Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə54/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   50   51   52   53   54   55   56   57   ...   258

 

110


M a d d ə   8 . Mədəni özünəməxsusluq hüququ 

Hər kəsin özünün milli mədəni özünəməxsusluğunu qoruyub saxlamaq, mənəvi, estetik və digər dəyərləri 

sərbəst seçmək hüququ vardır. 

Dövlət şəxsin mədəni özünəməxsusluq hüququna təminat verir. 

M a d d ə   9 . Mədəniyyət sahəsində ictimai birliklər və müəssisələr yaratmaq hüququ 

Azərbaycan Respublikası  vətəndaşlarının Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş 

qaydada mədəniyyət sahəsində ictimai birliklər, müəssisələr yaratmaq, habelə bu sahədə sahibkarlıq fəaliyyəti ilə 

məşğul olmaq hüququ vardır. 

M a d d ə   1 0 . Mədəniyyət sahəsində vəzifələr 

Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsinin II hissəsinə uyğun olaraq hər kəs tarixi, mədəni 

və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır. 

Hər kəs: 

mədəniyyət sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əməl etməli

xalqın mədəni ənənələrinə hörmət etməli; 

Azərbaycan xalqının, o cümlədən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün etnik qrupların mədə-

niyyətinə, dilinə, adət və ənənələrinə hörmət bəsləməli; 

uşaqların və yeniyetmələrin estetik tərbiyəsinə, mədəni inkişafına qayğı göstərməli; 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. 

Heç kəs və ya heç bir təsisat bütövlükdə mədəniyyət fəaliyyətini və ya mədəniyyət fəaliyyəti növünü inhisarda 

saxlamamalı və vətəndaşların sərbəst mədəniyyət fəaliyyətinə mane olmamalıdır. 

Azərbaycan Respublikasının  ərazisində  əcnəbilər və  vətəndaşlığı olmayan şəxslər mədəniyyət sahəsində 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş vəzifələri yerinə yetirməlidirlər. 



 

I I I   f ə s i l  

 DÖVLƏTİN MƏDƏNİYYƏT SAHƏSİNDƏ VƏZİFƏLƏRİ 

 

M a d d ə   1 1 . Milli mədəniyyətin qorunub saxlanması, onun inkişafına yardım göstərilməsi 

Dövlət milli mədəniyyətin (Azərbaycan xalqının, o cümlədən Azərbaycan Respublikasının  ərazisində tarixən 

yaşayan və ya məskunlaşmış bütün etnik qrupların özünəməxsus mədəniyyətinin) qorunub saxlanmasına, onun 

inkişafına təminat verir. Milli mədəniyyət sahəsində həyata keçirilən fəaliyyət dövlətin himayəsindədir. 

M a d d ə   1 2 . Milli mədəniyyət sərvətlərinin mühafizəsi 

Dövlət milli mədəniyyət sərvətlərinin mühafizəsini təmin edir. 

Dövlət Azərbaycan Respublikasından çıxarılmış milli mədəniyyət sərvətlərinin geri qaytarılmasını təşkil edir. 

Respublika ərazisinə qaytarılan milli mədəniyyət sərvətlərinə görə gömrük rüsumu və digər rüsumlar alınmır. 

Milli mədəniyyət sərvətlərinin mühafizəsinin və onlardan istifadənin, habelə milli mədəniyyət sərvətlərinin 

Azərbaycan Respublikasından kənara çıxarılmasının qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 

M a d d ə   1 3 . Mədəniyyət və yaradıcılıq fəaliyyəti ilə  məşğul olan subyektlərin hüquqlarının və 



azadlıqlarının müdafiəsi 

Dövlət mədəniyyət və yaradıcılıq fəaliyyəti ilə məşğul olan subyektlərin hüquqlarına və azadlıqlarına təminat verir. 

Müvafiq dövlət orqanları  mədəniyyət və yaradıcılıq fəaliyyəti ilə  məşğul olan subyektlərin hüquqlarının və 

azadlıqlarının pozulmasına yönəldilmiş hərəkətlərin qarşısını almalıdırlar. 

M a d d ə   1 4 . Mədəniyyət sərvətlərindən istifadənin təminatı 

Dövlət maddi və mənəvi mədəniyyət sərvətlərindən hər kəsin bərabər hüquqlarla istifadə etməsinə təminat verir. 

Dövlət mülkiyyətində olan mədəniyyət sərvətlərindən istifadə rejimini müvafiq icra hakimiyyəti orqanları 

müəyyən edirlər. 




 

111


M a d d ə   1 5 . Mədəniyyət təsisatlarının yaradılması və inkişafına yardım 

Dövlət mədəniyyət sərvətlərinin yaradılması, çoxaldılması və yayılması, mədəniyyət fəaliyyəti sahəsində vasi-

təçilik fəaliyyəti ilə  məşğul olan təşkilatların, müəssisələrin və idarələrin yaradılmasına və inkişafına yardım 

göstərir. 

M a d d ə   1 6 . Əhalinin mədəniyyət xidmətlərilə minimum təmin olunması 

Müvafiq icra hakimiyyəti orqanı  əhalinin mədəniyyət xidmətlərilə minimum təmin olunması üçün dövlət 

mədəniyyət təsisatları (kitabxana, muzey, klub, kinoteatr, teatr, sərgi və konsert salonları, musiqi və incəsənət 

məktəbləri) normalarını müəyyən edir. 

M a d d ə   1 7 . Mədəniyyət fəaliyyətinə dövlət müdaxiləsinin məhdudlaşdırılması 

Dövlətin mədəniyyət fəaliyyətinə müdaxiləsi zorakılığa, irqi, milli və dini müstəsnalığa çağırışların, 

ümumbəşəri mənəvi dəyərlərə zidd fəaliyyətin, pornoqrafiyanın, narkomaniyanın təbliğinin qadağan olunması, 

onların qarşısının alınması ilə məhdudlaşır. 

Bu maddənin birinci hissəsində göstərilən hər hansı mədəniyyət fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının 

müraciətinə  əsasən yalnız məhkəmə  tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə  nəzərdə tutulmuş 

qaydada qadağan edilə bilər. 

Mədəniyyət fəaliyyətinə müdaxilənin digər formalarına yol verilmir. 

M a d d ə   1 8 . Mədəniyyət sahəsində inhisarın qarşısının alınması 

Mədəniyyət sahəsində inhisarın qarşısının alınması Azərbaycan Respublikası qanunvericiliyi ilə  nəzərdə 

tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 

M a d d ə   1 9 . Mədəniyyət statistikası 

Müvafiq icra hakimiyyəti orqanları  mədəniyyət sahəsində  rəsmi statistika aparırlar və statistik məlumatların 

düzgünlüyünə, vaxtında toplanmasına cavabdehdirlər. Azərbaycan Respublikasında mədəniyyət sahəsində statistik 

məlumatlar açıqdır. 

 

 



I V   f ə s i l  

 MƏDƏNİYYƏT FƏALİYYƏTİ VƏ ONUN NÖVLƏRİ 

 

M a d d ə   2 0 . Dövlət mədəniyyət sistemi və onun vəzifələri 



Azərbaycan Respublikasının dövlət mədəniyyət sistemi dövlətə məxsus mədəniyyət sərvətlərindən, bu sərvətlərin 

və milli mədəniyyətin inkişafı, mühafizəsi, təbliği və artırılması ilə  məşğul olan mədəniyyət müəssisələri  şəbəkə-

sindən, mədəniyyəti idarə edən orqanlardan, milli-mədəni əmlakın bərpası, mədəniyyət müəssisələrinin maddi-texniki 

bazasının möhkəmləndirilməsi ilə məşğul olan digər dövlət mədəniyyət təsisatlarından ibarətdir. 

Dövlət mədəniyyət sisteminə dövlətin mülkiyyətində olan aşağıdakı təsisatlar daxildir: 

1. Teatr-konsert 

müəssisələri: 

opera, balet, dram, musiqili komediya, musiqili dram, gənc tamaşaçılar, kukla, mahnı, muğam, və digər 

teatrlar; 

filarmoniyalar, konsert salonları və sarayları, musiqi zalları, sirklər, folklor qrupları, peşəkar orkestrlər və musi-

qi kollektivləri; 

teatr-studiyalar, teatr-emalatxanalar, eksperimental və tədris teatrları, teatr, musiqi və təsviri sənət mərkəzləri; 

2. Kitabxana 

müəssisələri: 

milli kitabxana; 

kütləvi, gənclər, uşaq, korlar, şəhər, rayon, kənd, qəsəbə kitabxanaları  və onların filialları, mərkəzləşdirilmiş 

kitabxana sistemləri; 

sahə kitabxanaları, elmi kitabxanalar

3. Muzey 

müəssisələri: 

bədii və incəsənət, tarix və tarix-diyarşünaslıq muzeyləri; 



Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə