Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə53/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   49   50   51   52   53   54   55   56   ...   258

 

108


İctimai və dövlət mənafeyinə zərər vuran, gəlir məqsədilə bilərəkdən yalan reklam sifariş edən, istehsal edən və 

yayan fiziki və vəzifəli şəxslər müvafiq məsuliyyətə cəlb olunurlar. 



Heydər ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti   

Bakı şəhəri, 3 oktyabr 1997-ci il 

                 № 376-IQ 

 

 

19                      

 Mədəniyyət haqqında 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

Bu Qanun Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət siyasətinin  əsas prinsiplərini, 

vətəndaşların hüquq və azadlıqlarını, milli mədəniyyət sərvəti obyektlərinin qorunub saxlanmasının və inkişafının, 

mədəniyyət sisteminin demokratik əsaslarla təşkili və idarə olunmasının, mədəniyyət sahəsində fəaliyyətin hüquqi 

əsaslarını və beynəlxalq əlaqə formalarını müəyyən edir. 

Bu Qanun bütün xalqların mədəni özünəməxsusluğunun mənbəyi olan şifahi xalq yaradıcılığının, adət-

ənənələrin qorunmasına və inkişafına, daha çox insanın mədəni irsdən və  mədəniyyət sərvətlərindən istifadəsini 

təmin etmək məqsədilə bu sərvətlərin yaradılmasına, artırılmasına və yayılmasına təkan verir, habelə yaradıcı 

işçilərin sosial müdafiəsini təmin edir. 



I   f ə s i l  

 ÜMUMİ MÜDDƏALAR 

 

M a d d ə   1 .  



Mədəniyyət sahəsində dövlət siyasətinin əsas prinsipləri və vəzifələri 

Azərbaycan Respublikasının mədəniyyət sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: 

sosial və maddi vəziyyətindən, milli, irqi, dini və cinsi mənsubiyyətindən asılı olmayaraq hər kəsin mədəniyyət 

sərvətlərinin yaradılmasında, istifadəsində və yayılmasında hüquq bərabərliyi; 

hər kəsin istedadının, əqli imkanlarının üzə çıxarılmasının və yaradıcılıq azadlığının təmin edilməsi; 

milli mədəniyyətin bəşər mədəniyyətinin tərkib hissəsi kimi inkişaf etdirilməsi. 

Azərbaycan Respublikasının mədəniyyət sahəsində dövlət siyasətinin vəzifələri aşağıdakılardır: 

mədəni həyat tərzinin formalaşdırılması; 

milli və dünya mədəniyyəti sərvətlərinə qovuşmağa yönəldilən təhsil sisteminin inkişaf etdirilməsi; 

mədəniyyət sahəsində inhisara yol verilməməsi; 

dövlət mədəniyyət sisteminin müxtəlif mənbələrdən maliyyələşdirilməsinin uzlaşdırılması; 

yaradıcılıq fəaliyyətinin bütün sahələr üzrə yüksəlişi üçün şərait yaranmasına kömək etmək məqsədilə ictimai 

müzakirələrin müxtəlif formalarından, ekspertiza və müsabiqələrdən istifadə etməklə  mədəniyyətin inkişaf 

istiqamətlərinin hazırlanması; 

mədəniyyət sərvətlərinin qorunması və artırılması; 

Azərbaycan Respublikasının mədəniyyət potensialının inkişafına, mühafizəsinə  və ondan hərtərəfli istifadə 

olunmasına, mədəniyyət sahəsində geniş miqyaslı beynəlxalq əməkdaşlığa şərait yaradılması; 

dövlət mədəniyyət sisteminin elmi və mütərəqqi metodlarla idarəçiliyinin təmin edilməsi; 

tarix və  mədəniyyət abidələrinin qeydiyyata alınması, qorunması  və  bərpası üçün müvafiq tədbirlərin 

görülməsi; 

mədəniyyətin inkişafına dair milli proqramların hazırlanması  və  həyata keçirilməsi, beynəlxalq proqramların 

hazırlanmasında iştirak edilməsi; 

görkəmli mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi üçün tədbirlər görülməsi; 

mədəniyyətin inkişafı fondlarının yaradılmasının təmin edilməsi; 

Azərbaycan Respublikasında milli mədəniyyətin tərəqqisi və müasir dünya mədəniyyəti ilə inteqrasiyasını, 

milli  ənənələrin dirçəldilməsi və inkişafını,  əhalinin mənəvi tələbatının ödənilməsini təmin edən mədəniyyət 

əsərlərinin yaradılması üçün həvəsləndirici tədbirlərin görülməsi



 

109


mədəniyyət və incəsənətin nailiyyətlərindən istifadə edilməsində  vətəndaşların konstitusiya hüquqlarının, 

əhalinin zəngin milli və dünya mədəniyyəti sərvətlərindən faydalanmasının təmin edilməsi; 

mədəniyyət təsisatlarının normal fəaliyyətinin, onların maliyyələşdirilməsinin və maddi-texniki bazasının 

möhkəmləndirilməsinin təmin edilməsi; 

mədəniyyətin ixtisaslı kadrlara olan ehtiyacının təmin edilməsi. 

M a d d ə   2 . Azərbaycan Respublikasının mədəniyyət sahəsində qanunvericiliyi 

Mədəniyyət sahəsində qanunvericilik bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi 

aktlarından ibarətdir. 

Mədəniyyət sahəsini tənzimləyən normativ hüquqi aktlarla Azərbaycan Respublikasının tərəfdar çıxdığı 

dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. 

        M a d d ə   3 . Tarix və mədəniyyət abidələrinin qorunması 

Azərbaycan Respublikasında bütün hüquqi və fiziki şəxslər tarix və  mədəniyyət abidələrini qorumağa 

borcludurlar. 

Tarix və  mədəniyyət abidələrinin qorunmasının qaydaları Azərbaycan Respublikasının müvafiq qanunu ilə 

müəyyən edilir. 

M a d d ə   4 . Mədəniyyət sahəsində yerli özünüidarə orqanlarının səlahiyyətləri 

Yerli özünüidarə orqanları bu Qanundan irəli gələn bütün hüquqların və azadlıqların sərbəst həyata 

keçirilməsinə şərait yaradırlar. 

M a d d ə   5 . Mədəniyyət haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət 

Mədəniyyət haqqında qanunvericiliyin pozulmasına görə  məsuliyyət Azərbaycan Respublikasının mülki, 

cinayət, inzibati və digər qanunvericiliyi ilə müəyyən edilir. 

 

I I   f ə s i l  

 MƏDƏNİYYƏT SAHƏSİNDƏ VƏTƏNDAŞLARIN HÜQUQLARI,  

AZADLIQLARI VƏ VƏZİFƏLƏRİ 

 

M a d d ə   6 . Mədəniyyət hüququ 



Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsinin I hissəsinə uyğun olaraq hər kəsin mədəni 

həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququ vardır. 

Mədəni sərvətlərdən istifadə hüququ yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş 

hallarda və qaydada məhdudlaşdırıla bilər. 

Azərbaycan Respublikasının ərazisində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının 

vətəndaşları ilə bərabər mədəniyyət hüququna malikdirlər. 

M a d d ə   7 . Yaradıcılıq azadlığı 

Azərbaycan Respublikası Konstitusiyasının 51-ci maddəsinin I hissəsinə uyğun olaraq hər kəsin yaradıcılıq 

azadlığı vardır. 

Hər kəs öz maraqlarına və qabiliyyətinə uyğun istənilən yaradıcılıq fəaliyyəti ilə  məşğul olmaq hüququna 

malikdir. Bu hüquq həm peşəkar, həm də həvəskar əsasda həyata keçirilə bilər. Müəlliflik hüququ, əqli mülkiyyət 

hüququ, yaradıcılıq fəaliyyətinin nəticələrindən sərbəst istifadə etmə və dövlət tərəfindən dəstəklənmə baxımından 

yaradıcılıq fəaliyyəti ilə məşğul olan şəxslər bərabər hüquqludurlar. 

Hər kəsin özünün yaradıcılıq fəaliyyətinin nəticələrinə mülkiyyət hüququ vardır. Bu hüquq Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası vətəndaşı-

nın özünün yaradıcılıq fəaliyyətinin nəticələrini nümayiş etdirmək, satmaq, habelə bu məqsədlər üçün xarici 

ölkələrə aparmaq hüququ vardır. 




Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə