Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə61/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   57   58   59   60   61   62   63   64   ...   258

 

124


 

V I   f ə s i l  

 MÜHAFİZƏ MƏQSƏDİLƏ ABİDƏLƏRDƏ APARILAN İNŞAAT-MÖHKƏMLƏNDİRMƏ 

 VƏ ABADLIQ İŞLƏRİ 

M a d d ə   2 5 .  Mühafizə məqsədilə abidələrdə inşaat-möhkəmləndirmə və abadlıq işlərinin aparılması 

Dövlət və bələdiyyə mülkiyyətində olan abidələrdə aparılan inşaat-möhkəmləndirmə və abadlıq işləri onların 

konservasiyası, təmiri, bərpası, rekonstruksiyası  və regenerasiyası haqqında müvafiq icra hakimiyyəti orqanının 

qərarı əsasında dövlət və yerli büdcələrin vəsaitləri hesabına aparılır. Xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar 

həmin işlər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparılır. 

Abidələrin konservasiyası fiziki-mexaniki və fiziki-kimyəvi mühit təsirlərindən korlanmaması üçün onların 

açıq qalan səthində etibarlı qoruyucu təbəqələr qurmaq, abidələri yeraltı suların dağıdıcı  təsirindən qorumaq 

məqsədilə tədbirlər görmək, abidələrin toxunulmazlığını və çəpərlənməsini təmin etməkdən ibarətdir. 

Abdələrin təmiri və  bərpası onların zədələnmiş  və itirilmiş hissələrinin abidənin konstruksiyasına, həcm-

planlaşma həllinə, xarici və daxili görünüşünə xələl gətirmədən təmir edib ilkin halına gətirməkdir.  

Abidələrin rekonstruksiyası dövrümüzə  gəlib çatmayan abidələrin rəvayətlərə, rəsmlərə, qravyuralara əsasən 

tərtib olunmuş layihələri üzrə zərurət olduqda abidənin yenidən qurulmasıdır. 

Abidələrin regenerasiyası onların daxili və xarici görünüşünü dəyişmədən, konstruksiyaların daxilində müasir 

inşaat materiallarından və üsullarından istifadə etməklə abidələrin ilkin həcm-plan həllinin bərpasıdır. Abidənin 

istismarında müasir avadanlıqlardan və mühəndis kommunikasiyalarından istifadə edilə bilər. 

Abidələrin üzərində  bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri 

Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq 

edildikdən sonra aparılır. 

M a d d ə   2 6 .  Abidələrdə aparılan inşaat-möhkəmləndirmə və abadlıq işlərinə nəzarət və görülən 



işlərin dəyərinin icraçıya ödənilməsi qaydası 

Abidələrdə görülən inşaat-möhkəmləndirmə və abadlıq işləri layihə müəllifinin (müəlliflərinin) və müvafiq icra 

hakimiyyəti orqanının nəzarəti altında aparılır. 

Görülən işlərin dəyəri qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. 

M a d d ə   2 7 .  Qoruqlarda və abidələrin mühafizə zonalarında abadlıq işlərinin aparılması 

Qoruq zonalarında mühafizə məqsədilə inşaat və abadlıq işləri aparılarkən qoruğun və qoruq zonasının sərhədi, 

abidələrin konfiqurasiyası dəyişdirilməməli, ənənəvi küçə şəbəkələri olduğu kimi saxlanılmalıdır. 

Qoruq zonalarının yalnız boş yerlərində küçə şəbəkələrini və abidələrini plan konfiqurasiyasını, həcm-məkan 

kompozisiyasını pozmadan və onların memarlıq dəyərinə və üslubuna xələl gətirmədən Azərbaycan Milli Elmlər 

Akademiyasının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının razılığı  əsasında abadlıq və yenidən-

qurma işləri aparıla bilər. 

Arxeoloji və başqa qazıntılar qoruğun boş hissəsində abidələrə  zərər yetirmədən aparılmalıdır. Aşkar edilən 

abidə,  əşya və ya başqa tapıntının koordinatları  və  vəziyyəti qeyd edilməli, fotosu və ya rəsmi çəkilməlidir. Bu 

sənədlərin bir nüsxəsi hesabatla birlikdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməlidir. 

 

 

 

V I I   f ə s i l  

 

 ABİDƏLƏRİN QORUNMASI HAQQINDA QANUNVERİCİLİYİN POZULMASINA 

 GÖRƏ MƏSULİYYƏT 

M a d d ə   2 8 .  Abidələrin qorunması haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət 

Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan 

Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar. 

M a d d ə   2 9 .  Abidələrə vurulan zərərin ödənilməsi 

Abidələrə vurulan zərərin ödənilməsi Azərbaycan Respublikası mülki qanunvericiliyinə uyğun olaraq həyata 

keçirilir. Ödənilmiş vəsait abidənin bərpası, tədqiqi və ya qorunması tədbirlərinin maliyyələşdirilməsinə yönəldilir. 

 

 



 

 


 

125


V I I I   f ə s i l  

 YEKUN MÜDDƏALAR 

M a d d ə   3 0 .  Abidələrin qorunması sahəsində beynəlxalq hüquq aktlarının qüvvəsi 

Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə görə bu Qanunla Azərbaycan Respublikasının 

tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. 

M a d d ə   3 1 .  Abidələrin elmi tədqiqi, bərpası, rekonstruksiyası, konservasiyası və regenerasiyasında 



beynəlxalq təşkilatların iştirakı 

Azərbaycan Respublikasının  ərazisindəki abidələrin elmi tədqiqi, bərpası, regenerasiyası, rekonstruksiyası  və 

konservasiyasında müvafiq beynəlxalq təşkilatlar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının 

razılığı ilə iştirak edə bilərlər. 

M a d d ə   3 2 .  Müvəqqəti işğal zonalarında qalmış abidələrin bərpası və qorunması 

Müvəqqəti işğal zonalarında qalmış abidələrin yenidən tədqiqi və bərpası üçün həmin ərazilər azad edildikdən 

sonra təxirəsalınmaz tədbirlər görülür. Abidələrin bərpası və qorunması üçün ayrılan maliyyə vəsaiti ilk növbədə 

işğal zonasında qalmış abidələrin tədqiqi və bərpası üçün sərf edilir. 

İşğalçılar tərəfindən dağıdılmış dünya, ölkə və yerli əhəmiyyətli abidələr haqqında müvafiq beynəlxalq təşki-

latlara məlumat verilir. 



HEYDƏR ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti  

Bakı şəhəri, 10 aprel 1998-ci il 

                  № 470-IQ 

 

 

23                    

Memarlıq fəaliyyəti haqqında

 

 

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU 



 

Bu Qanun cəmiyyətin və insanın həyatı, fəaliyyəti, maddi və mənəvi tələbatının təmin edilməsi üçün göstərilən 

peşəkar memarlıq yaradıcılığı fəaliyyətini tənzimləyir. 

 

I   f ə s i l  



 

 ÜMUMİ MÜDDƏALAR 

M a d d ə   1

.

 Əsas anlayışlar 

Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: 

memarlıq fəaliyyəti – memarlıq  əsəri yaradan şəxslərin (memarların) peşəkar fəaliyyəti olaraq memarlıq 

layihəsinin hazırlanmasına və həyata keçirilməsinə müəllif nəzarəti, tikinti, yenidənqurma və bərpa layihə sənəd-

lərinin hazırlanmasında ümumi əlaqələndirmə, memarlıq sahəsində elmi tədqiqatları və tədris, habelə müvafiq icra 

hakimiyyəti orqanlarında  şəhərsalma və memarlıq məsələləri ilə  məşğul olan bölmələrin (idarələrin,  şöbələrin), 

şəhər və rayon baş memarlarının fəaliyyəti; 

memarlıq obyekti – binalar, tikililər və onların kompleksləri, interyerləri, memarlıq layihəsi əsasında yaradılan 

bağlar, parklar, kurortlar və digər istirahət yerləri, memarlıq abidələri, memarlıq sahəsində elmi tədqiqatların nəti-

cələri, xatirə abidələri və onların kompleksləri; 

memarlıq layihəsi – memarlıq obyektinin yaradılması üçün hazırlanan, memarlıq obyektinin həcm-məkan quru-

luşunu və bədii həllini müəyyənləşdirən ümumi layihə sənədlərinin (memarlıq obyekti layihəsinin) memarlıq hissəsi; 

memarlıq-planlaşdırma tapşırıqları – memarlıq obyektinin yaradılması üçün müvafiq ərazi (şəhər, rayon) 

memarlıq-planlaşdırma orqanı tərəfindən sifarişçiyə obyektin əsas parametrləri və ayrılmış torpaq sahəsində yerləş-

dirilməsinə dair tələblər barədə verilən rəsmi sənəd; 

layihələşdirmə tapşırığı – memarlıq obyekti layihəsinin hazırlanması üçün sifarişçi tərəfindən memara verilən 

və memarlıq-planlaşdırma tapşırıqları nəzərə alınmaqla tərtib edilən müqavilə sənədi; 

tikintiyə icazə – memarlıq layihəsi mövcud qaydalar əsasında təsdiq edildikdən və müvafiq icra hakimiyyəti 

orqanında qeydiyyatdan keçdikdən sonra həmin orqan tərəfindən sifarişçiyə verilən rəsmi icazə sənədi. 




Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə