Azərbaycan respublikasinin ümumtəHSİl məKTƏBLƏRİ ÜÇÜn biologiya fəNNİ kurikulumu



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə12/27
tarix23.01.2018
ölçüsü0,74 Mb.
#21918
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

 

29 


11.Yaradıcı 

tətbiqetmə.  Hazırda  biologiyanın  tədrisində  şagirdlərin 

ekskursiyaya getmələrinin, laborotoriya işlərinin təşkilinə böyük ehtiyac vardır. Bu 

işlərin  təşkilində  şagirdlər  biologiya,  fizika,  kimya,  hətta  riyaziyyat  fənlərinin 

tədrisindən qazandıqları bilikləri təcrübədə tətbiq etməyi öyrənirlər.  



12.Dəstəkləyici  mühitin  yaradılması.  Tədris  prosesində  dəstəkləyici  mühiti 

yaratmaq  üçün  kifayət  qədər  əyani  və  texniki  vasitələr,  tədris  təcrübə  sahəsi, 

müxtəlif  ədəbiyyat,  dərslik  və  dərs  vəsaitləri  olmalı,  peşəkarlığı  yüksəldən 

müəllim,  kömək  etməyə  hazır  olan  yoldaşlar  və  valideynlər  bu  işə 



qoşulmalıdırlar. 

Şagirdin  tədqiqatçılığı,  kəşfə  istiqamətləndirilməsi  şagirdin  müstəqil 

fəaliyyətinin  stimullaşdırılması  üçün  sağlam  mənəvi  psixoloji  mühit  yaradılması 

çox vacib şərtdir. 



Müəllim öz fənnini lazımi səviyyədə bilməlidir. Proqram materialı ilə yanaşı, 

biologiya  fənni  üzrə  yeniliklərlə  maraqlanmalı,  məktəbdə  istifadə  olunan  əlavə 

ədəbiyyatlarla, dərsliklərlə tanış olmalıdır. 

Müəllimlər  təlim  prosesində  şagirdlərin  nəyi  mənimsədiklərinə,  necə 

düşündüklərinə, tədqiqat aparmalarına və ünsiyyətlərinə nəzarət edir. Şagirdlərə öz 

biliklərini  və  tapşırıqların  icra  səviyyəsini  necə  artırmağı  öyrədirlər.  Müəllimlər 

şagirdlərə  istiqamət  verməli,  sinifdə  şagirdlərin  fəallığını  təmin  etməli,  onları 

həvəsləndirməyi  bacarmalıdır.  Müəllim  valideynlərlə  sıx  əlaqə  saxlamalı,  yeri 

gəldikcə valideynlərin də maarifləndirilməsi ilə məşğul olmalıdır. 

Valideynlər  öz  övladlarının  dərslikləri,  müasir  dərsə  verilən  tələblərlə  tanış 

olmalıdır.  Yeri  gəldikcə  övladlarına  yardım  etməlidirlər.  Övladlarının 

çətinliklərinin  səbəbini  aydınlaşdırmalı,  müəllimlərlə  daima  əməkdaşlıq 

etməlidirlər. 



Şagird  təlim  prosesinə  məsuliyyətlə  yanaşmalı,  daima  axtarışlara, 

tədqiqatçılığa  meyl  etməli,  hazır  biliklərlə  kifayətlənməməlidir.  Araşdırmalar 

aparmalı «niyə?», «nə üçün?» suallarına cavab tapmağa çalışmalıdır. 

Şagird  bilməlidir  ki,  o,  biliklərə  təklikdə  deyil,  müəllimləri,  ən  başlıcası  isə 

yoldaşları ilə birlikdə əməkdaşlıq şəraitində daha asan nail ola bilər. 

 

 



2.2. Biologiya təliminin təşkilində istifadə olunan forma və üsullar barədə 

 

  Biologiya  fənninin  təlimində  dörd  iş  forması  nəzərdə  tutulmuşdur: 

Kollektivlə iş, qruplarla iş, cütlərlə iş və fərdi iş. Təlim formaları dərsin məqsədinə 

uyğun  olaraq seçilir və şagirdlərin fəaliyyətləri bu forma üzərində qurulur. 

Kollektivlə    zamanı,  kollektiv  fəaliyyətə  alışmaq  bacarığının  bünövrəsi 

qoyulur,  şagirdlərdə  ünsiyyətyaratma,  əməkdaşlıq  bacarığının    təşəkkülü  və 

inkişafı təmin edilir. 

Qruplarla iş zamanı şagirdlər müəyyən problemi həll etmək üçün qruplarda 

birləşirlər.  Bu  zaman  onların    müzakirə  etmək,  fikir  mübadiləsi  aparmaq, 

mühakimə yürütmək və əməkdaşlıq bacarıqları inkişaf edir. 

Cütlərlə  iş  samanı  şagirdlər  təlim  tapşırıqlarını  birgə    yerinə  yetirirlər.  Bu 

dərs  forması   şagirdlərə daha  yaxından  əməkdaşlıq etməyə  və  ünsiyyət qurmağa, 




 

30 


məsuliyyəti bölüşməyə optimal imkan yaradır. Lakin bu əməkdaşlığın əhatə dairəsi 

çox azdır. 



Fərdi iş şagirdin  fəaliyyətini  izləmək, potensial  imkanlarını  müəyyənləşdir-

mək  və  inkişaf etdirmək   məqsədi daşıyır.   Fərdi  iş zamnı şagirdin sərbəst düşün-

məsi  üçün  real  imkanlar  yaranır.  Müəllim  şagirdin  fəaliyyətini  tam  obyektiv 

qiymətləndirə bilir. 

Nəzərə almaq lazımdır ki, hər bir təlim formasının üstün cəhətləri olduğu kimi 

əks  tərəfləri  də  vardır.  Elə  buna  görə  də  müəllimlər  təlim  formalarından  istifadə 

edərkən  dərsin  məqsədlərini  və  sinfin  səviyəsini  nəzərə  almalıdırlar.  Bu  zaman 

düzgün  seçilmiş  forma  və  üsullar,  tədris  prosesinin  düzgün  istiqamətlənməsinə, 

şagird fəaliyyətinin artmasına onların müstəqil düşünərək, yaradıcı axtarışlara sövq 

olunmasına, aldığı nəticələrin sərbəst təhlil və müqayisəsini aparmağa yönləndirər.  

Rus  pedaqoqu  Q.Balabaninin    apardığı  tədqiqatlara  əsasən  ənənəvi  təlimdə 

istifadə olunan təlim üsulları şagirdlərin yalnız 10 faizi üçün münasibdir. Qalan 90 

faiz  şagird  oxumağa  qadirdir,  lakin  əldə  kitabla  yox,  başqa  formada,  “öz 

hərəkətləri, real işləri, bütün duyğu üzvləri ilə” 

Bu  tədqiqatın  nəticələrini  nəzərə  alaraq  təlim  başqa  bir  formada 

qurulmalıdır.  Təlim  üsulları  demokratik  və  humanist  prinsiplər  əsasında 

keyfiyyətcə  dəyişdikdə,  dərketmə  və  biliklərin  mənimsənilməsi  prosesində 

düşünmə  qabiliyyəti  aktivləşdiyi  halda  təlim  səmərəli  ola  bilər.  Təlim  prosesini 

aktiv  şəkildə  həyata  keçirmək,  şagirdlərin  fəallığına  nail  olmaq,  onların düşünmə 

qabiliyyətini inkişaf etdirmək, yaradıcılığa həvəsləndirmək vacibdir.    

 

Yuxarıda deyilənləri nəzərə alaraq  fəal  təlim  üsullarının  bu  meyarlara daha 



çox  uyğun  gəldiyi  fikrindəyik.  Fəal  təlim  üsulları  şagirdlərə,  xüsusilə  də  

yeniyetmələrə problemlərin  həllinin  müstəqil axtarışı  və təlim prosesində tədqiqat 

fəaliyyətinin təşkili,  yeni biliklərə  yiyələnmək,  yaradıcı düşünmə qabiliyyətlərinin 

inkişafı üçün ən münasib şərait yaradır.  

Dünya  təcrübəsində  fəal  təlim  üsulları  onlarladır.  Biologiyanın  tədrisində 

əsasən klaster, Beyin həmləsi, müzakirə, anlayışın çıxarılması, karusel, BİBÖ, 



auksion, Venn diaqramı, ziqzaq, assosiasiya kolu və s.  üsullardan geniş istifadə 

oluna bilər.  



 

Beyin həmləsi  

Bu  üsul  əqli  hücum  da  adlandırılır.  Şagirdlərdə  yeni  mövzuya  maraq 

oyatmaq,  habelə  onların  nəyi  yaxşı  (və  ya  pis)  bildiklərini  aydınlaşdırmaq 

məqsədilə  bu  üsuldan    istifadə  olunur.  Hazırlanmış  sual  lövhədə  yazılır,  yaxud 

şifahi  şəkildə  şagirdlərin  diqqətinə  çatdırılır.  Şagirdlər  suallara  əsasən  fikirlərini 

bildirirlər.Bütün ideyalar şərhsiz və müzakirəsiz yazıya alınır. Yalnız bundan sonra 

söylənilmiş  ideyaların  müzakirəsi,  şərhi  və  təsnifatı  başlanır.  Aparıcı  ideyalar  

yekunlaşdırılır, şagirdlər söylənmiş fikirləri  təhlil edir, qiymətləndirir.  



 

BİBÖ – Bilirəm/İstəyirəm bilim/Öyrəndim 

Bu  zaman  şagirdlərin  əvvəlki  bilik  və  təcrübələri  ilə  yeni  bilikləri  arasında 

əlaqə yaratmaqla şagirdlərin müstəqil düşünməsinə nail olmaq nəzərdə tutulur. 

      BİBÖ aşağıdakı mərhələlər üzrə aparılır: 

1.

 

Problem müəllim tərəfindən elan edilir. 




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə