Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə62/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   58   59   60   61   62   63   64   65   ...   258

 

126


M a d d ə   2 .  Memarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi 

Memarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının 

Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və tərəfdar çıxdığı 

beynəlxalq müqavilələrdən ibarətdir. 

Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yara-

narsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. 

M a d d ə   3 .  Memarlıq fəaliyyəti sahəsində dövlətin vəzifələri 

Memarlıq fəaliyyəti sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 

memarlıq fəaliyyəti sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi; 

memarlıq və şəhərsalma orqanlarının fəaliyyətinin əlaqələndirilməsi; 

memarlıq fəaliyyəti sahəsində normativ-hüquqi aktların hazırlanması; 

memarlıq fəaliyyətinə nəzarət. 

M a d d ə   4

.

 Memarlıq obyektinin yaradılmasının əsasları və qaydaları 

Memarlıq obyektinin yaradılması üçün sifarişçi qanunvericilikdə nəzərdə tutulmuş qaydada torpaq sahəsinə və 

obyektin tikintisinə dair icazə  və memarlıq-planlaşdırma tapşırıqları haqqında rəsmi sənəd almalı  və memarlıq 

obyekti yaradan şəxsə layihələşdirmə tapşırığı verməlidir. 

Memarlıq layihəsi yaratmaq üçün bağlanmış müqavilədə başqa şərtlər nəzərdə tutulmayıbsa, həmin layihə bir 

dəfədən artıq istifadə edilə bilməz. 

Müstəsna hallarda memarlıq layihəsi müəllifinin icazəsi ilə memarlıq layihəsindən və onun əsasında tikinti 

üçün tərtib edilmiş sənədlərdən müəllifə və ya onun varisinə müəllif haqqı ödənilməklə istifadə edilə bilər. 

Memarlıq obyekti mövcud tikinti norma və qaydalarına,  ərazi-planlaşdırma layihələrinin  əsas müddəalarına, 

insanların ekoloji, sosial cəhətdən təhlükəsiz və rahat həyat fəaliyyətinin təmin edilməsi tələblərinə cavab verməlidir. 

Memarlıq obyektinin yaradılması və istifadə edilməsindən irəli gələn, tərəflərin maraqlarını, tələb, təklif və tövsiyyə-

lərini əks etdirən layihə tapşırığı sifarişçi və memarlıq obyektini yaradan hüquqi və fiziki şəxs tərəfindən birgə imzalanır. 

Memarlıq obyektinin layihəsi və layihənin texniki və ekoloji ekspertiza qaydaları memarlıq-planlaşdırma tap-

şırıqları verən orqanla razılaşdırılmaqla mövcud qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı 

tərəfindən təsdiq edilir. 

M a d d ə   5 .  Memarlıq fəaliyyətinin təminatı 

Memarın sərbəst yaradıcılığı, memarlıq elminin və təhsilinin inkişafı, memarların hüquqlarının təmin olunması 

üçün müvafiq icra hakimiyyəti orqanı şərait yaradır. 

Hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada sərbəst 

memarlıq fəaliyyəti ilə məşğul ola bilərlər. 

Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, əcnəbilər, vətən-

daşlığı olamyan şəxslər və xarici hüquqi şəxslər Azərbaycan Respublikasında memarlıq fəaliyyətini Azərbaycan 

Respublikasının vətəndaşı və ya hüquqi şəxsi ilə müştərək həyata keçirə bilərlər 

Memarlıq fəaliyyəti sahəsində müəlliflik hüququ, Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləş-

dirilmiş qaydada həyata keçirilir. 

Memarlıq və şəhərsalma orqanlarına memarlıq fəaliyyətinə memarlar rəhbərlik edirlər. 

M a d d ə   6

.

 Memarların peşəkar yaradıcılıq birlikləri 

Memarların müvafiq qanunvericiliyə uyğun olaraq peşə üzrə birliklər yaratmaq hüququ vardır. 

Memarların peşəkar yaradıcılıq birlikləri: 

memarların peşə, mənafelərini müdafiə edir

memarların inkişaf strategiyasının həyata keçirilməsində iştirak edir; 

memarlıq və şəhərsalma sahəsində memarların yaradıcılıq konsepsiyalarını formalaşdırır; 

memarlıq əsərlərinin sifarişçilərinə və istehlakçılarına təkliflər verir. 

 

I I   f ə s i l  

 MEMARLIQ FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLAN ŞƏXSLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 

M a d d ə   7 .  Memarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin hüquqları 

Memarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin hüquqları aşağıdakılardır: 

müvafiq orqanlara sorğu vermək və memarılıq əsərinin layihəqabağı tədqiqatları, layihələşdirmə, tikinti üçün 

zəruri memarlıq-planlaşdırma tapşırıqlarını, digər məlumatları və ilkin sənədləri almaq; 




 

127


ekspertiza və baxılma zamanı obyektin sifarişçi ilə razılaşdırılmış memarlıq layihəsini müvafiq orqanlarda 

müdafiə etmək; 

sifarişçinin tapşırığı ilə tikinti üçün sənədləşmələrin bütün bölmələrinin işlənməsinə  rəhbərliyi həyata 

keçirmək, qəbul edilmiş layihənin memarlıq həllinin bütün dəyişikliklərini müvafiq icra hakimiyyəti və müvafiq 

dövlət ekspertiza orqanları ilə razılaşdırmaq, sənədlərin tərtibatına müqavilə əsasında köməkçilər, məsləhətçilər və 

texniki işçilər cəlb etmək

memarlıq obyektinin inşası üçün podrat müqaviləsi bağlanarkən sifarişçinin tapşırığı ilə onun mənafeyini 

təmsil və müdafiə etmək, tikinti müqaviləsi ilə bağlı müsabiqənin təşkilinə kömək etmək; 

memarlıq obyektinin inşasına müəllif nəzarətini həyata keçirmək; 

tikinti materiallarının və tikinti-quraşdırma işlərinin keyfiyyətinə  və  həcminə  nəzarəti həyata keçirərərk 

sifarişçinin tapşırığı ilə həmin obyektin tikintisində onun cavabdeh nümayəndəsi olmaq; 

memarlıq obyektinin istismara qəbul olunmasında iştirak etmək və sifarişçinin tapşırığı ilə onun cavabdeh 

nümayəndəsi olmaq; 

memarlıq layihələrinin ekspertizasını keçirmək, sərmayə qoyuluşu məsələləri, memarlıq obyektlərinin inşası və 

istismarı üzrə məsləhətlər vermək və sifarişçinin digər funksiyalarını həyata keçirmək. 

M a d d ə   8 .  Memarlıq layihəsi müəllifinin əmlak hüququ 

Müqavilədə başqa şərtlər nəzərdə tutulmayıbsa, memarlıq layihəsi müəllifinin həmin layihəni həyata keçirmək

onun əsasında tikinti üçün tərtib olunmuş sənədlərin dəyişdirilməsinə icazə vermək, memarlıq obyektinin təsvirini 

nəşr etmək, yaymaq və nümayiş etdirmək hüququ vardır. Bu hüquqlar müqavilə əsasında başqasına verilə bilər. 

Memarlıq layihəsinin istifadəsi üçün müəllif haqqının məbləği müqavilə ilə müəyyən edilir. 

Memarlıq layihəsi və onun əsasında işlənmiş sənədlər bu Qanunun 4-cü maddəsinə uyğun olaraq istifadə oluna bilər. 

M a d d ə   9 .  Memarlıq layihəsi müəllifinin şəxsi qeyri-əmlak hüquqları 

Memarlıq layihəsinin müəllifi tikinti üçün işlənən sənədlərin tərtibatına və memarlıq obyektinin tikintisinə 

müəyyən edilmiş qaydada müəllif nəzarəti etmək hüququna, eləcə də qanunvericilikdə nəzərdə tutulmuş digər şəxsi 

qeyri-əmlak hüquqlarına malikdir. 

Memarlıq layihəsi müəllifinin  şəxsi qeyri-əmlak hüquqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə 

müəyyən olunmuş qaydada mühafizə olunur. 

M a d d ə   1 0

.

 Xidməti vəzifə yerinə yetirilərkən və ya xidməti tapşırıq üzrə yaradılmış memarlıq 

əsərinə müəlliflik hüququ 

Xidməti vəzifə yerinə yetirilərkən və ya xidməti tapşırıq üzrə yaradılmış memarlıq  əsəri istifadə edilərkən 

müəlliflik hüququ Azərbaycan Respublikası qanunvericiliyində müəyyən olunmuş qaydada həyata keçirilir. 

M a d d ə   1 1 .  Memarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin vəzifələri 

Memarlıq fəaliyyəti ilə məşğul olan şəxslər memarlıq fəaliyyəti sahəsində Azərbaycan Respublikasının qanun-

vericiliyinə, layihələşdirmə və tikinti sahəsində dövlət standartlarına, tikinti və ekoloji norma və qaydalara, şəhər-

salma normativinə  və  şəhərsalma fəaliyyətinin həyata keçirilməsi qaydalarına,  şəhər və digər yaşayış  məntəqə-

lərinin tikinti qaydalarına, memarlıq-planlaşdırma tapşırığının tələblərinə riayət etməlidirlər. 

Memar memarlıq layihəsinin reallaşdırılması barədə sifarişçinin məqsədini onun razılığı olmadan açıqlaya 

bilməz. 


Memarın müsabiqədə iştirak edən podrat təşkilatının gəlirində şəxsi marağı, eləcə də münsiflər heyətinin üzvü 

olarsa, tikinti üzrə podrat müqaviləsi bağlanarkən memarlıq obyektinin inşasına müəllif nəzarətini həyata keçirmək 

və obyektin istismara qəbulu zamanı sifarişçinin məsul nümayəndəsinin öhdəliklərini öz üzərinə götürmək və 

memarlıq layihəsi üzrə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.  

 

 

I I I   f ə s i l  

 

MEMARLIQ LAYİHƏLƏNDİRƏ VƏ OBYEKTLƏRİNDƏ  



DƏYİŞİKLİKLƏRİN APARILMASI 

 

M a d d ə   1 2 .   Memarlıq layihəsinin dəyişdirilməsi 



Tikinti üçün sənədlərin tərtibatı və ya memarlıq obyektinin inşası zamanı memarlıq layihəsinin dəyişdirilməsi 

müəllifin razılığı ilə aparılır. 




Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə