Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə60/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   56   57   58   59   60   61   62   63   ...   258

 

122


M a d d ə   1 2 .  Qoruq sərhədi daxilində və mühafizə zonalarında dövlət əhəmiyyətli inşaat və mühəndis 

kommunikasiya işləri görülərkən abidələrin qorunması 

Qoruq sərhədi daxilində və mühafizə zonalarında abidələr üçün təhlükə yarada biləcək hər hansı işlər müvafiq 

icra hakimiyyəti orqanının qərarı ilə qabaqlayıcı  tədbirlər görülməklə  həyata keçirilə bilər. Həyata keçirilən təh-

lükəsizlik tədbirləri inşaat işlərini aparan subyektin vəsaiti hesabına maliyyələşdirilir. 

Abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti 

abidələrin qorunması üçün təhlükə yaradarsa, müvafiq icra hakimiyyəti orqanı onların hərəkətini məhdudlaşdıra və 

ya qadağan edə bilər. 

M a d d ə   1 3 .  İnşaat və digər təsərrüfat işləri görülərkən aşkar edilən abidələrin qorunması 

İnşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq 

icra hakimiyyəti orqanlarına və Azərbaycan Milli Elmlər Akademiyasına məlumat verilməlidir. Bu halda inşaat və 

digər təsərrüfat işləri Azərbaycan Milli Elmlər Akademiyasının və mütəxəssislərin rəyi  əsasında müvafiq icra 

hakimiyyəti orqanının icazəsi ilə davam etdirilə bilər. 

İnşaat və digər təsərrüfat işləri tarixi və arxeoloji əhəmiyyət kəsb edən zonada aparılırsa, həmin  ərazi 

əvvəlcədən mütəxəssislər tərəfindən nəzərdən keçirilir və abidələrin ilkin tədqiqi təmin edilir. Müvafiq icra 

hakimiyyəti orqanı həmin işlər aparılan yerdə öz nümayəndəsinin və mütəxəssisin iştirakını təmin edir. 

M a d d ə   1 4 .  Yeni inşaat sahələrində arxeoloji tədqiqatlar 

Magistral mühəndis kommunikasiyalarının (neft, qaz kəmərlərinin və s.) çəkilişi və digər inşaat işləri zamanı, 

hektardan çox ərazini əhatə edən sahələrdə inşaat işləri aparılarkən texniki-iqtisadi əsaslandırma mərhələsində bu işləri 

həyata keçirən təşkilat tərəfindən görüləcək işlər barədə müvafiq icra hakimiyyəti orqanına və Azərbaycan Milli Elmlər 

Akademiyasına müraciət edilməli və abidələrin ilkin axtarış işlərinin aparılması üçün vəsait ayrılmalıdır. 

Həmin zonada arxeoloji abidə  aşkar olunarsa, müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan və lazımi 

elmi tədbirlər görülmədən inşaat və təsərrüfat işlərinin aparılmasına yol verilmir. 

M a d d ə   1 5 .  Dəfinələrdə aşkar edilmiş və ya tapılmış abidələrin müqəddəratı 

Dəfinələrdə aşkar edilmiş və ya tapılmış abidələr dövlətə təhvil verilməlidir. Dövlətə təhvil verilmiş abidələrə 

görə  dəfinəni aşkar etmiş  və  əşyanı tapmış  şəxsə Azərbaycan Respublikasının mülki qanunvericiliyində  nəzərdə 

tutulmuş qaydada mükafat verilir. 

Təsadüfən aşkar edilmiş abidələrin mülkiyyətçisi və ya istifadəçisi abidə haqqında müvafiq icra hakimiyyəti 

orqanına məlumat verməlidir. Təsadüfən aşkar edilmiş abidə müvafiq icra hakimiyyəti orqanı  tərəfindən dövlət 

qeydiy n myatına alınmalı və abidənin elmi sənədləşdirilməsi təmin edilməlidir. 

M a d d ə   1 6 .  Abidələrin xaricə aparılması və geri qaytarılması 

Daşınar abidələrin elmi-təbliğat və  mədəni mübadilə  məqsədilə Azərbaycan Respublikasından xaricə müvəqqəti 

aparılması yalnız müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə həyata keçirilə bilər. Bu məqsədlərlə abidələrin müvəq-

qəti ölkədən çıxırılması üçün müvafiq icra hakimiyyəti orqanı gömrük orqanlarına yazılı təqdimat verməlidir. 

Xaricə müvəqqəti aparılmış abidələrin geri qaytarılmaması qadağandır. 

Azərbaycan Respublikasından xaricə qanunsuz aparılmış abidələrin axtarışını, tapılmasını və geri qaytarılma-

sını müvafiq icra hakimiyyəti orqanları həyata keçirir. 

M a d d ə   1 7 .  Abidələrin mülki dövriyyəsinin xüsusiyyətləri 

Dövlət mülkiyyətində olan dünya və ölkə əhəmiyyətli daşınar abidələrin satılması qadağandır. 

Daşınar abidələr alındıqda və ya satıldıqda bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməlidir. 

M a d d ə   1 8 .  Müharibə, fövqəladə vəziyyət və silahlı münaqişə zamanı abidələrin qorunması 

Döyüş  təhlükəsi olan ərazilərdən və döyüş zonalarından daşınar abidələrin köçürülməsini müvafiq icra 

hakimiyyəti orqanı həyata keçirir. Fövqəladə hallarla əlaqədar olaraq daşınar abidələr onların məhv edilməsi, oğur-

lanması və ya korlanması təhlükəsi qarşısında qanunvericiliklə müəyyən edilmiş qaydada müvəqqəti olaraq təhlü-

kəsiz rayonlara köçürülə bilər. 

Dövlət işğalçı tərəfindən qənimət kimi ələ keçirilmiş abidələr haqqında beynəlxalq təşkilatlar qarşısında məsələ 

qaldırır və onların qaytarılması və bərpası üçün tədbirlər görür. 

Abidələr hərbi məqsədlər üçün istifadə edilə bilməz. Müstəsna hallarda qoruqların ərazisi və yerli əhəmiyyətli 

memarlıq abidələri Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti 

orqanının razılığı  əsasında qanunvericiliyə uyğun olaraq hərbi hissələrin təsərrüfat və  mədəni məqsədləri üçün 

istifadəsinə verilə bilər. 

 

 



 

123


V   f ə s i l  

 ABİDƏLƏRDƏN İSTİFADƏ QAYDALARI 

M a d d ə   1 9 .  Dövlət və ya bələdiyyə mülkiyyətində olan abidələrdən istifadə qaydaları və şərtləri 

Dövlət və ya bələdiyyə mülkiyyətində olan dünya əhəmiyyətli daşınmaz abidələrin və ya onların ayrı-ayrı his-

sələrinin icarəyə verilməsi qadağandır. 

Dövlət və ya bələdiyyə mülkiyyətində olan ölkə  və yerli əhəmiyyətli daşınmaz memarlıq abidələri, habelə 

xüsusi mülkiyyətdə olan daşınmaz abidələr və ya onların ayrı-ayrı hissələri (arxeoloji abidələr istisna olmaqla) 

müqavilə əsasında elmi, mədəni, dini, xidmət və turizm məqsədləri üçün onların istifadə proqramı, uyğunlaşdırma 

və bərpa layihələri müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırıldıqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş 

qaydada icazəyə verilə bilər. 

Abidələri və ya onların ayrı-ayrı hissələrini icazəyə götürənlər onların həcm kompozisiyasını, xarici 

görünüşünü, konstruktiv elementlərini dəyişdirməməli, istismar zamanı abidələrə  zərər vurmamalı  və  təsərrüfat 

işləri zamanı arxeoloji abidələrdə  mədəni təbəqənin korlanmasına yol verməməlidirlər. Belə abidələrdə  və ya 

onların ayrı-ayrı hissələrində təmir, konservasiya və bərpa işləri icazəçinin vəsaiti hesabına müvafiq icra hakimiy-

yəti orqanının və mütəxəssislərin nəzarəti ilə aparıla bilər. 

Abidələrdən və ya onların ayrı-ayrı hissələrindən icazə qaydaları  və  şərtləri tərəflər arasında bağlanmış 

müqavilə ilə müəyyən olunur. Müqavilə şərtləri pozularsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada müqaviləyə 

xitam verilir və dəymiş ziyan ödənilir. 



V   f ə s i l  

 ABİDƏLƏRİN TƏDQİQİ 

M a d d ə   2 0 .  Arxeoloji abidələrin tədqiqi 

Azərbaycan Respublikası  ərazisində arxeoloji qazıntı  işləri aparmaq üçün icazə Azərbaycan Milli Elmlər 

Akademiyası tərəfindən verilir və müvafiq icra hakimiyyəti orqanında qeydə alınır. Arxeoloji qazıntı işləri müvafiq 

icra hakimiyyəti orqanının nəzarəti ilə aparılır. 

Qazıntı mövsümü başa çatdıqdan sonra aparılmış  tədqiqat işləri barədə hesabat və  aşkar olunmuş maddi-

mədəniyyət qalıqlarının siyahısı müvafiq icra hakimiyyəti orqanına və Azərbaycan Milli Elmlər Akademiyasına 

təqdim edilir. 

Azərbaycan Respublikası  ərazisindəki abidələrin tədqiqi üçün xarici elmi müəssisə  və alimlərlə birgə ekspe-

disiyalar təşkil edilə bilər. Xarici elmi müəssisələr və alimlər abidələrin tədqiqi üçün vəsait ayıra bilərlər. Birgə 

ekspedisiyanın rəhbərini Azərbaycan Milli Elmlər Akademiyası təyin edir. 

Qazıntı zamanı aşkar olunmuş arxeoloji materiallar dövlət mülkiyyətinə keçir və xüsusi fondlarda və muzey-

lərdə saxlanılır. 

M a d d ə   2 1 .  Memarlıq abidələrinin və digər abidələrin tədqiqi 

Memarlıq abidələri və digər abidələr Azərbaycan Milli Elmlər Akademiyası, elmi-tədqiqat və lahiyə institutları, 

abidələrin qorunması və bərpası məqsədini güdən ictimai biliklər və ixtisaslı mütəxəssislər tərəfindən tədqiq olunur. 

Tədqiqat işlərinə başlamazdan əvvəl bu haqda müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. 

Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan yeni aşkar edilmiş memarlıq abidəsində tədqiqat işlərinin 

aparılması qadağandır. 

Azərbaycan Respublikasının sərhədlərindən kənarda mövcud olan Azərbaycan milli memarlıq abidələrinin 

tədqiqi və öyrənilməsi üçün icazə alınması dövlətlərarası müqavilələr əsasında həll edilir. 

M a d d ə   2 2 .  Abidə qoruqlarının yaradılması 

Xüsusi  əhəmiyyət kəsb edən arxeoloji, etnoqrafik, memarlıq,  şəhərsalma və digər komplekslər müvafiq icra 

hakimiyyəti orqanı tərəfindən qoruq elan edilir. 

Qoruq  ərzisində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi rejim tətbiq edilir. 

M a d d ə   2 3 .  Abidələrin qoruq zonaları 

Abidələrin təhlükəsizliyini, onların funksional təyinatını, memarlıq-estetik görünüşünü və uzun ömürlülüyünü 

təmin etmək məqsədilə mütəxəssislərin rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən abidələrin 

qoruq zonası yaradılır. 

Abidələrin qoruq zonasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi rejim tətbiq edilir. 

M a d d ə   2 4 .  Abidlərin köçürülməsi və yerinin dəyişdirilməsi 

Dünya və ölkə  əhəmiyyətli abidələr təbii fəlakət və digər zəruri hallarda müvafiq icra hakimiyyəti orqanının 

qərarına əsasən mütəxəssislərin iştirakı ilə köçürülməlidir. 

Yerli əhəmiyyətli abidələr müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə köçürülə bilər. 

Abidələrin köçürülməsi və yerinin dəyişdirilməsi mütəxəssislərin nəzarəti altında həyata keçirilir. 




Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə