Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə40/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   36   37   38   39   40   41   42   43   ...   258

 

81

istisna olmaqla) ekranda elə tərzdə nümayiş etdirilməsidir ki, ailə dairəsində və ya ailənin yaxın tanışları sırasına 



daxil olmayan şəxslər tərəfindən qavranıla bilsin. Audiovizual əsərin ayrı-ayrı təsvirlərinin ardıcıl olmayan nüma-

yişi də onun kütləvi nümayişi sayılır; 

pulsuz istifadə” – əsərin orijinalına və ya nüsxəsinə sahiblik hüququnun müəyyən müddətə  əhaliyə pulsuz 

xidmət göstərən kitabxanalara, arxivlərə və başqa müəssisələrə, təşkilatlara verilməsi; 



“bildiriş” – əsərlərin və əlaqəli hüquqların obyektlərinin faktiki qavranılmasından asılı olmayaraq, eşitmə və 

ya görmə qavrayışını mümkün edən nümayişi, ifası, radio və televiziya ilə ötürülməsi və ya hər hansı digər hərəkət 

(əsərin, yaxud fonoqramın nüsxələrinin yayılması istisna olmaqla); 

kütləvi bildiriş” (kütləyə çatdırma məqsədi ilə bildiriş) – əsərlərin və əlaqəli hüquqların obyektlərinin bildiriş 

kimi efirlə, kabellə ötürülməsi, həmçinin bildirişin qavranılmasından asılı olmayaraq, onun əldə edilməsini bu cür 

mümkün edən hər hansı, o cümlədən interaktiv üsulla kütləyə çatdırma (əsərin və əlaqəli hüquqların obyektlərinin 

nüsxələrinin yayılması istisna olmaqla); 

“interaktiv kütləvi bildiriş”  (əsərlərin və  əlaqəli hüquqların obyektlərinin interaktiv istifadə üçün kütləyə 

çatdırılması) – əhali nümayəndələrinin öz şəxsi seçiminə görə istənilən yerdə  və istənilən vaxtda əsərlərin və 

əlaqəli hüquqların obyektlərinin əldə etməsini mümkün edən çatdırma; 

əsəri və əlaqəli hüquqların obyektlərini yaymaq – əsərin və ya əlaqəli hüquqların obyektlərinin orijinalının 

və ya nüsxələrinin satışı və ya mülkiyyət hüququnun başqa cür verilməsi ilə kütləyə çatdırılması; 



texniki mühafizə vasitələri – əsərə və əlaqəli hüquqların obyektlərinə daxilolmanı nəzarətdə saxlamağa imkan 

verən, hüquq sahibinin və ya istehsalçının icazə vermədiyi hərəkətlərin qarşısını alan, yaxud məhdudlaşdıran 

istənilən texniki qurğu və ya onların hissələri; 

hüquqların idarə edilməsi haqqında informasiya – əsəri,  əsərin müəllifini və ya digər hüquq sahibini 

eyniləşdirən və ya əsərdən istifadə  şərtləri haqqında məlumatları  və  təqdim olunan belə  məlumatları özündə 

saxlayan hər hansı rəqəmləri və ya kodları bildirir ki, informasiyanın istənilən elementlərindən hər hansı biri əsərin 

nüsxəsinə əlavə edilmiş olur, yaxud bu obyektlərin kütləyə çatdırılması məqsədi ilə bildirişi zamanı görünür; 

reproqrafik surətçıxarma” (reprosurətçıxarma) – əsərin (yazılı  və başqa qrafik əsərin) orijinalının və ya 

nüsxəsinin fotosurətçıxarma yolu ilə və ya nəşretmə istisna olmaqla, digər texniki vasitələrin köməyi ilə hər hansı 

ölçüdə (böyüdülmüş, yaxud kiçildilmiş) faksimilesinin çıxarılması; 

kirayə – əsərin, fonoqramın və ya bu qanunla qorunan obyektlərin orijinalının və ya nüsxələrinin birbaşa və ya 

dolayısı yolla gəlir götürmək məqsədi ilə müəyyən müddətə müvəqqəti istifadəyə verilməsi

şərikli  əsər” – bu maddədə  nəzərdə tutulan kollektiv əsərlər istisna olmaqla iki və ya daha çox müəllifin 

yaratdığı əsər; 

efirlə kütləvi bildiriş” – əsərlərin, ifaların, fonoqramların, yayım təşkilatının verilişlərinin radio və televiziya 

vasitəsi ilə (kabel televiziyası istisna olmaqla), o cümlədən peyklərin köməyi ilə kütləyə çatdırılması.  Əsərlərin, 

ifaların, fonoqramların, yayım təşkilatının verilişlərinin peyk vasitəsi ilə efirlə kütləvi bildirişi dedikdə, yerdə 

yerləşən stansiyadan göndərilən siqnallar vasitəsi ilə kütlənin faktik qəbul etməsindən asılı olmayaraq, əsərlərin, 

ifaların, fonoqramların, yayım təşkilatının verilişlərinin kütləyə çatdırılması başa düşülür. Kodlaşdırılmış siqnal-

ların bildirişi,  əgər kodun açılması vasitələri yayım təşkilatı  tərəfindən və ya onun razılığı ilə  əhaliyə  təqdim 

olunarsa, efirlə kütləvi bildiriş sayılır; 

kabellə kütləvi bildiriş” – əsərlərin, ifaların, fonoqramların, yayım təşkilatının verilişlərini kabel, naqil, optik 

tel və digər oxşar vasitələrlə kütləyə çatdırılması; 

fonoqram” – ifaların və ya digər səslərin müstəsna olaraq səsli yazılması; 

əsər nüsxəsi” – əsərin hər hansı maddi formada hazırlanmış surəti; 

fonoqram nüsxəsi” – fonoqramda yazılmış səslərin hamısının və ya bir hissəsinin bilavasitə və ya dolayısı ilə 

hər hansı maddi daşıyıcıya köçürülmüş surəti; 

retranslyasiya” – yayım təşkilatının verilişinin başqa yayım təşkilatı tərəfindən eyni vaxtda efirlə (kabellə) 

verilməsi. 

 

 

 

 



 

82

I I   B Ö L M Ə 



 

 MÜƏLLİFLİK HÜQUQU 

 

I   f ə s i l  

 MÜƏLLİFLİK HÜQUQUNUN OBYEKTLƏRİ 

 

M a d d ə   5 . Müəlliflik hüququnun obyekti 



1. Müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı 

olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud 

olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. 

Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa 

üsullarla rəsmiləşdirilməsi tələb olunmur. 

2. Müəlliflik hüququnun şamil edildiyi həm açıqlanmış, həm də açıqlanmamış  əsərlər aşağıdakı obyektiv 

formalarda mövcud ola bilər: 

yazılı (əlyazması, makina yazısı, not yazısı və s.); 

şifahi (kütləvi çıxış, kütləvi ifa və s.); 

səs, yaxud videoyazılma (mexaniki, maqnit, rəqəmli, optik və s.); 

təsviri (rəsm, eskiz, şəkil, plan, cizgi, kino-, tele-, video-, yaxud fotokadr və s.); 

həcmli – fəzavi (heykəl, model, maket, tikili və s.); 

digər formalar. Əsərin hissələri (adı, personajı  və s.) bu maddənin 1-ci bəndində göstərilən  əlamətlərə malik 

olduğu və müstəqil istifadə oluna bildiyi halda müəlliflik hüququnun obyekti sayılır. 

3. Müəlliflik hüququ ilə qorunma öz-özlüyündə ideyalara, proseslərə, işləmə metodlarına və ya riyazi konsep-

siyalara deyil, ifadə formasına şamil edilir. 

4.  Əsərə müəlliflik hüququ onun ifadə edildiyi maddi obyektə olan mülkiyyət hüququ ilə bağlı deyil. 

Maddi obyektə mülkiyyət hüququnun və ya maddi obyektə sahiblik hüququnun verilməsi qanunda xüsusi göstəri-

lən hallardan başqa öz-özlüyündə bu obyektə ifadə edilmiş əsərə müəlliflik hüququnun verilməsinə səbəb olmur. 

M a d d ə   6 . Müəlliflik hüququnun obyekti olan əsərlər 

1. Müəlliflik hüququnun obyektləri aşağıdakılardır: 

ədəbi əsərlər (kitablar, broşüralar, məqalələr, mühazirələr və çıxışlar, kompüter proqramları və s.); 

dram, musiqili-dram və başqa səhnə əsərləri; 

xoreoqrafiya əsərləri və pantomimalar; 

mətnli və ya mətnsiz musiqi əsərləri

audiovizual əsərlər (kino-, tele-, və videofilmlər, slaydfilmlər, diafilmlər və başqa kino və teleəsərlər); 

heykəltəraşlıq, rəngkarlıq, qrafika, dizayn, litoqrafiya əsərləri, qrafik hekayələr, komikslər və digər təsviri sənət 

əsərləri; 

dekorativ tətbiqi və səhnə tərtibatı sənəti əsərləri, əl ilə toxunan xalçalar

memarlıq, şəhərsalma və bağ-park sənəti əsərləri; 

fotoqrafiya əsərləri və ona oxşar üsulla yaradılmış əsərlər; 

coğrafiyaya, topoqrafiyaya və digər elmlərə aid olan xəritələr, planlar, eskizlər, illüstrasiyalar və plastik əsərlər; 

törəmə  əsərlər (tərcümələr, dəyişdirmələr, iqtibaslar, annotasiyalar, referatlar, xülasələr, icmallar, səhnələş-

dirmələr, aranjemanlar, elm, ədəbiyyat və incəsənət əsərlərinin yenidən işlənməsi); 

toplular; 

Törəmə əsərlərə və toplulara müəlliflik hüququ onların əsaslandığı və ya onlara daxil edilən əsərlərin müəlliflik 

hüququ obyektləri olmasından asılı olmayaraq qorunur. 

teleradio verilişlərinin proqramları, kataloqlar, bukletlər, fotoalbomlar, mündəricatlar, multimedia məhsulları 

(əsərləri) və digər əsərlər. 



Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə