Azərbaycan respublikasinin



Yüklə 1,99 Mb.
səhifə41/45
tarix29.10.2017
ölçüsü1,99 Mb.
#7592
1   ...   37   38   39   40   41   42   43   44   45

39 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 47-ci maddənin “ç” bəndində “ordinatorluq, internatura, bakalavrlıq” sözləri “rezidentura” sözü ilə əvəz edilmişdir.





40 24 fevral 2009-cu il tarixli 771-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə 47-ci maddənin “d” bəndində “çatanadək” sözü “çatdıqda” sözü ilə əvəz edilmişdir.


41 3 dekabr 2002-ci il tarixli 391-IIQD nömrəli "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-cü il, № 1, maddə 9) ilə 48-ci maddənin birinci hissəsində "şəxsiyyətini təsdiq edən sənədi" sözlərindən sonra "və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla)" sözləri əlavə edilmişdir.


42 5 oktyabr 2001-ci il tarixli 178-IIQD nömrəli “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 11, maddə 672) ilə 48-ci maddənin 3-cü hissəsində "məcburi köçkün" sözlərindən sonra "onlara bərabər tutulan şəxs" sözləri əlavə edilmişdir.



43 21 dekabr 2010-cu il tarixli 37-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 fevral 2011-ci il, № 39, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 70) ilə 48-ci maddənin beşinci hissəsinə yeni məzmunda ikinci abzas əlavə edilmişdir.


44 1 oktyabr 2007-ci il tarixli 424-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 11, maddə 1049) ilə 50-ci maddənin ikinci hissəsinə üçüncü cümlə əlavə edilmişdir.


45 24 fevral 2009-cu il tarixli 771-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə 50-ci maddənin 5-ci hissəsində “öz mülahizəsinə görə” sözləri “müəyyən edilmiş qaydada” sözləri ilə əvəz edilmişdir.


46 24 fevral 2009-cu il tarixli 771-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə 52-ci maddənin 4-cü abzası səkkizinci abzas hesab edilmişdir, üçüncü abzasından sonra yeni abzaslar əlavə edilmişdir.


47 21 dekabr 2010-cu il tarixli 37-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 fevral 2011-ci il, № 39, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 70) ilə 54-cü maddənin birinci hissəsinin on birinci abzası on ikinci abzas hesab edilmişdir və hissəyə yeni məzmunda on birinci abzas əlavə edilmişdir.


48 24 fevral 2009-cu il tarixli 771-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə 54-cü maddənin 1-ci hissəsinin onuncu abzası on birinci abzas hesab edilmişdir və onuncu abzas əlavə edilmişdir.


49 24 fevral 2009-cu il tarixli 771-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə 58-ci maddənin 1-ci hissəsinin birinci cümləsində “başqa iş yerində” sözləri “başqa iş yerlərində” sözləri ilə əvəz edilsin, ikinci cümləsində “ikinci” sözü çıxarılsın, “birinci əmək müqaviləsi bağlanan” sözləri “əmək kitabçası saxlanılan” sözləri ilə əvəz edilmişdir və üçüncü cümlə əlavə edilmişdir.


50 24 fevral 2009-cu il tarixli 771-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə 58-ci maddənin 3-cü hissəsinin birinci cümləsində “iş yerində” sözləri “iş yerlərində” sözləri ilə əvəz edilmişdir.


51 24 fevral 2009-cu il tarixli 771-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə 59-cu maddədə “həmçinin” sözündən sonra “əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya” sözləri əlavə edilmişdir.


52 24 fevral 2009-cu il tarixli 771-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə 61-ci maddənin 1-ci hissəsində “on beş gündən çox müddətdə” sözləri “” sözü ilə əvəz edilmişdir.


53 15 aprel 2005-ci il 888-IIQD nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əlavə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 560) 61-ci maddəsinə yeni 4-cü hissə əlavə edilmişdir.


54 17 aprel 2007-ci il 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 6, maddə 560) ilə 62-ci maddənin 1-ci hissəsinin “a)” bəndində “narkotik,” sözü “narkotik vasitələr və psixotrop,” sözləri ilə əvəz edilmişdir.


55 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında "Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 62-ci maddənin 1-ci hissəsinin "c" bəndində "hüquqpozmaları" sözü "xətaları" sözü ilə əvəz edilmişdir.


56 21 dekabr 2010-cu il tarixli 37-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 fevral 2011-ci il, № 39, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 70) ilə 62-ci maddənin birinci hissəsinin “c” bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və hissəyə yeni məzmunda “ç” bəndi əlavə edilmişdir.


57 24 fevral 2009-cu il tarixli 771-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə 62-ci maddənin 3-cü hissəsinə ikinci cümlə əlavə edilmişdir.


58 16 dekabr 2008-ci il tarixli 743-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 15 fevral 2009-cu il, № 36, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 48) ilə 66-cı maddənin ikinci abzasında "yaralanmış" sözü "xəsarət (yaralanma, travma, kontuziya) almış" sözləri ilə əvəz edilmişdir.


59 1 oktyabr 2007-ci il tarixli 424-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 11, maddə 1049) ilə 66-cı maddənin altıncı abzasında “qadınlar” sözündən sonra “(uşağını təkbaşına böyüdən kişilər)” sözləri əlavə edilmişdir.


60 20 oktyabr 2009-cu il tarixli 891-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 25 dekabr 2009-cu il, № 287) ilə 66-cı maddənin onuncu abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və on birinci abzas əlavə edilmişdir.


61 20 oktyabr 2009-cu il tarixli 891-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 25 dekabr 2009-cu il, № 287) ilə 67-1-ci maddə əlavə edilmişdir.


62 1 oktyabr 2007-ci il tarixli 424-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 11, maddə 1049) ilə 69-cu maddənin üçüncü hissəsində “bağladıqda” sözündən sonra “, seksual qısnamaya məruz qaldıqda” sözləri əlavə edilmişdir.


63 24 fevral 2009-cu il tarixli 771-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə 70-ci maddənin “ç” bəndindən sonra “d” bəndi əlavə edilmişdir.


64 17 may 2011-ci il tarixli 127-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 9 iyun 2011-ci il, № 117, “Azərbaycan” qəzeti, 10 iyun 2011-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 464) ilə 70-ci maddənin “d” bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və maddəyə yeni məzmunda “e” bəndi əlavə edilmişdir.


65 24 fevral 2009-cu il tarixli 771-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə 70-ci maddənin “Qeyd” hissəsindən “, habelə müəssisənin direktorlar şurası, elm və təhsil müəssisələrinin elmi şurası, pedaqoji şurası” sözləri çıxarılmışdır.
20 oktyabr 2009-cu il tarixli 891-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 25 dekabr 2009-cu il, № 287) ilə 70-ci maddənin “Qeyd” hissəsinin birinci cümləsində “komissiyası” sözündən sonra “, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı” sözləri əlavə edilmişdir.


66 16 may 2008-ci il tarixli 608-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 600) ilə maddənin adı yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:


İşəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar




67 16 may 2008-ci il tarixli 608-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 600) ilə maddənin 1-ci hissəsi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:



1. İstər müəssisə bölünərkən, başqa müəssisəyə birləşərkən və ya digər qaydada yenidən təşkil olunarkən, yaxud təşkilati-hüquqi forması dəyişərkən, istərsə də müəssisədə belə dəyişikliklər edilmədən işçilərin sayı azaldıldıqda, ştatları ixtisar olunduqda, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürən tərəfindən işçinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı araşdırılmalıdır. İşəgötürənin belə imkanları olmadıqda göstərilən əsaslarla əmək müqaviləsi ləğv edilə bilər.



68 17 aprel 2007-ci il 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 6, maddə 560) ilə 72-ci maddənin “b)” bəndində “narkotik,” sözü “narkotik vasitələr və psixotrop,” sözləri ilə əvəz edilmişdir.


69 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında "Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 72-ci maddənin "f" bəndində "hüquqpozmalara" sözü "xətalara" sözü ilə əvəz edilmişdir.


70 24 may 2002-ci il tarixli 333-IIQD nömrəli "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi normativ hüquqi aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 6, maddə 328) ilə 74-cü maddənin birinci hissəsinin "ç" bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

ç) işçinin azadlıqdan məhrum edilməyə, azadlıqdan məhrum etmədən islah işlərinə (islah işlərinin iş yerində çəkilməsi istisna edilməklə), müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etməyə və ya vəzifədən çıxartma cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə;


71 1 fevral 2008-ci il tarixli 540-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 3, maddə 156) ilə 74-cü maddənin birinci hissəsinin "e" bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və hissəyə "ə" bəndi əlavə edilmişdir.


72 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 74-cü maddənin “Qeyd” hissəsində “əlillik qrupu” sözlərindən sonra “və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu” sözləri əlavə edilmişdir.
01 fevral 2010-cu il tarixli 950-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 fevral 2010-cu il, № 43, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №2, maddə 75) ilə 74-cü maddənin ikinci hissəsinin birinci cümləsində “məhkəmənin” sözündən sonra “qanuni qüvvəyə minmiş” sözləri əlavə edilmişdir.



73 3 dekabr 2004-cü il 795-IIQD nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 12, maddə 981) ilə Məcəllənin 74-cü maddəsinə aid qeydin dördüncü cümləsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınır.


74 5 oktyabr 2001-ci il tarixli 186-IIQD nömrəli “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 5-ci hissəsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 11, maddə 679) ilə 77-ci maddənin 5-ci hissəsinin dördüncü cümləsindən "müəssisəni satın alan yeni mülkiyyətçiyə, o cümlədən" sözləri çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

5. Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan orta əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən işçiyə verilən müvafiq arayışlar əsasında ödənilir. Həmin arayış işdən çıxan gündən bir ay müddətində müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan şəxslərə verilir. Bu ödəmələr işəgötürən, müəssisə ləğv edildikdə isə onun əmlakının yeni mülkiyyətçisi (əmlakın operativ idarəçiliyini həyata keçirən hüquqi, fiziki şəxs) tərəfindən ödənilməlidir. Bu qayda müəssisəni satın alan yeni mülkiyyətçiyə, o cümlədən bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hala şamil olunmur.


75 1 sentyabr 2004-cü il tarixli 729-IIQD nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə bəzi əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 9, maddə 672) ilə 77-ci maddənin yeddinci hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilmişdir:

“Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “ç” bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir.”.




76 12 oktyabr 2001-ci il tarixli 195-IIQD nömrəli "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə”Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 1, maddə 2) ilə 77-ci maddəyə yeni 8-ci hissə əlavə edilmişdir.


77 1 fevral 2008-ci il tarixli 540-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 3, maddə 156) ilə 77-ci maddəyə doqquzuncu hissə əlavə edilmişdir.
24 fevral 2009-cu il tarixli 771-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə 77-ci maddənin 9-cu hissədən “, işçilərin sayının və ştatlarının ixtisarı halları” sözləri çıxarılsın, “işçinin” sözündən sonra “müddətli” sözü əlavə edilmişdir və ikinci cümlə əlavə edilmişdir.



78 5 oktyabr 2001-ci il tarixli 178-IIQD nömrəli "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 11, maddə 672) ilə 78-ci maddənin 2-ci hissəsinin yeddinci abzasında "məcburi köçkün" sözlərindən sonra "onlara bərabər tutulan şəxs" sözləri əlavə edilmişdir.


79 24 fevral 2009-cu il tarixli 771-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə 79-cu maddənin 1-ci hissəsinin ikinci abzasında “qadınların” sözündən sonra “, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin” sözləri əlavə edilmişdir.


80 21 may 2004-cü il tarixli 675-IIQD nömrəli “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsində dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 6, maddə 413) ilə 79-cu maddənin 1-ci hissəsinə yeni beşinci abzas əlavə edilmiş və 1-ci hissənin beşinci və altıncı abzasları müvafiq olaraq altıncı və yeddinci abzaslar hesab edilmişdir.

16 oktyabr 2012-ci il tarixli 446-IVQD Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 01 dekabr 2012-ci il, № 268, “Azərbaycan” qəzeti, 02 dekabr 2012-ci il, № 269) ilə 79-cu maddənin 1-ci hissəsinin dördüncü bəndində “şəkərli diabetlə” sözlərindən sonra “və ya dağınıq sklerozla” sözləri əlavə edilmişdir.




81 24 fevral 2009-cu il tarixli 771-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə 79-cu maddənin 1-ci hissəsinin yeddinci abzası səkkizinci abzas hesab edilmişdir və hissəyə aşağıdakı məzmunda yeddinci abzas əlavə edilmişdir.


82 16 may 2008-ci il tarixli 608-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 600) ilə maddənin 1-ci hissəsi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:



1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir. Həmkarlar ittifaqı təşkilatı əmək müqaviləsinin ləğvi üçün bu Məcəllədə nəzərdə tutulan əsasın düzgün tətbiq edildiyini, bu Məcəllənin 77-79-cu maddələrinin müvafiq normalarına əməl edildiyini, işçinin təqsirini və məsuliyyətini obyektiv və qərəzsiz araşdıraraq özünün yazılı qərarını üç gün müddətində işəgötürənə təqdim etməlidir.


83 16 may 2008-ci il tarixli 608-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 600) ilə maddənin 2-ci hissəsi 3-cü hissə hesab edilmişdir və maddəyə yeni məzmunda 2-ci hissə əlavə edilmişdir.



84 10 oktyabr 2006-cı il tarixli 155-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 923) ilə 87-ci maddənin 1-ci hissəsinə yeni məzmunda ikinci abzas əlavə edilmişdir.


85 2 oktyabr 2008-ci il tarixli 697-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 oktyabr 2008-ci il, № 242, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 10, maddə 887) ilə 87-ci maddəyə yeni məzmunda 6-cı hissə əlavə edilmişdir.


86 24 fevral 2009-cu il tarixli 771-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə 87-ci maddəyə 7-ci hissə əlavə edilmişdir.


87 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 94-cü maddənin 3-cü hissəsində “əlillik” sözündən sonra “, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu” sözləri əlavə edilmişdir, “16 yaşınadək əlil” sözləri “sağlamlıq imkanları məhdud” sözləri ilə əvəz edilmişdir.



88 16 may 2008-ci il tarixli 608-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 600) ilə 97-ci maddənin 2-ci hissəsi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:



Əgər işçinin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşərsə, onda həmin iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır.



89 16 may 2008-ci il tarixli 608-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 600) ilə 104-cü maddənin 1-ci hissəsinin sonuncu cümləsi çıxarılmışdır.

90 3 mart 2006-cı il tarixli 74-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2006-cı il, № 3, maddə 220) ilə 104-cü maddəsinə üçüncü hissə əlavə edilmişdir.


91 8 dekabr 2006-cı il tarixli 194-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2006-cı il, № 12, maddə 1025) ilə 105-ci maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:


Maddə 105. İş günü hesab olunmayan bayram günləri


1. Azərbaycan Respublikasında hər il:

Yanvarın 1 və 2-də — Yeni il;

Martın 8-də — Qadınlar günü;

Mayın 9-da – Faşizm üzərində qələbə günü;

Mayın 28-də — Respublika günü;

İyunun 15-də — Azərbaycan xalqının Milli Qurtuluş günü;

İyunun 26-da — Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;

Oktyabrın 18-də — Dövlət müstəqilliyi günü;

Noyabrın 12-də — Konstitusiya günü;

Noyabrın 17-də — Milli Dirçəliş günü;

Dekabrın 31-də — Dünya azərbaycanlıların həmrəyliyi günü;

Novruz bayramı — iki gün;

Qurban bayramı-bir gün;

Ramazan bayramı-iki gün bayram edilir. Bu günlərdə işçilərin işə cəlb olunmasına yalnız bu Məcəllədə nəzərdə tutulmuş müstəsna hallarda yol verilə bilər.

2. Novruz bayramı, Qurban bayramı və Ramazan bayramının keçiriləcəyi günlər hər il yanvar ayının sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilib əhaliyə elan olunur.

3. Bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının qərarı bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər.

4. Həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.



92 4 dekabr 2009-cu il tarixli 927-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 dekabr 2009-cu il, № 286) ilə birinci hissənin doqquzuncu-on dördüncü abzasları müvafiq olaraq onuncu-on beşinci abzaslar hesab edilmişdir və hissəyə doqquzuncu abzas əlavə edilmişdir.


93 4 dekabr 2009-cu il tarixli 927-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 dekabr 2009-cu il, № 286) ilə ikinci hissədə “Silahlı Qüvvələri günü,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət bayrağı günü,” sözləri əlavə edilmişdir.


94 24 fevral 2009-cu il tarixli 771-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə 105-1-ci maddə əlavə edilmişdir.


95 16 iyun 2007-ci il tarixli 389-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 756) ilə 107-ci maddənin adında, mətnində, 109-cu maddənin birinci hissəsində və 172-ci maddənin üçüncü hissəsində “bayram” sözündən əvvəl “iş günü hesab edilməyən” sözləri əlavə edilmişdir.

24 fevral 2009-cu il tarixli 771-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə 107-ci maddənin adında və mətnində “istirahət” sözündən sonra “səsvermə,” sözü əlavə edilmişdir.




96 24 fevral 2009-cu il tarixli 771-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə 108-ci maddənin adı və 1-ci hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



Maddə 108. İş günü hesab edilməyən bayramqabağı, istirahət günü qabağı günlərdə və ümumxalq hüzn günü qabağı iş gününün müddəti


97 16 iyun 2007-ci il tarixli 389-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 756) ilə 108-ci maddədə, maddənin adında “Bayramqabağı” sözü “İş günü hesab edilməyən bayramqabağı” sözləri ilə əvəz edilmişdir, birinci hissədə “bayramqabağı” sözündən əvvəl “iş günü hesab edilməyən” sözləri əlavə edilmişdir.

24 fevral 2009-cu il tarixli 771-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə 108-ci maddənin 1-ci hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1. Bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan iş yerlərində bilavasitə səhərisi günü bu Məcəllənin 105-ci maddəsində göstərilən bayram günlərindən biri olan iş günü hesab edilməyən, habelə ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin sayından asılı olmayaraq iş gününün müddəti bir saat qısaldılır.


98 16 iyun 2007-ci il tarixli 389-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 756) ilə 109-cu maddənin adında “bayram günlərində və iş günü hesab edilməyən” sözləri “iş günü hesab edilməyən bayram və” sözləri ilə əvəz edilmişdir.

24 fevral 2009-cu il tarixli 771-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə 109-cu maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 109. İstirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb olunmuş işçilərin əməyinin ödənilməsi

1. Müstəsna hal kimi istirahət, iş günü hesab edilməyən bayram günlərində işə cəlb olunmuş işçilərin əməyi, tərəflərin qarşılıqlı razılığı ilə işçiyə digər istirahət günü verilməklə və ya həmin günlərdə görülmüş işin müqabilində ikiqat məbləğdə əmək haqqı ödənilməklə əvəz edilməlidir.

2. Ümumxalq hüzn günü, bu Məcəllənin 101-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallarda işə cəlb edilmiş işçilərin əmək haqqı ikiqat məbləğdə ödənilir.


99 1 oktyabr 2007-ci il tarixli 424-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 11, maddə 1049) ilə 112-ci maddənin birinci hissəsinin “b” bəndində “qadınların” sözü “işçilərin” sözü ilə əvəz edilmişdir.
24 fevral 2009-cu il tarixli 771-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə 112-ci maddənin “b” bəndi aşağıdakı redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



b) uşağına qulluq etmək üçün işçilərin sosial məzuniyyəti;



100 28 aprel 2009-cu il tarixli 807-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 399) ilə 114-cü maddəsinin 3-cü hissəsinin “b” bəndində “çalışan” sözü “qulluq keçən” sözləri ilə əvəz edilmişdir.


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə