Azərbaycan respublikasinin təHSİl naziRLİYİ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə11/23
tarix26.03.2018
ölçüsü0,55 Mb.
#34770
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

 

31 


vəziyyəti  hadisələrin  inkişaf  prizmasından  keçirməklə  məlumatlar  hazırlana  bilər. 

Qiymətli kağızların kurs dəyərinin dəyişməsi işgüzar aktivliyin güclənməsi və yaxud 

aşağı düşməsinə səbəb olur və onlar real bazar qiymətlərinə birbaşa təsir göstərir. Bu 

qanunlarda    əlbəttə  ki  istisnalar  da  ola  bilər,  ancaq  çox  hallarda  fond  bazarının 

iqtisadi fəaliyyətində həmin dəyişikliklər nəzərə alınır. Bütün baş verən dəyişikliklər 

və fond bazarında yaranmış vəziyyət iqtisadiyyatın gələcəyi haqqında yekunlaşdırıcı 

məlumat verir.  

Fond  bazarı  ilə  iqtisadi  vəziyyətin  qarşılıqlı  əlaqəsi  maliyyə  bazarı  üzrə 

fəaliyyətin gələcək nəticələrilə birbaşa tanış olmaq istəyən sərmayəçilər üçün onların 

maraqlarına  əsaslanaraq  məlumatların  hazırlanmasıdır.  Əgər  alınan  məlumatlar 

sərmayəçilərin  maralarına  cavab  verirsə,  onların  mənafelərinə  cavab  verən  qiymətli 

kağızların  alınmasında  təkid  edirlər.  Növbəti  maliyyə  əməliyyatları  dairəsində 

sərmayəçilərin  malik  olduqları  qiymətli  kağızlar  üçün  gerçək  müştərilərin 

mövcudluğu şəraitində müvafiq qiymətə  satırlar. Nəticədə qiymətli kağızların bazar 

kursu üzrə satış dəyəri bazarı tarazlığının təmin olunmasına səbəb olur. 

Qiymətli kağızlar bazarının tərkib hissələrinin məqsədi bu və ya digər qiymətli 

kağızların satış əməliyyatlarından əldə edilməsi ilə deyil, həm də onların lazım gəl-

dikdə sərfəli qiymətlərlə satılmasıdır. Qiymətli kağızlar bazarı iqtisadi şəraitdən asılı 

olaraq aşağıdakı formalarla daha çox inkişaf tapmışdır; 

a)

 



mütəşəkkil və qeyri-mütəşəkkil fəaliyyət göstə-rən bazarlar 

b)

 



müxtəlif iqtisadi ərazilərdə satış bazarı; 

c)

 



birjadaxili və birjadankənar fəaliyyət göstərən bütün növ bazarlar; 

d)

 



ənənəvi  üsullardan  və  kompüter  texnologiyala-rının  tətbiqi  formalarından 

istifadə edən bazarlar

e)

 

xəzinə  ödəniş  qaydaları  və  qarşılıqlı  sövdələşmə  əsasında  fəaliyyət  göstərən 



daimi və müvəqqəti bazarlar. 

Qiymətli  kağızların  satışı  üzrə  ixtisaslaşan  bazar  xüsusi  olaraq  təyin  olunmuş 

qaydada və müasir tələblərə əsasən qiymətli kağızların ilkin təklif və tələb qanununa 

əsasən alıcılar tərəfindən əldə edilməsi əməliyyatlarını həyata keçirən məkandır. 




 

32 


Qiymətli  kağızların  təkrar  satışı  bazarına  aiddir:  başlıca  olaraq  qiymətli 

kağızların dövriyyəsi; qiymətli kağızların qüvvədə olduğu bütün müddət ərzində alqı-

satqı  və  ya  müxtəlif  formalı  qiymətli  kağızların  bir  əmanətçidən  digər  əmanətçiyə 

keçməsinin rəsmi surətdə sənədləşdirilməsi. Qiymətli kağızların satışının mütəşəkkil 

bazarları  qanuna  əsasən  xüsusi  icazə  (lisenziya)  almış  peşəkar  vasitəçilər  arasında 

qiymətli  kağızların  yerləşdirilməsini  gerçəkləşdirən  xüsusi  məkandır.  Bazarın  digər 

iştirakçılarının  tapşırığı  ilə  qiymətli  kağızların  alqı-satqısı  ilə  əlaqədar  istənilən 

əməliyyatlar vasitəçilər tərəfindən də həyata keçirilə bilər. 

Qiymətli kağızlara olan tələbatı ödəmək məqsədi ilə yaradılan qeyri-mütəşəkkil 

bazar şəraitində iştirakşılar tərəfindən hüquqi normalara riayət etmədən bəzi hallarda 

qiymətli  kağızların  planlaşdırılmayan  dövriyyəsilə  bağlı  alqı-satqı  əməliyyatları  da 

aparılır. 

Birja bazarı dedikdə qiymətli kağızların fond birjalarında satılması proseslərini 

həyata  keçirən  bazar  başa  düşülür.  Qiymətli  kağızların  fond  birjaları  vasitəsilə 

gerçəkləşdirilməsi aktiv satış bazarıdır.O, maliyyə bazarının tərkib hissəsidir və ölkə 

iqtisadiyyatının maliyyə vəsaitləri ilə təmin olunmasında aparıcı rol oynayır. 

Müxtəlif iqtisadi şəraitdə qimətli kağızlar bazarının iştirakçıları tərəfindən alqı-

satqı əməliyyatları birjadankənar bazarlarda həyata keçirilir. Eyni zamanda qiymətli 

kağızların  alınması  və  satılması  mütəşəkkil  təşkil  olunan  bazar  vasitəsilə 

gerçəkləşdirilməsi 

aparılır. 

Qiymətli 

kağızların 

satışını 

ənənəvi 

və 


kompüterləşdirilmiş  qurumlara  malik  bazarlarda  aparılması  təcrübəsindən  geniş 

istifadə oluna bilər. Bu halda alqı-satqı əməliyyatları bütün fond vasitəçilərini vahid 

kompüterləşdirilmiş bazarda birləşdirən kompüterlər şəbəkəsi tərəfindən aparılır. 

Qiymətli  kağızların  alqı-satqısı  ilə  bağlı  bazar  istirakçları  arasında 

sövdələşmələri  əsas  götürməklə  lazım  gəldikdə  xəzinə  üsulu  formasında 

sövdələşməni  bir-iki iş günü  ərzində  əməliyyat  aparmaqla  onların icrasına nail  olu-

nur.  Qiymətli  kağızların bir iştirakçıdan  digər  içtirakçısına  verilməsində  daha  çevik 

bazar formasının xidmətlərindən istifadəni müasir tələblər baxımından önəmli edir. 




 

33 


Qiymətli  kağızlar  bazarının  iştirakçıları-qiymətli  kağızları  alıb  satan,  onların 

dövriyyəsinə  xidmət  edib  bazar  iştirakçıları  ilə  haqq-hesablaşan,  qiymətli  kağızlara 

dair  bir-biri  ilə  müəyyən  iqtisadi  əlaqələrə  girən  fiziki  şəxslər  yaxud  müəssisələr  və 

təşkilatlardır. 

Bazara  daxil  olmaq  məqsədlərindən  və  yerinə  yetirməli  olduqları  vəzifələrdən 

asılı olaraq, qiymətli kağızlar bazarının iştirakçıları müxtəlif olmaqla, daima ictimai-

iqtisadi vəziyyətdən asılı olaraq dinamikada dəyişir. 

Nəzərdə  tutsaq  ki  qiymətli  kağızlar  bazarı  ümumiyyətlə,  maliyyə  bazarının 

tərkib  hissəsidir,  ona  görə  də  bazar  iştirakçılarının  tərkibi  və  sayı  bazarda  tutduğu 

mövqeyə müvafiq surətdə fəaliyyət göstərirlər. 

Maliyyə  vasitəçilərinin  bank  və  ya  qeyri-bank  xarakterindən    asılı  olaraq 

qiymətli kağızlar bazarının üç modeli fərqləndirilir:  

a)Qeyri  bank  modeli  (ABŞ)  –vasitəçilər  rolunda  qiymətli  kağızlar  üzrə  qeyri  – 

bank təşkilatlar çıxış edirlər; 

b)Bank modeli (Almaniya) – vasitəçilər rolunda banlar çıxış edirlər; 

c)Qarışıq  model  (Yaponiya)  –  vasitəçilər  rolunda  həm  banklar,  həmdə  qeyri-

bank təşkilatları çıxış edirlər. 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə