Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə59/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   55   56   57   58   59   60   61   62   ...   258

 

120


M a d d ə   2 .  Tarix və mədəniyyət abidələrinin anlayışı və təsnifatı 

Tarix və mədəniyyət abidələri (bundan sonra – abidələr) arxeoloji və memarlıq obyektləri, etnoqrafik, numiz-

matik, epiqrafik, antropoloji materiallar, tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan bina, xatirə yerləri, əşyalar xalqın 

dini əqidəsi ilə bağlı dəyərlərdir. 

Abidələr daşınar (səyyar) və daşınmaz (stasionar) ola bilər. Daşınar abidələr muzeylərdə, arxivlərdə, fondlarda, 

sərgilərdə  və digər münasib yerlərdə, daşınmaz abidələr  əksər hallarda arxeoloji və memarlıq abidələri olmaqla 

olduğu və inşa edildiyi yerlərdə qorunur. 

Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edirlər: 

a) arxeoloji abidələr – insanın fəaliyyəti ilə əlaqədar yer altında olan maddi mədəniyyət nümunələri, o cümlə-

dən ibtidai insan düşərgələri və yaşayış məskənləri, qədim qəbiristanlar, müdafiə sistemləri və istehkamlar, ziya-

rətgahlar, hər cür qədim əşyalar, dini və xatirə abidələri, qaya və daşüstü təsvirlər və yazılar, qədim mədən istismar 

izləri,  əmək alətləri, istehsalat kürələri, qədim yollar, körpü qalıqları, arxlar, ovdan və  kəhrizlər, su kəmərləri, 

kürəbəndlər və s.; 

b) memarlıq abidələri – öz həcm-plan həllini kifayət qədər saxlayan qurmalar, müxtəlif təyinatlı memarlıq-

inşaat binaları, yardımçı obyektlər, mühəndis kommunikasiyaları; məskənsalma (şəhərsalma) abidələri; ərazisinin 

əksər hissəsi memarlıq, tarixi-mədəni sənətkarlıq abidələri və tikililər ilə tutulan, ənənəvi məhəllələrə bölünən, 

bəzən də qala divarları ilə əhatə edilən, küçə şəbəkəsini və mühəndis kommunikasiyalarını qismən saxlayan yaşayış 

məntəqələri, bağ-parklar, xiyabanlar, incəsənət nümunələri; yeni yaranmış memarlıq abidələri; öz həcm-plan, bədii-

estetik, istismar-funksional və texniki-konstruktiv həllinə görə uzun ömürlü memarlıq binaları və qurmaları; kiçik 

memarlıq formaları; monumentlər, obelisklər, fəvvarələr,  şəlalələr, bulaqlar, hovuzlar, köşklər və  ərazidə xüsusi 

mövqe tutan başqa yaradıcılıq obyektləri; 

c)  tarix abidələri – cəmiyyət və dövlət tarixi ilə, müharibə  və milli azadlıq hərəkatı ilə, elm və texnikanın 

inkişafı ilə xalqın həyatındakı mühüm tarixi hadisələrlə bağlı  dəyərlər, dövlət xadimlərinin və  hərbi xadimlərin, 

Sovet  İttifaqı  Qəhrəmanlarının, Milli Qəhrəmanların, görkəmli elm və incəsənət xadimlərinin həyatı ilə bağlı 

qurmalar, mənzillər, xatirə yerləri, sənədlər və əşyalar, etnoqrafik abidələr – xalqın maddi, mənəvi, ideoloji, sənət-

karlıq və  təsərrüfat həyatını özündə  əks etdirən qurmalar və  əmək alətləri,  əşyalar, epiqrafik abidələr – üzərində 

yazılar olan müxtəlif daş, gil, ağac və metal nümunələri; 

ç)  sənədli abidələr – rəsmi dövlət orqanlarının aktları, qədim  əlyazmaları, nadir çap əsərləri, arxivlər, 

o cümlədən fono, foto və kino arxivlər; 

d) incəsənət abidələri – tarixi və estetik dəyəri olan bədii, təsviri, dekorativ-tətbiqi sənət nümunələri

e) qoruqlar – tarix və mədəniyyət üçün böyük əhəmiyyəti olan, dövlət tərəfindən mühafizə edilən ərazilər və 

ya məskənlər; 

ə) adibələrin mühafizə zonası – abidələrin görkəminə xələl gətirməmək məqsədilə onların yerləşdiyi sahənin 

ətrafında abidənin xarakterindən asılı olaraq müəyyən edilən əlavə tənzimləmə zonası. 

M a d d ə   3 .  Abidələrin qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi 

Abidələrin qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının 

Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və tərəfdar çıxdığı 

beynəlxalq müqavilələrdən ibarətdir. 

M a d d ə   4 .  Abidələr üzərində mülkiyyət 

Abidələr dövlət və bələdiyyə mülkiyyətində, eləcə də xüsusi mülkiyyətdə ola bilər. 

Dövlət mülkiyyətində olan abidələrin özəlləşdirilməsinə (yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınan 

yaşayış binaları, onların ayrı-ayrı hissələri və bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş özəlləşdirilməsinə 

yol verilən digər yerli əhəmiyyətli memarlıq abidələri istisna olmaqla) yol verilmir. 

Mühəndis kommunikasiyaları, müdafiə obyektləri,  şəhərsalma, dini və xatirə abidələri, hidrotexniki qurğular 

istisna olmaqla, yerli əhəmiyyətli memarlıq abidələri qanunvericiliyə uyğun olaraq özəlləşdirilə bilər. 

Özəlləşdirilmiş yerli əhəmiyyətli memarlıq abidələrinin görkəmini və daxili quruluşunu pozmaq, onların 

mədəni, tarixi dəyərinə xələl gətirə biləcək hər hansı hərəkət etmək qadağandır. 

Dövlət qeydiyyatından keçmiş  və xüsusi mülkiyyətdə olan abidələr satıldıqda dövlət onları almaqda üstün 

hüquqa malikdir. 

Hər hansı bir ərazidə yeni abidə  aşkar olunarsa, həmin  ərazi tarixi-mədəni  əhəmiyyətli zona elan olunur və 

onun yerləşdiyi torpaq sahəsi üzərindəki tikililərlə birlikdə qanunvericiliklə  nəzərdə tutulmuş qaydada dövlət 

tərəfindən satın alına bilər. 

Xüsusi mülkiyyətdə olan abidələr dövlət tərəfindən qeydə alınır və onlar satılarkən mülkiyyətçi müvafiq icra 

hakimiyyəti orqanına bu haqda məlumat verməlidir. 

Müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan xüsusi mülkiyyətdə olan abidələr xaricə aparıla bilməz. 



 

121


M a d d ə   5 .  Abidələrin qorunması, bərpası, əhəmiyyət dərəcələrinin təyin edilməsi və onlardanistifadə 

olunmasında Azərbaycan Milli Elmlər Akademiyasının iştirakı 

Azərbaycan Milli Elmlər Akademiyası abidələrin aşkar olunması, tədqiqi işini, aşkar olunmuş maddi-

mədəniyyət qalıqlarının mühafizəsini təşkil edir, yeni tikinti zonalarında operativ tədqiqat işləri aparır, abidələrin 

əhəmiyyət dərəcələri üzrə qeydə alınmasında iştirak edir, zəruri hallarda arxeoloji qazıntılar zamanı aşkar olunmuş 

daşınar maddi-mədəniyyət qalıqlarında müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında konservasiya və bərpa 

işləri görür, abidələrin təbliğini təşkil edir, onların qorunması, tədqiqi, bərpa və konservasiyası üçün metodik 

vəsaitlər hazırlayır, elmi-praktiki məsləhətlər verir, abidələrin tədqiqi üçün beynəlxalq protokollar və sazişlər imza-

layır və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir. 

Abidələrin üzərində aparılacaq işlərin layihəsi Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 

 

I I   f ə s i l  

 ABİDƏLƏRİN DÖVLƏT QEYDİYYATI VƏ ƏHƏMİYYƏT DƏRƏCƏLƏRİ 

M a d d ə   6 .  Abidələrin dövlət qeydiyyatı 

Abidələrin siyahıya və dövlət qeydiyyatına alınmasını, pasportlaşdırılmasını, abidələrin siyahısının təsdiqini və 

daşınmaz abidələrin xəritələrinin hazırlanmasını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 

M a d d ə   7 .  Abidələrin əhəmiyyət dərəcələri 

Abidələr dünya, ölkə və yerli əhəmiyyətli abidələrə bölünür. 

Abidələrin  əhəmiyyət dərəcələrinə görə bölgüsünü Azərbaycan Milli Elmlər Akademiyasının rəyi  əsasında 

müvafiq icra hakimiyyəti orqanı beynəlxalq normalara uyğun aparır, tərtib və təsdiq edir. 

Təsdiqlənmiş siyahıya daxil edilmiş abidənin həmin siyahıdan çıxarılmasına yol verilmir. 

Dünya əhəmiyyətli abidələrin siyahısı müvafiq beynəlxalq təşkilatlara təqdim edilir. 

M a d d ə   8 .  Azərbaycan Respublikasının ərazisindən kənarda yerləşən Azərbaycana aid abidələrin 



qeydiyyatı 

Azərbaycan Respublikasından kənarda yerləşən Azərbaycana aid abidələrin müvafiq icra hakimiyyəti orqanı 

xüsusi siyahı  tərtib etməklə dövlət qeydiyyatına alır, onların qorunması, bərpası ilə bağlı problemlərin həllində 

abidələrin yerləşdiyi ölkələrin müvafiq orqanları ilə əməkdaşlıq edir. 



 

 

I I I   f ə s i l  

 

 ABİDƏLƏRİN QORUNMASININ DÖVLƏT TƏMİNATI 

M a d d ə   9 .  Abidələrin qorunması, öyrənilməsi, bərpası və konservasiyasının maliyyələşdirilməsi 

Abidələrin qorunması, öyrənilməsi, bərpası və konservasiyası dövlət büdcəsindən və yerli büdcələrdən ayrılan 

vəsaitlər, fiziki və hüquqi şəxslərin maliyyə yardımları və ianələri hesabına maliyyələşdirilir. 

M a d d ə   1 0 .  Abidələrin toxunulmazlığı 

Abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması  və onlar üçün təhlükə yarada biləcək təmir, 

inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. 

M a d d ə   1 1 .  Mülkiyyətində  və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslərin vəzifələri və 

məsuliyyəti 

Mülkiyyətində  və ya istifadəsində abidələr olan fiziki və ya hüquqi şəxslər abidələrin qorunması, tədqiqi və 

onlardan istifadə edilməsi qaydalarına ciddi əməl etməlidirlər. 

Mülkiyyətində  və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər müvafiq icra hakimiyyəti orqanı ilə 

həmin abidələrin qorunmasına dair mühafizə müqaviləsi bağlamalıdırlar və  həmin abidələrin salamatlığına görə 

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. 




Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə