Azərbaycan respublikasinin ümumtəHSİl məKTƏBLƏRİ ÜÇÜn biologiya fəNNİ kurikulumu



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə8/27
tarix23.01.2018
ölçüsü0,74 Mb.
#21918
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

 

21 


müqayisəli  təqdim  edilir.  Bununla  da  canlıların  bir  sistem  təşkil  etdiyi,  sadədən 

mürəkkəbə  doğru  inkişafı  və  dəyişiklikləri,  orqanizmin  quruluşu  və  həyati 

xüsusiyyətlərində  mükəmməlləşmə  haqqında  şagirdlərdə  tam  təsəvvür  yaranmış 

olur. 


X  sinifdə  canlıların  çoxalması  və  inkişafı,  hüceyrənin  elektron  mikroskopu 

səviyyəsində  quruluşu,  onun  kimyəvi  tərkibi,  canlıların  təkamülü  və  təkamülün 

dəlilləri,  qlobal  ekoloji  problemlər,  ekoloji  tarazlığın  qorunması,  yoluxucu 

xəstəliklər  məlumat  verilir.  XI  sinifdə  seleksiya  onun  qanunları,  biotexnologiya, 

bionika,  regional  ekoloji  problemlər,  sağlam  ailənin  qurulmasında  sağlam  həyat 

tərzinin  rolu  ilə  bağlı  bilik  və  bacarıqlar  əhatə  olunur,  bioloji  qanunauyğunluqlar 

daha  elmi  və  məntiqi  əsasda  şagirdlərə  çatdırılmaqla  biologiya  fənninin  tədrisi 

yekulaşdırılır. XI sinfin sonunda canlılar aləmi haqqında geniş məlumata malik olan 

şagird  gələcəkdə  biologiya  elminin  hər  hansı  sahəsi  üzrə  elmin  dərinliklərinin 

öyrənilməsinə hazırlanır.  



Fənlərarası inteqrasiya  

Fənlərarası  inteqrasiyanın  nəzərə  alınması  biologiya  fənninin  digər  fənlərlə 

əlaqə  imkanlarını  meydana çıxarır. Zəruri  məzmunun  mənimsənilməsində rolu  və 

əhəmiyyəti olan coğrafiya, kimya, fizika, riyaziyyat, texnologiya və s. fənlər üzrə 

anlayışların müəyyənləşməsinə şərait yaradır.  

Canlılar aləmi maddi gerçəkliyin tərkib hissəsi olmaqla kimyəvi maddələrdən 

təşkil  olunmuşdur.  Orqanizmlərdə  baş  verən  proseslər  də  məhz  fizikanın  və 

kimyanın  qanunlarına  əsaslanır.  Canlılar  coğrafi  mühitdə  mövcud  olmaqla  daim 

mühitin  təsiri  ilə  qarşılıqlı  əlaqədə  olur.  Bioloji  hadisələrin  aydınlaşdırılmasında 

riyazi  hesablamaların,  diaqramların  qurulmasının,  məlumatların  toplanması  və 

təqdim  edilməsinin  də  əhəmiyyəti  olduqca  böyükdür.  Elə  buna  görə  də  biologiya 

fənn  kurikulumunun  məzmunu  hazırlanarkən  ayrı-ayrı  fənlərin  məzmununun 

nəzərə alınması zəruri hesab edilərək, diqqət mərkəzində saxlanmışdır.  

Bununla da vaxta qənaət etmək, şagirdləri  düşünməyə, axtarış aparmağa  və 

digər fənlərlə əlaqəli fəaliyyət göstərməyə istiqamətləndirir. 

 

 



 

 

 




 

22 


Fəndaxili və fənlərarası inteqrasiya 

 

 

 

VI sinif 

 

 

VII sinif 

 

 

VIII sinif 

 

 

IX sinif 

 

 

X sinif 

 

 

XI  sinif 

 

1. Canlıların quruluşu və müxtəlifliyi 

1.1. Canlıların quruluşu və müxtəlifliyi  haqqında biliklərə malik olduğunu nümayiş etdirir. 

1.1.1. Canlılar aləmini 

öyrənən elm 

sahələrini fərqləndirir. 



C.- 2.1.7 

İnf. 1.2.3. 

1.1.1. Canlılar 

aləmindən  bəhs edən 

elm sahələri  barədə 

fikirlərini şərh edir.  

C. -2.1.7 

F-t.-1.1.1 

 

1.1.1. İnsanı öyrənən 



elm sahələrini 

(anatomiya, 

fiziologiya, gigiyena, 

psixologiya ) şərh edir 

və kiçik təqdimatlar 

hazırlayır. 



F-t.-1.1.1 

1.1.1. Canlıları 

öyrənən  elm sahələri 

(sitologiya, 

histologiya, biokimya) 

barədə məlumat 

toplayır və təqimatlar 

hazırlayır. 



K.-1.1.1 

 

1.1.1. Canlıları öyrənən 



elm sahələrinin 

(embriologiya, 

paleontologiya, genetika) 

xüsusiyyətlərinə dair 

məlumatlar toplayır, 

təqdimatlar hazırlayır.  



F-t.- 1.1.1 

K.-1.1.1 

1.1.1. Canlıları öyrənən elm 

sahələrinin (seleksiya, 

biotexnologiya,mikrobiolog

iya, bionika) 

xüsusiyyətlərini şərh edir, 

təqdimatlar hazırlayır. 

F. -3.2.1 

F-t.-1.1.1 

K.- 1.1.1; 1.2.1 

C.-1.3.1. 

1.1.2. Canlıların 

quruluşunu təsvir 

edir. 


İnf.1.2.3. 

1.1.2. Canlıların 

müxtəlifliyi haqqında 

mülahizələrini şərh 

edir. 

C.-2.1.1 

İnf.1.2.3. 

1.1.2. İnsan 

orqanizminin təşkil 

səviyyələrini təsvir 

edir.  

F.-2.1.1 

1.1.2. Canlıların 

kimyəvi tərkibini şərh 

edir. 


K.-1.1.1; 1.2.1 

F.-1.1.3;  2.1.3 

1.1.2. Canlıların kimyəvi 

tərkibində baş verən 

dəyişiklikləri izah edir, 

təqdimatlar hazırlayır. 

K.-1.2.1; 2.1.1; 2.2.1 

F.- 1.1.1; 2.1.1; 2.1.3 

1.1.2. Canlıların kimyəvi 

tərkibi və orada baş verən 

dəyişikliklərə dair 

müşahidələr aparır, 

nəticələri barədə 

təqdimatlar edir. 

K.- 1.1.1 

F.- 1.1.1; 1.1.2 

1.1.3. Canlıların 

quruluşunu öyrənmək 

üçün lazım  olan əsas 

laboratoriya 

avadanlıqlarını 

1.1.3. Canlıların 

quruluşunun 

öyrənilməsində 

laboratoriya 

avadanlıqlarından 

1.1.3. Canlıların 

quruluşunu öyrənmək 

üçün təcrübələr aparır 

və nəticələrini izah 

edir. 


1.1.3. Canlıların 

quruluşunun 

öyrənilməsinə dair 

laboratoriya işlərində 

müasir 

1.1.3. Müasir 



avadanlıqlardan istifadə 

etməklə canlıların 

kimyəvi tərkibində baş 

verən dəyişiklikləri 

1.1.3. Müasir 

avadanlıqlardan istifadə 

etməklə canlıları öyrənən 

elm sahələrinin 

nailiyyətlərinə dair məruzə 



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə