Azərbaycan respublikasinin ümumtəHSİl məKTƏBLƏRİ ÜÇÜn biologiya fəNNİ kurikulumu



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə5/27
tarix23.01.2018
ölçüsü0,74 Mb.
#21918
1   2   3   4   5   6   7   8   9   ...   27

 

12 


 

virus,  bakteriya,  göbələk  və  heyvanların  insan  orqanizmində  törətdiyi 



xəstəlikləri təsvir edir, dərman bitkilərini qruplaşdırır; 

 



təbiətdə baş verən fiziki və kimyəvi dəyişikliklərin canlılara təsirini izah edir; 

 



canlıların qorunmasına dair  müşahidələr aparır, respublikanın xüsusi  mühafizə 

olunan təbiət əraziləri fərqləndirir. 

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar 

 

1. Canlıların quruluşu və müxtəlifliyi 



Sagird: 

1.1.  Canlıların quruluşu və müxtəlifliyi  haqqında biliklərə malik olduğunu 

nümayiş etdirir.  

1.1.1. Canlılar aləmindən  bəhs edən elm sahələri  barədə fikirlərini şərh edir. 

1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir. 

1.1.3. Canlıların quruluşunun öyrənilməsində laboratoriya avadanlıqlarından  

istifadə qaydalarına əməl edir. 

1.1.4. Canlıların sistematik kateqoriyalarını fərqləndirir. 



 

2. Bioloji proseslər 

Sagird: 

2.1. Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.  

2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir. 

2.1.2. Maddələr mübadiləsinin pozulma səbəblərini  sadalayır. 

2.1.3.  Bioloji  proseslərdə  baş  verən  dəyişikliklərə  dair  hesablamalar  aparır  və 

nəticələri ümumiləşdirir. 

 

3. İnsan və onun sağlamlığı 

Sagird: 

3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir. 

3.1.1. İnsanı digər məməlilərlə müqayisə edir. 

3.1.2. İnsanın ali sinir fəaliyyətini izah edir. 

3.2. Sağlamlığın qorunmasına dair  bacarıqlar nümayiş etdirir. 

3.2.1. Müxtəlif canlıların insan orqanizmində törətdiyi xəstəlikləri və onların 

əlamətləriini fərqləndirir.  

3.2.2. Müalicəvi əhəmiyyətinə görə dərman bitkilərini qruplaşdırır. 

 

4. Canlılar və ətraf mühit 

Şagird: 

4.1.  Canlıların  bir-biri  ilə  və  ətraf  mühitlə  qarşılıqlı  əlaqəsinə  dair  bilik  və 

bacarıqlar  nümayiş etdirir. 

4.1.1. Təbiətdə baş verən fiziki,  kimyəvi dəyişikliklərin canlılara təsirini izah edir.  



4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir. 

4.2.1.  Yerli  şəraitdə  canlıların  qorunmasına  dair  müşahidələr  əsasında 

mülahizələrini şərh edir. 

4.2.2. Respublikanın flora və faunasının qorunma yollarını fərqləndirir. 

 



 

13 


 

 

 

VIII sinif 

VIII sinfin sonunda şagird: 

 



insanı öyrənən elm sahələrini, onun orqanizminin təşkil səviyyələrini şərh edir; 

 



canlıların quruluşunu öyrənmək üçün təcrübələr aparır;  

 



canlıların nəsil ağacını tərtib edir; 

 



insan  orqanizmində  gedən  bioloji  prosesləri  şərh  edir,  buna  dair  riyazi 

hesablamalar aparır; 

 

canlılara xas psixoloji anlayışları fərqləndirir; 



 

sağlamlığın  qorunması  qaydalarını  izah  edir,  xəstəliklər  və  zədələnmələr 



zamanı ilkin yardım göstərir; 

 



mühit amillərinin insan orqnizminə təsirini izah edir; 

 



ətraf aləm və onun təmizliyinin qorunmasına dair  təqdimat hazırlayır.  

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar 

 

1. Canlıların quruluşu və müxtəlifliyi 

Şagird: 

1.1.  Canlıların quruluşu və müxtəlifliyi  haqqında biliklərə malik olduğunu 

nümayiş etdirir.  

 1.1.1.  İnsanı  öyrənən  elm  sahələrini  (anatomiya,  fiziologiya,  gigiyena, 

psixologiya) şərh edir və kiçik təqdimatlar hazırlayır. 

1.1.2. İnsan orqanizminin təşkil səviyyələrini təsvir edir.  

1.1.3.  Canlıların quruluşunu  öyrənmək  üçün  təcrübələr  aparır  və  nəticələrini  izah 

edir. 


1.1.4. Canlıların nəsil ağacını tərtib edir. 

 

2. Bioloji proseslər 



Şagird: 

2.1. Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.  

2.1.1. İnsan orqanizmində baş verən bioloji prosesləri izah edir. 

2.1.2. Zərərli vərdişlərin insan orqanizminə mənfi təsirini izah edir. 

2.1.3.  İnsan  orqanizmində  baş  verən  bioloji  proseslərə  dair  təcrübələr  və  riyazi 

hesablamalar aparır, nəticələrini ümumiləşdirir. 

 

3. İnsan və onun sağlamlığı 

Şagird: 

3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir. 

3.1.1. İnsanın formalaşmasında əməyin rolunu izah edir. 

3.1.2.  İnstinkt, düşüncəli fəaliyyət və təfəkkürü fərqləndirir. 

3.2. Sağlamlığın qorunmasına dair  bacarıqlar nümayiş etdirir. 

3.2.1. Sağlamlığın qorunması qaydalarını izah edir. 




 

14 


3.2.2. Xəstəliklər, zədələnmələr zamanı ilkin yardım göstərir. 

 

4. Canlılar və ətraf mühit 



Şagird: 

4.1.  Canlıların  bir-biri  ilə  və  ətraf  mühitlə  qarşılıqlı  əlaqəsinə  dair  bilik  və 

bacarıqlar  nümayiş etdirir. 

4.1.1. Mühit amillərini və onun insan orqanizminə təsirini izah edir.  



4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir. 

4.2.1. Ətraf mühitin çirklənməsi və mühafizəsinə dair mülahizələrini şərh edir. 

4.2.2.Ətraf aləm və onun mühafizəsinə dair təqdimat hazırlayır.  

 

IX sınif 

IX sinfın sonunda şagird: 

 



canlıları  öyrənən  elm  sahələrinin  (sitologiya,  histologiya,  biokimya) 

xüsusiyyətlərini,  canlıların  kimyəvi  tərkibini,  mikrotəkamülü,  müasir 

laboratoriya avadanlıqlardan istifadə qaydalarını izah edir; 

 



bioloji  prosesləri,  orada  baş  verən  dəyişiklikləri  izah  edir,  riyazi  üsullarla 

əsaslandırır; 

 

insanın  formalaşmasında  sosial  amillərin  rolunu  və  ali  sinir  fəaliyyətinin 



mexanizmini şərh edir; 

 



irsi  xəstəlikləri,  onların  qarşısının  alınması  yollarını,  sağlam  həyat  tərzi  və 

reproduktiv sağlamlığın əhəmiyyətini izah edir; 

 

regional  ekoloji  problemlərl,  ekoloji  amillərin  canlıların  həyatında  rolunu  izah 



edir, növlərin müxtəlifliyinin qorunmasına dair topladığı faktları təqdim edir. 

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar 

 

1. Canlıların quruluşu və müxtəlifliyi 

Şagird: 

1.1. Canlıların quruluşu və müxtəlifliyi  haqqında biliklərə malik olduğunu 

nümayiş etdirir.  

1.1.1.  Canlıları  öyrənən    elm  sahələri  (sitologiya,  histologiya,  biokimya)  barədə 

məlumat toplayır və təqimatlar hazırlayır. 

1.1.2. Canlıların kimyəvi tərkibini şərh edir. 

1.1.3.  Canlıların  quruluşunun  öyrənilməsinə  dair  laboratoriya  işlərində  müasir 

avadanlıqlardan istifadə qaydalarını izah  edir.  

1.1.4. Mikrotəkamülü  izah edir və ona dair təqdimatlar hazırlayır. 

 

2. Bioloji proseslər 

Şagird: 

2.1. Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.  

2.1.1. Bioloji proseslərin mahiyyət və məzmunu ilə bağlı təqdimatlar hazırlayır.  

2.1.2. Maddələr mübadiləsinin pozulma səbəblərini faktlarla izah edir və təqdimat-

lar hazırlayır. 




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə