Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə64/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   60   61   62   63   64   65   66   67   ...   258

 

130


Respublikası  ərazisində kütləvi nümayiş (kinozal, videozal, video yayımı  məntəqələri, efir və kabel televiziyası) 

üçün nəzərdə tutulmuş bütün filmlər müvafiq icra hakimiyyəti orqanı  tərəfindən qeydə alınır və filmlərin dövlət 

reyestrinə daxil edilir. 

Filmlərin yayımı və nümayişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 

M a d d ə   8 .  Kinematoqrafiya fəaliyyətinin formaları 

Kinofilmlərin (audiovizual informasiya daşıyıcılarından asılı olmayaraq) yaradılması, nümayişi, yayımı, 

istifadəsi, təbliği və mühafizəsi kinematoqrafiya fəaliyyətinin formaları hesab olunur. 

M a d d ə   9 .  Dövlət kinematoqrafiya müəssisələrinin özəlləşdirilməsi 

Dövlət kinematoqrafiya müəssisələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun 

olaraq həyata keçirilir. 

Dövlət kinematoqrafiya müəssisələri özəlləşdirilərkən onların  əsas fəaliyyət növü kimi kinematoqrafiya 

fəaliyyəti saxlanmalıdır. 

M a d d ə   1 0 .  Dövlət film fondu. Filmlərin ilkin materiallarının mühafizəsi 

Müvafiq icra hakimiyyəti orqanı  tərəfindən qeydə alınan, nümayişinə  və yayımına icazə verilən, mülkiyyət 

formasından, buraxılış vaxtından və yerindən, texnikasından və istehsal üsullarından asılı olmayaraq, mədəni, 

bədii, ictimai-siyasi, elmi, tarixi və praktik əhəmiyyət daşıyan filmlərin ilkin materialları və surətlərinin, o cümlə-

dən müəyyən səbəblərə görə kütləvi nümayiş etdirilməmiş və ya istehsalı dayandırılmış filmlərin ilkin materialları 

və surətlərinin mühafizəsini dövlət film fondu həyata keçirir. 

Dövlət film fondu filmlərin, kinosalnamələrin və onların ilkin materiallarının mühafizəsi zamanı müəlliflik və 

əlaqəli hüquqlara riayət olunmasını təmin edir. 

 

I I I   f ə s i l  

 KİNEMATOQRAFİYA SAHƏSİNDƏ YARADICILIQ FƏALİYYƏTİ 

M a d d ə   1 1  Peşəkar yaradıcı işçilər və kollektivlər 

Əsas məşğulluq növü və gəlir mənbəyi kinematoqrafiya fəaliyyəti olan hər bir şəxs kinematoqrafiya sahəsində 

peşəkar yaradıcı işçi hesab olunur. 

Dövlət kinematoqrafiya sahəsində  fəaliyyət göstərən peşəkar yaradıcı  işçilərin və kollektivlərin yaradıcılıq 

azadlığına təminat verir. 

Kinematoqrafiya sahəsində birgə səy tələb edən yaradıcılıq işlərini həyata keçirmək üçün peşəkar yaradıcı işçilərin 

filmin quruluşçu rejissorunun rəhbərliyi ilə fəaliyyət göstərən birliyi peşəkar yaradıcı kollektiv hesab olunur. 

Peşəkar yaradıcı  işçilər və kollektivlər yaradıcılıq fəaliyyəti sahəsində hüquqların həyata keçirilməsi ilə  əlaqədar 

müstəqil subyektlər kimi çıxış edir, onların hüquqi vəziyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. 

M a d d ə   1 2 .  Peşəkar yaradıcı işçilərin və kollektivlərin hüquq və vəzifələri 

Kinematoqrafiya sahəsində peşəkar yaradıcı işçilərin və kollektivlərin hüquqları aşağıdakılardır: 

yaradıcılıq fəaliyyətinin nəticələrini kinematoqrafiya təcrübəsində  qəbul olunmuş vasitə  və üsullarla reallaş-

dırmaq və geniş tamaşaçı kütləsinə çatdırmaq; 

yaradıcı ideyanı mühafizə etmək və müvafiq vasitələrlə onu həyata keçirmək

kinematoqrafiya sahəsində yeni və orijinal istiqamətləri və janrları həyata keçirmək; 

milli və dünya kinematoqrafiya sərvətlərindən istifadə etmək; 

peşəkar təhsil almaq və ixtisas artırmaq (o cümlədən xarici ölkələrdə); 

yaratdıqları əsərlərin taleyini müstəqil həll etmək; 

öz təşəbbüsləri ilə kinematoqrafiya müəssisələri, fond və yaradıcılıq ittifaqları, ictimai birliklər təsis etmək (o 

cümlədən beynəlxalq miqyasda) və həmin qurumlara sərbəst daxil olmaq. 

Kinematoqrafiya sahəsində peşəkar yaradıcı işçilərin və kollektivlərin vəzifələri aşağıdakılardır: 

kinematoqrafiya sahəsində qanunvericiliyə əməl etmək; 

milli kinematoqrafiya və kino incəsənəti irsini, bu sahədə milli ənənələri və xüsusiyyətləri qorumaq və inkişaf 

etdirmək. 

 

 

 

 

 



 

131


I V   f ə s i l  

 

 KİNEMATOQRAFİYA FƏALİYYƏTİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ 



M a d d ə   1 3 .  Maliyyələşdirmə mənbələri 

Kinematoqrafiya müəssisələri mülkiyyət formasından asılı olaraq dövlət büdcəsindən və xüsusi mülkiyyətçinin 

vəsaitləri, fiziki və hüquqi şəxslərin könüllü ayırmaları, özlərinin fəaliyyətindən  əldə edilmiş  gəlirlər və Azər-

baycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. 

M a d d ə   1 4 . ( Ç ı x a r ı l ı b )    

 

V   f ə s i l  

 

 YEKUN MÜDDƏALARI 



M a d d ə   1 5 .  Beynəlxalq əməkdaşlıq 

Kinematoqrafiya sahəsində beynəlxalq  əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq 

müqavilələrə uyğun olaraq həyata keçirilir. 

M a d d ə   1 6 .  Kinematoqrafiya haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət 

Kinematoqrafiya haqqında qanunvericiliyin pozulmasına görə hüquqi və fiziki şəxslər Azərbaycan Respublika-

sının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. 



HEYDƏR ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti  

Bakı şəhəri, 3 iyul 1998-ci il 

№ 515-IQ 

 

 

25         

Ədəbi və  bədii  əsərlərin qorunması haqqında Bern Konvensiyasına 

qoşulmaq barədə 

 

 AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 



 

 Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 

 1.  Azərbaycan Respublikası  Ədəbi və  bədii  əsərlərin qorunması haqqında 1886-cı il 9 sentyabr tarixli Bern 

Konvensiyasına (1979-cu ildə  dəyişdirilmiş 1971-ci il 24 iyul tarixli Paris aktı) qoşulsun. 

 2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. 

HEYDƏR ƏLİYEV,  

Azərbaycan Respublikasının Prezidenti   

Bakı şəhəri, 27 noyabr 1998-ci il 

            № 548-IQ 

 

 

26                     

 Kitabxana işi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU  

Bu Qanun Azərbaycan Respublikasında kitabxana işi sahəsində dövlət siyasətinin əsas prinsiplərini, kitabxana 

işinin və kitabxana sisteminin ümumi əsaslarını, kitabxana fondlarının formalaşdırılması və mühafizəsi tələblərini, 

kitabxanaların maliyyələşdirilmə  mənbələrini, kitabxanalardan istifadə sahəsində  vətəndaşların hüquq və  vəzifə-

lərini, kitabxana işi sahəsində beynəlxalq əməkdaşlığın prinsiplərini müəyyən edir. 




Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə