Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə56/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   52   53   54   55   56   57   58   59   ...   258

 

114


Mədəniyyət təsisatının idarəçiliyində olan əmlakın geri alınmasına Azərbaycan Respublikasının qanunveri-

ciliyində və ya mülkiyyətçi (təsisçi) ilə bağlanmış müqavilədə nəzərdə tutulan hallarda yol verilir. 

M a d d ə   3 1 . Mədəniyyət sahəsində dövlət mülkiyyətinin özəlləşdirilməsi 

Mədəniyyət sahəsində dövlət mülkiyyətinin özəlləşdirilməsi Azərbaycan Respublikasının müvafiq qanun-

vericiliyi ilə müəyyən olunmuş qaydada həyata keçirilir. 

Qanunvericiliklə müəyyən olunmuş qaydada milli status alan mədəniyyət təsisatları, tarix və  mədəniyyət 

abidələri, dövlət muzeylərində, arxivlərində, kitabxanalarında saxlanılan sərvətlər və onların yerləşdiyi binalar və 

sahələr özəlləşdirilmir. 

M a d d ə   3 2 . Dövlət mədəniyyət təsisatlarının milli və akademik statusu 

Dövlət mədəniyyət təsisatlarına milli obyekt statusu onların işinin həcminə, ölkənin mədəniyyət tarixində  və 

mədəni həyatındakı roluna, yaradıcılıq fəaliyyətinin  əhəmiyyətinə, fondlarının zənginliyinə, nadirliyinə, milli 

dəyərlərin qorunması və təbliği sahəsində nailiyyətlərinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. 

Milli statusa malik mədəniyyət təsisatlarının fondları və əmlakı milli sərvət hesab olunur və xüsusi əhəmiyyətli 

obyektlər kimi dövlət tərəfindən qorunur. 

Milli mədəniyyətin inkişafında xüsusi xidmətləri olan dövlət mədəniyyət təsisatlarına müvafiq icra 

hakimiyyətinin qərarı ilə fərqləndirici akademik statusu verilə bilər. 

 

V I   f ə s i l  

 MƏDƏNİYYƏT SƏRVƏTLƏRİ VƏ MİLLİ MƏDƏNİYYƏT ƏMLAKI 

 

M a d d ə   3 3 . Mədəniyyət sərvətləri 



Mənəvi və estetik ideallar, normalar və davranış qaydaları, dillər, dialektlər, ləhcələr, milli və etnik ənənələr və 

adətlər, tarixi toponimlər, folklor, tətbiqi xalq sənətləri, mədəniyyət və incəsənət əsərləri, mədəniyyət fəaliyyətinin 

elmi tədqiqatının nəticələri və metodları, tarixi və  mədəni  əhəmiyyəti olan binalar, tikililər,  əşyalar, tarix və 

mədəniyyət baxımından unikal ərazilər və obyektlər mədəniyyət sərvətləridir. 

Mədəniyyət sərvətlərinə aşağıdakılar aiddir: 

təsviri sənət əsərləri, o cümlədən lövhələr, şəkillər, rəsmlər, qravürlər, estamplar, litoqrafiyalar, naxışlar, hey-

kəltəraşlıq əsərləri, orijinal bədii toplular və montajlar

kino, xüsusi əhəmiyyətli televiziya, radio, video materialları, fotoəsərlər və fotomateriallar, dizayn işləmələri 

və memarlıq layihələri; 

əlyazmalar, xüsusi əhəmiyyətə malik kitablar və kitabçalar, dövri mətbuat materialları, avtoqraflar, markalar, 

açıqcalar, mədəniyyət və tarix profilli arxivlər və arxiv sənədləri, not yazıları, məktublar, elmi-tarixi yadigarlar

nadir nəşrlər; 

tətbiqi-sənət  əsərləri – xalılar və xalça məmulatları, qızıl, platin, gümüş, qiymətli daşlar, mis və gildən 

hazırlanmış əşyalar, keramika məmulatı; 

səhnə və ekran əlbisələri, dekorları, butaforiya və rekvizitləri; 

qədim nadir kolleksiyalar və otuz ildən çox tarixi olan muzey əhəmiyyətli əşyalar (o cümlədən mebel, musiqi 

alətləri və s.); 

şifahi xalq yaradıcılığı nümunələri; 

arxeoloji komplekslər, arxeoloji və numizmatik xarakterli əşyalar; 

memarlıq abidələri, tikili nümunələri, xatirə yerləri və məqbərələr; 

park və təbii landşaft obyektləri

flora və fauna, mineralogiya, anatomiya nümunələri və paleontologiya baxımından maraqlı muzey əşyaları. 

M a d d ə   3 4 . Mədəniyyət sərvətlərinin qeydə alınması 

Mədəniyyət sərvətləri müvafiq icra hakimiyyəti orqanı  tərəfindən müəyyən edilmiş qaydada Azərbaycan 

Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısında və mədəniyyət sərvətlərinin mühafizə siyahısında 

qeydə alınır. 




 

115


Siyahılara mədəniyyət sərvəti  əşyasının, obyektinin mənşəyi, onun mülkiyyətçisi, təsviri, dəyəri və mühafizə 

dərəcəsi haqqında məlumatlar yazılır və bunların əsasında mədəniyyət sərvətinin mülkiyyətçisinə şəhadətnamə verilir. 

Dövlət kitabxanalarının, idarə tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq muzeylərin və arxivlərin 

fondlarında olan mədəniyyət sərvətlərinin aşkara çıxarılması, uçotu və mühafizəsi ilə  həmin təsisatlar məşğul 

olurlar. Bu təsisatlar mədəniyyət sərvətinin siyahılara daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarına 

məlumat verməlidirlər. 

Mədəniyyət sərvətinin qiyməti, mühafizə  dərəcəsi və respublikadan kənara çıxarılma imkanı müvafiq icra 

hakimiyyəti orqanı tərəfindən ekspertiza yolu ilə müəyyən edilir. 

M a d d ə   3 5 . Mədəniyyət sərvətlərinin mühafizə dərəcələri 

Mədəniyyət sərvətlərinin mühafizəsinin qabaqlayıcı, konservasiya, bərpa və xüsusi dərəcələri vardır. 

Mühafizənin qabaqlayıcı  dərəcəsi, təbii-landşaft, arxeologiya və arxitektura obyektlərinin, monumental sənət 

əsərlərinin tarixi əhəmiyyəti və qiyməti müəyyən olunanadək həmin obyektlərə  şamil edilir. Müvafiq icra 

hakimiyyəti orqanları ilə razılaşdırılmadan bu mədəniyyət sərvətlərinin sökülməsi, məhv edilməsi, parçalanması, 

yeni quruluşa salınması, başqa yerə köçürülməsi və zahiri görkəminin dəyişdirilməsi qadağandır. 

Mühafizənin konservasiya dərəcəsi, istifadədən tamamilə  çıxarılmalı  və ya müvafiq icra hakimiyyəti orqanlarının 

nəzarəti altında məhdud dairədə istifadə edilməli olan mədəniyyət sərvətlərinə aid edilir. Həmin mühafizə  dərəcəsi 

əlyazmalara, nadir arxiv sənədlərinə, nadir kitablara, qoruqlara və sair mədəniyyət sərvətlərinə şamil olunur. 

Mühafizənin bərpa dərəcəsi, ilkin mədəniyyət təyinatına qaytarılması üçün bərpa işlərinə ehtiyacı olan 

mədəniyyət sərvətlərinə şamil edilir. Mühafizənin bərpa dərəcəsi tətbiq olunana qədər obyekt barədə konservasiya 

dərəcəsi müəyyən edilə bilər. 

Xüsusi mühafizə  dərəcəsi Azərbaycan Respublikasının milli mədəniyyət  əmlakının Dövlət Siyahısına daxil 

olan milli mədəniyyət əmlakı obyektlərinə şamil edilir. 

Mühafizə dərəcəsi olan mədəniyyət sərvətləri mülkiyyətçisinin və ya istifadəçisinin müvafiq icra hakimiyyəti 

orqanları ilə münasibətləri mühafizə müqaviləsi ilə müəyyən olunur.   Mühafizə  dərəcəsi olmayan mədəniyyət 

sərvətlərindən sərbəst istifadə edilir. 

Mədəniyyət sərvətlərinin mühafizə dərəcələri müəllifin sağlığında və vəfatından sonrakı otuz il ərzində onun 

əsərlərinə şamil edilmir. 

M a d d ə   3 6 . Mədəniyyət sərvətlərindən istifadə rejimi 

Mədəniyyət sərvətlərindən onların tarixi və bədii təyinatı ilə bir araya sığmayan tərzdə istifadə edilməsi qadağandır. 

Tarix, arxeologiya, şəhərsalma, arxitektura və monumental sənət abidələrinin, təbii-landşaft obyektlərin mühafizə-

sini təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanı  tərəfindən mühafizə zonaları müəyyən edilir. Mühafizə 

zonaları haqqında normativ hüquqi aktlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Şəhərlərin və digər 

yaşayış məntəqələrinin baş planlarının layihələri, tikinti planlaşdırma və yenidənqurma layihələri, eləcə də mədəniyyət 

obyektlərinin başqa yerə köçürülməsi layihələri müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmalıdır. 

Arxeoloji qazıntılar aparılması  və arxeoloji abidələrin axtarılması, mədəniyyət sərvətlərinə aid olan təmir, 

bərpa və konservasiya işləri qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Aparılan işlər haqqında ay-

da bir dəfə müvafiq icra hakimiyyəti orqanlarına hesabat verilir. 

Mədəniyyət sərvətlərindən istifadədə müvafiq yönümlü mədəniyyət təsisatının üstünlük hüququ vardır. 

Dini qurumlara məxsus olan və mədəniyyət sərvəti sayılan əşyalardan onların mədəniyyət təyinatı nəzərə alın-

maqla istifadə edilir. 

Mədəniyyət sərvətlərinin mülkiyyətçisinin və ya istifadəçisinin, dini təyinatlı  mədəniyyət sərvətlərinin isə 

müvafiq dini qurumun razılığı olmadan surətləri çıxarıla, habelə onlardan turizm, ekskursiya və reklam məqsədilə 

istifadə edilə bilməz. 

Mədəniyyət sərvətlərinin lazımi vəziyyətdə saxlanılması və onların mühafizəsi ilə bağlı vəzifələr bu sərvətlərin 

mülkiyyətçilərinin və ya istifadəçilərinin üzərinə düşür. Subyektin mədəniyyət sərvətlərini saxlamağa imkanı 

olmadıqda, mülkiyyətçinin arzusu ilə müvafiq icra hakimiyyəti orqanı mədəniyyət sərvətini onu saxlamağa imkanı 

olan subyektə satılmasını təşkil edir və ya saxlanma xərclərini dövlət hesabına götürür. 

Qeyri-dövlət mülkiyyətində olan xüsusi əhəmiyyətli mədəniyyət sərvətləri satılarsa, onları birinci növbədə 

almaq hüququ qanunvericiliklə müəyyən edilmiş həddə və qaydada dövlətə mənsubdur. 

Torpaqdan və su altından, binalardan, tikililərdən, təbii obyektlərdən tapılmış, Azərbaycan Respublikasının 

qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müsadirə edilmiş, habelə vərəsəsiz və sahibsiz mədəniyyət sərvətləri 

qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətinə daxil edilir. 




Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə