək barədə razılığa gəlmişlər. 
Su layı – mədən suxurlarının, məsamələrin, çatların və digər 
boşluqların susızdıran qatı və ya qatları. 
Teleradio proqramları – daimi adı olan və ildə azı bir dəfə 
efirə buraxılan audio, audiovizual xəbər və materialların 
(verilişlərin) məcmusu. 
Teratogenlər 
– 
orqanizmə  təsir edərkən teratogenezin 
(orqanizmin inkişafında eybəcərlik və digər anomaliyalar) 
əmələ gəlməsi. 
Terrorizm – aksiyanı icra edənin şəxsiyyəti və ya icra etdiyi 
işin mahiyyəti ilə deyil, aksiyanın xarakteri ilə müəyyən 
olunur. Bütün terror aksiyaları zorakılığın tətbiqi və 
zorakılıqla hədələməklə bağlı olur, əksər hallarda konkret 
tələblərin irəli sürülməsi ilə müşayiət olunur. Zorakılıqlar 
əsasən mülki obyektlərə yönəldilir, aksiyanın motivləri isə 
siyasi xarakter daşıyır. Aksiyalar daha geniş ictimai diqqəti 
cəlb edən bir tərzdə  həyata keçirilir. İcraçılar, adətən, 
mütəşəkkil qrupların üzvləri olurlar və digər cinayətkar 
qruplardan fərqli olaraq həyata keçirdikləri aksiyaya görə 
məsuliyyəti öz üzərlərinə götürürlər. Nəhayət, aksiyanın özü 
bilavasitə vurulan fiziki zərərin çərçivəsindən kənara çıxan 
təsir göstərmək imkanına malik olur. Terror aktlarının 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə