Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə65/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   61   62   63   64   65   66   67   68   ...   258

 

132


I   f ə s i l  

 

ÜMUMİ MÜDDƏALAR 



 

M a d d ə   1 .  Əsas anlayışlar 

Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: 

kitabxana – elm, informasiya, mədəniyyət, təhsil və  tərbiyə müəssisəsi kimi çap əsərlərini və digər infor-

masiya daşıyıcılarını toplayıb mühafizə edən, onların sistemli ictimai istifadəsini təşkil edən, cəmiyyətin intellek-

tual və mənəvi potensialının inkişafına xidmət göstərən sosial institut

kitabxana işi – elm, informasiya, mədəniyyət, təhsil və  tərbiyə  fəaliyyəti sahəsi kimi kitabxana sisteminin 

təşkili və inkişafını, kitabxana fondlarının formalaşdırılmasını, hüquqi və fiziki şəxslərə kitabxana, informasiya və 

biblioqrafiya xidməti qaydalarını, kitabxanaçı-biblioqraf kadrların hazırlanmasını, kitabxanaların inkişafının elmi-

metodik təminatını əhatə edən fəaliyyət sahəsi; 



kitabxanaçı – kitabxana işi sahəsində fəaliyyət göstərən müvafiq ixtisaslı mütəxəssis; 

sənəd – informasiyanın mətn, səs yazma və  təsvir formasında qeydə alınan, müəyyən zaman və  məkan 

daxilində informasiyanın verilməsi və ya qorunması məqsədini daşıyan maddi obyekt



kitabxana fəaliyyəti – oxucuların sərbəst surətdə informasiya almaq hüququnu təmin etmək, onların kitablara, dövri 

nəşrlərə və kitabxana fondunu təşkil edən digər sənədlərə olan tələbatını ödəmək məqsədilə həyata keçirilən fəaliyyət; 



mərkəzləşdirilmiş kitabxana sistemləri – eyni sistemə aid olan kitabxanaların vahid strukturda könüllü 

birləşməsi; 



kitabxana fondu – ictimai istifadə məqsədilə kitabxananın vəzifələrinə uyğun şəkildə formalaşmış çap əsərləri 

və digər məlumat daşıyıcılarının məcmusu. 

M a d d ə   2 .  Kitabxana işi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi 

Kitabxana işi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublika-

sının digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası 

müqavilələrdən ibarətdir. 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə bu Qanun arasında ziddiyyət 

yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. 

M a d d ə   3 .  Kitabxana işi sahəsində dövlət siyasətinin əsas prinsipləri və dövlətin vəzifələri 

Kitabxana işi sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: 

Kitabxanalarda mühafizə olunan mədəni sərvətlərdən və informasiya vasitələrindən istifadənin hamı üçün açıq olması; 

milli sərvət olan kitabxanalara dövlət qayğısı, onların fondların toxunulmazlığı və üstün maliyyələşdirilməsi. 

Kitabxana işi sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 

Kitabxana işinin inkişafına dair Dövlət Proqramının hazırlanması və həyata keçirilməsi

kitabxana fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının qəbul və tətbiq edilməsi; 

kitabxana işinin avtomatlaşdırılması  və kitabxana fondlarının tədricən müasir informasiya daşıyıcılarına köçü-

rülməsi, elektron mübadilə sistemlərindən (internetdən və s.) istifadə və milli fondların həmin sistemlərdə əks olunması; 

- milli və dünya mədəniyyəti sərvətlərinə yiyələnməyə yönəldilən informasiya sisteminin yaradılması; 

dövlət kitabxana fondlarının mühafizəsi və inkişafı, dövlət kitabxanalarının milli və xarici ədəbiyyatla ardıcıl 

təchizatı sisteminin yaradılması; 

xarici ölkə kitabxanalarında saxlanılan milli sərvət hesab olunan nadir kitabların və  əlyazmaların (imkan 

olmadıqda surətlərinin) Azərbaycan Respublikasına qaytarılmasının təmin olunması; 

dövlət kitabxana binalarının tikilməsi,  əsaslı  təmiri, dövlət kitabxanalarının müasir avadanlıq və texniki 

vasitələrlə təchiz edilməsi; 

kitabxana işinə dair elmi tədqiqatların və metodik tədbirlərin həyata keçirilməsinə köməklik göstərilməsi

kitabxana kadrları hazırlayan və ya onların ixtisasının artırılmasını  həyata keçirən təhsil müəssisələrinin 

yaradılması və fəaliyyətinin təşkili; 

təbii fəlakət, silahlı münaqişə və müharibə zamanı kitabxana fondlarının mühafizəsinin təmin olunması; 




 

133


qeyri-dövlət kitabxanalarının inkişafına şərait yaradılması; 

kitabxana işinə dair dövlət standartlarının müəyyən olunması; 

kitabxana fondlarının statistik uçotunun aparılması. 

M a d d ə   4 .  Kitabxana fəaliyyətinin əsas istiqamətləri 

Kitabxana fəaliyyətinin əsas istiqamətləri sənəd-informasiya fondlarının formalaşmasından, mühafizəsindən və 

bu materialların hüquqi və fiziki şəxslərə istifadəyə verilməsindən, kitabxanalarda toplanıb saxlanılan informasiya 

vasitələrinin mübadiləsinə imkan verən vahid informasiya məkanının yaradılmasından ibarətdir. 

 

I I   f ə s i l  



 

KİTABXANA SİSTEMİ 

 

M a d d ə   5 .  Kitabxana sisteminin təşkilinin əsasları 



Azərbaycan Respublikasında kitabxana sistemini ərazi, idarə, idarələrarası, sahəvi, sahələrarası  və kompleks 

xidmət prinsiplərinə əsaslanan universal, ixtisaslaşdırılmış dövlət və qeyri-dövlət kitabxanaları təşkil edir. 

M a d d ə   6 .  Kitabxana sisteminin tərkibi 

Azərbaycan Respublikasında kitabxana sisteminin tərkibinə dövlət və qeyri-dövlət kitabxanaları daxildir. 

Dövlət kitabxanalarına aşağıdakılar daxildir: 

Milli Kitabxana; 

Naxçıvan Muxtar Respublikasının dövlət kitabxanası; 

şəhər, rayon, qəsəbə, kənd kitabxanaları (kütləvi, elmi, xüsusi kitabxanalar, gənclər, uşaqlar, korlar üçün və sair 

kitabxanalar) və onların filialları, mərkəzləşdirilmiş kitabxana sistemləri; 

respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar; 

dövlət idarə, müəssisə və təşkilatlarının kitabxanaları; 

Azərbaycan Elmlər Akademiyasının mərkəzi elmi kitabxanası və onun filialları; 

dövlət təhsil müəssisələrinin kitabxanaları. 

Qeyri-dövlət kitabxanalarına aşağıdakılar daxildir: 

bələdiyyə kitabxanaları; 

ictimai birliklərin kitabxanaları; 

özəl və digər kitabxanalar; 

xarici hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis 

edilmiş kitabxanalar. 

M a d d ə   7 .  Milli Kitabxana 

Milli Kitabxana Azərbaycan Respublikasında kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən, milli 

nəşrləri, xarici ölkələrdə  nəşr olunmuş Azərbaycan haqqında və Azərbaycan müəlliflərinin  əsərlərini, dünya 

əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə qiymətli və digər məlumat daşıyıcılarını toplayıb mühafizə edən 

milli mədəniyyət xəzinəsi və dövlət kitab saxlayıcısıdır. 

Milli Kitabxana kitabxanaşünaslıq, biblioqrafiya və kitabşünaslıq sahəsində elmi-tədqiqat işləri üzrə aparıcı 

müəssisə  və  əlaqələndirici, ölkənin bütün kitabxanaları üçün metodik mərkəz, oxuculara kompleks kitabxana-

biblioqrafiya və informasiya xidməti göstərmək, kitabxanalararası abonement, milli və tövsiyə biblioqrafiyası, 

beynəlxalq və ölkədaxili depozitar mərkəz funksiyalarını yerinə yetirir. 

Milli Kitabxana müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan əsasnaməyə uyğun fəaliyyət göstərir. 

Milli Kitabxananın fondu və əmlakı milli sərvət hesab olunan və xüsusi əhəmiyyətli obyekt kimi dövlət tərə-

findən qorunur. 

Milli Kitabxana statusuna malik olan kitabxanaların işçilərinin əmək haqlarına müvafiq əlavələr müəyyən edilir. 

Milli Kitabxananı ləğv etmək, mülkiyyət formasını dəyişmək qadağandır. 

Milli Kitabxanaya əvəzsiz v müddətsiz istifadə üçün qanunvericilikdə müəyyən olunmuş torpaq sahəsi verilə bilər. 




Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə