Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə55/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   51   52   53   54   55   56   57   58   ...   258

 

112


ədəbiyyat, teatr və musiqi profilli, memorial, xatirə muzeyləri; 

muzey qoruqlar; 

4. Rəsm qalereyaları və sərgi salonları; 

5.  Zooparklar, akvariumlar, planetarilər, nəbatat bağları; 

6. Mədəniyyət və tarix profilli arxivlər; 

7. Klub 


və asudə vaxtın təşkili müəssisələri: 

şəhər, rayon, qəsəbə, kənd mədəniyyət sarayları və evləri, klublar, klub tipli müəssisələr; 

mədəniyyət və istirahət parkları, asudə vaxt mərkəzləri; 

8. Təhsil və tədris müəssisələri: 

mədəniyyət profilli ali və orta ixtisas təhsil müəssisələri, ixtisasartırma kursları, uşaq musiqi, incəsənət, 

rəssamlıq, muğam və xoreoqrafiya məktəbləri; 

9. Elmi, 

metodiki 

mərkəzlər və kabinetlər: 

mədəniyyət üzrə elmi-tədqiqat institutları və mərkəzləri; 

mədəniyyət, muzey işi üzrə elmi-metodik mərkəzlər, musiqi təhsili üzrə metodiki kabinet, muzey sərvətlərinin 

və xatirə əşyalarının elmi bərpa mərkəzi; 

10. Mədəniyyət və incəsənətin təbliği və yayımı müəssisələri: 

mədəniyyət və incəsənət profilli nəşriyyatlar, qəzet, jurnal və bülleten redaksiyaları, informasiya mərkəzləri, 

informasiya-reklam müəssisəsi, bədii-istehsalat müəssisələri, kinoteatrlar, kinostudiyalar, televiziya, radio və sairə. 

Dövlət mədəniyyət sisteminin başlıca vəzifəsi milli mədəniyyət sərvətlərinin, dünya mədəniyyəti nümunələ-

rinin etibarlı şəkildə toplanıb qorunaraq gələcək nəsillərə çatdırılmasından, onların əhali arasında geniş təbliğindən

Azərbaycan xalqının adət və ənənələrinə bağlı, milli, mənəvi və mədəni, bəşəri dəyərlərə yiyələnən, müstəqil və 

yaradıcı düşünən vətəndaşlar yetişdirilməsinə fəal yardım etməkdən ibarətdir. 

M a d d ə   2 1 . Mədəniyyət fəaliyyəti və onun növləri 

Mədəniyyət sərvətlərinin yaradılması, toplanması, tədqiqi, təbliği, yayılması, nümayişi və qorunması mədəniy-

yət fəaliyyəti hesab olunur. 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bütün hüquqi və fiziki şəxslər mədə-

niyyət fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. 

Mədəniyyət fəaliyyəti muzey, ədəbiyyat, təsviri və  tətbiqi sənət, kinematoqrafiya, teatr, musiqi, kitabxana

mədəni-maarif, kitab nəşri, arxiv, memarlıq, dizayn, televiziya, radio və sair fəaliyyət növlərindən ibarətdir. 

Mədəniyyət fəaliyyətinin ayrı-ayrı növləri sahəsində münasibətlər müvafiq qanunvericilik aktları ilə tənzimlənir. 

M a d d ə   2 2 . Muzey fəaliyyəti 

Elmi, mədəni, mənəvi və estetik tələbatın ödənilməsi məqsədilə insan, onun fəaliyyəti və yaşayış mühiti 

haqqında mədəniyyət sərvətlərinin və maddi nümunələrin  əldə edilməsi, qorunması, uçotu, tədqiqi, təbliği və 

nümayişi muzey fəaliyyəti hesab olunur. 

Muzeylərin, yaradılma məqsədlərinə  və muzeylərdəki mədəniyyət sərvətlərinin nüfuzuna xələl gətirən kom-

mersiya fəaliyyəti ilə məşğul olmaları, digər muzeylərin kolleksiya toplamaq hüquqlarını pozmaları qadağandır. 

M a d d ə   2 3 . Ədəbi, təsviri və tətbiqi sənət, teatr, musiqi və konsert fəaliyyəti 

Ədəbi, təsviri və  tətbiqi sənət, teatr, musiqi və konsert fəaliyyəti vətəndaşların mədəniyyət sərvətlərindən 

istifadə hüququnu təmin etmək, onların bədii-estetik tələbatını ödəmək, səhnə, musiqi və ifaçılıq sənəti sahəsində 

yaradılan bədii əsərlərdən tam və sərbəst surətdə faydalanmaq məqsədilə həyata keçirilir. 

Ədəbi, teatr, təsviri və  tətbiqi sənət, musiqi və konsert fəaliyyəti sahəsində yeni bədii dəyərli  əsərlərin 

yaradılması və meydana çıxmasını təmin etmək məqsədilə dövlət yaradıcılıq sifarişləri tətbiq olunur. 

M a d d ə   2 4 . Kitabxana fəaliyyəti 

Kitabxana fəaliyyəti vətəndaşların sərbəst surətdə informasiya almaq hüququnu təmin etmək, onların kitablara, 

dövri nəşrlərə və kitabxana fondunu təşkil edən başqa sənədlərə olan tələbatını ödəmək məqsədilə həyata keçirilir. 

Nəşriyyat məhsulunu və digər çap məhsullarını hazırlayan müəssisə sifarişçinin hesabına buraxılmış kitabların və 

mətbu nəşrlərin pulsuz məcburi nüsxələrini qanunvericiliklə müəyyən edilmiş kitabxanalara və təşkilatlara göndərir.  




 

113


M a d d ə   2 5 . Mədəni-maarif  fəaliyyəti 

Mədəni-maarif fəaliyyəti özfəaliyyət  əsasında sərbəst yaradıcılıq fəaliyyətinin həyata keçirilməsinin təmin 

olunmasıdır. Mədəni-maarif təsisatı ayrı-ayrı növlərdən olan mədəniyyət xidmətləri göstərə bilər, öz tərkibində 

digər mədəniyyət təsisatı (kitabxana, teatr, incəsənət məktəbləri və s.) yarada bilər. 

M a d d ə   2 6 . Kinematoqrafiya fəaliyyəti 

Kinematoqrafiya fəaliyyəti kinofilmlərin yaradılmasına, yayılmasına və qorunmasına yönəldilən yaradıcılıq, 

istehsalat, elmi, texniki və təhsil kompleksini əhatə edir. 

 

V   f ə s i l  

 MƏDƏNİYYƏT SAHƏSİNDƏ TƏŞKİLATİ VƏ MÜLKİYYƏT MÜNASİBƏTLƏRİ 

 

M a d d ə   2 7 . Mədəniyyət və yaradıcılıq fəaliyyəti ilə məşğul olan subyektlər 



Mədəniyyət və yaradıcılıq fəaliyyəti ilə  məşğul olan fiziki şəxslər, mədəniyyət təsisatları  mədəniyyət və 

yaradıcılıq fəaliyyətinin subyektləridirlər. 

Mədəniyyət təsisatları – əsas vəzifəsi mədəniyyət və yaradıcılıq fəaliyyəti olan təşkilatlar, idarələr və 

müəssisələrdir. 

Mədəniyyət və yaradıcılıq fəaliyyətinin subyektləri qanunla müəyyən olunmuş vergiləri və məcburi ödəmələri 

verməyə borcludurlar. 

Mədəniyyət və yaradıcılıq fəaliyyətinin subyektləri özlərinin yaradıcılıq və iqtisadi fəaliyyətlərində 

sərbəstdirlər. 

M a d d ə   2 8 . Mədəniyyət təsisatlarının yaradılması, yenidən təşkili və ləğvi 

Mədəniyyət təsisatları müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları, istənilən hüquqi və fiziki şəxslər 

tərəfindən yaradıla bilər. 

Mədəniyyət təsisatlarının yaradılması, yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının qanunvericiliyində 

müəyyən edilmiş qaydada həyata keçirilir. 

Mədəniyyət təsisatının mülkiyyətçisi (təsisçisi) ilə  mədəniyyət təsisatı arasında münasibətlər Azərbaycan 

Respublikasının qüvvədə olan qanunvericiliyi ilə və onların öz aralarında bağladıqları müqavilə ilə nizamlanır. 

Mədəniyyət təsisatının mülkiyyətçisi (təsisçisi) ilə  mədəniyyət təsisatı arasında bağlanmış müqavilədə  tərəf-

lərin öhdəlikləri,  əmlakdan istifadənin  şərtləri və qaydaları, mədəniyyət təsisatının maliyyələşdirilməsi qaydası, 

tərəflərin maddi məsuliyyəti, müqavilənin ləğv edilməsinin əsasları və şərtləri, sosial və əmək məsələlərinin həlli 

qaydaları müəyyən edilə bilər. 

Dövlət mədəniyyət müəssisələrinin yaradılması, yenidən təşkili, ləğv olunması  və profilinin dəyişdirilməsi 

müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həyata keçirilir. 

  M a d d ə   2 9 . Mədəniyyət sahəsində mülkiyyət münasibətləri 

Mədəniyyət sərvətləri, habelə  mədəniyyət təyinatlı daşınar və daşınmaz  əmlak, mədəniyyət təsisatları dövlət, 

bələdiyyə və xüsusi mülkiyyətdə, habelə mülkiyyətin qarışıq formalarında ola bilər. 

Mədəniyyət sahəsində mülkiyyətçinin hüquqları  və  vəzifələri Azərbaycan Respublikasının müvafiq qanun-

vericiliyi ilə müəyyən edilir. 

Mədəniyyət sahəsində dövlət mülkiyyəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən idarə olunur. Mədəniyyət 

sahəsində dövlət mülkiyyəti yalnız qanunvericilikdə müəyyən edilmiş qaydada digər təşkilatların istifadəsinə və ya 

idarəçiliyinə verilə bilər. Bu halda mədəniyyət mülkiyyətindən təyinatına uyğun istifadə edilməlidir. 

M a d d ə   3 0 . Mədəniyyət təsisatlarının əmlakı 

Mədəniyyət təsisatının mülkiyyətində  və ya idarəçiliyində öz vəzifələrini yerinə yetirmək üçün zəruri olan 

istənilən əmlak ola bilər. 

İdarəçiliyində olan əmlakın səmərəli istifadəsinə və qorunub saxlanmasına görə mədəniyyət təsisatı mülkiyyət-

çi (təsisçi) qarşısında məsuliyyət daşıyır. 




Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə