Azərbaycan respublikasinin təHSİl naziRLİYİ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə23/23
tarix26.03.2018
ölçüsü0,55 Mb.
#34770
1   ...   15   16   17   18   19   20   21   22   23

 

68 


yaradılmışdır.  Həmçinin,  QKDK-nın  fəaliyyəti  və  qiymətli  kağızlar  bazarındakı 

yeniliklər barədə kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələrinin, eləcə də 

geniş ictimaiyyət məlumatlandırılması istiqamətində hesabat dövrü ərzində mütəmadi 

7  olaraq  təlim  və  seminarlar  təşkil  olunmuş,  eləcə  də  kapital  bazarlarına  dair 

maarifləndirici materiallar hazırlanaraq elektron və yazılı media ilə yayılması təmin 

edilmişdir.  Hesabat  dövrü  ərzində  Azərbaycan  Respublikasının  Qiymətli  Kağızlar 

üzrə Dövlət Komitəsinin rəhbərliyinin Azərbaycan Banklar Assosiasiyasının üzvləri 

ilə  görüşü  keçirmişdir.  Tədbirdə  ötən  dövr  ərzində  Azərbaycan  iqtisadiyyatının 

müxtəlif  sahələrində,  o  cümlədən  ölkənin  kapital  bazarlarında  həyata  keçirilən 

islahatlar  barəsində  görüş  iştirakçılarına  məlumat  verilmişdir.  Belə  ki,  qiymətli 

kağızlarla  ticarət  proseslərinin  sadələşdirilərək  avtomatlaşdırılması,  maliyyə 

vasitəçilərinin  institusional  potensialının  artması,  onların  bilik  və  məlumatlılıq 

səviyyəsinin  yüksəlməsi,  bazara  yeni  maliyyə  alətlərinin  təklif  olunması  kimi 

tədbirlərin əsas məqsədinin iqtisadiyyatın kapitala olan tələbatını təmin etmək üçün 

effektiv  kapital  bazarı  infrastrukturunun  formalaşdırılması  və  maliyyə  mənbələrinə 

çıxış  imkanlarının  genişləndirilməsi  olduğu  tədbir  iştirakçılarının  diqqətinə 

çatdırılmışdır.  Hesabat  dövründə  xarici  dövlətlərin  qiymətli  kağızlar  bazarı 

tənzimləyiciləri  ilə müqavilə- hüquq bazası və  əlaqələr genişləndirilmişdir.  Belə ki, 

Azərbaycan  Respublikası  və  Birləşmiş  Ərəb  Əmirliyinin  qiymətli  kağızlar  bazarı 

tənzimləyiciləri  arasında  məlumat  mübadiləsi  vasitəsilə  birbirinə  tənzimləyici 

funksiyalarının  həyata  keçirilməsi,  investorların  hüquqlarının  qorunması, 

tənzimləyici  potensialın  artırılmasına  dəstək  göstərilməsi  və  qarşılıqlı 

məsləhətləşmələrin  təşkil  edilməsi  məqsədilə  2  aprel  tarixində  BƏƏ  nümayəndə 

heyətinin Bakıya səfəri zamanı ―Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə 

Dövlət  Komitəsi  ilə  Birləşmiş  Ərəb  Əmirliyinin  Qiymətli  Kağızlar  və  Əmtəə 

Agentliyi  arasında  yardım  və  qarşılıqlı  əməkdaşlıq  haqqında‖  Anlaşma 

Memorandumu imzalanmışdır. Bununla yanaşı, Azərbaycan və Çin qiymətli kağızlar 

bazarında  ikitərəfli  əlaqələrin  qurulması  və  gücləndirilməsi,  maliyyə  bazarlarına 

səmərəli  nəzarət  sisteminin  təşkili  və  bu  bazarlara  dair  effektiv  məlumat 



 

69 


mübadiləsinin  həyata  keçirilməsi  məqsədilə  19  may  2015-ci  il  tarixində  QKDK 

nümayəndə  heyətinin  Çinə  səfəri  zamanı  ―Azərbaycan  Respublikasının  Qiymətli 

Kağızlar  üzrə  Dövlət  Komitəsi  ilə  Çin  Qiymətli  Kağızlar  üzrə  Tənzimləmə 

Komissiyası arasında qiymətli kağızlar və fyuçers bazarlarının tənzimlənməsinə dair 

əməkdaşlıq  haqqında‖  Anlaşma  Memorandumu  imzalanmışdır.  Hesabat  dövrü 

ərzində  QKDK-da  növbəti  ortamüddətli  perspektiv  üçün  inkişaf  strategiyası  qəbul 

edilmişdir.  Belə  ki,  qeyri-neft  sektorunu  ucuz,  davamlı  və  rəqabətli  maliyyə 

resurslarına  çıxış  ilə  təmin  edən,  daxili  və  xarici  təsirlərə  yüksək  dayanıqlılıq 

nümayiş etdirən qiymətli kağızlar bazarının formalaşdırılması missiyası çərçivəsində 

QKDK-nın struktur bölmələri tərəfindən 2016- 2018-ci illəri əhatə edən Strateji Plan 

hazırlanaraq  təsdiq  olunmuşdur.  Strateji  Planın  hazırlanmasında  məqsəd  əvvəlki 

dövrlərdə  nail  olunmuş  uğurları  qoruyan  və  yeni  situasiyada  hökumətin  iqtisadi 

diversifikasiya  siyasətini  dəstəkləyərək  real  sektorun  maliyyə  tələbatını  davamlı 

təmin  edən  dayanıqlı  infrastruktur  və  yüksək  kompitensiyalı  bazar  institutlarının 

formalaşdırılmasıdır. 

Qiymətli  kağızlarla  ticarətin  səmərəliliyinin  artırılması  və  risklərin  azaldılması 

məqsədilə  qiymətli  kağızların  ticarəti  üzrə  mərkəzləşdirilmiş  klirinq  sistemin 

yaradılması  və  onun  elektron  ödəniş  sistemlərinə  inteqrasiyasının  təmin  edilməsini 

planlaşdırılır. 

Bundan  başqa,  proqramda  maliyyə  vasitəçiliyi  fəaliyyətinin  və  kollektiv 

investisiya sxemlərinin təşkili və təşviqinə diqqət yetirilib. Sənəddə nəzərdə tutulmuş 

tədbirlər  çərçivəsində  müasir  maliyyə  vasitəçilərinin  -  investisiya  şirkətlərinin, 

aktivlərin  idarə  edilməsi  şirkətlərinin  və  kastodian  təsisatlarının  formalaşması  üçün 

zəruri  hüquqi  və  təşkilati  mexanizmlər  formalaşdırılacaq.  Maliyyə  vasitəçiləri 

tərəfindən  broker,  diler,  investisiya  təhlili,  anderraytinq  və  digər  əlaqədar 

funksiyaların kompleks şəkildə həyata keçirilməsi üzrə fəaliyyət təşviq ediləcək. 

Proqramın yeniliyi və ən vacib hissəsi kimi burada qiymətli kağızlar bazarında 

tələb və təklifin dəstəklənməsi üzrə müəyyən addımların öz əksinin tapmasını qeyd 

etmək  olar.  Proqramda  bildirilir  ki,  qiymətli  kağızlar  bazarının  səmərəli  fəaliyyət 



 

70 


göstərməsi üçün fond bazarında ticarətin artırılmalı və bunun üçün əlverişli mühitin 

yaradılmali,həmçinin  mövcud  kapital  bazarı  alətlərindən  istifadə  genişləndirilməli  , 

yeni  maliyyə  alətlərinin  buraxılışı  tələb  olunmalıdir.Müasir  kapital  bazarının 

formalaşması ən birinci növbədə dövlət istiqrazlarının likvid və dərin bazarının təmin 

edilməsi  ilə  sıx  bağlıdır.  Bunun  üçün  isə  müvafiq  dövlət  orqanlarının  fəaliyyətinin 

əlaqələndirilməsi,  monetar  həmçinin    fiskal  siyasət  alət  və  vasitələrindən  optimal 

şəkildə  istifadə  olunması  habelə  birinci  mərhələdə  dövlət  qiymətli  kağızlarının 

likvidliyinin  təmin  edilməsi  üçün  zəruri tədbirlərin həyata  keçirilməsi  planlaşdırılır. 

Qiymətli  kağızlar  bazarında  ticarətin  genişləndirilməsi  məqsədilə  qiymətli  kağızlar 

bazarlarından  maliyyələşməyə  hazır  olan  bir  çox  dövlət  müəssisələrinin  qiymətli 

kağızlarının  fond  birjasında  təklif  edilməsi  nəzərdə  tutulur.  Bununn  üçün  müvafiq 

hüquqi və təşkilati mexanizmlərin yaradılması nəzərdə tutulur.  Habelə  özəl sektora 

dövlət  maliyyə  dəstəyinin  fond  bazarı  alətləri  ilə  göstərilməsi,  dövlət  xətti  ilə 

sərmayələrin  qoyulmasında  fond  birjasında  kotirovka  olunan  şirkətlərə  üstünlük 

verilməsi  və  sərmayələrin  çıxış  dəyərinin  kapital  bazarı  alətləri  ilə 

müəyyənləşdirilməsi həyata keçiriləcək. 

Kiçik  və  orta  sahibkarlığın  kapital  bazarlarından  maliyyələşməsi  imkanlarının 

artırılması məqsədilə Bakı Fond Birjasında alternativ ticarət platforması yaradılması 

nəzərdə  tutulur.  Bütün  bunlarla  bərabər,  fond  birjasında  təqdim  edilən  investisiya 

alətlərinin çeşidinin artırılması və fərdi investorların bazara marağının təmin edilməsi 

məqsədilə  xarici  fond  bazarlarında  ticarət  olunan  qiymətli  kağızların  yerli  bazarda, 

habelə yerli qiymətli kağızların xarici kapital bazarlarında təklif edilməsi, bunun üçün 

müvafiq hüquqi və təşkilati tədbirlərin həyata keçirilməsiplanlaşdırılır. 

Qiymətli  kağızlar  bazarında  yüksək  rəqabət  gücünə  malik  maliyyə  alətlərinin 

təklifinin genişləndirilməsi üçün həmçinin xarici investorların Azərbaycanın qiymətli 

kağızlar  bazarına  marağının  artırılması  üçün  infrastruktur  layihələrinin  fond  bazarı 

alətləri  ilə  maliyyələşdirilməsi  təcrübəsinin  tətbiq  olunması,  müxtəlif  borc 

kağızlarının  və  müddətli  kontraktların  ticarəti  mexanizmlərinin  də  yaradılması 

nəzərdə  tutulur.  Kapital  bazarlarının  səmərəli  fəaliyyəti,  özəl  sektorun  kapital 



 

71 


bazarlarından  maliyyələşmə  və  bütövlükdə  investisiya  imkanlarının  genişlənməsi 

məqsədilə əlverişli vergi mühitinin mövcudluğu çox vacib rol oynayır. Bunu nəzərdə 

tutaraq  ,  qiymətli  kağızlar  bazarında  vergiyə  cəlb  olunma  şərtlərinin  qabaqcıl 

beynəlxalq  təcrübə  əsasında  təkmilləşdirilməsi,  həmçinin  qiymətli  kağızlardan  əldə 

edilən  investisiya  gəlirlərinə,  qiymətli  kağızların  alqı-satqısından  əldə  olunan 

gəlirlərə  vergi  güzəştlərinin  tətbiq  olunması  gündəlikdə  olacaq.  Habelə  investisiya 

fondlarının  fəaliyyətini,  şirkətlərin  fond  birjasının  listinqinə  çıxmasını  təşviq  edən 

əlverişli fiskal şəraitin yaradılması nəzərdə tutulur. 

Xatırladaq  ki,  "2011-2020-ci  illərdə  Azərbaycan  Respublikasında  qiymətli 

kağızlar  bazarının  inkişafı"  Dövlət  Proqramı  ölkə  başçısı  tərəfindən  mayın  16-da 

təsdiqlənib.  2011-2020-ci illərdə  Azərbaycan  Respublikasında  qiymətli  kağızlar 

bazarının  inkişafı‖  Dövlət  Proqramının  yəni  Dövlət  Proqramı  ən  mühim  məqsədi 

müasir,  beynəlxalq  standartlara  uyğun,  iqtisadiyyata  geniş kapitalizasiya imkanları 

təqdim  etmək  və  risklərin etibarlı idarə  edilməsini  təmin  edən,  yüksək  səmərə  ilə 

fəaliyyət göstərən qiymətli kağızlar bazarının formalaşdırılmasıdır.[11] 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

72 


 

                               NƏTİCƏ VƏ TƏKLİFLƏR 

  Buraxılış  mövzusunun  tədqiqi  aşağıdakı  nəzəri  və  praktiki  xarakterli  nəticə  və 

təkliflərin əsaslandırılmasına imkan vermişdir:  

Qeyd etdiyim kimi qiymətli kağızlar bazarı dövlətin maliyyə və pul-kredit siyasətinin 

əsas  aləti  kimi  çıxış  etmək  maliyyə  resurslarının  hərəkətini  təşkil  etmək,  onların 

düzgün  istiqamətləndirilməsini  təmin  etmək  və    baxımından  iqtisadiyyatın 

inkişafinda çox vacib rol oynayır. 

Həmçinin    qiymətli  kağızar  bazarı borcların və  ödəmələr  problemlərini  həll  edərək 

istehsal və digər iqtisadi münasibətlərin fasiləsizliyinin təmin olunmasında  da vacib 

əhəmiyyətə  malikdir.  Qeyd  etdiyim  sahədə  isə  əsas  alətlər,  artıq  bildiyimiz  kimi 

qiymətli  kağızlar  bazarının  tərkibinə  daxil  olan  veksel  və  istiqrazla  keçirilən 

əməliyyatlardır.  Beləliklə  müəyyən  bir  təsərrüfat  subyektinin  hər  hansı  tələbatlarını 

ödəmək üçün müvəqqəti olaraq maliyyə vəsaitlərinə ehtiyacı varsa, qiymətli kağızlar 

bazarı  ona    veksel  və  ya  istiqrazlar  buraxmaq  yolu  ilə  bu  ehtiyacı  ödəmək  və  cari 

öhdəlikləri  yerinə  yetirməklə  həmin  subyektin  fəaliyyətinin  fasiləsizliyini  təmin 

etmək  kimi  bir  çox  imkanlar  verir.  Dövlət  üçündə  bu  bazarın  mövcudluğu    xüsusi 

əhəmiyyətə malikdir. Bu,ən çox  dövlət borcu ilə  bağlı yaranan münasibətləri əhatə 

edir.  Dövlətin  öz  funksiyalarını  yerinə  yetirməsi  zamanı  büdcə  vəsaitləri  və  digər 

vasitələr  kifayət  etmədikdə  dövlət  dövriyyəyə  müxtəlif  qiymətli  kağızlar  məsələn 

xəzinə  vekselləri,  qısamüddətli  istiqrazlar  və  digərlərini  buraxmaqla  bu  resurslara 

olan  tələbatını  ödəyir.  Bunlardan  başqa  qeyd  etməliyəm  ki,  qiymətli  kağızlar 

bazarındakı  vəziyyəti  öyrənməklə  hər  hansı  bir  ölkədə  istehsal-iqtisadi  şəritin  nə 

vəziyyətdə olduğunu müəyyən etmək olar. 

  Yaxın  illər  ərzində  iqtisadiyyatda  bazar  münasibətlərinə  keçilməsi  istiqamətində 

görülən işlər nəticəsində ölkənin iqtisadiyyatında müxtəlif sahələr üzrə böyük inkişaf 

müşahidə  olunur  ki  bunlara  məsələn  ildən-ilə  ümumi  daxili  məhsulun  artması  

inflyasiyanın  templərinin  azalması  və  sənaye  istehsalının  göstəricilərinin  artması, 

milli  valyutanın  sabitliyinin  əldə  edilməsi,  kiçik  və  orta  müəssisələrin 




 

73 


özəlləşdirilməsinin keçirilməsi, xarici investisiyaların axımının çoxalması, milli bank 

sisteminin  yaradılması  və  digərləri  aiddir.Həmçinin  tədavülə  dövlət  qısamüddətli 

istiqrazları,  dövlət  özəlləşdirmə  payları  dövlət  özəlləşdirmə  opsionları,  səhmdar 

cəmiyyətlərinin  səhmləri,  kredit  təşkilatlarının  depozit  sertifikatları  və  veksellər 

buraxılmışdır. 

 Qiymətli  kağızlar  üzrə  Dövlət  komitəsinin  fəaliyyəti  qiymətli  kağızlar  bazarının 

dövlət  tənzimlənməsi  sisteminin  təkmilləşdirilməsi  yolu  ilə  Azərbaycanda  həmin 

bazarın  inkişafına  şərait  yaratmiş  iqtisadi  problemlərin  həll  olunması  üçün  zəmin 

yaratmış  və  beynəlxalq  maliyyə  bazarları  sisteminə  inteqrasiya  olunmağa 

yönəlmişdir. 

Azərbaycanda qiymətli kağızlar bazarının inkişaf etdirilməsinin əsas şərtlərindən biri 

yerli  şirkətlərin  ticarət  markalarının  bir  brend  kimi  formalaşdırılmasıdır.  Qiymətli 

kağızlar  bazarında  yüksək  rəqabət  gücünə  malik  maliyyə  alətlərinin  təklifinin 

genişləndirilməsi,  xarici  investorların  Azərbaycanın  qiymətli  kağızlar  bazarına 

marağının  artırılması  məqsədilə  infrastruktur  layihələrinin  fond  bazarı  alətləri  ilə 

maliyyələşdirilməsi  təcrübəsinin  tətbiq  olunması,  müxtəlif  borc  kağızlarının  və 

müddətli kontraktların ticarəti mexanizmlərinin də yaradılması nəzərdə tutulur.  

Son nəticə olaraq aşağıdakı təklifləri yazmaq olar: 

a)İlk  öncə  Qiymətli  kağızlara  olan  təlabatın  və  ona  uyğun  olan  təklifin  yaranması 

üçün şəraitin yaradılmasi yaxıi olar; 

b)Emitentlər  tərəfindən  investorların  qanuni  hüquqlarının  yəni  özəlliklə  qiymətli 

kağızların  və  qiymətli  kağızlar  üzrə  gəlirlərin  vaxtında  ödənilməsi  müdafiəsi  və 

korporativ idarəetmə və məlumatın açıqlanması normalarına riayət edilməsinin təmin 

edilməsi yolu ilə qiymətli kağızlara olan təlabatın stimullaşdırılması və dəstəklənməsi 

lazımdır 

 c)Son  olaraq  vəsaitlərin  cəlb  edilməsi  üçün  təsərrufat  subyektlərinin  qiymətli 

kağızlar bazarından istifadə etməyə stimullaşdıran mexanizimlərin tətbiq edilməsi. 

 



 

74 


Deyilənlərin  ümumiləşdirərək bele bir nəticəni gördük ki, bazar iqtisadiyyatı ölkəsi 

olaraq Azərbaycanda da bu bazarın formalaşması çox vacib hadisələrdəndir.Ona görə 

ki,  ölkədə  geniş  miqyasda  dövlət  mülkiyyətinin  özəlləşdirilməsi  prosesinin  həyata 

keçirilməsi,  sahibkarlığın  inkişafı,  səhmdar  cəmiyyətlərinin  qurulması,  borc 

münasibətlərinin inkişafı həmçinin digər iqtisadi proseslər qiymətli kağızlar bazarının 

mövcudluğunu lazım edir. Həmçinin özəlləşdirmə çekləri və opsionlarının buraxılışı 

bazar  iqtisadiyyatına  keçidlə  əlaqədar  dövlət  mülkiyyətinin  özəlləşdirilməsində  çox 

vacib  rol  oynamışdır.  Respublikamız  tərəfindən  müstəqilliyimizin  müxtəlif 

dövrlərində həyata keçirilən tədbirlərin nəticəsində ölkəmizdə artıq qiymətli kağızlar 

bazarı formalaşmışdır. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

75 


                                     İstifadə edilmiş ədəbiyyat  

 

1.

 



Azərbaycan Respublikasının (AR) Mülki Məcəlləsi. Bakı  2000. 

2.

 



Musayev A., Vəliyev N. ― Qiymətli kağızlar bazarı.‖ Dərslik. Bakı 1999. 

3.

 



Cəbiyev R.M.  ―Azərbaycanda bazar infrastrukturunun formalaşması və inkişafı‖. Bakı 

2000. 


4.

 

A.Kərimov, A.Babayev.‖ Qiymətli kağızlar bazarı‖. Dərslik. Bakı 2003. 



5.

 

A.Abbasov.  ―Azərbaycanda  maliyyə  bazarının  formalaşması  və  bazar  iqtisadiyyatında 



maliyyə-kredit sisteminin problemləri‖.  Bakı 2003 

6.

 



A.Abbasov.  ―Qiymətli kağızlar bazarının formalaşması  və inkişaf perspektivləri‖.Bakı 

2005. 


7.

 

A.Abbasov. ―Qiymətli kağızlar və onlarla əməliyyatlar‖.Dərslik.Bakı 2007 



8.

 

N.Novruzov, X.Hüseynov.‖Maliyyə‖. Dərslik. Bakı 2007. 



9.

 

E.Sadıqov ―Azərbaycanın qiymətli kağız bazarı və onun inkişaf perspektivləri‖.  Sankt-



Peterburq – 2003. 

10.


 

R.Əsgərova. ―Pul, kredit və banklar‖. Dərslik. Bakı 2007. 

11.

 

www.scs.gov.az – Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin saytı. 



12.

 

www.economy.gov.az – İqtisadi İnkişaf Nazirliyinin saytı. 



13.

 

www.maliyye.gov.az – Maliyyə Nazirliyinin saytı. 



14.

 

www.stateproperty.gov.az – Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 



saytı. 

15.


 

www.bse.az – Bakı Fond Birjasının saytı. 

16.

 

Day.az 



17.

 

Referat.az 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə