Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə50/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   46   47   48   49   50   51   52   53   ...   258

 

102


4. Reklam olunan əmtəənin sertifikatlaşması  zəruri olduğu halda reklam yayımı “mütləq sertifikatlaşmalıdır” 

yazısı ilə müşayiət olunmalıdır. 

5. Müstəsna hüquq obyektlərinin (intellektual mülkiyyət) reklamda istifadəsi Azərbaycan Respublikasının 

qanunvericiliyində nəzərdə tutulan qaydada həyata keçirilə bilər. 

6. Reklam vətəndaşları zorakılığa, təcavüzə çağırmamalı, çaşqınlıq yaratmamalı, həmçinin fiziki şəxslərin 

sağlamlığına və  təhlükəsizliyinə  xələl gətirə bilən hərəkətlərə, təbiəti mühafizə qanunvericiliyinin pozulmasına 

yönəlmiş fəaliyyətə təhrik etməməlidir. 

7. Mədəniyyət sərvətləri, o cümlədən dini təyinatlı  mədəniyyət sərvətləri onların mənsub olduğu mülkiy-

yətçilərin (istifadəçilərin), o cümlədən  dini qurumların razılığı olmadan reklam məqsədi ilə istifadə edilə bilməzlər. 

8. Azərbaycan Respublikasının ərazisində reklamda dövlət dili işlənilir və bu, dövlət dilinin normalarına uyğun 

olaraq tətbiq edilməlidir. Zəruri hallarda reklamda dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər. Lakin 

onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki 

yazıdan sonra gəlməlidir. 

9. Azərbaycan Respublikası  ərazisində reklam olunan malların (işlərin, xidmətlərin) qiyməti göstərildikdə, 

həmin qiymət yalnız manatla göstərilməlidir.  

Maddə 7.     Haqsız reklam 

Aşağıdakı hallarda reklam haqsız sayılır: 

reklam olunan əmtəədən istifadə etməyən hüquqi və fiziki şəxsləri gözdən saldıqda; 

mahiyyətcə reklam olunan əmtəə ilə digər hüquqi və fiziki şəxslərin  əmtəələri arasında qeyri-etik müqayisə 

apardıqda, həmçinin rəqibin şərəf və ləyaqətini, yaxud işgüzar nüfuzunu təhqir edən obraz və məna daşıdıqda; 

reklam olunan əmtəə haqqında, başqa reklamlarda istifadə olunmuş ümumi layihəni, mətni, reklam formul-

larını, əksləri musiqi və ya səs effektlərini imitasiya və köçürməklə, həmçinin fiziki şəxslərin etimadından, yaxud 

onların təcrübəsizliyindən sui-istifadə etməklə, o cümlədən reklamda əhəmiyyətli informasiyanın müəyyən 

hissəsini qəsdən gizlətməklə istehlakçıları yanlış istiqamətləndirdikdə. 

Haqsız reklama yol verilmir. 



Maddə 8.     Qeyri-dəqiq reklam 

Aşağıdakılar barədə həqiqətə uyğun olmayan məlumatları əks etdirən reklam qeyri-dəqiq hesab olunur: 

əmtəənin tərkibi, hazırlanma üsulu və tarixi, təyinatı, istehlak xassələri, istifadə  şərtləri, sertifikat və dövlət 

standartlarına uyğunluq nişanlarının mövcudluğu, kəmiyyəti və istehsal olunduğu yer; 

əmtəənin bazarda mövcudluğu, onun göstərilən həcmdə, vaxtda və yerdə əldə edilməsi imkanları; 

reklamın yayımı anında əmtəənin dəyəri (qiyməti); 

ödəmənin əlavə şərtləri; 

əmtəənin yerinə çatdırılması, dəyişdirilməsi, geri qaytarılması, təmiri və digər xidmətlər; 

yararlılıq müddəti, xidmət müddəti və təminat öhdəliyi; 

dövlət rəmzlərindən (bayraq, gerb, himn), həmçinin beynəlxalq təşkilatların rəmzlərindən istifadə hüquqları; 

rəsmi tanınmaq, medallar, prizlər, diplomlar və digər mükafatların alınması; 

əmtəə seriyanın müəyyən qismi təşkil edirsə, onun tam seriyasının  əldə edilməsi haqqında məlumat 

verilməsinin mümkünlüyü

tədqiqat və sınaqların nəticələri, elmi terminlər, texniki, elmi və digər dərc olunmuş materiallardan sitatlar; 

statistik məlumatlar; 

başqa əmtəə (əmtəələr) ilə, həmçinin digər fiziki və hüquqi şəxslərin mövqe və hüquqları ilə müqayisə; 

reklam sifarişçisi haqda məlumat və əmtəəyə olan tələbatın faktiki ölçüsü. 

Sənədli şəkildə təsdiqlənmədiyi halda “ən”, “yalnız”, “təkcə” və bu kimi digər terminlərdən istifadə edildikdə. 

Qeyri-dəqiq reklama yol verilmir. 

Maddə 9.     Qeyri-etik reklam 

1.   Aşağıdakı hallarda reklam qeyri-etik sayılır: 




 

103


mətnində, görünüşündə  və  səslənməsində irqlər, millətlər, peşələr, sosial kateqoriyalar, yaş qrupları, cinslər, 

dillər, yaxud fiziki şəxslərin dini, fəlsəfi, siyasi və digər formada əqidələrinə, həmçinin ümumi qəbul edilmiş huma-

nizm və əxlaq normalarına zidd olan təhqiramiz sözlər, müqayisələr və obrazlar işlədildikdə; 

milli və ümumbəşəri mədəni irs olan incəsənət obyektlərini, Azərbaycan Respublikasının və başqa dövlətlərin milli 

valyutalarını, dini rəmzləri, hər hansı fiziki və ya hüquqi şəxsi, fəaliyyəti, peşəni və ya əmtəəni gözdən saldıqda. 

2.   Fiziki və ya hüquqi şəxsin mənliyinə, işgüzarlıq nüfuzuna, hüququna xələl gətirə bilən (böhtan, iftira və s. 

xarakterli) reklam yayıldığı təqdirdə o, reklam sifarişçisinə, istehsalçısına və yayıcısına dair Azərbaycan Respub-

likasının qanunvericiliyinə müvafiq qaydada məhkəmədə iddia qaldıra bilər. [4] 

Qeyri-etik reklama yol verilmir. 

Maddə 10.  Bilərəkdən yalan reklam 

O reklam bilərəkdən yalan hesab edilir ki, onun köməyi ilə reklam sifarişçisi (reklam istehsalçısı, reklam 

yayıcısı və ya reklam agentliyi) reklam istehsalçısını qəsdən yanlış istiqamətləndirir. 

Bilərəkdən yalan reklama yol verilmir. 



Maddə 11.  Gizli reklam 

Radio, tele, audio, kino, nəşr və digər məhsullarda istifadə olunan və başqa üsullarla yayılan, istehlakçının 

şüuruna özünün dərk etmədiyi təsir edən reklam (o cümlədən xüsusi videoparçalar, ikili səsyazma və sairə vasitələr 

tətbiq etməklə) gizli reklam sayılır. 

Gizli reklama yol verilmir. 

Maddə 12. Teleradio proqramlarında (verilişlərində) reklamın xüsusiyyətləri 

Teleradio proqramlarında (verilişlərində) reklamın yayım qaydası müvafiq qanunvericiliklə tənzimlənir.  



Maddə 13.  Dövri mətbuatda reklamın xüsusiyyətləri 

Reklam xarakterli məlumat və materiallar üzrə ixtisaslaşmayan dövri mətbuat orqanında bir nömrənin ümumi 

həcminin 40 faizindən çoxunu reklam təşkil edə bilməz. 

Maddə 14.  Kino, video və arayış xidmətində reklamın xüsusiyyətləri 

1. Kino və video xidmətində filmin nümayişini, hissələr (seriyalar) arası istisna olunmaqla, reklamla kəsməyə 

yol verilmir. 

2. Telefon arayış xidmətində reklam yalnız abonent tərəfindən soruşulan arayış (arayışlar) verildikdən sonra 

təqdim oluna bilər. 

3. Ödənişli telefon arayışı kompüter və digər xidmətlərdə reklam yalnız abonentin razılığı ilə təqdim edilə bilər. 

Bu reklamın qiyməti abonentə verilən arayışın dəyərinə daxil edilə bilməz. 

Maddə 15.  Küçə (divar) reklamının xüsusiyyətləri 

1.   Şəhər və kənd yaşayış məntəqələrində, digər ərazilərdə reklam yayımı plakat, stend, işıq tabloları və sabit 

yerləşdirilən digər texniki qurğular  şəklində, bu maddənin 2-ci, 3-cü və 4-cü bəndlərində göstərilən qaydalarda 

həyata keçirilə bilər. Küçə reklamı yol hərəkət nişanları ilə oxşar olmamalı, yollarda görmə zonalarını və təhlükə-

sizliyi azaltmamalıdır. 

2.   Şəhər, kənd, yaşayış  məntəqələrində  və başqa  ərazilərdə küçə reklamını müvafiq icra hakimiyyəti 

orqanlarının icazəsi ilə yerləşdirmək olar. 

3.   Avtomobil yollarının təhkim zolağında reklam lövhələri, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi 

ilə bağlı olmayan digər məlumat işarələri və göstəriciləri müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmadıqda, 

avtomobil yollarının mülkiyyətçisi ilə reklam yayıcısı arasında bağlanılan müqavilə əsasında yerləşdirilə bilər. 

4.      Küçə reklamlarının yerləşdirilməsi, yayımı  və reklam tarifi zonaları üzrə ödənilən haqqın minimum 

miqdarının hesablanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 

Küçə reklamı lövhəsinin yerləşdirilməsinə görə birdəfəlik icazənin verilməsi üçün dövlət rüsumu ödənilir. 

Bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə yerləşdirilən küçə reklamına görə 

reklam yayıcısı  tərəfindən müqavilə  əsasında ödənilən haqq müvafiq bələdiyyələrin hesabına köçürülür; dövlət 

mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə yerləşdirilən küçə reklamına görə reklam yayıcısı 

tərəfindən müqavilə əsasında ödənilən haqq isə müvafiq icra hakimiyyəti orqanının hesabına daxil edilir. 



Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə