59
İkincisi bazara yeni iri qrup emitentlərin - bələdiyyələrin qoşulmasıdır. Onlar da
böyük əhali kütləsi üçün borc qiymətli kağızları buraxa bilər və cəlb olunmuş
vəsaitləri bələdiyyə proqramlarının reallaşmasında istifadə edə bilərlər. Bu gün ki
dövrdə regionlarımızda sosial-iqtisadi inkişafa nail olmağın ən mühim amillərindən
biri məhz yeni maliyyələşmə aləti olan bələdiyyə qiymətli kağızlarının
buraxılmasıdır.
Azərbaycanda fond bazarının formalaşması bir çox problemlərlə üzləşmişdir və
bazarın inkişafı üçün onlar aradan qaldırılmalıdır. Bunun üçün biz aşağıdakıları təklif
edə bilərik:
a) ilkin bazarda istiqrazların yerləşdirilməsinin əsas institutu kimi investisiya
bankları və investisiya fondları çıxış etməlidir. İnvestisiya fondları haqqında
hazırlanan qanuna fondların iki növü (səhmdar və paylı investisiya fondları) daxil
olunub. Qeyd etməliyəm ki, hal-hazırda inkişaf edən bazarlarda əsasən paylı
investisiya fondları geniş yayılıb yəni PİF. PİF-in əsas fəaliyyəti isə fərdi investorlara
payların satışından əldə olunan maliyyə vəsaitlərinin müxtəlif qiymətli kağızların və
digər aktivlərin alınmasına yönəldilməsindən ibarətdir;
b)Respublikamızda beynəlxalq və daxili mühitə müvafiq olaraq investisiya
siyasətinin konseptual konturları müəyyənləşdirilməli və milli maraqlara cavab verən
qiymətli kağızlar bazarı konsepsiyası işlənib hazırlanmalıdır;
c)Respublikamızda qiymətli kağızlar bazarının rəqabət qabiliyyətinin
gücləndirilməsi üçün dövriyyədə olan investisiya resurslarının həcminin
artırılmalıdır.Habelə, Mərkəzi Asiya MDB və başqa yaxın qonşu dövlətlərdə
buraxılan maliyyə vasitələri üçün Bakıda beynəlxalq qiymətli kağızlar bazarının
formalaşdırılmasına istiqamətlənmiş tədbirlər proqramı həyata keçirilməlidir.
d)Birmənalı olaraq "Euronext" birja timsalında Bakıda fəaliyyət göstərəcək
regional və ya da beynəlxalq fond birjası yaradılmalıdır;
e)bazarın riskləri haqqında informasiya açıqlanmalıdır.Həmçinin, qiymətli
kağızlar bazarında ticarətin həyata keçirilməsi üzrə etik prinsiplər işlənib
hazırlanmalıdır;
60
f)Müxtəlif dövlət proqramları işlənməli investorların maarifləndirilməsi,
həmçinin investisiya və korporativ idarəetmə mədəniyyətinin formalaşdırılması üzrə
də dövlət proqramları işlənib hazırlanmalı və reallaşdırılmalıdır;
g) qiymətli kağızlar bazarının vasitəsi ilə real sektora yönəldilən investisiyaların
stimullaşdırılması baxımından qiymətli kağızlar bazarı tənzimlənməlidir;
h)Respublikamızın iqtisadiyyatında mülkiyyətin diversifikasiya edilməsi, orta
sinifin formalaşdırılması prosesində kütləvi investisiya modelinə keçilməlidir;
l) təsnifləşdirilmiş qiymətli kağızlar bazarı kateqoriyasına keçməklə
Azərbaycanın qiymətli kağızlar bazarının inkişaf etməkdə olan bazar kateqoriyasına
daxil olması üçün səhm bazarının kapitallaşması ÜDM-in 30-40 faizinə
çatdırılmalıdır. Bu o deməkdir ki müasir Azərbaycan qiymətli kağızlar bazarı
həcminin 8-10 dəfə artırılib.
Vurğulamalıyam ki bu gün Azərbaycan qiymətli kağızlar bazarında xarici
investorların fəaliyyət göstərməsi ölkə iqtisadiyyatının inkişaf etdirilməsində ən
mühim amillərdən biridir. Azərbaycan bazarı əlverişli investisiya mühitinə
malikdir.Elə bununla əlaqədar olaraq fond bazarında bir çox problemlərin olmasına
baxmayaraq, xarici investorlar və beynəlxalq qurumlar kapital yatırılması imkanları
üçün Azərbaycan bazarını kifayət qədər perspektivli bazar hesab edirlər.
3.2Qiymətli kağızlar bazarının perspektiv inkişaf istiqamətləri
Qiymətli kağızlar bazarının inkişafından danışarkən bildirməliyəm ki bu bazarın
inkişafı bir sıra dövlət qurumlarının işindən, qanunvericilik bazasından, fiziki
şəxslərin fəallığından və asir amillərdən asılıdır. Hazırdakı bazarda ən mühim
təşkilatı işlər görülüb, bazar infrastrukturu sıfırdan başlayaraq yaradılıb, dünya
standartlarına uyğun olan və beynəlxalq maliyyə qurumlarının mütəxəssisləri
tərəfindən normativ hüquqi baza yaradılıb. Burada məqsəd istənilən yollarla bazarda
bağlanılan əqdlərin həcminin artırmaq deyil. Məqsəd bazarda baş verən proseslərin
şəffaflığının təmin edilməsi və həmçinin qiymətli kağızlar bazarında risklərin
61
minimuma endirilməsidir. Qeyd edim ki bu məqsədlə yaradılan normativ-hüquqi
bazada bir sıra hallara diqqət edilmişdir.Məsələn investorların hüquqlarının
qorunması, qiymətli kağızlar bazarında məlumatın açıqlanması, , qiymətlərlə
manipulyasiyanın qarşısının alınması həmçinin ölkənin fond bazarının daxili və xarici
investisiya resurslarının iqtisadiyyatın real sektorunda akkumulyasiya edilməsi və
bazanın spekulyativ əqdlar bazarına çevrilməsinin qarşısının alınmasına yönəldilmiş
digər hərəkətlər bunlara daxildir. Bir sıra inkişafda olan ölkələrin, bank sisteminin
böhranı ilə nəticələnən və iqtisadiyyatın ümumi böhranına gətirən spekulyativ
bazaların yaradılması səhvinə yol vermək olmaz. Ölkədə formalaşmış vəziyyət daxili
kağızlar bazarının inkişafında portfel investisiyalarının rolunun qiymətləndirilməsi
zərurətini dikdə edir. Kapital axımının spekulyativ hissəsini onun investisiya
hissəsindən ayrı dəyərləndirmək lazımdır. başqa sözlə, gələcəkdə qiymətli kağızların
qiymətlərinin kəskin şəkildəenib-qalxmasına yol verilməməsi məqsədi ilə investisiya
resurslarının və qiymətli kağızlar bazarının imkanlarının müsbətliyi təmin
edilməlidir.
Qiymətli kağızlar bazarının institusional inkişafı ilə bağlı əsas istiqamətlər
aşağıdakılardır:
a)Fond birjasının hüquqi və təşkilati cəhətdən inkişaf etmiş beynəlxalq
təcrübəyə uyğun təkmilləşdirilməsi həmçinin yeni ticarət sisteminin tətbiqi ilə baza
və törəmə maliyyə alətlərinin ticarəti imkanlarının genişləndirilməsi(2011 – 2020)
b) Qiymətli kağızların və onların üzərində hüquqların qeydiyyatı və uçotu
mexanizmlərinin sadələşdirilməsi(2011 – 2013)
c)Dövlət və korporativ qiymətli kağızların vahid mərkəzi depozitar sisteminin
yaradılması(2012 – 2014)
d)Qiymətli kağızların girovla yüklənməsi prosedurlarının optimallaşdırılması və
avtomatlaşdırılması(2012 – 2014)
e) Birjadankənar qiymətli kağızlar bazarının əməliyyat-hesablaşma sistemlərinin
klirinq sisteminə inteqrasiya edilməsi(2013 – 2016)
Dostları ilə paylaş: |