Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə57/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   53   54   55   56   57   58   59   60   ...   258

 

116


M a d d ə   3 7 . Mədəniyyət sərvətlərinin mühafizə siyahısı 

Ən  əhəmiyyətli mədəniyyət sərvətlərini qorumaq məqsədilə müvafiq icra hakimiyyəti orqanları müəyyən 

ərazinin (şəhərin, rayonun) mədəniyyət sərvətlərinin mühafizə siyahısını aparırlar. 

Mədəniyyət sərvətləri həmin siyahıya mülkiyyətçinin, istifadəçinin  ərizələri, kitabxanaların, muzeylərin, 

arxivlərin məlumatları  əsasında müvafiq icra hakimiyyəti orqanları  tərəfindən daxil edilir. Mühafizə siyahısında 

mədəniyyət sərvətlərinin qeydiyyatı bu Qanunun 34-cü maddəsinin tələblərinə uyğun aparılır. 

Mülkiyyətçiyə  və ya istifadəçiyə bir ay ərzində  mədəniyyət sərvətinin siyahıya daxil edildiyi barədə  şəha-

dətnamə və ya onun sərbəst istifadəsinə icazə verilir. Belə şəhadətnamə və ya müvafiq icazə olmadan mədəniyyət 

sərvətləri ilə əlaqədar əqdlər bağlanılmasına yol verilmir. 

Milli mədəniyyət  əmlakı sayılan mədəniyyət sərvətinə aid sənədlər baxılmaq üçün müvafiq icra hakimiyyəti 

orqanlarına verildikdə, onların bu Qanunun 38-ci maddəsi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respub-

likasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilməsi məsələsinə iki ay ərzində baxılmalıdır. 

M a d d ə   3 8 . Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısı 

Azərbaycan Respublikasının milli mədəniyyət  əmlakının Dövlət Siyahısına bu Qanunun 33-cü maddəsində 

nəzərdə tutulan milli və bəşəri əhəmiyyəti olan nadir mədəniyyət sərvətləri daxil edilir. Xilas edilməsi üçün təcili 

tədbirlərə ehtiyacı olan milli mədəniyyət əmlakı obyektlərinin uçotu ayrıca aparılır. Obyektlərin milli mədəniyyət 

əmlakına aid edilməsi məsələsini müvafiq icra hakimiyyəti orqanı həll edir. 

Müvafiq icra hakimiyyəti orqanları milli mədəniyyət əmlakı obyektlərinin qorunmasına nəzarət edirlər. 

Azərbaycan Respublikasının milli mədəniyyət  əmlakının Dövlət Siyahısına daxil edilmiş obyektlər mülki 

dövriyyədən çıxarılır və müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan onları ləğv etmək, başqa yerə köçür-

mək, surətini çıxarmaq və ya bərpa etmək olmaz. 

M a d d ə   3 9 . Mədəniyyət sərvətlərinin ixrac rejimi 

Mədəniyyət sərvətləri xüsusi rejim əsasında, verilmiş mühafizə dərəcəsinə müvafiq surətdə ixrac edilir. İxracın 

mümkünlüyü müvafiq icra hakimiyyəti orqanının verdiyi mühafizə şəhadətnaməsi ilə müəyyən edilir. 

Mühafizə dərəcəsi verilməmiş mədəniyyət sərvətləri sərbəst ixrac edilə bilər. 

Müvəqqəti sərgi, qastrol səfərləri, bərpa işləri, prezentasiya, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi 

halları istisna olmaqla milli mədəniyyət əmlakı olan sərvətlərin Azərbaycan Respublikasının hüdudlarından kənara 

aparılması qadağandır. Bu sərvətlərin Azərbaycan Respublikasının hüdudlarından kənarda olması müddəti, bir 

qayda olaraq, il ərzində altı aydan çox olmamalıdır. 

Dövlətə  məxsus milli mədəniyyət sərvətlərindən istifadə  nəticəsində  əldə edilən vəsaitlər milli mədəniyyət 

sərvətlərinin qorunmasına və saxlanılmasına sərf edilir. 

 

V I I   f ə s i l  



 MƏDƏNİYYƏT SAHƏSİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ 

 

M a d d ə   4 0 . Maliyyələşdirmə mənbələri 



Mədəniyyət təsisatları mülkiyyət formasından asılı olaraq dövlət büdcəsindən, yerli büdcələrdən, xüsusi 

mülkiyyətçinin vəsaitləri, habelə özlərinin fəaliyyətindən  əldə edilmiş  gəlirlər və Azərbaycan Respublikasının 

qanunvericiliyi ilə qadağan olunmamış digər mənbələr hesabına maliyyələşdirilirlər. 

Dövlət büdcəsindən dövlət mədəniyyət sisteminin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin miqdarı əvvəlki il 

üçün ayrılmış vəsaitin miqdarından az olmamalıdır. 

Mədəniyyət təsisatları istənilən hüquqi və fiziki şəxsdən, beynəlxalq təşkilatlardan hədiyyələr, ianələr və digər 

maliyyə yardımı almaq hüququna malikdirlər. 

M a d d ə   4 1 . Mədəniyyəti maliyyələşdirmə fondları 

Mədəniyyət sahəsinin maliyyələşdirilməsinə  əlavə  vəsait cəlb etmək üçün müvafiq icra hakimiyyəti orqanı 

milli mədəniyyət fondu yaradır. 

Həmin məqsədlə yerli özünüidarə orqanları, ictimai birliklər, hüquqi və fiziki şəxslər mədəniyyətin maliyyələş-

dirilməsi fondlarını yarada bilərlər. Bu fondların təşkili və fəaliyyəti Azərbaycan Respublikasının müvafiq qanun-

vericiliyi ilə tənzimlənir. 



 

117


M a d d ə   4 2 . Mədəniyyət sahəsində vəsaitin xərclənməsi 

Mədəniyyətin qorunmasına, saxlanılmasına və inkişafına yönəldilən vəsait: 

mədəniyyət təsisatlarının; 

mədəniyyət sahəsində beynəlxalq və milli dövlət proqramlarının; 

mədəniyyət sahəsində dövlət sifarişlərinin; 

mədəniyyət sahəsində sığorta işinin təşkilinin

mədəniyyət sərvətlərinin alınması, saxlanması və mühafizəsinin; 

mədəniyyət sahəsində əmək veteranlarına, mədəniyyət xadimlərinə və yaradıcı gənclərə təqaüdlər, mükafatlar 

verilməsinin və fərdi köməklik göstərilməsinin; 

mədəniyyət təyinatlı obyektlərin layihələşdirilməsi və tikilməsinin; 

mədəniyyət sahəsində fəaliyyətin maddi-texniki təminatının maliyyələşdirilməsi üçün istifadə olunur. 

Mədəniyyət təsisatları onlara ayrılan vəsaitin təyinat üzrə xərclənməsində sərbəstdirlər. 

M a d d ə   4 3 . Mədəniyyət sahəsinin maddi-texniki təminatı 

Mədəniyyət və yaradıcılıq fəaliyyəti ilə  məşğul olan subyektlərin və  mədəniyyət təsisatlarının fəaliyyət gös-

tərməsi üçün zəruri olan avadanlığın, texnikanın, texnologiyanın alınması, müəyyən edilmiş qaydada tikinti işlə-

rinin aparılması üçün müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları şərait yaratmalıdırlar. 

Müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları mədəniyyət və yaradıcılıq fəaliyyəti üçün zəruri olan 

studiyaların, emalatxanaların, laboratoriyaların yaradılması üçün mədəniyyət və yaradıcılıq fəaliyyəti ilə  məşğul 

olan subyektlərə və mədəniyyət təsisatlarına yardım göstərməlidirlər. 

 

 



V I I I   f ə s i l  

 MƏDƏNİYYƏT İŞÇİLƏRİ VƏ ONLARIN SOSİAL MÜDAFİƏSİ 



 

M a d d ə   4 4 . Mədəniyyət işçisi 

Peşəkar yaradıcılıq fəaliyyəti ilə məşğul olan və ya mədəniyyət təsisatında işləyənlər mədəniyyət işçisidirlər. 

M a d d ə   4 5 . Peşəkar yaradıcı işçinin hüquqları 

Peşəkar yaradıcı işçinin aşağıdakı hüquqları vardır: 

yaradıcılıq sirrinin mühafizə olunması; 

təxəllüsdən istifadə etmək; 

fəaliyyətinin nəticələrini nümayiş etdirmək və digər kütləvi formalarda təqdim etmək; 

yaradıcılıq ittifaqları yaratmaq və onların fəaliyyətində iştirak etmək

özünün yaradıcılıq fəaliyyətinin nəticələrindən istifadəyə görə haqq almaq; 

mədəniyyəti maliyyələşdirmə fondlarından istifadə etmək. 

M a d d ə   4 6 . Mədəniyyət işçilərinin yaradıcılıq ittifaqları 

Mədəniyyət fəaliyyətinin ayrı-ayrı növləri üzrə  mədəniyyət işçilərini birləşdirməklə peşə ünsiyyəti yaratmaq, 

mədəniyyət təsisatları  və  mədəniyyət xadimləri ilə  əlaqə yaratmaq, onların mənafelərini müdafiə etmək üçün 

Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mədəniyyət işçilərinin yaradıcılıq ittifaqları 

yaradıla bilər. 

M a d d ə   4 7 . Mədəniyyət işçilərinin sosial müdafiəsi 

Dövlət mədəniyyət işçilərinin sosial müdafiəsinə təminat verir. Peşəkar yaradıcı işçilər yaradıcılıq fəaliyyətinin 

həyata keçirildiyi fərdi emalatxanaların, studiyaların, laboratoriyaların kirayə, kommunal və telefondan istifadə 

xərclərini vətəndaşlar üçün nəzərdə tutulmuş miqdarda ödəyirlər. 

Milli obyekt statusu almış  mədəniyyət təsisatlarının işçilərinin  əmək haqları digər oxşar dövlət mədəniyyət 

təsisatlarının işçilərinə nisbətən daha yüksək ödənilir. 




Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə