Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə67/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   63   64   65   66   67   68   69   70   ...   258

 

136


M a d d ə   2 1 .  Kitabxanaların hüquqları 

Kitabxanaların hüquqları aşağıdakılardır: 

Nizamnamələrində göstərilən məqsəd və  vəzifələrin həyata keçirilməsi üsullarını  və formalarını müəyyən-

ləşdirmək; 

kitabxana fondunun komplektləşdirmə mənbələrini müəyyənləşdirmək

köhnəlmiş  və ya yararsız hala düşmüş kitabları qanunvericilikdə müəyyən olunmuş qaydada kitabxananın 

fondundan çıxarmaq; 

fiziki və hüquqi şəxslər tərəfindən kitabxanaya dəymiş ziyanın ödənilməsini qanunvericilikdə müəyyən 

olunmuş qaydada tələb etmək; 

kitabxana birliklərinin yaradılmasında iştirak etmək; 

beynəlxalq kitabxana təşkilatları ilə əlaqə yaratmaq, kitabxana, biblioqrafiya və informasiya sahəsinə keçirilən 

tədbirlərdə iştirak etmək. 

M a d d ə   2 2 .  Kitabxanaların vəzifələri 

Kitabxanalar oxucuların mədəniyyət təsisatları və mədəni sərvətlərdən istifadə etmək hüquqlarını, habelə məlumat 

əldə etmək azadlığını təmin etməli, onların kitabxana fondlarından tam istifadə etməsi üçün hər cür şərait yaratmalıdırlar. 

M a d d ə   2 3 .  Kitabxanalardan istifadə sahəsində oxucuların hüquq və vəzifələri 

Azərbaycan Respublikasında hər kəsin kitabxanalardan istifadə etmək hüququ vardır. 

Kitabxanalardan istifadə qaydaları və göstərilən xidmətlər kitabxanaların nizamnamələri və müvafiq normativ 

hüquqi aktları ilə müəyyənləşdirilir. 

Oxucuların kitabxanalardan istifadə hüquqlarını məhdudlaşdırmaq qadağandır. 

Oxucular kitabxanalardan istifadə qaydalarına  əməl etməli, kitab fonduna qayğı ilə yanaşmalı, çap material-

larının və digər vasitələrin itirilməsinə və ya yararsız hala salınmasına yol verməməlidirlər. 

 

V   f ə s i l  

KİTABXANA İŞİNİN İDARƏ OLUNMASI 

 

M a d d ə   2 4 .  Kitabxana işinə dövlət idarəetməsi 



Azərbaycan Respublikasında kitabxana işinə dövlət idarəetməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən 

həyata keçirilir. 

M a d d ə   2 5 .  Kitabxana işində ictimaiyyətin iştirakı 

Dövlət və qeyri-dövlət orqanları, kitabxana işi sahəsində ictimai birliklər, hüquqi və fiziki şəxslər, kitabxana 

fondlarının zənginləşdirilməsi, oxuculara xidmət işinin təkmilləşdirilməsi, kitabxanaçılıq proqramlarının və tədbir-

lərinin hazırlanması və həyata keçirilməsində iştirak edirlər. 

M a d d ə   2 6 .  Kitabxana işinin elmi-metodik və kadr təminatı 

Mülkiyyət formasından asılı olmayaraq kitabxanaların elmi-metodik təminatı Milli Kitabxana və elmi-metodik 

mərkəz statusuna malik olan kitabxanalar tərəfindən həyata keçirilir. 

Elmi-metodik mərkəz statusuna malik olan kitabxanalar kitabxanaşünaslığa, biblioqrafiyaya və informasiyaya 

dair metodik materiallar nəşr edir, kitabxanaçılıq nəzəriyyəsi və təcrübəsində mütərəqqi iş üsullarını ümumiləşdirib 

tətbiq edir, kadrların ixtisasının artırılmasını təmin edir. 

Kitabxanaların kadr təminatında müvafiq peşə-ixtisas təhsili olan şəxslərə üstünlük verilir. Müstəsna hallarda 

müvafiq peşə-ixtisas təhsili olmayan, ancaq yüksək təcrübəyə və kitabxanada çoxillik iş stajına malik olan mütə-

xəssislər də kitabxanada işləyə bilərlər. 

M a d d ə   2 7 .  Kitabxanaların maliyyələşdirilməsi 

Dövlət mülkiyyətində olan kitabxanalar dövlət büdcəsi, büdcədənkənar daxilolmalar və qanunvericiliklə qada-

ğan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. Bələdiyyə və özəl mülkiyyətdə olan kitabxanalar isə öz 

vəsaitləri və qanunvericiliklə tənzimlənən fəaliyyətindən əldə edilmiş gəlirlər hesabına maliyyələşdirilir. 

Dövlət kitabxanaları maliyyələşdirilərkən büdcədən kitab fondlarının komplektləşdirilməsinə yönəldilən vəsait 

ayrıca maddədə göstərilməli və bu vəsait müntəzəm olaraq artırılmalıdır. Ayrılmış  vəsait kitabxanaların sərən-

camında qalır və onların nizamnamə fəaliyyətini həyata keçirmək üçün istifadə edilir. 




 

137


(Çıxarılıb) 

M a d d ə   2 8 .  Dövlət kitabxanalarının büdcədənkənar vəsaitləri 

Dövlət kitabxanalarının işinin genişləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və  əməyin 

stimullaşdırılması  məqsədilə nizamnamələrində göstərilən qaydada təsərrüfat fəaliyyəti və pullu xidmət  əsasında 

büdcədənkənar fondlar formalaşdırıla bilər. 

Dövlət kitabxanalarında pullu xidmət yalnız  əlavə  əmək sərfi tələb edən və müvafiq icra hakimiyyəti orqanı 

tərəfindən müəyyənləşdirilən xüsusi xidmət növlərinə aid edilir. 

Dövlət kitabxanalarında pullu xidmətin haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

M a d d ə   2 9 .  Kitabxanaların inkişaf fondu 

Kitabxanaların maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə dövlət və qeyri-dövlət inkişaf fondları 

təsis edilə bilər. Bu fondlar təsisçilərin payları, hüquqi və fiziki şəxslərin könüllü ayırmaları, qanunvericilikdə 

müəyyən olunmuş qaydada keçirilən lotereya və digər məqsədli kommersiya tədbirlərindən daxil olan vəsaitlər 

hesabına yaradılır. 

M a d d ə   3 0 .  Kitabxanaların maddi-texniki təchizatı 

Kitabxanalar kitab fondunun saxlanılması və oxuculara xidmət etmək üçün xüsusi layihə ilə tikilmiş binalarla 

və kitabxana işini avtomatlaşdırmaq üçün zəruri vasitələrlə təmin edilməlidirlər. 

M a d d ə   3 1 .  Kitabxanaların əmlakı və təsərrüfat fəaliyyəti 

Kitabxana onun mülkiyyətində olan və ya idarəçiliyinə verilmiş əmlakdan Azərbaycan Respublikasının qanun-

vericiliyinə uyğun olaraq istifadə edir. 

Xidmət fəaliyyətini genişləndirmək məqsədilə dövlət kitabxanalarına torpaq sahələri və əlavə binalar ayrıla bilər. 

Kitabxanalar qanunvericilikdə müəyyən olunmuş qaydada nizamnamələrinə uyğun olaraq təsərrüfat fəaliyyəti 

ilə məşğul ola bilərlər. Bu fəaliyyətdən əldə edilən vəsait kitabxananın sərəncamında qalır. 

M a d d ə   3 2 .  Kitabxana işçilərinin sosial müdafiəsi 

Dövlət kitabxana işçilərinin sosial müdafiəsinə təminat verir. 

Kitabxana işçilərinin əmək haqları elm və təhsil sahələri işçilərinin əmək haqlarından aşağı olmamalıdır. 

Kitabxanaların statusu, spesifik xüsusiyyətləri nəzərə alınmaqla işçilərə əmək haqqından əlavə digər ödənişlər 

tətbiq edilə bilər. 

Müvafiq icra hakimiyyəti orqanları, müəssisə, idarə və təşkilatlar öz tabeçiliyində olan kitabxanaların işçilərinə 

əlavə kompensasiyalar müəyyən edə bilərlər. 

Kitabxana işçiləri öz peşə  və sosial hüquqlarını  təmin etmək məqsədilə qanunvericilikdə müəyyən olunmuş 

qaydada ictimai birliklər yarada bilərlər. 

V I   f ə s i l  

 

YEKUN MÜDDƏALARI 

 

M a d d ə   3 3 .  Kitabxana işi sahəsində beynəlxalq əməkdaşlıq 



Kitabxana işi sahəsində beynəlxalq  əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası 

müqavilələr əsasında həyata keçirilir. 

Kitabxanalar və kitabxana işi sahəsində ictimai birliklər beynəlxalq kitabxana təşkilatları, xarici ölkələrin 

kitabxanaları və kitabxana işi sahəsində ictimai birlikləri ilə əməkdaşlıq edə bilərlər. 

M a d d ə   3 4 .  Bu Qanunun pozulmasına görə məsuliyyət 

Bu Qanunun pozulmasında təqsirli olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə 

uyğun olaraq məsuliyyət daşıyırlar. 

Heydər ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti   

Bakı şəhəri, 29 dekabr 1998-ci il 

  

№ 611-IQ 




Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə