Azərbaycan respublikasinin ümumtəHSİl məKTƏBLƏRİ ÜÇÜn biologiya fəNNİ kurikulumu



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə11/27
tarix23.01.2018
ölçüsü0,74 Mb.
#21918
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

 

27 


 

 

II. TƏLİM STRATEGİYALARI 

 

 

Hazırda  Respublikamız  qloballaşan  dünyaya  inteqrasiya  olunmaqdadır.  Bu, 

sürətli dəyişən, inkişaf etməkdə olan dünya ilə vəhdətdə inkişaf etməyi, dəyişməyi 

tələb  edir.  Bu  baxımdan  Azərbaycan  terminologiyasına  müxtəlif  terminlər  daxil 

olur ki, bunlardan biri də “təlim strategiyaları” dır. 

 

Biologiya fənni üzrə təhsil proqramında (kurikulumunda) təlim strategiyaları 



4  məsələni  özündə  əhatə  edir.  Biologiya  təliminin  təşkilinə  verilən  əsas  tələblər; 

biologiya  təliminin  təşkilində  istifadə  olunan  forma  və  üsullar  barədə;  müəllimin 

təlimin  fəaliyyətinin  planlaşdırılmasına  dair  nümunələr;  biologiya  fənninin 

məzmun stsndartlarının şərhi. 

 

2.1. Biologiya təliminin təşkilinə verilən əsas tələblər 

İnkişafın  əsasında  insan  amilinin  durduğunu  nəzərə  alaraq  təlimin  təşkilinə 

xüsusi əhəmiyyət verilir. Bu məqsədlə ənənəvi təhsil sisteminin təkmilləşdirilməsi 

və  yeniləşdirilməsi  istiqamətində  layihələr  həyata  keçirilməkdədir.  Bu  baxımdan 

təhsilimiz  elə  qurulmalıdır  ki,  hər  bir  Azərbaycan  vətəndaşı  dəyişən  dünyada  öz 

bilik, bacarıq və qabiliyyətlərini tətbiq etməyə  hazır olsun. 

Ümumtəhsil  məktəblərində  biologiyanın  tədrisi  prosesinin  təşkili  aşağıdakı 

prinsiplər əsasında həyata keçirilir. 



1.

 

Pedaqoji prosesin  tamlığı.  Bu  prinsipə  əsasən  şagirdin bir  şəxsiyyət  kimi 

formalaşması nəzərdə tutulur. 



Təhsil öyrədici, inkişafetdirici və tərbiyəedici bir prosesdir. 

Biologiya  fənninin  tədrisi  prosesində  şagird  canlılar  aləmində  baş  verən 

hadisə və prosesləri, canlıların ətraf mühitlə əlaqəsini, insanın özünəməxsus həyati 

xüsusiyyətləri  barədə  bilik  və  bacarıqlara  yiyələnir.  Biologiya  kurikulumunda 

canlılara  xas  quruluş  formalarının,  onların    həyati  xüsusiyyətlərinin  müqayisəli 

təqdim  edilməsi  müxtəlif  aləmlərə  aid  canlı  nümunələrin  sadədən  mürəkkəbə 

doğru  müqayisəli  təqdim  edilməsi  şagirdlərdə  analitik  düşüncə  tərzinin 

formalaşması ilə yanaşı, canlılar barədə yığcam və lakonik məlumat almaq imkanı 

yaradır.  

Biologiyanin  tədrisi  vasitəsilə  şagirdlərdə  estetik,  ekoloji  tərbiyə  formalaşır. 

Şagird  öz  sağlamlığının,  ətraf  mühitin,  vətəndaşı  olduğu  doğma  yurdunun 

qorunması  ruhunda  tərbiyə  alır,  təhsil  prosesində  dünyanın  bütöv  bir  vahid  kimi 

qavranılmasına və dərk edilməsinə hazırlanır. 

2.

 

Təlimdə  bərabər  imkanların  yaradılması.  Bu  prinsipə  əsasən  biologiya 

fənninin  təlimi  elə  qurulur  ki,  şagirdin  sosial  vəziyyətindən,  fərdi  psixi 

xüsusiyyətlərindən  əqli  keyfiyyətlərindən  asılı  olmayaraq  münasib  təlim  şəraiti 

yaradılsın.  Bu  zaman  şagird-müəllim  münasibətləri  «subyekt-subyekt»  formulu 

üzrə həyata keçirilir. 

3.

 

ŞagirdyönümlülükŞəxsiyyətin inkişafı təlim prosesinin əsasını təşkil edir. 

İnkişafetdirici  təlim  şəxsiyyətin  formalaşdırılmasını  nəzərdə  tutmaqla  onu  təlimin 

başlıca problemi kimi mənalandırır. 



 

28 


 

Biologiya dərslərində  müəllimin şagirdlərlə  ünsiyyəti bir-birilə əlaqədar  olan 

və  bir-birini  şərtləndirən,  müxtəlif  şəraitlərdə  yerinə  yetirilən  birgə  fəaliyyətlərdə 

meydana  çıxır.  Bundan  əlavə,  şagirdlərin  hər  biri  cinsi,  etnik,  dini,  irqi 

mənsubiyyəti,  fərdi  intellektual  inkişafı,  qavrayış,  tədqiqatçılıq  və  s.  qabiliyyəti 

olan bir şəxsiyyətdir.  



4.  İnkişafyönümlülük.  Biologiyanın  tədrisində  şagirdə  nəyi,  nə  üçün 

öyrəndiyi aydın olmalı, əldə etdiyi bilik və bacarıqların əhəmiyyətini dərk edəcək 

canlılar aləmində və öz orqanizmində baş verən proseslərə maraq yaradılmalıdır. 

Tədris  prosesi  elə  qurulmalıdır  ki,  şagird  əldə  etdiyi  bilik  və  bacarıqları 

genişləndirməyə hazırlansın, öz bilik və bacarıqlarını inkişaf etdirməyə meyl etsin. 

Müəllim şagirdin nailiyyətlərini təhlil etməklə onların bilik, bacarıq və vərdişləri-

nin inkişaf etdirilməsi üçün zəmin yaradır. Şagird əldə etdiyi bilik və bacarıqlarını 

təhlil  etməklə  özünə  tənqidi  yanaşır,  öz  imkanlarını  düzgün  qiymətləndirir,  biolo-

giyadan əldə etdiyi bilik və bacarıqlardan real həyatda istifadə etməyə hazırlanır. 

 5.Fəaliyyətin  stmullaşdırılması.  Şagirdin  fərdi  imkanları,  təlimə  marağı  əldə 

etdiyi uğurlu  nəticələrin  dəyərləndirilməsi onun  fəaliyyətini stimullaşdırır, o, əldə 

etdiyi  bilik  və  bacarıqlardan  sonrakı  fəaliyyəti  prosesində  daha  səmərəli  istifadə 

etməklə  uğurlara  nail olur. Müəllim şagirdin təlim  fəaliyyətini düzgün qiymətlən-

dirdikdə şagird öz imkanlarını anlayır, qüvvətli və zəif tərəflərini müəyyənləşdirir.  

Şagirdin  biologiyanın  tədrisi  prosesində  praktik  vərdişlərə  yiyələnməsi, 

müşahidə  və  tədqiqatçılıq  qabiliyyətlərinin  inkişaf  etdirilməsi,  ədəbiyyatlardan, 

digər  bilik  mənbələrindən  bacarıqla  istifadə  etməsi  onun  müstəqil,  davamlı 

fəaliyyətini stimullaşdırır. 

6.Varislik.  Bu  prinsipə  əsasən  canlıların  sadədən  mürəkkəbə,  ibtidaidən  aliyə 

doğru inkişafı nəzərdə tutulur.  



7.Yaşauyğunluq.  Biologiya  fənninin  tədrisində  nəzərdə  tutulan  tapşırıqlar 

şagirdlərin  yaş  səviyyəsi  və  maraqları  nəzərə  alınmaqla  verilir.  Belə  ki,  fənnin 

tədrisi  zamanı  materialın  çətinlik  dərəcəsi  mütləq  nəzərə  alınmalıdır.  Çətinlik 

uşaqların əqli fəaliyyətinin ən müxtəlif cəhətlərindən asılıdır. 



8.Əyanilik. Biologiya dərslərində müxtəlif əyani vasitələrdən,  təbii bitkilər və 

herbarilər,  canlı  guşədə  olan  heyvanlar,  müxtəlif  mulyajlar  və  tablolar, 

mikroskopdan istifadə etmək olar.Eyni zamanda biologiya dərslərində kompüter-

dən  istifadə  dərsi  maraqlı  və  əyani  edir,  şagirdləri  fəal  idraki  fəaliyyətə  cəlb 

edir.  Dərs  prosesində  İkt  vasitələrindən  istifadənin  üstünlüyü  ondadır  ki,  onla-

rın köməyi vasitəsilə təlim prosesində fərdi və differensial yanaşma ideyalarını 

reallaşdırmaq şagirdləri müasir şərait və müstəqil fəaliyyətə, onların fəallığının 

artmasına səbəb olur.  



9.Tədqiqatyönümlülük.  Biologiya  fənninin  tədrisi  şagirdin  tədqiqatçılıq 

bacarıqlarını  inkişaf  etdirir.  Əldə  etdiyi  məlumatları  ümumiləşdirmək, 

eksperimentlər  aparmaq,  təbii  mühitdə  canlılar  aləmi  üzərində  müşahidə 

aparmaqla bitkilərin yetişdirilməsi, heyvanların bəslənməsi, insan sağlamlığının 

qorunması kimi bacarıqlar formalaşdırır. 

10.Müşahidəyönümlülük.  Müşahidə  yolu  ilə  canlı  təbiəti  daha  yaxşı 

öyrənmək  mümkün  olur.  Belə  ki,  canlıları  müşahidə  etməklə  şagirdlər  onlarda 

gedən    bioloji  hadisə  və  prosesləri,  onların  xarici  mühitlə  qarşılıqlı  əlaqəsini,  bir 

sözlə, canlı təbiətin inkişaf qanunauyğunluqlarını daha yaxşı dərk edirlər. 




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə