Azərbaycan respublikasinin təHSİl naziRLİYİ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə14/23
tarix26.03.2018
ölçüsü0,55 Mb.
#34770
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

 

41 


cəmiyyətinə  yeni  ortaqlar  cəlb  edə bilirlər.Həmçinin  səhm  paketini  artırmaqla  

səhmdar    cəmiyyətinin    nizamnamə    kapitalında    dəyşiklik    edə    bilərlər  və  pay  

sənədlərinin    həm  milli,    həm      də    beynəlxalq    səhm    bazarlarında    satılması  

müəssisənin    həm    ölkə    daxilində,    həm  də    beynəlxalq    miqyasda    tanınmasına  

şərait  yaradır. 

Azərbaycan  respublikası  üçün  səhm  bazarının  inkişafı  iqtisadiyyatın  daha  da 

irəliləməsinə  kömək  edir  və  çox  vacib  əhəmiyyət  kəsb  edir.  Bu  özünü  əsasən  

özəlləşdirmə  prosesinin    inkişafında  və  qısa  müddət  ərzində  həyata  keçirilməsinə 

şərait yaratmasında göstərir.      

    Yaxın  dövrlərdə  ölkələrdə  iqtisadiyyatın    qarşısında    duran  mühim  vəzifələrdən  

biri   də   qarşılıqlı   borc   problemlərinin həll olunmasıdır.Əlavə olaraq  müssisələrin   

arasında  ödəməmələr  məsələsinin  həll olunmasıda problemlərdən biridir.Ona görə 

ki  bu  probləmlərin  mövcudluğu    özü  ilə    bərabər    yeni-yeni    problemlər    də    əmələ 

gətirir.Misal  olaraq    müəssisə    vergiləri    ödəyə    bilmir,    onagörə  ki    mal    alıcıları  

aldıqları  mala  görə  borclarını  ödəmirlər.Buna müvafiq olaraq dövlətdə məcburən 

vergi    daxilolmalarının    azlığından    büdcə    planını    yerinə    yertirə    bilmir.Sonra 

iqtisadiyyatın    bir  cox    sahələrinə    dövlət    yardımı    gecikdirilir    yaxud  da 

ümumiyyətlə    yardım    edilmir.Bunlar  onu göstərir  ki dövlət gücünü  bir çox sahədə 

məsələn  iqtisadi  siyasi  və  başqa  sahələrdə  itirir.Həmçinin    bunların  hamisi    öz 

növbəsində  iqtisadi  həyata təsirini  göstərir   

     Göstərilən probləmlərin  həlli   üçün dövlət   borc   bazarının   inkişafını   daha   

da  çox  nəzərdə  saxlayır.Borc  bazarının  inkişafı  müəssisənin    əsas    və    dövriyyə  

vəsaitlərinə  olan  ehtiyacının  təmin  olunmasında  vacib rol  oynayır.  Burada borc 

qiymətli kağızları lazım olan sahələri təmin edən   qiymətli  kağızlar  qismində  çıxış  

edir.  Burada  maliyyə    resurslarının    az    effektli    sahələrdən    çox    effektli    sahələrə  

axını    baş    verir  ki  bu  əsasən  veksel  və  istiqrazlar  vasitəsilə  həyata  keçirilir.Məhz 

buna  görə  də  respublikamızda    borc    bazarının    inkişafı    ümumilikdə    müəssisənin  

daxilində    olan    bir    sıra    problemlərin    həllinə    köməklik  göstərir.Həmçinin 

resursların    səmərəli    paylanması    təmin    olunur.  Qeyd  edim  ki  burada  dövr    edən  



 

42 


mühim      qiymətli    kağızlar    fərqli    növ    veksellər,    dövlətin    xəzinə    öhdəlikləri,  

əmanət    sertifikatları  korporasiya    və    dövlət    istiqrazları  və      digər  qiymətli  

kağızlardır.  Yuxarıdaki  suallarımda  qeyd  etdiyim  kimi  veksel    qarşılıqlı    borcların  

ödənilməsində  çox vacib  əhəmiyyətə  malikdir.  Ayrı-ayrı  hüquqi   və    fiziki   şəxslər  

veksel  buraxmaq yolu ilə  özünə  lazım  olan  vəsaiti  cəlb  edə  bilər.Həmçinin aldığı   

malın    yaxud  göstərilən    xidmətin    qarşılığında    veksellə    hesablaşa    bilər  sonra 

borclarını  veksellə  rəsmiləşdirə  bilər  və  qarşılıqlı  borcları  veksellə  ödəyə  bilər. 

Bu  münasibətlər  çərçivəsində  veksel    həm    də    təminatlı    borcların    verilməsində  

girov    elementi    kimi    çıxış    edə  bilir.  Hal-hazırda    banklar    vekselin    girov    aləti  

olmasını  qəbul  edirlər və  ondan  geniş  istifadə  edirlər. Veksel ona görə əlverişlidir 

ki  hər  hansı  iqtisadi  fəaliyyətə    başlamaq    istəyən,  amma  girov    üçün    daşınmaz  

əmlaka    yaxud  da  digər    aktivlərə    malik    olmayan    fiziki    və    hüquqi    şəxslər  

bankdan  kredit  götürərkən  öz  öhdəliklərinə  veksel  vasitəsi ilə  təminat  vermələri  

həm  bank  üçün,  həm  də  borc  alanlar  üçün  məqsədə uyğun olur. Müasir dövrdə 

bir  sıra  inkişaf  etmiş  ölkələrdə    banklar    veksel    dövriyyəsində    daha    fəal    iştirak  

edirlər.  Banklar  bir  sıra  veksel  əməliyyatları  ilə  məsəslən    vekselləri    uçota  

götürməklə ,  veksellərin  girov  qoyulması  müqabilində  kredit  verməklə ,  vekselə  

zamin  durmaqla  və digər bu  kimi  əməliyyatları  aparmaqla  bir  tərəfdən  onların  

dövriyyəsini  genişləndirirlər həmçinin   digər  tərəfdən  vəsaitlərini  daha  az  riskli  

əməliyyatlara  cəlb  etməklə  gəlir  əldə  edirlər. 

    Bizim dövlətimizdə da veksel bazarının inkişaf etdirilməsinə çox böyük əhəmiyyət 

verilir.  Əsasən  də  ölkənin  əsas  sahəsi  olan  neft  sektorunda  emal  və  istehsalın 

çoxpilləliyi həmçinin bu sahədə emal maşınqayırma, hasilat, və digərləri  üzrə ayrı-

ayrı müəssisələrin fəaliyyəti onlar arasında qarşılıqlı hesablaşmaların da çoxalmasına 

gətirib çıxarır. Məhz bele vacib bir sahədə qarşılıqlı hesablaşmalar üzrə öhdəliklərin 

vaxtlı-vaxtında  yerinə  yetirilməsi  əsas  məsələlərdən  biridir.Buna  görə  də  bunun 

aradan  qaldırılmasının  ən  yaxşı  yollarından  biri  veksel  bazarının  inkişaf 

etdirilməsidir.Müvafiq  olaraq  QKDK  iki  fevral  2000-ci  ildə  Azəbaycan 

respublikasında  veksellərin  dövriyyəsi  haqqında    Əsasnamə  təsdiq  olunmuşdur.  Bu 



 

43 


əsasnamənin    qəbul  edilməsini  vacib  edən  əsas  şərtlərdən  biri  ölkədə  olan 

ödəməmələr probleminin uzun müddət inzibati yolla həll edilə bilməməsidir.      

Hökumətin qiymətli  kağızlar  vəsait  cəlb  olunmasında  dövlət  qurumları  və  

bələdiyyələrin  əsas  aləti istiqrazlardır. İstiqrazlar əsasən korporasiyalar  və  dövlət  

tərəfindən    buraxılır.    Dövlət  istiqrazında  dövlət  borc  alan  qismində    onun  sahibi  

kreditor kimi  çıxış  edir. İstiqraz dövlət  iqtsadi  subyektləri  arasında  ən  etibarlısı  

sayılır.O hərərkət edən qiymətli kağızlar axilində ən az riskə malikdir. 

  Öyrəndik  ki  bizim  respublikamızda  qiymətli  kağızlar  bazarının  rolu  ən  əvvəl  onun 

bazar  iqtisadiyyatının  inkişaf  yolunu  seçməsi  ilə  müəyyən  olunur.  Qeyd  etdik  ki 

bazar  iqtisadiyyatı  azad  sahibkarlığa  əsaslanır.  Buna  çatmağın  ən  başlıca  üsulu  isə 

dünya  təcrübəsindən  məlum  olan  özəlləşdirmədir.Yəni  dövlət  mülkiyyətinin 

özəlləşdirilməsi  prosesinə  keçilməsidir.  Elə  belə  bir  şəraitdə,  dövlətimiz  xarici 

təcrübəyə əsaslanaraq özəlləşdirmənin həyata keçirilməsi prosesini seçmişdir. Bu isə 

qiymətli kağızlar bazarının mövcudluğu zəruri edir.Daha öncə də qeyd etdiyim kimi 

özəlləşdirmənin  normativ-hüquqi  bazasını  təmin  etmək  üçün  7  yanvar  1993-cü  ildə 

―Dövlət  mülkiyyətinin  özəlləşdirilməsi  haqqında‖  Azərbaycan  Respublikasının 

Qanunu  qəbul  edilmişdir.  Bu  prosesin  həyata  keçirilməsi  üçün  prezidentin  23  iyun 

1992-ci  il  Fərmanına  uyğun  olaraq  Dövlət  Əmlakının  İdarə  Edilməsi  Üzrə  Dövlət 

Komitəsi  yaradıldı.  Həmin  bu  komitəyə  dövlət  əmlakının  özəlləşdirilməsi  haqqında 

proqram hazırlamaq tapşırıldı.Lakin birinci proqramın həyata keçirilməsi  gözlənilən 

nəticəni  vermədi  və  29  sentyabr  1995-ci  ildə  1995-98  illərdə  Azərbaycanda  dövlət 

mülkiyyətinin  özəlləşdirilməsinin  yeni  Respublika  Proqramı  qəbul  edildi.Elə    bu 

proqramın  qəbulu  ilə  özəlləşdirmə  kimi  mühüm  problemin  həllində  fond  bazarının 

iştirak  etməsi  zəruriliyi  meydana  çıxdı.  Qeyd  olunan  proqramda  özəlləşdirmənin 

məqsədləri  müddəti  mərhələləri,özəlləşdirilən  müəssisələrin  təsnifatı,  onların 

səhmdar  cəmiyyətə  çevrilməsi,  özəlləşdirmə  çeklərinin  verilmə  şərtləri,  miqdarı  və 

onlardan istifadə qaydaları daxil edildi. 

    Qiymətli  kağızlar  müddətinə  görə  növlərə  ayrılır.  Birinci  qısamüddətli 

qiymətli  kağızların  iştirak  etdiyi  pul  ikinci  isə  uzunmüddətli  qiymətli  kağızların 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə