Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə31/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   27   28   29   30   31   32   33   34   ...   258

 

63

 



 

 

 

İ K İ N C İ   B Ö L M Ə  

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNLARI 

 

10 

                    

Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

İnsan hüquqlarının ümumi bəyannaməsinə və Azərbaycan Respublikasının müvafiq beynəlxalq müqavilələrinə 

uyğun olaraq bu Qanunla Azərbaycan Respublikası  vətəndaşının Azərbaycan Respublikasından getmək və 

Azərbaycan Respublikasına gəlmək (bundan sonra – ölkədən getmək və ölkəyə gəlmək) hüququna təminat verilir 

və bu hüquqdan azad şəkildə istifadə etmək üçün hər bir müstəqil dövlətin rəmzi olan xüsusi sənədin – Azərbaycan 

Respublikası  vətəndaşının pasportunun tətbiqi nəzərdə tutulur, vətəndaşlara pasportun verilməsi qaydaları, xaricə 

daimi yaşayış üçün gedən vətəndaşların hüquqi vəziyyəti,  əcnəbilərin Azərbaycan Respublikasına gəlməsi və 

Azərbaycan Respublikasından getməsi qaydaları təsbit olunur. 

M a d d ə  1. Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlmək hüququ 

Azərbaycan Respublikasının hər bir vətəndaşı (bundan sonra- vətəndaş) Qanunda nəzərdə tutulmuş qaydada 

xüsusi ayrılmış nəzarət məntəqələrindən keçib sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malik-

dir. Vətəndaş ölkədən getmək və ölkəyə  gəlmək hüququndan məhrum edilə bilməz. Bu hüquq yalnız aşağıdakı 

hallarda müvəqqəti məhdudlaşdırıla, 4-cü bənddə nəzərdə tutulan hallarda isə eyni zamanda dayandırıla bilər: 

1.

 

vətəndaş cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində tanındıqda,  məhkum edildikdə və ya 



barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə  – müvafiq olaraq barəsində cinayət təqibi üzrə icraat 

başa çatanadək, cəzasını  çəkib qurtaranadək və ya cəzadan azad edilənədək, yaxud tibbi xarakterli məcburi 

tədbirlərin tətbiqi ləğv edilənədək; 

2.

 



vətəndaş müəyyənləşdirilmiş qaydada müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – müddətli həqiqi hərbi 

xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək. 

3.

 

beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası 



müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı profilaktik peyvəndlərin 

aparılmasınadək. 

Dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin tanış olmağa buraxıldığı məlumatın məxfilik müddəti bitənədək, 

lakin 5 ildən çox olmamaq şərtilə, xarici ölkəyə daimi yaşamağa getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. 

Hər hansı bir ölkədə fövqəladə  vəziyyət və ya insan həyatı, sağlamlığı  və azadlığı üçün təhlükə yaranarsa, 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının əhalisini dərhal xəbərdar etməklə, 

vətəndaşlara həmin ölkəyə getməkdən müvəqqəti çəkinməyi tövsiyə edə bilər. 

M a d d ə  2. Vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi 

Vətəndaşın ölkədən getmək və ya ölkəyə  gəlmək hüququ bu Qanunla müəyyənləşdirilmiş qaydada yalnız 

Azərbaycan Respublikası  vətəndaşının pasportu və beynəlxalq müqavilələrə uyğun olaraq xarici ölkəyə daxil 

olmaq üçün rəsmiləşdirilmiş icazə – viza əsasında həyata keçirilir. Xarici ölkədə pasportunu itirmiş, pasportu 

oğurlanmış  və ya yararsız hala düşmüş, pasportunun etibarlıq müddəti bitmiş Azərbaycan Respublikası  vətən-

daşının ölkəyə qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış  şəhadətnaməsi  əsasında həyata keçirilir. 

Azərbaycan Respublikasına qayıdış  şəhadətnaməsinin forması  və  həmin  şəhadətnamənin verilməsi qaydası 

Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilir. 



 

64

Azərbaycan Respublikasında qeydiyyatda olan və  dənizçilik məqsədilə istifadə edilən gəmilərdə  hər hansı 



dənizçi vəzifəsində  işləyən vətəndaşın ölkədən getmək və ölkəyə  gəlmək hüququ Azərbaycan Respublikasının 

Qanunu ilə təsdiq edilən “Dənizçinin şəxsiyyət sənədi haqqında” Əsasnaməyə uyğun olaraq həyata keçirilir: 

18 yaşına çatmamış vətəndaş ölkədən öz valideynlərinin və ya qanuni nümayəndəsinin notarius tərəfindən və 

ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş razılığı ilə kedə bilər. Valideynlərdən birinin razılığı 

olmadıqda yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.  

18 yaşına çatmamış vətəndaşın daimi yaşayış üçün ölkədən getməsinə yalnız onun valideynlərinin hər birinin 

və ya qanuni nümayəndəsinin yazılı  şəkildə ifadə edilmiş  və notarius tərəfindən və ya qanunvericiliklə  nəzərdə 

tutulmuş qaydada təsdiq edilmiş razılığı olduqda yol verilir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərə-

findən övladlığa götürülmüş Azərbaycan Respublikasının vətəndaşı olan uşaq ölkədən yalnız onun övladlığa 

götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və övladlığa götürmə haqqında şəhadətnamə 

təqdim edilməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada gedə bilər. 

Fəaliyyət qabiliyyətsizliyi məhkəmə  tərəfindən təsdiq edilmiş  vətəndaş ölkədən öz qanuni nümayəndəsinin 

notarius tərəfindən təsdiq edilmiş vəsatəti və ya məhkəmənin qərarı əsasında qanuni nümayəndəsinin müşayiəti ilə 

gedir. 


Müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular istisna olmaqla Azərbaycan Respublikası Silahlı Qüvvə-

lərində və qanunvericilikdə nəzərdə tutulmuş digər qoşun birləşmələrində qulluq edən hərbi qulluqçular komanda-

nlığın müəyyən olunmuş qaydada rəsmiləşdirilmiş, icazəsi olduqda  Azərbaycan Respublikasından gedə bilərlər. 

Səfərbərlik elan edildikdə, Azərbaycan Respublikasına gəlmə  və Azərbaycan Respublikasından getmənin 

xüsusi qaydalarını müvafiq icra hakimiyyəti orqanı  müəyyən edir. 

M a d d ə  3. Azərbaycan Respublikası vətəndaşının pasportu. 

Azərbaycan Respublikası  vətəndaşının pasportu (bundan sonra – pasport) Azərbaycan Respublikasının 

ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun 

həyata keçirilməsi üçün verilən vahid sənəddir. 

Pasport 18 yaşına çatmış müstəsna hallarda isə  təhsil almaq, beynəlxalq tədbirlərdə  iştirak etmək, müalicə 

olunmaq və ya daimi yaşamaq üçün xaricə gedən 18 yaşına çatmamış Azərbaycan Respublikası  vətəndaşına bu 

Qanunla müəyyən edilmiş qaydada verilir və bütün ölkələrə getmək  üçün etibarlıdır. 

Pasportun Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən ümumvətəndaş, xidməti, 

diplomatik tipləri vardır. 

Pasport Azərbaycan Respublikasının mülkiyyətidir, onun vətəndaşdan alınması  və ya girov götürülməsi 

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna olunmaqla qəti qadağandır. 

Hər bir vətəndaş pasportu möhkəm saxlamağa borcludur. Pasport itdikdə vətəndaş pasport verən dövlət orqan-

larına, belə hadisə xaricdə baş verərsə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə  və ya konsul-

luğuna dərhal məlumat verməlidir. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları 

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə belə  vətəndaşları  qısa müddət  ərzində 

Azərbaycan Respublikasına qayıtmaq hüququ verən sənədlə təmin edirlər. 

Vətəndaş öldükdə onun pasportu, habelə etibarlıq müddəti qurtarmış pasport müvafiq dövlət orqanına təhvil 

verilir. 

M a d d ə  4. Ümumvətəndaş pasportu 

 Ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra bir ay müddətində, Azərbaycan Respublikasının 

qanunvericiliyində nəzərdə tutulmuş hallarda beş iş günü müddətində, müstəsna hallarda isə (Azərbaycan Respub-

likası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun 

ağır xəstəliyi, ölümü və ya digər müstəsna hallar) iki iş günü müddətində onun ərizəsi, şəxsiyyət vəsiqəsi, fotoşəkli, 

dövlət rüsumunun ödənilməsi barədə  qəbz və  zəruri hallarda Azərbaycan Respublikasının vətəndaşlığını  təsdiq 

edən sənədlər əsasında yaşadığı yerin daxili işlər orqanı tərəfindən verilir. 

Vətəndaş ölkədən yetkinlik yaşına çatmamış  uşaqları ilə birlikdə gedərsə, bu halda onun ümumvətəndaş 

pasportuna həmin uşaqlar yazılmalı və fotoşəkilləri yapışdırılmalıdır. 

Ümumvətəndaş pasportunun verilməsi üçün dövlət rüsumu alınır. 

Ümumvətəndaş pasportu on illik müddətə verilir. 

M a d d ə  5. Xidməti pasport 

Xidməti pasport xidməti işlə  əlaqədar xarici ölkələrə ezam olunan siyahısı müvafiq icra hakimiyyəti orqanı 

tərəfindən təsdiq edilən vəzifəli şəxslərə, o cümlədən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, 

Milli Məclisi, Hesablama Palatası aparatlarının, Azərbaycan Respublikası Prokurorluğunun, Mərkəzi Bankının, 




Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə