Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə63/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   59   60   61   62   63   64   65   66   ...   258

 

128


Dəyişikliklər memarlıq-planlaşdırma tapşırığının tələblərindən və ilkin razılaşdırılma layihəsindən kənara 

çıxarsa, bu dəyişikliklər müvafiq icra hakimiyyəti və müvafiq dövlət ekspertiza orqanları ilə razılaşdırılmalı  və 

sifarişçi tərəfindən təsdiq edilməlidir. 

Layihə  həyata keçirilərkən baş vermiş  dəyişikliklər aşkar edilərsə, layihə müəllifi bu səbəbdən dəyə biləcək 

ziyanın qarşısını almaq məqsədilə, tikintiyə icazə vermiş orqana bu barədə məlumat verir və qanunvericiliyə uyğun 

olaraq müəlliflik hüququnun pozulmasının qarşısını almaq üçün tədbirlər görür. 

M a d d ə   1 3 .   Memarlıq obyektində dəyişikliklərin aparılması 

Memarlıq obyektində dəyişikliklər obyektin istifadəsi üçün bağlanmış müqavilə əsasında qanunvericiliyə uy-

ğun olaraq həyata keçirilir. 

Dövlət qeydiyyatında olan tarix və  mədəniyyət abidələrinin yenidən qurulması, bərpası  və  təmiri, qoruq 

zonalarındakı obyektlərdə təmir və yenidənqurma işləri müvafiq qanunvericiliyə uyğun aparılır. 

M a d d ə   1 4 .   Bu Qanunun pozulmasına görə məsuliyyət 

Bu Qanunun pozulmasına görə  təqsiri olan fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunve-

riciliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. 



 

HEYDƏR ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti  

Bakı şəhəri, 15 may 1998-ci il 

                № 497-IQ 

 

 

24

                                                         

Kinematoqrafiya haqqında 

 

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU 

 

Bu Qanun kinematoqrafiyaya dövlət himayəsinin formalarını, kinematoqrafiya fəaliyyəti ilə məşğul olan fiziki 



və hüquqi şəxslərin hüquq və  vəzifələrini müəyyənləşdirir, incəsənətin spesifik növü olan kinematoqrafiyanın 

qorunması və inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsinə hüquqi təminat yaradır. 

 

I   f ə s i l  

 ÜMUMİ MÜDDƏALAR 

M a d d ə   1 .  Əsas anlayışlar 

Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: 



kinematoqrafiya – kinematoqrafiya əsərlərinin yaradılmasına və istifadəsinə yönəldilmiş peşəkar, yaradıcı, 

istehsal, elmi, texniki və təhsil fəaliyyətinin məcmusundan ibarət mədəniyyət və incəsənət sahəsi; 



film – yaradıcı ideya əsasında bədii, xronikal, sənədli, elmi-kütləvi, təhsil, cizgi, televiziya və başqa janrlarda 

yaradılmış, bir-biri ilə  əlaqəli olub hərəkət təsəvvürü doğuran və müvafiq qurğular vasitəsilə görmə  və  eşitmə 

qavrayışı üçün nəzərdə tutulan, kinolentə  və başqa daşıyıcılara həkk olunan, mövzu bütövlüyü əsasında 

birləşdirilən təsvirlər silsiləsindən ibarət audiovizual əsər (tammetrajlı film – 52 dəqiqədən az olmayan, qısametrajlı 

film – 52 dəqiqədən az olan film); 

kinosalnamə – audiovizual vasitələrlə dövrün səciyyəvi xüsusiyyətlərini və xalqın tarixini özündə əks etdirən 

və müntəzəm çəkilən sənədli süjetlər; 



filmin yayımı – filmin müxtəlif forma və vasitələrlə yayılması; 

filmin nümayişi – filmin kinozalda, efir, kabel, peyk televiziyası və başqa texniki vasitələrlə kütləvi nümayişi; 

filmin quruluşçu rejissoru – filmin yaradılması ilə bağlı yaradıcılıq və istehsalat işini idarə edən və filmin 

bədii-ideya mənasını müəyyənləşdirən peşəkar yaradıcı şəxs; 



filmin prodüseri – filmin maliyyələşdirilməsini, istehsalını və yayımını öhdəsinə götürən hüquqi və ya fiziki 

şəxs; 


filmin çəkiliş qrupu – bilavasitə filmin istehsalı ilə məşğul olan yaradıcı, texniki və inzibati işçilərdən ibarət 

heyət; 


kinozal – filmin nümayiş edildiyi yer; 


 

129


kinematoqrafiya müəssisəsi – təşkilati-hüquqi formasından asılı olmayaraq, fəaliyyət növlərinə görə film 

istehsalı, kinosalnamə  çəkilişi, filmin çoxaldılması, bərpası, yayımı  və nümayişi, kinozala texniki xidmət, kino 

materiallarının və avadanlığının hazırlanması, film, kinosalnamə istehsalı üzrə  işlərin görülməsi və xidmət gös-

tərilməsi (kino avadanlığının kirayəyə verilməsi, pavilyonların, kino komplekslərinin icarəyə verilməsi, kostyum-

ların tikilişi, dekorasiyaların qurulması, qrimin, parik məmulatının, rekvizitin, oyun texnikasının, xüsusi effektlərin 

hazırlanması, kinolentlərin emalı, filmin səs düzümü və s.), kinematoqrafiya sahəsində  tədris, elmi, təbliğai, 

nəşriyyat, reklam-təbliğat və təchizat, filmin və kinosalnamənin yekun materiallarının mühafizəsi ilə məşğul olan 

müəssisə; 



kinematoqrafiya ictimai birliyi – yaradıcılıq və sosial problemlərin həlli məqsədilə ittifaq, birlik, gildiya, 

assosiasiya və başqa qurumlarda kinematoqrafçıların birləşdikləri yaradıcı və ya peşəkar ictimai birlik; 



filmin ilkin materialları – filmin çoxaldılması üçün lazım olan neqativ, kontratip, filmin nəzarət nüsxəsi

dialoq, monoloq, replika, səs və səs effektlərinin maqnit fonoqramlarının orijinalı; 



filmin çoxaldılması – istənilən maddi formada (kinolent, video və digər daşıyıcılar üzərində) filmin bir və ya 

daha artıq nüsxəsinin hazırlanması; 



debüt filmlər – kinematoqrafiya sahəsində peşəkar yaradıcı işçinin ilk yaradıcılıq işi. 

M a d d ə   2 .  Kinematoqrafiya haqqında Azərbaycan Respublikasının qanunvericiliyi 

Kinematoqrafiya haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan 

Respublikasının digər normativ hüquqi aktlarından və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir. 

M a d d ə   3 .  Kinematoqrafiyaya dövlət himayəsinin əsas formaları 

Kinematoqrafiyaya dövlət himayəsinin əsas formaları aşağıdakılardır: 

kinematoqrafiya sahəsində qanunvericiliyin yaradılması, Dövlət Proqramının hazırlanması  və  həyata 

keçirilməsi; 

kinematoqrafiyanın yaradıcı, təhsil, istehsal, maddi-texniki, elmi və informasiya bazasının təmin olunması, 

kinematoqrafiya kadrlarının hazırlanması; 

kinematoqrafiyanın qorunmasına və inkişafına dövlət təminatı, filmlərin yayımı  və nümayişi üçün şərait 

yaradılması, kinofestivalların və təbliğat xarakterli digər tədbirlərin keçirilməsi; 

dövlət sifarişi  əsasında çəkilən filmlərin istehsalının, yayımının və onların beynəlxalq kinofestivallarda 

iştirakının, kinosalnamə çəkilişinin və dövlət film fondunun maliyyələşdirilməsi

uşaq və gənclər üçün filmlərin və debüt-filmlərin yaradılmasının təmin edilməsi; 

kinematoqrafiya sahəsində beynəlxalq əməkdaşlığa təminat verilməsi. 

M a d d ə   4 .  Milli film 

Film aşağıdakı hallarda milli film hesab olunur: 

filmin prodüseri Azərbaycan Respublikasının vətəndaşı  və ya qanunvericilikdə müəyyən olunmuş qaydada 

Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxs olduqda; 

filmin çəkiliş qrupunda Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər 30 faizdən artıq olmadıqda; 

film Azərbaycan dilində çəkildikdə; 

qanunvericilikdə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında qeydiyyatdan keçən və filmin 

istehsalını, çoxaldılmasını, yayımını, nümayişini həyata keçirən kinematoqrafiya müəssisələri filmin smetasında 

nəzərdə tutulmuş ümumi iş həcminin 50 faizindən çoxunu yerinə yetirdikdə; 

film istehsalında xarici investisiyaların həcmi filmin smeta dəyərinin 30 faizindən artıq olmadıqda. 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq 

xarici kinematoqrafiya müəssisələri ilə müştərək çəkilmiş filmlər də milli film hesab oluna bilər. 

 

I I   f ə s i l  

 

 KİNEMATOQRAFİYA FƏALİYYƏTİNİN TƏŞKİLİ 

M a d d ə   5 . ( Ç ı x a r ı l ı b )  

M a d d ə   6 .  Kinematoqrafiya sahəsində müəlliflik hüququ 

Kinematoqrafiya sahəsində müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 

həyata keçirilir. 

M a d d ə   7 .  Filmlərin dövlət reyestri 

Kino və videofilmlərin qanunsuz nümayişinin, pornoqrafiya və ya zorakılıq təbliğ edən filmlərin yayımının 

qarşısının alınması, tamaşaçı auditoriyasının yaş kateqoriyalarının müəyyənləşdirilməsi məqsədilə Azərbaycan 



Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə