Azərbaycan respublikasinin təHSİl naziRLİYİ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə13/23
tarix26.03.2018
ölçüsü0,55 Mb.
#34770
1   ...   9   10   11   12   13   14   15   16   ...   23

 

38 


əhalini ―oyunun qaydaları‖ haqqında məlumatlandırır.Geniş ictimaiyyəti QKDK-nın 

fəaliyyəti ilə tanış etmək məqsədilə internet saytı da hazırlanmışdır. 

Ümumiyətlə,  QKDK-nın  fəaliyyəti  qiymətli  kağızlar  bazarının  dövlət 

tənzimlənməsi  sisteminin  təkmilləşdirilməsi  yolu  ilə  Azərbaycanda  bu  bazarın 

inkişafına,iqtisadi  problemlərin  həll  olunması  üçün  zəmin  yaradılmasına  və 

beynəlxalq maliyyə bazarları sisteminə inteqrasiya olunmağa yönəlmişdir. 

Yaxın  illər  ərzində  ölkədə  qiymətli  kağızlar  bazarının  inkişafında  beynəlxalq 

təşkilatlar  tərəfindən  göstərilən  texniki  yardımın  böyük  rolu  vardır.Onlardan  biri, 

Avropa  Birliyi  tərəfindən  maliyələşdirilən  Tasisin  proqramına  daxil  olan 

AzərbaycanRespublikasının qiymətli kağızlar bazarının inkişaf layihəsidir. 

     Qeyd  etdiyim  layihənin  həyata  keçirilməsi  2010-cü  ilin  mart  ayında 

başlamışdır.O  2011-ci  ilin  sentyabr  ayında  sona  çatdırılıb.Layihə  Böyük  Britaniya 

―Securities  Research  Assosiates‖  şirkəti  tərəfindən  həyata  keçirilmişdir.Gostərilən 

proqramda bir sira nəticələr çixarildi.Onlari belə siralamaq olar 

 1)Bir  çox  tanınmış  qiymətli  kağızlar  bazarlarının  mərkəzlərinə  ezamiyətlər  və 

dünya təcrübəsinin öyrənilməsi 

2)Qiymətli  kağızlar  bazarına  aid    normativ  hüquqi  aktların  təhlili  və  tövsiyələr 

verilməsi. 

3)Təlim  və  tədris  proqramlarının  hazırlanması  həmçinin  attestasiyanın 

təkmilləşdirilməsi. 

  4)Qiymətli  kağızlar  bazarlarında  yeni  alətlərin  məsələn  istiqrazlar, veksellər  və 

ipoteka qiymətli kağızlarının inkişafı. 

5)QKDK-da məlumat bazasının və daxili qovşaq sisteminin yaradılması. 

QKDK-nın  normativ-hüquqi  sənədləri  ekspertlər  tərəfindən  ətraflı  təhlil 

olunmuşdur  və  məsləhətlər  verilmişdir.Bir  çox  normativ  hüquqi  aktların 

hazırlanmasında  qeyd  etdiyimiz  beynəlxalq  ekspertlərin  tövsiyələrindən  istifadə 

edilmişdir. 

     Qiymətli kağızlar üzrə dövlət komitəsinin fəaliyyətinin vacib tərəflərindən biri də 

beynəlxalq  təşkilatlarla  əməkdaşlıqdır.Məsələn  Avropa  Yenidənqurma  və  inkişaf 



 

39 


Bankı  Komitənin  lahiyəsini  bəyənmişdir.Layihəyə  texniki  yardım  olaraq  335 570 

AVRO  ayirmışdır.Qeyd  etdiyim  layihə    əsasən  qiymətli  kağızlar  bazarının 

qanunvericilik  bazasının  inkişaf  etdirilməsinə  istiqamətləndirilmişdir.Beynəlxalq 

Maliyyə  Korperasiyası  QKDK  və  Bakı  Fond  Birjasına  300 000  ABŞ  dolları 

həcmində qrant ayırmışdır.Bu qrant personalının öyrədilməsi üçün ayrılmışdır. 

Son dövrlərdə qiymətli kağızlarla ticarət, portfel birbaşa investisiyalar maliyyə 

bazarlarında həyata keçirilən əməliyyatlarda əhəmiyyətli hissəsini təşkil edir.Məhz bu 

üzdən də maliyyə bazarının bu sferaları pulların yuyulması prosesi üçün lazımı qədər 

vacibdir. 

Bizim  respublikamızda  sivil  bazar  münasibətlərinin  inkişafına  əsasən  qiymətli 

kağızlar  bazarının  formalaşdırılması  və  inkişaf  etdirilməsi  istiqamətində  bir  sıra 

tədbirlər  davam  etdirilir.Həmin  bazarı  tənzimləyən  dövlət  orqanı  kimi  QKDK 

qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçıları  olan  brokerlər,  qiymətli  kağızların 

idarə  olunması  üzrə  peşəkar  fəaliyyəti  həyata  keçirənlər,  lotereya  təşkilatçısı  və 

investisiya  fondları  tərəfindən  PL/TMM  üzrə  qanunvericiliyin  tələblərinə  əməl 

edilməsinə də nəzarəti həyata keçirir. 

QKDK  2010-cu  ilin  may  ayında  Maliyyə  Monitorinqi  Xidməti  ilə  arasında 

PL/TMM  sahəsində  qarşılıqlı  əməkdaşlığa  dair  Anlaşma  Memorandumu 

imzalanmışdır. 

Memoranduma  uygun  olaraq  monitorinq  iştirakçıları  tərəfindən  PL/TMM  üzrə 

qanunvericiliyin tələblərinə əməl edilməməsi faktları və bunların aradan qaldırılması 

istiqamətində görülən tədbirlərlə bağlı qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir. 

Əsasən bu Anlaşma Memorandumuna görə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 

ilə  Maliyyə  Monitorinqi  Xidməti  arasında  onbir  istiqamətdə  əməkdaşlığın  praktiki 

mexanizmlərinə dair razılıq əldə edilmişdir.[11] 

Qiymətli kağızlar bazarına dair normativ hüquqi bazanın təkmilləşdirilməsi üçün 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013—2020-ci illər əhatə edən  

proqtramına əsasən aşağıdakı yollar təklif olunmuşdur: 




 

40 


Birincisi  qiymətli  kağızlar  bazarı  haqqında  beynəlxalq  təcrübəyə  uyğun  yeni 

qanun  layihəsinin  hazırlanması  və  təqdim  edilməsi.  Növbəti  isə  qiymətli  kağızların 

ilkin və təkrar bazarda ədalətli bazar dəyərinin formalaşmasını təmin edən hüquqi və 

tənzimləyici tələblərin müəyyən edilməsi və tətbiq edilməsidir. 

Həmçinin  bura  investorların  hüquqlarının  səmərəli  müdafiəsi  sisteminin 

yaradılması  ,qiymətli  kağızlar  bazarı  iştirakçılarının  müflisləşməsi  prosedurlarının 

beynəlxalq təcrübəyə  uyğunlaşdırılması  ,maliyyə  vasitəçiləri, fond birjası,  depozitar 

və klirinq-hesablaşma təsisatlarına dair adekvat kapital tələblərinin müəyyən edilməsi 

və  tətbiqi,  qiymətli  kağızlar  bazarına  dair  elektron  nəzarət-hesabatlıq  sisteminin 

yaradılması,  qiymətli  kağızlar  üzrə  Dövlət  komitəsində  sistem  risklərinin  müəyyən 

edilməsi və səmərəli idarəolunması sisteminin yaradılması da daxildir. 

İqtisadiyyatımızın sürətli  inkişafı üçün qiymətli kağızlar bazarının hər iki tərəfi 

mühim  rol  oynayir.  Yəni  borc  və  pay  qiymətli  kağızlar  bazarı.Səhm  pay    qiymətli  

kağızlar  bazarıdır.Son  illərdə    ölkəmizin  sərhədləri  çərçivəsində  səhm    bazarının  

yaradılması    həmçinin  onun    hüquqi    qanunvericiliyinin    möhkəmləndirilməsi  

şirkətlərə  və  müəssisələrə  həm  milli  səviyyədə həm də beynəlxalq  iqtisadiyyatda  

öz  payları  ilə  çıxış  etməyə  və  qloballaşmağa  imkan  verir.  Firmalar və şirkətlər 

buraxdıqları  pay  sənədlərini məsələn səhmləri  həmin  bazarlara  satışa  çıxarmaqla 

kapital  bazarlarında  maliyyə  vəsaiti  cəlb  edirlər. Bunun tətbiq olunmasinda bir çox 

üstünlüklər  var  ki  məsələn  pay    sənədləri    fondu    sahəsində    riskin  

bölüşdürülməsi.Bu  o  deməkdir  ki  səhm    sahibləri    əllərində  olan  səhm    qiymətli  

kağızlarının    növündən    və    onlar    üzrə    səhmdarlara    verilən    hüquqlardan    asılı  

olaraq    səhmdar    cəmiyyətinin    fəaliyyətində      müəyyən  miqdar  məsuliyyət  

daşıyırlar.Onlar həmçinin mənfəət  və  əmlak  bölgüsündə  iştiirak  etmək  hüququnu 

əldə edirlər.Həmçinin müəssisənin  fəaliyyət  risklərinin  bir  hissəsini  də  öz  üzərinə  

götürür  və səhm    bazarlarında    pay    sənədlərinin     satışı  ilə  yeni   səhmdarlar    cəlb  

edərək    cəmiyyətin    səhmlərinə    olan    tələbatın    və    buna  uygun  olaraq  onların  

qiymətlərinin  artmasına  səbəb  olurlar. Bununla yanaşı səhmdarlar  malik olduqları  

səhm  qiymətli  kağızlarının  açıq  və  ya  qapalı  bazarda  satışı  vasitəsilə  səhmdar  



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə