Azərbaycan respublikasinin ümumtəHSİl məKTƏBLƏRİ ÜÇÜn biologiya fəNNİ kurikulumu



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə3/27
tarix23.01.2018
ölçüsü0,74 Mb.
#21918
1   2   3   4   5   6   7   8   9   ...   27

 

əsasları,  ekologiyanın  problemləri  və  həlli  yolları,  biotexnologiya,  bionika, 



mikrobiologiya  haqqında  anlayışlar  yaratmaqla  müvafiq  bilik  və  bacarıqlar,  canlı 

maddi aləmin tamlığı və vəhdət təşkil etməsi haqqında elmi dünyagörüş və məntiqi 

təfəkkür formalaşdırılır.  

 

I. Biologiya təliminin  məzmunu 

 

1.1. Ümumi təlim nəticələri 

Ümumi orta təhsil səviyyəsi (VI-IX siniflər) üzrə şagird: 

 



canlılar  aləmini  təşkil  edən  varlıqları  səciyyəvi  xüsusiyyətlərinə  görə 

müqayisə edir, bu barədə mülahizələrini şərh edir;  

 

bioloji varlıqlarda baş verən dəyişiklikləri müşahidə etmək üçün təcrübələr 



qoyur, nəticələri ümumiləşdirir, onları şifahi və yazılı təqdim  edir;  

 



canlı varlıqlarda maddələr mübadiləsinin qanunauyğunluqlarını izah edir və 

onları fərqləndirir; 

 

bitkilərin  əkilməsi,  becərilməsi,  ev  heyvanlarının,  quşların  və  digər 



heyvanların  bəslənməsi  və  onlardan  məhsul  alınması  texnologiyasını 

məişətdə tətbiq edir; 

 

fiziki, kimyəvi, bioloji amillərin canlı varlıqlara mənfi təsiri barədə nəzəri 



biliklərə əsaslanaraq ekoloji problemlərin aradan qaldırılmasına çalışır; 

 



zədələnmələr  zamanı  ilk  tibbi  yardım  göstərir,  xəstəliklər  zamanı 

profilaktik tədbirlər görür.  

 

Tam  orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə şagird: 

 



bioloji  varlıqların  yaranması  və  inkişafını,  habelə  canlı  orqanizmlərdə 

gedən bioloji prosesləri şərh və izah edir; 

 

insanın əmələ gəlməsi, irqlərin yaranması, irsiyyət, qlobal ekoloji 



problemlərin baş vermə səbəbləri və aradan qaldırılması yolları barədə  

materiallar toplayır, sistemləşdirir, müqayisə  və təhlil edərək 

qiymətləndirir; 

 



irsiyyətin  qanunauyğunluqlarını  məsələ  həlli  yolu  ilə  əsaslandırır  və 

nəticələrini şərh edir; 

 

seleksiyanın  nailiyyətlərinin  ayrı-ayrı  sahələrdə  əhəmiyyətini  və  tətbiqi 



yollarını izah edir.  

 

1.2. Məzmun xətləri 

 

Biologiya  fənni  üzrə  müəyyənləşdirilmiş  məzmun  xətləri  fənn  üzrə  ümumi 

təlim  nəticələrinin  reallaşmasını  təmin  etmək  üçün  müəyyən  olunan  məzmunun 

zəruri hissələridir.  

Biologiya fənni üzrə aşağıdakı məzmun xətləri müəyyən edilmişdir: 

 



Canlıların quruluşu və müxtəlifliyi 

 



Bioloji proseslər 

 



İnsan və onun sağlamlığı 


 



 

Canlılar və ətraf mühit 



 

Canlıların quruluşu və müxtəlifliyi 

Canlıların  quruluşu  və  müxtəlifliyi  məzmun  xətti  üzrə  şagirdlər  canlıları 

cansızlardan  fərqləndirmək,  canlıları  öyrənən  elm  sahələrini,  canlıların  təşkil 

səviyyələrini, sistematik kateqoriyaları, canlıların funksional və inkişaf vahidi olan 

hüceyrənin  quruluşu  və  kimyəvi  tərkibini,  hüceyrəsiz  quruluşa  malik  olan 

virusların  xüsusiyyətlərini  müəyyənləşdirmək  məqsədilə  praktik  təcrübələr 

apararaq nəticələr əldə etmək bacarığına yiyələnirlər. 



 

Bioloji proseslər 

Bioloji  proseslər  məzmun  xətti  üzrə  şagirdlər  canlılar  aləmini  cansızlardan 

fərqləndirən  qidalanma,  tənəffüs,  maddələr  mübadiləsi  qıcıqlanma,  böyümə, 

çoxalma,  inkişaf,  hərəkət  və  onların  səbəblərini,  irsiyyət,  dəyişkənlik  və  onun 

qanunauyğunluqlarını izah edir, bakteriyalar, göbələklər, bitkilər və heyvanlara xas 

həyati  prosesləri  müqayisə  etmək  bacarığına  yiyələnirlər.  Müşahidə,  eksperiment 

və  tədqiqatlar  aparmaqla  canlılarda  gedən  həyati  prosesləri  öyrənir  və  bu 

proseslərə  təsir  edən  amilləri  (fiziki,  kimyəvi,  coğrafi,  tarixi)  təcrübi  yolla,  riyazi 

hesablamaların köməyi ilə təhlil edirlər.  

Bu məzmun xətti canlıların fərdi və tarixi inkişafı, onun səbəbləri və təkamülə 

dair  bilik  və  bacarıqların,  seleksiya  və  biotexnologiya  sahələrində  insanın  əldə 

etdiyi nailiyyətlərin öyrənilməsini təmin edir.  

 

İnsan və onun sağlamlığı 



İnsan  və  onun  sağlamlığı  məzmun  xətti  üzrə  şagirdlər  insanın  psixi 

xüsusiyyətləri,  sosial  mahiyyəti  ilə  tanış  olur,  insan  orqanizmindəki  bəzi  pataloji 

halları,  onları  doğuran  səbəblərı  və  aradan  qaldırılma  yollarını,  sağlamlığın 

şərtlərinə  əməl  etmək,  xəstəliklər,  zədələnmələr  zamanı  özünə  və  ətrafındakılara 

ilk yardım göstərmək bacarığına yiyələnmiş olurlar.  

 

Canlılar və ətraf mühit 

Canlılar və ətraf mühit məzmun xətti üzrə şagirdlər  canlıların bir-biri ilə və 

cansız aləmlə qarşılıqlı münasibətlərini müəyyənləşdirir, təbiətlə təmasda olmaq və 

ondan  istifadə  mədəniyyətinə,  ekoloji  amillər  və  bu  amillərin  qarşılıqlı  əlaqələri 

haqqında biliklərə yiyələnirlər. Əldə olunmuş bilik və bacarıqlar qlobal və regional 

ekoloji  problemləri  doğuran  səbəbləri  araşdırmaqla  yanaşı,  canlılar  aləmindən 

davamlı inkişaf naminə istifadəyə  imkan yaradır.  

Şagirdlər Azərbaycanın flora və faunasına daxil olan canlıları tanıyır, təbiətin 

qorunmasında bilavasitə iştirak edirlər.  



 

1.3. Məzmun xətləri üzrə təlim nəticələri 

 

Ümumi  orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri 

1. Canlıların quruluşu və müxtəlifliyi 

Şagird: 


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə