Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə52/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   48   49   50   51   52   53   54   55   ...   258

 

106


yetkinlik yaşına çatmayanların, guya onların  əldə etdiyi bu və ya digər  əmtəənin ona həmyaşıdları arasında 

müəyyən bir üstünlük, həmin əmtəəyə yiyələnməməyin isə əks effekt verməsi fikri aşılamaq; 

reklam məqsədi ilə, yetkinlik yaşına çatmayanları təhlükəli yerlərdə və ya hallarda istənilən reklam daşıyıcısı 

vasitəsi ilə nümayiş etdirmək; 

yetkinlik yaşına çatmayanların  şüurunda hər hansı bir əmtəənin qiyməti haqqında real olmayan təsəvvür 

yaratmaq, bunun üçün “yalnız”, “cəmi” və s. kimi sözlərdən istifadə etmək, guya həmin əmtəənin dəyərinin hər bir 

ailənin büdcəsi imkanında olması fikri aşılamaq. 

2.   Yetkinlik yaşına çatmayanlara aid olmayan əmtəələrin, istənilən reklam daşıyıcılarının vasitəsi ilə rekla-

mında onların obrazının yaradılmasına yol verilmir. 

 

I I I   F ə s i l  



Reklam fəaliyyəti subyektlərinin vəzifələri 

Maddə 22.  Reklam materiallarının saxlanma müddəti 

Reklam sifarişçisi, reklam istehsalçısı, reklam yayıcısı  və reklam agentləri reklam materiallarını  və onların 

surətlərini, sonradan edilən əlavə və dəyişikliklər də daxil olmaqla, reklamın yayıldığı son gündən etibarən bir il 

müddətində saxlamağa borcludurlar. 



Maddə 23.  Reklamın istehsalı və yayımı üçün reklam informasiyasının təqdim edilməsi 

1.   Reklam istehsalçısı, reklam yayıcısı və reklam agentliyi reklam sifarişçisindən reklam informasiyasının dəqiq-

liyini təsdiq edən sənədləri tələb etmək hüququna malikdirlər. Reklam sifarişçisi bu sənədləri təqdim etməyə borcludur. 

2.   Reklam sifarişçisinin fəaliyyəti üçün lisenziya tələb olunduqda, onun əmtəəsinin, həmçinin özünün reklamı 

üçün reklam istehsalçısı, reklam yayıcısı və reklam agentliyi reklam sifarişçisindən müvafiq lisenziyanı tələb etmə-

yə borcludurlar. 



Maddə 24.  Azərbaycan Respublikasının reklam haqqında qanunvericiliyinin pozulmasına gətirə bilən 

hallar haqqında reklam istehsalçısının reklam sifarişçisini xəbərdar etmək vəzifəsi 

Reklam istehsalçısı, reklam yayıcısı  və ya reklam agentliyi, reklam sifarişçisinin tələbləri bu Qanuna zidd 

olması haqda reklam sifarişçisini vaxtında xəbərdar etməlidir. Əgər reklam sifarişçisi  əsaslı xəbərdarlığa baxma-

yaraq öz tələblərini dəyişmirsə, yaxud reklam informasiyasının dəqiqliyini təsdiqləyən sənədləri təqdim etmirsə

reklam istehsalçısı (reklam agentliyi) müqavilə bağlamaqdan imtina edə bilər. 

 

I V  F ə s i l 



Reklam sahəsində nəzarət 

Maddə 25.  Reklam fəaliyyətinə nəzarətin həyata keçirilməsi 

1.   Azərbaycan Respublikasında reklam fəaliyyətinə dövlət nəzarəti və özünənəzarət həyata keçirilir. 

2.   Reklam fəaliyyətinə dövlət nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri 

çərçivəsində aşağıdakı hüquqlara malikdirlər: 

hüquqi və fiziki şəxslər tərəfindən yol verilən bu Qanuna uyğun gəlməyən reklam yayımlarının qarşısını almaq; 

reklam sifarişçisi, reklam istehsalçısı, reklam yayıcıları və reklam agentliklərinə bu qanunun pozulmasına yol 

verdikləri haqda xəbərdarlıqlar, onların əks reklam yaymaqları haqda icrası məcburi olan qərarlar göndərmək; 

bu Qanunun pozulması ilə bağlı müvafiq məhkəmələrə iddiaçı kimi müraciət etmək. Bu halda müvafiq icra 

hakimiyyəti orqanları dövlət rüsumundan azad edilirlər. 

3.   Reklam fəaliyyətinə özününəzarəti reklamçıların peşəkar cəmiyyətləri, birlikləri, assosiasiyaları  həyata 

keçirirlər. Onlar: 

reklam haqqında hüquqi normativ aktların hazırlanmasına cəlb edilirlər; 

reklamın qanunvericilik aktlarına uyğunluğunu yoxlamaq məqsədilə onun müstəqil ekspertizasını keçirir, öz təklif-

lərini müvafiq icra hakimiyyəti orqanlarına, habelə reklam sifarişçilərinə, istehlakçılarına və yayıcılarına göndərirlər; 

reklam haqqında qanunvericiliyə riayət edilməsinə  nəzarət etmək üçün müvafiq icra hakimiyyəti orqanları 

tərəfindən cəlb edilirlər. 




 

107


Maddə 26.  İnformasiya almaq hüququ 

1.   Bu Qanunla müəyyən edilmiş səlahiyyətlər çərçivəsində müvafiq icra hakimiyyəti orqanı reklam sifariş-

çilərinin, reklam istehsalçılarının, reklam yayıcıları  və reklam agentliklərinin bütün materiallarını maneəsiz  əldə 

etmək hüququna malikdir. 

Reklam fəaliyyəti subyektləri müvafiq icra hakimiyyəti orqanının tələbi ilə müəyyən olunmuş müddət ərzində 

şifahi və ya yazılı formada izahatları, sənədləri, audio və videomaterialları, həmçinin bu Qanunda nəzərdə tutulmuş 

səlahiyyətləri həyata keçirmək üçün lazım olan digər materialları təqdim etməlidirlər. 

Kommersiya sirri olan məlumatların açıqlanması qadağandır. 

Bu tipli məlumatların açıqlanması nəticəsində dəyən zərər qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilir. 

 

V   F ə s i l  



Əks reklam və haqsız reklama görə məsulİyyət 

Maddə 27.  Əks reklam 

1.   Reklam haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması faktları aşkar edildikdə, qanunu 

pozan reklam fəaliyyətinin subyekti müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi müddət  ərzində  əks 

reklamı  həyata keçirməyə borcludur. Əks reklamın həyata keçirilməsi üçün tələb olunan bütün xərclər qanunu 

pozan tərəfindən ödənilir. 

2.   Müəyyən edilmiş müddət ərzində əks reklam yayılmadıqda, əks reklamın həyata keçirilməsi haqqında qərar 

verən müvafiq icra hakimiyyəti orqanı əks reklam həyata keçirilənə qədər qanun pozucusunun reklam yayımını tam 

şəkildə  və ya qismən dayandırması haqqında müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırmaq hüququna 

malikdir. 

Bu halda müvafiq icra hakimiyyəti orqanı qanun pozucusu ilə müqavilə bağlayan bütün tərəflərə bu haqda 

məlumat verməlidir. 

3.   Əks reklam haqsız reklamın yayıldığı müddət  ərzində davamiyyətli, həmin səciyyəli, texniki üsullardan 

istifadə olunaraq reklam daşıyıcısı vasitəsilə yayılmalıdır. Əks reklamın məzmunu müvafiq icra hakimiyyəti orqanı 

ilə razılaşdırılmışdır. Bəzi hallarda müvafiq icra hakimiyyəti orqanı əks reklamın məkan, daşıyıcı, müddət və yayıl-

ma üsulu xarakteristikalarını dəyişə bilər. 

4.   Haqsız reklam olunan əmtəənin (işin, xidmətin) alınması nəticəsində istehlakçıya vurulan zərər təqsirkar 

şəxslər tərəfindən tam həcmdə ödənilməlidir. 

(Çıxarılıb)  



Maddə 28.  Reklam sifarişçisinin, reklam istehsal edənin, reklam yayıcısının (reklam agentliyinin) 

məsuliyyəti 

Reklam sifarişçisi, reklam istehsalına təqdim etdiyi məlumatın məzmununa görə, reklam istehsalçısı reklamın 

hazırlanması, istehsalı sahəsində, reklam yayıcısı reklamın yayılma yeri, vaxtı və vasitələri sahəsində Azərbaycan 

Respublikasının qanunvericiliyinə müvafiq məsuliyyət daşıyırlar. 



Maddə 29.  Reklamda müqavilə bağlanması haqqında açıq təklif 

Reklamın oferta etmək dəvəti və ya açıq oferta (reklamda müqavilə bağlanmasında açıq təklif) kimi tanın-

masının nəticələri Azərbaycan Respublikasının mülki qanunvericiliyinə müvafiq müəyyən edilir. 

Əgər reklamda mövcud şərtlərdən ən azı biri haqqında məlumat verilirsə, reklam sifarişçisi həm ofertaya dəvət 

edən, həm də açıq oferta keyfiyyətində çıxış edən reklamın fəaliyyət müddətini göstərməlidir. 

Əgər reklam sifarişçisi müəyyən olunmuş qaydada açıq ofertanın ünvanlandığı aksepti aldıqdan sonra müqa-

viləni bağlamaqdan imtina edərsə, həmin  şəxs müqavilə bağlanması  və reklam sifarişçisinin  əsaslandırılmamış 

etirazı nəticəsində dəyən ziyanın ödənilməsi şərtilə müvafiq məhkəməyə müraciət etmək hüququna malikdir. 



Maddə 30.  Qanunun pozulmasına görə məsuliyyət 

Reklam fəaliyyətinin subyetkləri bu Qanunun pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə 

müvafiq məsuliyyət daşıyırlar. 

Haqsız reklam nəticəsində hüquqları pozulmuş  şəxslər  şərəf və  ləyaqətlərinin qorunması  və vurulan zərərin 

ödənilməsi iddiası ilə müvafiq məhkəməyə müraciət edə bilərlər. 



Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə