Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə66/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   62   63   64   65   66   67   68   69   ...   258

 

134


M a d d ə   8 .  Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar 

Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar elm sahəsinə görə ixtisaslaşdırılan, milli və xarici ədəbiyyat 

fondlarına malik olan baş kitabxana-biblioqrafiya və informasiya müəssisələridir. 

Respublika  əhəmiyyətli elmi-sahəvi kitabxanalar müvafiq sahədə  fəaliyyət göstərən digər kitabxanalar üçün 

informasiya, kitabxanalararası abonement və metodik mərkəz funksiyasını yerinə yetirir. 

Respublika  əhəmiyyətli elmi-sahəvi kitabxanaların fəaliyyəti bu Qanunla və digər müvafiq qanunvericilik 

aktları ilə tənzimlənir. 

Respublika  əhəmiyyətli elmi-sahəvi kitabxanaların, Azərbaycan Elmlər Akademiyası  Mərkəzi Elmi Kitab-

xanasının və onun filiallarının, Bakı Dövlət Universitetinin kitabxanasının işçilərinin  əmək haqlarına müvafiq 

əlavələr müəyyən edilir. 

Respublika  əhəmiyyətli elmi-sahəvi kitabxanaların statusu müvafiq icra hakimiyyəti orqanı  tərəfindən müəy-

yən edilir. 

M a d d ə   9 .  Kitabxanaların digər informasiya orqanları ilə əlaqələri 

Kitabxanalar sənəd-informasiya ehtiyatlarından səmərəli istifadə məqsədilə elmi-texniki və digər informasiya 

orqanları, arxivlər, başqa idarə və müəssisələrlə qarşılıqlı əlaqə yaradır. Bu əlaqələr birgə fəaliyyət proqramları və 

müqavilələr əsasında həyata keçirilir. 

M a d d ə   1 0 .  Kitabxanaların yaradılması və yenidən təşkili 

Dövlət və qeyri-dövlət kitabxanaları Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş 

qaydada yaradılır və yenidən təşkil olunur. 

Dövlət kitabxanalarının müvəqqəti olaraq köçürülməsinə müstəsna hallarda (təbii fəlakət, silahlı münaqişə, 

müharibə təhlükəsi və s.) müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir. 

M a d d ə   1 1 .  Kitabxanaların özəlləşdirilməsi və icarəyə verilməsi 

Tipindən, tabeçiliyindən asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən kitabxanaların (kitab-

xanalarda saxlanılan sərvətlərin, onların yerləşdiyi binaların və sahələrin) özəlləşdirilməsi və icarəyə verilməsi 

profilinə müvafiq olaraq qanunvericiliyə uyğun həyata keçirilir. 

I I I   f ə s i l  

 

KİTABXANA FONDU 

 

M a d d ə   1 2 .  Kitabxana fondunun tərkibi 



Kitabxana fondunun tərkibinə kitab, jurnal, qəzet, digər çap məhsulları, audiovizual və texniki vasitələrlə oxu-

nan materiallar, əlyazmalar və başqa informasiya daşıyıcıları daxildir. 

Kitabxana fondları universal, sahəvi, çoxsahəli, ixtisaslaşdırılmış ola bilər. 

M a d d ə   1 3 .  Azərbaycan Respublikasının Dövlət Kitabxana Fondu 

Azərbaycan Respublikasının Dövlət Kitabxana Fondu kitabxanalararası  əlaqələndirilmiş komplektləşdirmə, 

qarşılıqlı istifadə, depozitar mühafizə və mübadilə prinsipləri əsasında təşkil edilən, məlumat-axtarış sisteminə ma-

lik olan kitabxana fondlarından ibarətdir. 

Kitabxanalarda olan nadir və qiymətli nəşrlər, xüsusi kolleksiyalar qanunvericilikdə müəyyən olunmuş qaydada 

Azərbaycan Respublikasının milli-mədəni sərvətlər reyestrinə daxil edilir və xüsusi rejimdə mühafizə olunur. Onların 

mühafizəsi lazımi qaydada təmin edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən digər kitabxanaya verilə bilər. 

Azərbaycan Respublikası Dövlət Kitabxana Fondu dövlət mülkiyyətidir. 

M a d d ə   1 4 .  Kitabxana fondlarının təchizi 

Kitabxanalar dövlət və qeyri-dövlət nəşriyyatları  tərəfindən buraxılan, profilinə uyğun çap məhsullarını  və 

digər informasiya daşıyıcılarını birinci növbədə almaq hüququna malikdir. 

Bu hüquq kitabxana kollektoru, kitab ticarəti müəssisələri, nəşriyyat orqanları, ayrı-ayrı  şəxslərlə aparılan 

müvafiq əməliyyatlar, məcburi nüsxələrin alınması, abunə, bağışlama və vərəsəlik əsasında miras qalmış nəşrlərin 

verilməsi, habelə beynəlxalq və ölkədaxili kitab mübadiləsi yolu ilə təmin edilir. 



 

135


Təhsil müəssisələrinin kitabxanalarının dərsliklərlə komplektləşdirilməsi, müvafiq icra hakimiyyəti orqanı tərə-

findən müəyyən olunmuş qaydalarla tənzimlənir. 

Müvafiq icra hakimiyyəti orqanları tabeçiliyində olan kitabxana fondlarının yeni nəşrlərlə komplektləş-

dirilməsinə vəsait ayırırlar. 

M a d d ə   1 5 .  Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı 

Milli Kitabxana, qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının kitabxanaları, respublika əhəmiyyətli 

elmi-sahəvi kitabxanalar və Bakı Dövlət Universitetinin kitabxanası müvafiq icra hakimiyyəti orqanı  tərəfindən 

müəyyənləşdirilmiş qaydada ölkədə nəşr edilən çap məhsullarının məcburi nüsxələrini almaq hüququna malikdir. 

Dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə  məşğul olan poliqrafiya müəssisələri və digər 

hüquqi şəxslər tərəfindən buraxılan çap məhsullarından Milli Kitabxanaya 4 pulsuz məcburi nüsxə, qanunvericilik 

və müvafiq icra hakimiyyəti orqanlarının kitabxanalarına, respublika əhəmiyyətli elmi sahəvi kitabxanalara

Azərbaycan Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına və Bakı Dövlət Universitetinin kitabxanasına 

profilinə uyğun olaraq 2 pulsuz məcburi nüsxə, Azərbaycan Respublikasında nəşr olunan bütün qəzet və jurnal 

redaksiyaları isə 2 pulsuz məcburi nüsxə göndərməlidirlər. 

M a d d ə   1 6 .  Kitabxanaların mübadilə fondları 

Azərbaycan Respublikasının milli-mədəni sərvətlər reyestrinə daxil olmayan çap məhsulları  və digər materi-

allar müəyyən olunmuş qaydada bir kitabxanadan digərinə əvəzsiz verilə bilər. 

Qeyri-profil, dublet, nisbətən az istifadə edilən, habelə mübadilə fondu üçün ayrılan çap əsərləri və kitabxa-

nanın digər sənədləri həmin fonda verilir. 

Müvafiq icra hakimiyyəti orqanları beynəlxalq və ölkədaxili kitab mübadiləsini həyata keçirən kitabxanaların 

mübadilə fondları üçün əlavə kitab alınmasına vəsait ayırırlar. 

M a d d ə   1 7 .  Depozitar kitabxanalar 

Dövlət kitabxanalarında oxucular tərəfindən nadir hallarda istifadə edilən, lakin elmi, tarixi və bədii əhəmiyyətini 

saxlayan nəşrlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada depozitar fondlara verilir. 

M a d d ə   1 8 .  Dövlət kitabxana fondlarının uçotu, mühafizəsi və onlardan istifadə edilməsi 

Dövlət kitabxana fondlarında saxlanılan çap əsərlərinin və digər materialların uçotu, mühafizəsi və istifadəsi 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir. 

M a d d ə   1 9 .  Dövlət kitabxana fonduna vurulmuş ziyana görə məsuliyyət 

Dövlət kitabxana fonduna vurulmuş ziyana görə hüquqi və fiziki şəxslər yeni qiymətləndirmə əmsalları nəzərə 

alınmaqla vurulmuş ziyanın 10 misli həcmində maddi məsuliyyət daşıyırlar. 

İtirilmiş  və yararsız vəziyyətə salınmış çap əsərləri və digər materiallar kitabxana ilə razılıq  əsasında başqa 

müvafiq çap əsərləri və materiallarla əvəz edilə bilər. Bu qayda Azərbaycan Respublikasının milli mədəni sərvətlər 

reyestrinə daxil edilən nadir nüsxələrə şamil edilmir. 

Nadir nüsxələr fonduna vurulan zərərə görə məsuliyyət mövcud qanunvericiliklə tənzimlənir. 

Dövlət kitabxana fondlarının uçotu, mühafizəsi və istifadə qaydalarının pozulmasına görə kitabxana işçiləri 

qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 



I V   f ə s i l  

 

KİTABXANA XİDMƏTİNİN TƏŞKİLİ 

 

M a d d ə   2 0 .  Kitabxana xidməti və onun vəzifəsi 



Kitabxanalar çap əsərlərindən və digər informasiya daşıyıcılarından səmərəli istifadə etmək məqsədilə kom-

pleks kitabxana, biblioqrafiya xidmətləri göstərir. 

Bu xidmətlər abonentləri  ədəbiyyat və informasiya ilə  təmin etmək, informasiya daşıyıcılarının seçilməsində 

kömək göstərmək məqsədi daşıyır. 

Kitabxana xidməti abonement, qiraət zalı, kitabxanalararası və beynəlxalq abonement, biblioqrafiya, elmi-texniki 

informasiya, fərdi və kütləvi, yazılı və şifahi, stasionar və qeyri-stasionar, qiyabi, kompleks vasitələrlə təşkil edilir. 

Kitabxana xidmətinin vəzifəsi kitabxana sərvətlərinin, dünya ədəbiyyatı nümunələrinin etibarlı şəkildə toplan-

ması, qorunması  və  gələcək nəsillərə çatdırılmasından, onların  əhali arasında geniş  təbliğindən, bəşəri dəyərlərə 

yiyələnmək, müstəqil və yaradıcı düşünən vətəndaş yetişdirilməsinə fəal yardım etməkdən ibarətdir. 



Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə