Azərbaycan respublikasinin təHSİl naziRLİYİ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə15/23
tarix26.03.2018
ölçüsü0,55 Mb.
#34770
1   ...   11   12   13   14   15   16   17   18   ...   23

 

44 


iştirak  etdiyi  kapital  bazarına  bölünür.Göründüyü  kimi  dolayı  yollarla  qimətli 

kağızlar  bazarı  həm  pul,  həm  də  kapital  bazarı  kimi  fəaliyyət  göstərir.  Aşağıdakı 

Sxem №1-də qiymətli kağızlar bazarının maliyyə bazarında yerini qeyd etmişəm:    

 

 



         Pul bazarı 

                                                     Kapital bazarı 

          Qimətli kağızlar bazarı 

 

 



 

 

 



Sxem №1. Qiymətli kağızlar bazarının maliyyə bazarında yeri. 

 

 



    Respublikamızın  Mülki  Məcəlləsinə  uyğun  olaraq  bu  bazar  qiymətli 

kağızların  emissiyası,  buraxılması,  tədavülü,  ödənilməsi,  saxlanılması,  onlarla 

əqdlərin bağlanması və  digər əməliyyatların aparılması üzrə subyektlər arasında olan 

hüquqi  və  iqtisadi  münasibətlərin  məcmusu  kimi  tərifləndirilir.Bu  992-1  maddədə 

qeyd  olunub.  Həmin  bazar  sərbəst  maliyyə  resurslarını  səfərbər  etmək  həmçinin 

onların  bazarın  iştirakçılarının  qiymətli  kağızlarla  keçirdiyi  müxtəlif  əməliyyatlar 

vasitəsilə yenidən bölgüsünü təmin etmək məqsədini güdür. Bu bazarın mövcudluğu 

bütövlükdə  bazar  iqtisadiyyatlı  ölkələr  üçün  çox  vacib  əhəmiyyətə  malikdir.  Qeyd 

edim  ki  qiymətli  kağızlar  bazarı  əmtəə  və  pul  tədavülünə  fəal  surətdə  xidmət  edir. 

Başqa  cür  desək  qiymətli  kağızların  buraxılması  və  bazarda  yerləşdirilməsi  sərbəst 

pul vəsaitlərinin səfərbər edilməsi və sosial-iqtisadi inkişafa istiqamətləndirilməsinin 

səmərəli yoludur. Məhz buna uygun nəticə çıxır ki müvəqqəti sərbəst pul vəsaitlərinin 

dövriyyə  sürəti  güclənir,  ölkədə    investisya  üçün  əlverişli  şərait  yaranır.  Bu  isə 

iqtisadi artıma səbəb olur. Bu bazarın formalaşması üçün birinci şərt qiymətli kağızlar 




 

45 


buraxan  lazımi    qədər  emitentlərin,  investorların,  qimətli  kağızların  hərəkət  və 

infrastrukturunu  reqlamentləşdirən  inkişaf  etmiş  normativ-qanunverici  bazanın, 

qiymətli kağızlarla aparılan əməliyyatlara nəzarətin təşkilinin olmasıdır. 

 

2.2. Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının mövcud 



vəziyyətinin təhlili 

Respublikamız  öz  müstəqilliyini  əldə  etdikdən  sonra  daxili  və  xarici  siyasət 

istiqamətlərini sərbəst müəyyən edib və   bazar iqtisadiyyatı yolunu tutmuşdur. Buna 

görə də ölkəmizdə  maliyyə bazarının həmçinin də onun tərkib hissəsi olan qiymətli 

kağızlar bazarının formalaşması sadəcə iqtisadi və hüquqi islahatların aparılması yolu 

ilə mümkün idi. Bu sahədə bir sıra islahatlar aparılmışdır. Maliyyə-kredit sahəsində 

həyata  keçirilən  bu  islahatlar  daha  vacib  əhəmiyyət  daşıyırdı.Düzdür  ki  aparılan 

islahatlar  sayəsində  yeni  iş  yerlərinin  yaradılmişdir  həmçinin  yerli  və  xarici 

investisiyaları, müasir texnologiyaları cəlb etmək və müasir idarəetmə təcrübəsindən 

istifadə  etməklə  rəqabətədavamlı  məhsul  istehsal  edən  müəssisələrin  yenidən 

qurulmasına,    yekun  olaraq  Azərbaycanın  iqtisadi  qüdrətinin  artırılmasına 

yönəldilmişdir. 

Qeyd  etməliyəm  ki  respublikamızda  qiymətli  kağızlar  bazarının  inkişafı  üç 

mərhələyə bölünür: 

 a) I mərhələ, yaranma. Bu 1992 – 1995-ci illəri əhatə edir. 

 b) II mərhələ, formalaşma. Bu isə 1995 – 2000-ci illəri əhatə edir.  

c)  III  mərhələ,  inkişaf  mərhələsidir  və  2000-ci  ildən  indiki  dövrə  kimi  davam 

edir. 


 İlkin  mərhələdə  əsasən  qiymətli  kağızlar  bazarının  fəaliyyətinin  normativ 

hüquqi  bazası  formalaşdırılmışdır.Burada  dövlət  tərəfindən  bu  bazarın  normal 

fəaliyyət göstərməsi üçün bir sıra tədbirlər görülmüşdür. XX əsrin 90-cı illərindən isə 

respublikamızda  qiymətli  kağızlarla  fəaliyyət  sahəsinə  diqqət  xeyli  artmışdır.  Bu 

dövrədək  köhnə  qanunvericilik  aktları  günün  tələbinə  cavab  vermirdi  və  bir  çox 

iqtisadi islahatları tələb olunan səviyyədə aparmaq mümkün deyildi. Məhz buna görə 




 

46 


qanunvericiliyi  təkmilləşdirmək  tələb  olunurdu.  Azərbaycanda  qiymətli  kağızlar 

bazarının  yaranmasının  hüquqi  bünövrəsini  1992-ci  ildə  qəbul  edilmiş  «Qiymətli 

kağızlar  haqqında»  Azərbaycan  Respublikasının  Qanunu  təşkil  edir.  Lakin  qiymətli 

kağızlar  bazarının  real  inkişafı  1996-cı  ildən  başlandı.  1991-ci  ildə  təşkil  olunan 

BAKI Qiymətli Kağızlar Birjası Azərbaycan Respublikasının yeni yaranan qiymətli 

kağızlar bazarında ilk birja oldu. Bir neçə il sonra 21 iyun 1993-cü ildə qapalı tipli 

səhmdar  cəmiyyəti  olan  Bakı  Banklararası  Valyuta  Birjası  Azərbaycan 

Respublikasının beş ən iri bankı tərəfindən təsis edilmişdir. Bu banklar – Azərbaycan 

Respublikası Milli Bankı, Sənaye – İnvestisiya Səhmdar Kommersiya Bankı, Aqrar-

Sənaye Səhmdar Kommersiya Bankı, Azərbaycan Respublikası Beynəlxalq Bankı və 

Səhmdar-Kommersiya Banklarıdır.Bildirim ki, 2000-ci ilə kimi, yəni BFB yaranana 

kimi 40 qiymətli kağızlarla əqdlər məhz Bakı Banklararası Valyuta Birjasının Fond 

Şöbəsində həyata keçirilirdi.[6] 

Respublikamızda,  Azərbaycan  Respublikası  Prezidentinin  müvafiq  Fərmanları 

ilə  1998-ci  il  9  sentyabr  tarixində  Qiymətli  Kağızlar  haqqında  Azərbaycan 

Respublikasının  Qanunu  təsdiqlənmişdir.Sonra  isə  1998-ci  il  otuz  dekabr  tarixində 

isə  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Qiymətli  Kağızlar  üzrə  Dövlət 

Komitəsi yaradılmışdır.Bunlar hər biri qiymətli kağızlar bazarının inkişaf etdirilməsi 

məqsədilə 

yaradılmışdır.Fəaliyyət 

göstərdiyi 

dövr 


ərzində 

Azərbaycan 

Respublikasının QKDK tərəfindən qiymətli kağızlar bazarının dövlət tənzimlənməsi 

sistemi yaradılmışdır.Qeyd edim ki müasir tələblərə cavab verən, bazar münasibətləri 

prinsiplərinə  əsaslanan  həmçinin,  geniş  əhatəsi  olan  infrastrukturu  olan  fond 

bazarının  formalaşdırılması  istiqamətində  müvafiq  bir  sıra  tədbirlər  görülmüşdür. 

Baxın  məsələn  2001-ci  il  15  fevral  tarixində  bir  sıra  böyük  bank  və  maliyyə 

strukturlarının təsisçiliyi ilə qiymətli kağızlar bazarının  mühim ticarət infrastrukturu 

sayılan Bakı  Fond  Birjası yaradılmışdır.  Onun  əsas  funksiyası  respublikamızın  

qanunvericiliyində  nəzərdə  tutulmuş  bütün  növ  qiymətli  kağızlar  üzrə  alqı-satqını 

yəni ticarətini təşkil etməkdən ibarətdir. Qiymətli kağızlar bazarının başqa bir vacib 

infrastrukturu  isə  qiymətli  kağızlar  bazarı  depozitar  xidmətinin  yaradılması  və 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə