Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə48/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   44   45   46   47   48   49   50   51   ...   258

 

97

2. Pozulmuş müəlliflik hüququnun və əlaqəli hüquqların bərpasının təminatı üçün səlahiyyətli vəzifəli şəxslər 



və orqanlar Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun lazımi tədbirləri görməlidirlər. 

3. Müəlliflik hüququ və əlaqəli hüquqların mülki-hüquqi müdafiəsini təmin edən prosedurlar bərabər, ədalətli 

və sadə olmalı, səmərəsiz ləngimələrə  gətirib çıxarmamalı  və Azərbaycan Respublikasının mülki-prosessual 

qanunvericiliyində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. 

M a d d ə   4 7 . Qanunun pozulmasına görə məsuliyyət 

Bu Qanunla nəzərdə tutulmuş müəlliflik hüququnun və  əlaqəli hüquqların pozulmasına görə Azərbaycan 

Respublikası qanunvericiliyinə uyğun mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur. 

Heydər ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 5 iyun 1996-cı il 

№ 115-IQ 

 

 

13    

Kinematoqrafiya sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi 

barədə 

 

 AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU 



 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 

 1. 1995-ci il fevralın 10-da Almatı  şəhərində Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları  Şurasının 

iclasında imzalanmış  Kinematoqrafiya sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilsin. 

 2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. 

Heydər ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti 

  

 Bakı şəhəri, 7 mart 1997-ci il. 

                № 253-IQ 

 

14          

Avropa Mədəniyyət Konvensiyasına qoşulmaq barədə 

  

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 



 Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 

 1. Azərbaycan Respublikası 19 dekabr 1954-cü il tarixli Avropa Mədəniyyət Konvensiyasına qoşulsun. 

 2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. 

   Heydər ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti                          

 Bakı şəhəri, 22 aprel 1997-ci il. 

                   № 278-IQ 

 



 

98

15    



Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti 

arasında Azərbaycan Respublikası  və Özbəkistan Respublikası  vətəndaşlarının 

vizasız gediş-gəlişi haqqında Sazişin təsdiq edilməsi barədə 

 AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

 Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 

 1.  Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan 

Respublikası və Özbəkistan  Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında 1997-ci il 18 iyun tarixdə 

Daşkənd şəhərində imzalanmış saziş təsdiq edilsin. 

 2. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir. 

   Heydər ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti       

  

 Bakı şəhəri, 26 iyun 1997-ci il 

                   № 350-IQ 

 

 

16    

“18 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Hökuməti və 

Özbəkistan Respublikası Hökuməti arasında “Azərbaycan Respublikası  və 

Özbəkistan Respublikası  vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Saziş”ə 

dəyişikliklər və əlavələr edilməsi haqqında” Protokolun təsdiq edilməsi barədə 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:  

“18 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti 

arasında “Azərbaycan Respublikası  və Özbəkistan Respublikası  vətəndaşlarının vizasız gediş-gəlişi haqqında 

Saziş”ə  dəyişikliklər və  əlavələr edilməsi haqqında” 2010-cu il sentyabrın 27-də Daşkənd  şəhərində imzalanmış 

Protokol təsdiq edilsin.  

İlham ƏLİYEV,  

Azərbaycan Respublikasının Prezidenti  

Bakı şəhəri, 11 fevral 2011-ci il 

             № 61-IVQ 

 

18 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Hökuməti və  

Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası və  

Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında  

Sazişə dəyişikliklər və əlavələr edilməsi haqqında 

Protokol 

Bundan sonra “Tərəflər” adlandırılacaq, Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası 

Hökuməti, 

18 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında 

Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişin (bundan 

sonra Saziş) 7-ci maddəsinə uyğun olaraq, 




 

99

aşağıdakılar barədə razılığa gəldilər: 



1.

 

Özbəkistan Respublikasının  ərazisinə girmə, çıxma və  hərəkət etmə üçün Azərbaycan Respublikası 



vətəndaşlarının sənədlərinin siyahısı (Protokola Əlavə 1) və Azərbaycan Respublikasının ərazisinə girmə, 

çıxma və  hərəkət etmə üçün Özbəkistan Respublikası  vətəndaşlarının sənədlərinin siyahısı (Protokola 

Əlavə 2) təsdiq edilsin. 

2.

 



Özbəkistan Respublikasının  ərazisinə girmə, çıxma və  hərəkət etmə üçün Azərbaycan Respublikası 

vətəndaşlarının sənədlərinin siyahısı (Sazişə  Əlavə 1) və Azərbaycan Respublikasının  ərazisinə girmə, 

çıxma və hərəkət etmə üçün Özbəkistan Respublikası vətəndaşlarının sənədlərinin siyahısı (Sazişə Əlavə 2) 

qüvvədən düşmüş hesab edilsin. 

3.

 

Hazırki Protokol Sazişin ayrılmaz tərkib hissəsidir və Sazişin 8-ci maddəsinin müddəalarına uyğun olaraq 



qüvvəyə minir. 

 

Daşkənd  şəhərində 27 sentyabr 2010-cu il tarixində iki əsl nüsxədə  hər biri Azərbaycan, özbək və rus 



dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Hazırkı Protokolun müddəalarının təfsiri 

məqsədilə, rus dilindəki mətndən istifadə edilir. 

 

Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti 



arasında Azərbaycan Respublikası  və Özbəkistan Respublikası  vətəndaşla-

rının vizasız gediş-gəlişi haqqında 18 iyun 1997-ci il tarixli Sazişə Əlavə 1 



Özbəkistan Respublikasının ərazisinə girmə, çıxma və hərəkət etmə üçün Azərbaycan Respublikasının 

vətəndaşlarının sənədlərinin siyahısı 

1.

 



Azərbaycan Respublikasının ümumvətəndaş pasportu. 

2.

 



Azərbaycan Respublikasının xidməti pasportu. 

3.

 



Azərbaycan Respublikasının diplomatik pasportu . 

4.

 



Azərbaycan Respublikası dənizçinin şəxsiyyət sənədi (gəminin şəxsi heyətinin siyahısı və ya ondan çıxarış 

olduqda). 

5.

 

Hava gəmisinin ekipaj üzvünün vəsiqəsi (uçuş tapşırığında müvafiq qeydlə). 



6.

 

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi (yalnız Azərbaycan Respublikasına qayıdış üçün).  



 

 

Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti 



arasında Azərbaycan Respublikası  və Özbəkistan Respublikası  vətəndaşla-

rının vizasız gediş-gəlişi haqqında 18 iyun 1997-ci il tarixli Sazişə Əlavə 2 



Azərbaycan Respublikasının ərazisinə girmə, çıxma və hərəkət etmə üçün Özbəkistan Respublikasının 

vətəndaşlarının sənədlərinin siyahısı 

1.

 



Özbəkistan Respublikasının vətəndaşının pasportu. 

2.

 



Özbəkistan Respublikasının diplomatik pasportu. 

3.

 



Özbəkistan Respublikasının vətəndaşının köhnə nümunəli pasportu (1 yanvar 2016-cı ilə qədər). 

4.

 



16 yaşına çatmamış Özbəkistan Respublikası  vətəndaşının vəsiqəsi (yetkinlik yaşına çatmamış 

vətəndaşların gediş-gəliş Sənədi (1 yanvar 2016-cı ilə qədər). 

5.

 

Doğum haqqında şəhadətnamə (pasportlarına onlar haqqında məlumat və şəkli daxil edilən valideynləri və 



ya qanuni təmsilçiləri tərəfindən müşayiət olunan, 16 yaşına çatmamış uşaqlar üçün (1 yanvar 2016-cı ilə 

qədər). 


6.

 

Hava gəmisinin ekipaj üzvünün vəsiqəsi (uçuş tapşırığında müvafiq qeydlə). 



7.

 

Özbəkistan Respublikasına qayıdış şəhadətnaməsi (yalnız Özbəkistan 



 


Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə