Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə32/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   28   29   30   31   32   33   34   35   ...   258

 

65

Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin, müvafiq icra hakimiyyəti orqanlarının məsul işçilərinə, 



hakimlərə, Mərkəzi Seçki Komissiyasının üzvlərinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və müvafiq icra hakimiyyəti orqanının aparatlarının məsul işçilərinə, 

müvafiq icra hakimiyyəti orqanlarının başçılarına və onların müavinlərinə, Azərbaycan Respublikasının xarici 

ölkələrdəki nümayəndəliklərinin inzibati-texniki işçilərinə, onlar üç aydan artıq xarici ölkələrdə  işləyərsə onların 

arvadına (ərinə) və 18 yaşına çatmış  əmək qabiliyyəti olmayan uşaqlarına, beynəlxalq xətlərdə çalışan dəniz və 

hava gəmiləri, dəmir yolu, avtonəqliyyat işçilərinə verilir. Xidməti pasport müvafiq dövlət orqanları rəhbərlərinin 

təqdimatı daxil olduqda ən geci beş  iş günü keçənədək Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 

orqanı tərəfindən sahiblərinin səlahiyyət müddətinə və ya beş illik müddətə verilir. 

Xidməti pasportun verilməsi üçün dövlət rüsumu alınır. 

Azərbaycan Respublikasının xaricdə olan səlahiyyətli  şəxsləri bu pasportun sahibinə xaricdə xidməti 

vəzifələrini yerinə yetirməkdə kömək göstərməyə borcludurlar. 

M a d d ə  6. Diplomatik pasport 

 Diplomatik pasport Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən: 

1)

 



 öz  vəzifələrinin icra etməyə başladıqdan  ən geci 15 gün keçənədək Azərbaycan Respublikasının 

Prezidentinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikası Hesablama Palata-

sının sədrinə, sədr müavininə  və auditorlarına, Nazirlər Kabinetinin üzvlərinə, Konstitusiya Məhkəməsinin, Ali 

Məhkəmənin hakimlərinə, apellyasiya məhkəmələrinin sədrlərinə, Ağır cinayətlərə dair işlər üzrə  məhkəmənin 

sədrinə, Ağır cinayətlərə dair işlər üzrə  hərbi məhkəmənin sədrinə, Baş prokurora və onun müavinlərinə, 

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Məhkəmə-Hüquq Şurasının üzvlə-

rinə, Mərkəzi Bankın sədrinə  və onun müavinlərinə, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin 

direktoruna, Azərbaycan Respublikası Mərkəzi seçki komissiyasının sədrinə, Azərbaycan Respublikası Prezidenti, 

Milli Məclisi, Hesablama Palatası Nazirlər Kabineti, Konstitusiya Məhkəməsi aparatlarının rəhbər işçilərinə (şöbə 

müdirləri də daxil olmaqla yuxarı  vəzifəlilərə), mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, diplomatik 

xidmət  əməkdaşlarına, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə  və onun müavinlərinə, 

Nazirlər Kabinetinin üzvlərinə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrinə  və  sədr müavininə, 

Naxçıvan Muxtar Respublikasının Prokuroruna; 

2)

 



Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi sədrinin və istisna hallarda 

Azərbaycan Respublikası xarici işlər nazirinin sərəncamına  əsasən beynəlxalq konfranslarda, müşavirələrdə  və 

danışıqlarda, BMT Baş Məclisinin sessiyalarında, BMT-nin orqanlarında, beynəlxalq təşkilatların konfranslarında, 

dövlətlərarası görüş  və  əlaqələrdə Azərbaycan Respublikasını  təmsil edən nümayəndə heyətlərinin üzvlərinə  və 

xüsusi nümayəndələrə; 

3)

 



Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisi sədrinin, Baş nazirin, Konstitusiya Məhkəməsi 

sədrinin, xarici işlər nazirinin, habelə xaricə 3 aydan artıq müddətə ezam olunan, yuxarıda sadalanan digər şəxslərlə 

birlikdə gedən arvadına (ərinə) və 18 yaşına çatmış ərdə olmayan qızına. 

4)

 



diplomatik korrespondensiyaları daşıyan feldyeger rabitəsi orqanının əməkdaşlarına verilir. 

Diplomatik pasportun verilməsi üçün dövlət rüsumu alınmır. 

Diplomatik pasportda onun sahibinin yetkinlik yaşına çatmamış  uşaqları, yazıla bilər və belə halda pasporta 

onların fotoşəkilləri də yapışdırılır. Sahibi olmadan bu pasportdan ailə üzvlərinin ölkədən getmək və ya ölkəyə 

gəlmək üçün istifadə etməsi qadağandır. 

  Diplomatik pasport onun sahibinə beş il və ya xüsusi səlahiyyətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş 

müddətə verilir. 

 Azərbaycan Respublikasının Prezidentinə, Milli Məclisinin sədrinə, Baş nazirinə, Konstitusiya Məhkəməsinin 

sədrinə, xarici işlər nazirinə isə diplomatik pasport ömürlük verilir. 

Həmin pasport xaricdə diplomatik immunitetdən istifadə etmək hüququ verir. Bütün səlahiyyətli şəxslər diplo-

matik pasport sahibinə, həmin pasportda yazılmış  şəxslərə  sərhədi sərbəst və  təhlükəsiz keçməkdə, digər zəruri 

hallarda kömək və havadarlıq göstərməyə borcludurlar. 

M a d d ə  7. Pasportda göstərilən məlumatlar 

Tiplərindən asılı olmayaraq hər bir pasportda: 

1)

 

Azərbaycan Respublikasının adı, dövlət gerbi, ölkənin kodu, pasportun tipi, seriyası və nömrəsi, sahibinin 



soyadı, adı, atasının adı, vətəndaşlığı, doğulduğu yer və tarix, cinsi, qan qrupu, pasportu verən orqanın adı, verilmə 

tarixi, pasport sahibinin şəxsi imzası, onunla birgə gedən 18 yaşına çatmamış  uşaqların soyadı, adı, cinsi və 

doğulduğu tarix, pasporta aid olan tələblər göstərilir; 

2)

 



pasport sahibinin fotoşəkli əks olunur; 


 

66

3)



 

xarici ölkəyə daxil olmaq üçün rəsmiləşdirilmiş icazələr (vizalar) və digər xüsusi (gömrük və  sərhəd 

məntəqələrini keçməsi barədə) qeydlər edilir. 

Bundan əlavə xidməti pasportda bu Qanunun 5-ci maddəsinin üçüncü hissəsində, diplomatik pasportda isə bu 

Qanunun 6-cı maddəsinin beşinci hissəsində  nəzərdə tutulmuş hallar və belə pasportların etibarlıq müddəti, 

uzadılmış etibarlıq müddəti, bu müddəti uzadan orqanın adı, uzadılma tarixi göstərilir. 

Pasportdakı yazılar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində göstərilir və müvafiq dövlət 

orqanlarının məsul əməkdaşı tərəfindən imza və möhürlə təsdiq edilir.  

M a d d ə  8. Pasport verilməsi haqqında ərizə (vəsatət) 

Pasport vətəndaşların (onun valideynlərindən birinin və ya qanuni nümayəndəsinin) müvafiq dövlət orqanına 

ərizəsi və ya müəssisənin, idarənin, təşkilatın vəsatəti əsasında verilir. 

Ümumvətəndaş pasportunun verilməsi haqqında  ərizəyə dövlət rüsumunun ödənilməsi barədə  qəbz, foto-

şəkillər, 18 yaşına çatmamış  uşaqların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı, bu Qanunun 9-cu 

maddəsinin birinci hissəsində  nəzərdə tutulan, ərizəyə  təcili baxılmasını  şərtləndirən hallar olduqda isə  həmin 

halları təsdiqləyən sənədlər əlavə edilməlidir. 

M a d d ə  9. Pasport verilməsi haqqında ərizəyə (vəsatətə) baxılması 

Pasport verilməsi haqqında vətəndaşın  ərizəsinə (müəssisənin, idarənin, təşkilatın vəsatətinə) pasportun 

tipindən asılı olaraq bu Qanunun 4, 5 və ya 6-cı maddələrində  nəzərdə tutulmuş müddətlərdə,  əkər səfər xaricə 

gedən şəxsin və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan qohumunun ağır xəstəliyi və ya 

ölümü ilə bağlıdırsa, bu faktları təsdiqləyən sənəd təqdim edildikdən ən geci 48 saat keçənədək baxılır. 

Bu Qanunun 1-ci maddəsinin birinci hissəsinin 2-ci və 3-cü bəndlərində, ikinci hissəsində  nəzərdə tutulmuş 

hallarda pasport verilməsi haqqında xahiş səbəbləri yazılı şəkildə ərizəçinin (vəsatət verənin) nəzərinə çatdırılmaqla 

rədd edilir və onların təkrar ərizəsinə (vəsatətinə) imtinanı doğuran səbəblər aradan qaldırıldıqdan sonra baxılır. 

Vətəndaş haqqında yalan məlumat yazılmış və ya qüvvədən düşmüş sənəd təqdim olunubsa, pasportun veril-

məsindən imtina edilir və həmin məsələyə yalnız yeni sənədlər təqdim edildikdən sonra baxıla bilər. 

Dövlət sirrinin mühafizəsi ilə  əlaqədar pasportun verilməsindən imtina yalnız Azərbaycan Respublikasının 

qanunvericiliyində nəzərdə tutulmuş hallarda edilir. 

Pasportun verilməsi haqqında  ərizəyə (vəsatətə) baxılmasının süründürülməsindən və ya buna imtina edil-

məsindən vətəndaş inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər. 

M a d d ə  10. Pasportun dəyişdirilməsi 

Vətəndaşın soyadı, adı, atasının adı dəyişdirildikdə və ya pasportdakı yazılarda dəqiqsizlik müəyyən edildikdə, 

yaxud pasport yararsız hala düşdükdə vətəndaş pasportu dəyişdirməlidir. 

Ümumvətəndaş pasportunun dəyişdirilməsi üçün bu dövlət rüsumu alınır. 

Pasport bu Qanunun 8-ci və 9-cu maddələrində nəzərdə tutulmuş qaydada dəyişdirilir. 

M a d d ə  11. Xaricə daimi yaşayış üçün gedən vətəndaşların hüquqi vəziyyəti 

Xaricə daimi yaşayış üçün gedən vətəndaşlar: 

Azərbaycan Respublikasının Konstitusiyası ilə verilmiş bütün hüquqlardan, o cümlədən Azərbaycan Respub-

likasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada pensiya təminatı hüququndan istifadə edir və öhdələrinə 

düşən vəzifələri daşıyırlar; 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülki dövriyyədən çıxarılmış əşyalar 

istisna olmaqla onlara və ailə üzvlərinə məxsus əmlakı xaricə apara bilərlər. Mədəni və tarixi sərvət sayılan incəsənət 

əşyalarının və digər dəyərli əşyaların xaricə aparılması Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir; 

Azərbaycan Respublikasının xaricdəki konsulluğunda uçota alınırlar və onların pasportlarında müvafiq qeydlər edilir; 

Azərbaycan Respublikasının məhkəmə  qətnamələri üzrə alimentləri və ya başqa mülki öhdəlikləri yaşayış 

yerindən asılı olmayaraq vaxtında ödəməlidirlər; 

Ölkəyə müvəqqəti yaşamaq üçün pasport vasitəsi ilə  gəlirlər daimi yaşayış üçün ölkəyə qayıtmaqdan ötrü isə 

onların pasportlarında Azərbaycan Respublikasının xaricdəki konsulluğunda uçotdan çıxarılma barədə qeyd olmalıdır. 

M a d d ə  12. Əcnəbilərin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi  

Əcnəbilər və  vətəndaşlığı olmayan şəxslər (bundan sonra – əcnəbilər) Qanunda nəzərdə tutulmuş qaydada 

xüsusi ayrılmış nəzarət məntəqələrindən keçmək şərti ilə şəxsi pasportları və beynəlxalq müqavilələrə uyğun olaraq 

rəsmiləşdirilmiş icazə-viza  əsasında Azərbaycan Respublikasına kələ  və Azərbaycan Respublikasından kedə 

bilərlər. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər şəxsi pasportları 




Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə