Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/26
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7958
1   ...   16   17   18   19   20   21   22   23   ...   26

73 
 
tapşırıqlarının səmərəli  şəkildə  həllinə  şətait yaradır, fənnin 
tədrisi sisteminin bütün elementlərinə təsir göstərir. 
Dərs zamanı işgüzar oyunları təşkil edərkən aşağıdakı 
əsas məqamlara ciddi diqqət yetirilməlidir:  
1.  Jurnalist əsəri mətn növü kimi. 
2.  Jurnalist mətni xüsusi növ yaradıcılığın nəticəsi 
kimi. 
3.  Cəmiyyətin sosial-iqtisadi və ictimai-siyasi həyatı 
və jurnalistin səriştəliliyi. 
4.  Oxucu və tamaşaçıya təsir prosesi və jurnalistin 
sosial mövqeyi. 
5.  Jurnalistikada gerçəkliyin operativ əks etdirilməsi. 
6.  Jurnalist yaradıcılığı və mədəniyyəti. 
7.  Jurnalist yaradıcılığının qanunauyğunluğu. 
8.  Jurnalistin hüquq və  etikası.  
MƏQALƏ 
 
İştirak edirlər: 
Müxbir – tələbə. 
Şöbənin redaktoru – tələbə. 
Məsul katib – tələbə. 
Baş redaktor – tələbə. 
Birinci hərəkət. Tələbə evdə yazdığı materialı 
dərsə gətirir. 
Tələbəyə verilən tapşırıq: təqdim etdiyiniz materialın 
məqalə olduğunu sübut edin. Redaksiyanı inandırın 
ki, məqaləniz aktual problemə  həsr olunub və 
kompozisiyası düzdür. Məqalənizdəki faktların, 
məntiqi və emosional vasitələrin, tezis, antitezis, 
induksiya və deduksiyanın,  əsaslandırma sisteminin 
necə “işləməsini” göstərin. 


74 
 
 
İkinci hərəkət.  Şöbənin redaktoru materialı 
redaktə edir. Şöbə redaktoru rolunu oynayan tələbəyə 
aşağıdakı tapşırıqlar verilir: 
1.  Materialın peşəkarlıq səviyyəsini qiymətləndirin. 
O, məqalə janrına uyğundurmu? 
2.  Məqalənin müəllifinin problemin, kritik 
situasiyanın və ya müsbət təcrübənin təhlili 
sayəsində  əldə etdiyi nəticələr inandırıcıdırmı? 
Onun tövsiyələri əsaslandırılıbmı? 
3.  Materialın rubrikasını müəyyən edin. Başlığı 
qiymətləndirin. 
4.  Materiala lazımi düzəlişləri edin və yaxud onu 
yenidən işləyib başa çatdırmaq üçün müəllifə 
qaytarın. 
Üçüncü hərəkət.  Material katibliyə  təhvil 
verilmişdir. Məsul katib rolunu oynayan tələbəyə 
tapşırıq verilir: 
1.  Təqdim olunan material barədə qərar qəbul edin. 
2.  Materialda nəyin çatmadığını, nəyinsə artıq 
olduğunu müəyyən edin. 
3.  Rubrika və başlıqla razısınızmı? 
4.  Lazımi düzəlişləri edin və ya da onu şöbəyə 
qaytarın. 
Dördüncü hərəkət.  Baş redaktor qərar qəbul 
edir. Baş redaktor rolunu oynayan tələbəyə tapşırıq 
verilir: 
1.  Materialı qiymətləndirin. 
2.  Tənqidin və yaxud müsbət təcrübənin ünvanının 
dəqiq verilib-verimədiyini müəyyən edin. 
3.  Oxucunun bu materiala mümkün reaksiyasını 
müəyyən etməyə çalışın. 
4.  Redaktor düzəlişlərini edin və ya da materialı 
katibliyə qaytarın. 


75 
 
Beşinci hərəkət. 
Material artıq çap 
olunmuşdur  (şərti). Redaksiyanın əməkdaşları rolunu 
oynayan tələbələrə tapşırıq verilir: - Materialın üstün 
və çatışmayan cəhətlərini qiymətləndirin.  
Altıncı  hərəkət.  Naşirin adından çıxış edən  
müəllim materialı qiymətləndirir,  onun 
səmərəliliyinin səviyyəsini müəyyən edir, işgüzar 
oyunu yekunlaşdırır. 
OÇERK  
İştirak edirlər: 
Oçerkin müəllifi – tələbə. 
Şöbənin redaktoru – tələbə. 
Məsul katib – tələbə. 
Baş redaktor – tələbə. 
Birinci hərəkət. Tələbə evdə yazdığı materialı 
dərsə  gətirir. Tələbəyə verilən tapşırıq: təqdim 
etdiyiniz materialın oçerk olduğunu sübut edin. 
Redaksiyanın  əməkdaşlarını inandırın ki, problem və 
mövzunuzun qəhrəmanı ilə bağlı seçiminiz 
düzgündür.  Oçerkin növünün və süjetinin seçimini 
əsaslandırın. Haqqında yazdığınız insanın  şəxsi 
keyfiyyətlərini açıb göstərən münaqişə sizin 
tərəfinizdən uğurlamı təsvir olunur? 
İkinci hərəkət.  Şöbənin redaktoru materialı 
redaktə edir. Şöbə redaktoru rolunu oynayan tələbəyə 
aşağıdakı tapşırıqlar verilir: 
1.  Materialın peşəkarlıq səviyyəsini qiymətləndirin. 
O, oçerk janrına uyğundurmu? 
2.  Müəllifin materialda oçerkin qəhrəmanının  şəxsi 
keyfiyyətlərini, onun xarakterini, hərəkətlərini  
açıb göstərməsi və  əldə etdiyi nəticələr 
inandırıcıdırmı? 
3.  Başlıqları qiymətləndirin. 


76 
 
4.  Materiala lazımi düzəlişləri edin və yaxud onu 
yenidən işləyib başa çatdırmaq üçün müəllifə 
qaytarın. 
Üçüncü hərəkət.  Material katibliyə  təhvil 
verilmişdir. Məsul katib rolunu oynayan tələbəyə 
tapşırıq verilir: 
1.  Təqdim olunan material barədə qərar qəbul edin. 
2.  Materialda nəyin çatmadığını, nəyinsə artıq 
olduğunu müəyyən edin. 
3.  Başlıqlarla razısınızmı? 
4.  Lazımi düzəlişləri edin və ya da materialı şöbəyə 
qaytarın. 
Dördüncü hərəkət.  Baş redaktor qərar qəbul 
edir. Baş redaktor rolunu oynayan tələbəyə tapşırıq 
verilir: 
1.  Materialı qiymətləndirin. 
2.  Oxucunun bu materiala mümkün reaksiyasını 
müəyyən etməyə çalışın. 
3.  Redaktor düzəlişlərini edin və ya da materialı 
katibliyə qaytarın.    
Beşinci hərəkət. 
Material artıq çap 
olunmuşdur  (şərti). Redaksiyanın əməkdaşları rolunu 
oynayan tələbələrə tapşırıq verilir: - Materialın üstün 
və çatışmayan cəhətlərini qiymətləndirin.  
Altıncı  hərəkət.  Naşirin adından çıxış edən  
müəllim materialı qiymətləndirir,  onun 
səmərəliliyinin səviyyəsini müəyyən edir, işgüzar 
oyunu yekunlaşdırır. 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə