Azərbaycan respublikasinin ümumtəHSİl məKTƏBLƏRİ ÜÇÜn biologiya fəNNİ kurikulumu



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə6/27
tarix23.01.2018
ölçüsü0,74 Mb.
#21918
1   2   3   4   5   6   7   8   9   ...   27

 

15 


2.1.3. Bioloji proseslərin mahiyyəti və məzmununu, baş verən dəyişiklikləri riyazi 

üsullarla əsaslandırır. 



 

1.

 

İnsan və onun sağlamlığı 

3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir. 

3.1.1.  İnsanın  formalaşmasında  sosial  amillərin  rolu  və  əhəmiyyətinə  dair 

təqdimatlar hazırlayır.  

3.1.2.  İnsanın  ali  sinir  fəaliyyətinin  mexanizmini  şərh  edir  və  təqdimatlar 

hazırlayır. 

3.2. Sağlamlığın qorunmasına dair  bacarıqlar nümayiş etdirir. 

3.2.1. İrsi xəstəliklər, onların qarşısının alınması yollarını faktlarla izah edir.  

3.2.2.  Sağlam  həyat  tərzi  və  reproduktiv  sağlamlığın  əhəmiyyətini  şərh  edir, 

referatlar hazırlayır. 



 

4. Canlılar və ətraf mühit 

Şagird: 

4.1.  Canlıların  bir-biri  ilə  və  ətraf  mühitlə  qarşılıqlı  əlaqəsinə  dair  bilik  və 

bacarıqlar nümayiş etdirir. 

4.1.1.  Ekoloji  amillərin  canlıların  həyatında  rolunu  şərh  edir,  təqdimatlar 

hazırlayır.  

4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir. 

4.2.1.  Regional  ekoloji  problemlərlə  bağlı  müşahidələrini  ümumiləşdirib, 

təqdimatlar hazırlayır.    

4.2.2.  Azərbaycanda  canlılar  aləminin  növ  müxtəlifliyinin    qorunması  ilə  bağlı 

faktları toplayıb təqdimatlar hazırlayır. 

 

 

X sinif 



X sinfin sonunda şagird: 

 



  canlıları  öyrənən  elm  sahələrinin  (embriologiya,  paleontologiya,  genetika) 

xüsusiyyətlərinə, makrotəkamülə dair topladığı məlumatları təqdim edir; 

 

canlıların  kimyəvi  tərkibində  baş  verən  dəyişiklikləri  müasir  avadanlıqlardan 



istifadə etməklə izah edir; 

 



bioloji proseslərin, onda baş verən dəyişikliklərin mexanizmini şərh edir; 

 



insanın  tarixi  inkişaf  mərhələlərini,  insanda  baş  verən  psixi  dəyişiklikləri  izah 

edir; 


 

yoluxucu  xəstəliklər,  onlardan  qorunma  yolları  haqqında  materiallar  toplayır, 



sağlam  həyat  tərzində  gigiyena  qaydalarının  rolunu  və  əhəmiyyətini 

dəyərləndirir; 

 

ekoloji problemlərin aradan qaldırılmasının irsi xəstəliklərin azalmasına təsirini 



əsaslandırır;                       

 



qlobal  ekoloji  problemler  və  onların  həlli  yollarını,  ekoloji  tarazlığın 

qorunmasının əhəmiyyətini şərh edir.  



 


 

16 


Məzmun xətləri üzrə əsas və alt-standartlar 

 

1. Canlıların quruluşu və müxtəlifliyi: 

Şagird: 

1.1.  Canlıların quruluşu və müxtəlifliyi  haqqında biliklərə malik olduğunu 

nümayiş etdirir.  

1.1.1.  Canlıları  öyrənən  elm  sahələrinin  (embriologiya,  paleontologiya,  genetika) 

xüsusiyyətlərinə dair məlumatlar toplayır, təqdimatlar hazırlayır. 

1.1.2. Canlıların kimyəvi tərkibində baş verən dəyişiklikləri izah edir, təqdimatlar 

hazırlayır. 

1.1.3.  Müasir  avadanlıqlardan  istifadə  etməklə  canlıların  kimyəvi  tərkibində  baş 

verən dəyişiklikləri müşahidə edir, təqdimatlar hazırlayır. 

1.1.4. Makrotəkamül haqqında məlumat toplayır və təqdimat hazırlayır. 

 

2. Bioloji proseslər 

Şagird: 

2.1. Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.  

2.1.1. Bioloji proseslərin mexanizmini şərh edir, məruzə və təqdimatlar hazırlayır. 

2.1.2.  Maddələr  mübadiləsində  baş  verən  dəyişikliklərin  mexanizmini  şərh  edir, 

təqdimatlar hazırlayır. 

2.1.3. Bioloji proseslərdə baş verən dəyişikliklərin  mexanizmini müxtəlif üsullarla 

əsaslandırır. 

 

3. İnsan və onun sağlamlığı 

Şagird: 

3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir. 

3.1.1. İnsanın tarixi inkişaf mərhələlərini müqayisəli şərh edir, məruzə və referatlar 

hazirlayır. 

3.1.2. İnsanda baş verən psixi dəyişiklikləri faktlarla izah edir, referatlar hazırlayır. 



3.2. Sağlamlığın qorunmasına dair  bacarıqlar nümayiş etdirir. 

3.2.1.  Yoluxucu  xəstəliklər,  onlardan  qorunma  yolları  haqqında  referat,  təqdimat 

hazırlayır. 

3.2.2.  Sağlam  həyat  tərzində  gigiyena  qaydalarının  rolunu  və  əhəmiyyətini 

dəyərləndirir, məruzə və təqdimatlar hazırlayır. 

 

4. Canlılar və ətraf mühit 

Şagird: 

4.1.  Canlıların  bir-biri  ilə  və  ətraf  mühitlə  qarşılıqlı  əlaqəsinə  dair  bilik  və 

bacarıqlar  nümayiş etdirir. 

4.1.1.  Ekoloji  problemlərin  aradan  qaldırılmasının  irsi  xəstəliklərin  azalmasına 

təsirini əsaslandırır. 

4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir. 

4.2.1. Qlobal ekoloji problemlər və onların həlli yolları haqqında təqdimatlar edir.  

4.2.2.  Təbii  şəraitdə  ekoloji  tarazlığın  qorunmasının  əhəmiyyətini  şərh  edir, 

referatlar hazırlayır. 




 

17 


 

XI sinif 

 XI sinfin sonunda şagird: 

 



canlıları  öyrənən  elm  sahələrinin  (seleksiya,  mikrobiologiya,  biotexnologiya, 

bionika)  xüsusiyyətlərini,  nailiyyətlərini  müasir  avadanlıqlardan  istifadə 

etməklə şərh edir; 

 



yer üzərində həyatın əmələ gəlməsini şərh edir, canlıların kimyəvi tərkibinə, baş 

verən dəyişikliklərə dair müşahidələrinin nəticələrini təqdim edir; 

 

bioloji  proseslərin,  baş  verən  dəyişikliklərin  fərqli  mexanizmlərinin 



xüsusiyyətlərini müqaisəli şərh edir, riyazi üsullarla əsaslandırır; 

 



insanın  fərdi  və  tarixi  inkişafının,  psixi  proseslər  və  orada  baş  verən 

dəyişikliklərin müqayisəli şərhinə dair təqdimatlar edir; 

 

insan  orqanizmində  baş  verən  xəstəliklərin  hüceyrə  səviyyəsində  olduğunu 



əsaslandırır,  sağlam  ailənin  qurulmasında  sağlam  həyat  tərzinin  rolunu 

dəyərləndirir; 

 

təbii seçməni yaşamaq uğrunda mübarizənin nəticəsi kimi əsaslandırır, regional 



və qlobal ekoloji problemləri əlaqələndirir.  

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar 



 

1. Canlıların quruluşu və müxtəlifliyi 

Şagird: 

1.1. Canlıların quruluşu və müxtəlifliyi  haqqında biliklərə malik olduğunu 

nümayiş etdirir.  

1.1.1.  Canlıları  öyrənən  elm  sahələrinin  (seleksiya,  mikrobiologiya, 

biotexnologiya, bionika) xüsusiyyətlərini şərh edir, təqdimatlar hazırlayır. 

1.1.2. Canlıların kimyəvi tərkibi və orada baş verən dəyişikliklərə dair müşahidələr 

aparır, nəticələri barədə təqdimatlar edir. 

1.1.3.  Müasir  avadanlıqlardan  istifadə  etməklə  canlıları  öyrənən  elm  sahələrinin 

nailiyyətlərinə dair məruzə və təqdimatlar hazırlayır. 

1.1.4. Yer üzərində həyatın əmələ gəlməsinə dair fikirləri  müqayisəli şəkildə şərh 

edir. 

 

2. Bioloji proseslər 



Şagird: 

2.1. Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.  

2.1.1.  Bioloji  proseslərin  mexanizminin  müqayisəli  şərhinə  dair  referat  və  

təqdimatlar hazırlayır. 

2.1.2.  Maddələr  mübadiləsində  baş  verən  dəyişikliklərin  fərqli  mexanizmlərini 

müqayisəli şəkildə şərh edir, məruzə və təqdimatlar hazırlayır. 

2.1.3.  Bioloji  prosesdə  baş  verən  pataloji  dəyişikliklərin  fərqli  mexanizmlərinin 

xüsusiyyətlərini riyazi üsullarla əsaslandırır və təqdimatlar hazırlayır. 

 

3. İnsan və onun sağlamlığı 




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə