Azərbaycan respublikasinin təHSİl naziRLİYİ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə17/23
tarix26.03.2018
ölçüsü0,55 Mb.
#34770
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

 

50 


Hesabat  dövrü  ərzində  korporativ  qiymətli  kağızlar  bazarında  əhəmiyyətli 

canlanma  müşahidə  olunmuşdur.  Belə  ki,  dövr  ərzində  korporativ  qiymətli  kağızlar 

bazarının  həcmi  ötən  ilin  müvafiq  dövrü  ilə  müqayisədə  3,9  dəfə  artaraq  564,2 

milyon  manat  təşkil  etmişdir  ki,  nəticədə  korporativ  qiymətli  kağızlar  bazarının 

ümumi qiymətli kağızlar bazarında xüsusi çəkisi ötən ilin müvafiq göstəricisindən 5 

faiz çox olmuşdur. Səhm bazarı vasitəsilə maliyyələşmə meyllərində cari rüb ərzində 

əhəmiyyətli  aktivlik  müşahidə  olunmuşdur.  Belə  ki,  dövr  ərzində  səhmlərin  ilkin 

bazarında həyata keçirimiş əqdlərin sayı 6,7 dəfə, həcmi isə 5,1 dəfə artmışdır.  

2014-cü  ilin  ilk  3  ayı  ərzində  korporativ  qiymətli  kağızlar  bazarının  səhm 

seqmentində  mühüm  irəliləyiş  qeydə  alınmışdır.  Belə  ki,  kommersiya  banklarının 

fond bazarı vasitəsilə  öz kapitallarını  artırmaq  təşəbbüsləri  səhm  bazarının 2,6 dəfə 

artaraq 235,3 milyon manat təşkil etməsi ilə nəticələnmişdir.  

Cari  ilin  birinci  rübü  ərzində  korporativ  istiqrazlar  bazarı  ötən  ilin  müvafiq 

dövrü  ilə  müqayisədə  6,1  dəfə  artaraq  328,9  milyon  manat  təşkil  etmişdir.  Bu  növ 

alətlərlə  ilkin  bazarda  aparılan  əməliyyatların  həcmi  30  faiz  artaraq  38,2  milyon 

manat təşkil etmişdir. Korporativ istiqrazlar bazarının ən likvid aləti olan Azərbaycan 

İpoteka  Fondunun  (AİF)  istiqrazlarının  təkrar  bazarında  müşahidə  olunan  canlanma 

bütövlükdə korporativ istiqrazlar ilə təkrar bazar əməliyyatlarının həcminin 11,8 dəfə 

artaraq 290,6 milyon manat təşkil etməsi ilə nəticələnmişdir. 

Hesabat dövrü ərzində dövlət qiymətli kağızlar bazarının həcmi 2,3 dəfə artaraq 3,4 

milyon  manat  təşkil  etmişdir.  Dövr  ərzində  bu  sektorda  ən  əhəmiyyətli  hadisə 

Maliyyə  Nazirliyi  tərəfindən  1,25  milyard  manat  həcmində  avro  istiqrazların  xarici 

bazarlarda  yerləşdirilməsi  olmuşdur.  Belə  ki,  avro  istiqrazlara  160-dan  çox  ölkənin 

institusional  investorları  tərəfindən  böyük  maraq  göstərilmiş  və  nəticədə  bu  növ 

qiymətli kağızlara olan tələbat təklifdən 4 dəfə artıq olmuşdur. Bütövlükdə 2014-cü 

ilin  ilk  rübü  ərzində  5,5  milyon  manat  həcmində  dövlət  istiqrazlarının  və  144,9 

milyon  manat  həcmində  Mərkəzi  Bankın  notlarının  ticarəti  həyata  keçirilmişdir. 

Bununla yanaşı, dövr ərzində qiymətli kağızlar bazarında həyata keçirilmiş repo/əks 




 

51 


repo əməliyyatlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə artaraq 

3,3 milyon manat təşkil etmişdir. 

 

 

          İnvestisiya qiymətli kağızlar bazarı üzrə müqayisəli göstəricilər 



                                                                                                                               

Cədvəl 2.2 

Qiymətli  kağızlar  bazarının 

növü 


2015-ci il 

Yanvar-dekabr 

2014-cü il 

Yanvar-dekabr 

Məbləğ 

üzrə fərq 



(%) 

Əqdlərin 

sayı 

Məbləğ 


(AZN) 

Əqdlərin 

sayı 

Məbləğ 


(AZN) 

Korporativ qiymətli kağızlar  4855 



4 186 121 

930  

6534 


4 737 505 

901  

12% 


Ilkin bazar 

215 


1 913 926 

446  

770 


3 312 683 

938  

42% 


     Təkrar bazar 

4640 


2 272 195 

484  

5764 


1 424 821 

964  

59% 


Dövlət qiymətli kağızları 

130 


144 556 079   421 

4 156 582 

849  

97% 


Ilkin bazar 



78 

238 366 093   - 

Təkrar bazar 

130 

144 556 079   343 

3 918 216 

756  

96% 


Törəmə qiymətli kağızlar  

48814 


6 194 376 

766  

30328 


4 378 801 

557  

41% 


Qiymətli kağızlar bazarı 

53799 


10 525 054 

775  

37283 


13 272 890 

307  

21% 


                          

 

Cədvələ  nəzər  yetirsək  müşahidə  edərik  ki  dövlətin  monetar  və  fiskal 



siyasətinin  dəyişməsi  nəticəsində  dövlət  qiymətli  kağızlar  bazarının  azalması, 

eləcə    də    son    illər   ərzində    kapital    bazarlarının    lokomotivi    rolunu    oynayan  

korporativ    qiymətli  kağızlar  sektorunda  müşahidə  olunan  geriləmə  qiymətli 

kağızlar  bazarında  əqdlərin  həcminin  ötən  illə  müqayisədə 21 faiz azalaraq  10,5 

milyard manat təşkil etməsi ilə nəticələnmişdir. 



 

52 


 2015-ci il ərzində qlobal maliyyə və əmtəə bazarlarında baş verən proseslər 

ölkənin maliyyə sektoruna əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Dövr ərzində 

maliyyə 

sektorunda 

likvidliyin 

daralması 

nəticəsində 

investisiyaların 

uzunmüddətli  aktivlərdən  daha  likvid  və  qısamüddətli  aktivlərə  yönlənməsi 

tendensiyası qiymətli kağızlar bazarını xarakterizə edən əsas amil olmuşdur 

 

                                   Korporativ qiymətli kağızlar 

                                                                                                                          Cədvəl 

2.3                                                                                                                         

Qiymətli  kağızlar  bazarının 

növü 

2015-ci il 



Yanvar-dekabr 

2014-cü il 

Yanvar-dekabr 

Məbləğ 


üzrə fərq 

(%) 


Əqdlərin 

sayı 


Məbləğ 

(AZN) 


Əqdlərin 

sayı 


Məbləğ 

(AZN) 


Korporativ qiymətli kağızlar 

4855 


4 186 121 

930  

6534 


4 737 505 901  12% 

Səhmlər 


4159 

656 948 966  6033 

1 279 438 125  49% 

Ilkin bazar 

118 

272 818 223  661 

1 137 879 086  76% 

Təkrar bazar 

4041 

384 130 743  5372 

141 559 039 

2.7 dəfə 

Korporativ istiqrazlar 

696 


3  529  172 

964 

501 


3 458 067 777  2% 

 

 



      Hesabat  dövrü  ərzində  korporativ  qiymətli  kağızlar  bazarında  əqdlərin 

həcmi  orta  aylıq  89  faiz  artaraq  4,2  milyard  manata  çatmışdır.  Korporativ 

qiymətli  kağızların  ilkin  bazarında  durğunluq  müşahidə  olunsa  da,  bu  alətlərlə 

təkrar bazar əməliyyatları 59 faiz artaraq 2,3 milyard manat təşkil etmişdir. 

Cari  ildən  etibarən  səhm  bazarının  aktiv  iştirakçıları  olan  kommersiya 

banklarına  qarşı  kapital  tələb  artımının  müddətinin  bitməsi  bazarın  səhm 

seqmentinin  ötən  illə  müqayisədə  azalmasına  səbəb  olmuşdur.  Belə  ki,  dövr 

ərzində səhmlərin  yerləşdirilməsinin  76% geriləməsi bütövlükdə səhm  bazarında 

əməliyyatların  həcminin  49  faiz  azalaraq  656,9  milyon  manat  təşkil  etməsi  ilə 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə