Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə58/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   54   55   56   57   58   59   60   61   ...   258

 

118


Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə zərərli iş şəraitində işləyən mədəniyyət işçilərinin əmək haqlarına 

müvafiq əlavələr müəyyən edilir. 

Mədəniyyətin inkişafında yüksək xidmətləri olan pensiyaya çıxmış  mədəniyyət işçilərinin sosial təminatı 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 



I X   f ə s i l  

 MƏDƏNİYYƏT SAHƏSİNDƏ BEYNƏLXALQ ƏMƏKDAŞLIĞIN HÜQUQİ ƏSASLARI 

 

M a d d ə   4 8 . Mədəniyyət sahəsində beynəlxalq əməkdaşlıq 



Müvafiq icra hakimiyyəti orqanları, mədəniyyət təsisatları, mədəniyyət işçilərinin həmkarlar ittifaqları, 

yaradıcılıq ittifaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada başqa dövlətlərin 

hüquqi və fiziki şəxsləri ilə, beynəlxalq təşkilatlarla mədəniyyət sahəsində əməkdaşlığı həyata keçirə bilərlər. 

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikası  ərazisində beynəlxalq 

mədəniyyət fondlarının və təşkilatlarının filialları və nümayəndəlikləri yaradıla bilər. Hər bir mədəniyyət təsisatının 

müvafiq beynəlxalq təşkilatlara daxil olmaq, habelə öz sıralarına əcnəbi üzvlər cəlb etmək hüququ vardır. 

Azərbaycan Respublikasının qanunvericiliyində  nəzərdə tutulmuş hallar istisna olunmaqla mədəniyyət sahə-

sində beynəlxalq əlaqələrin hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. 

M a d d ə   4 9 . Mədəniyyət sahəsində beynəlxalq mübadilə 

Azərbaycan Respublikası mədəniyyət sahəsində beynəlxalq mübadilənin inkişafına, milli mədəniyyətin xaricdə 

yayılmasına, o cümlədən peşəkar yaradıcı  işçilərin və kollektivlərin, mütəxəssislərin və  tələbələrin qarşılıqlı 

səfərlərinə köməklik göstərir, mədəniyyət sərvətlərinin və mədəniyyət fəaliyyəti nəticələrinin, habelə mədəniyyətin 

müxtəlif sahələrində iş təcrübəsinin mübadiləsinə yardım edir. 

M a d d ə   5 0 . Mədəniyyət sərvətlərinin mühafizəsi sahəsində əməkdaşlıq 

Azərbaycan Respublikası  mədəniyyət sərvətlərinin mühafizəsinə dair beynəlxalq  əməkdaşlığı inkişaf etdirir, 

milli mədəniyyət sərvətlərinin mühafizəsi rejiminin Azərbaycan xalqının xaricdə olan nadir mədəniyyət 

sərvətlərinə şamil edilməsi və onların qaytarılması üçün mümkün olan bütün tədbirlərdən istifadə edir. 

M a d d ə   5 1 . Xaricdə yaşayan azərbaycanlılarla mədəni əlaqələr 

Müvafiq icra hakimiyyəti orqanları xaricdə yaşayan azərbaycanlılarla mədəni əlaqələr yaradır və inkişaf etdirir

o cümlədən onların mədəniyyət və informasiya mərkəzlərinin, fondlarının, təsisatlarının məqsədyönlü fəaliyyətinə 

köməklik göstərir, bu qurumların Azərbaycan Respublikasında nəşr olunan kitabları  əldə etmələri, qəzet və 

jurnallara abunəçi olmaları üçün şərait yaradır. 



Heydər ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 6 fevral 1998-ci il 

№ 430-IQ 

 

20    

Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti 

arasında mədəni və elmi əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə 

 

 



AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

 

 Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 



 1. Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında Mədəni və Elmi Əməkdaşlıq 

haqqında 1997-ci il avqustun  26-da Varşava şəhərində imzalanmış Saziş təsdiq edilsin. 

 2. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir. 

Heydər ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti  

 Bakı şəhəri, 13 fevral 1998-ci il 

  

№ 435-IQ 




 

119


21       

 

Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti 

arasında Azərbaycan Respublikası  və Rusiya Federasiyası  vətəndaşlarının vizasız 

gediş-gəlişi haqqında Sazişin və ona əlavələrin təsdiq edilməsi barədə 

 AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU 

 

 Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 



 1. Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikası və 

Rusiya Federasiyası    vətəndaşlarının vizasız gediş-gəlişi haqqında 1997-ci il iyulun 3-də Moskva şəhərində 

imzalanmış Saziş və ona əlavələr təsdiq edilsin. 

 2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. 

 

Heydər ƏLİYEV, 

 Azərbaycan Respublikasının Prezidenti 

 Bakı şəhəri, 10 aprel 1998-ci il 

  

№ 465-IQ 



 

 

 

 

22                 

Tarix və mədəniyyət abidələrinin  

qorunması haqqında 

 

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU 



 

Bu Qanun tarix və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi və onlardan istifadə ilə bağlı münasibətləri 

tənzimləyir. 

I   f ə s i l  

  

ÜMUMİ MÜDDƏALAR 



 

M a d d ə   1 .  Tarix və mədəniyyət abidələrinin qorunması 

Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə görə tarix və mədəniyyət abidələrini qorumaq hər 

kəsin borcudur. 

Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir. 

Dövlət tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir, onların elmi tədqiqi və təbliği üçün zəruri olan 

qurumların yaradılmasını, fəaliyyətini və inkişafını təmin edir, abidələrdən səmərəli istifadə üçün şərait yaradır. 

Qanunvericilik, icra və  məhkəmə hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai 

birliklər, həmkarlar ittifaqları təşkilatları, hüquqi və fiziki şəxslər tarix və mədəniyyət abidələrini qorumalı, onları 

qorumaqla məşğul olan müvafiq icra hakimiyyəti orqanlarına, yerli özünüidarə orqanlarının yaratdığı təsisatlara və 

qeyri-dövlət təşkilatlara yardım göstərməlidirlər. 

Bu maddənin dördüncü hissəsində göstərilən subyektlər tarix və mədəniyyət abidələri yerləşən ərazidə torpaq və ya 

inşaat işləri görərkən Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti 

orqanlarından qabaqcadan icazə almalı və belə icazə alındıqdan sonra torpaq və ya inşaat işlərini görərkən müvafiq icra 

hakimiyyəti orqanlarının və mütəxəssislərin abidələrin qorunması barədə göstərişlərini icra etməlidirlər. 

Azərbaycan Respublikasının dövlət sərhədinin sərhədboyu zona və  sərhədboyu zolaqlarında, silahlı müna-

qişələr zamanı döyüş əməliyyatları zonalarında, hərbi qurumların ərazilərində istifadəsində olan torpaq sahələrində 

yerləşən daşınmaz tarix və  mədəniyyət abidələrinin qorunması müvafiq icra hakimiyyəti orqanları  tərəfindən 

həyata keçirilir. 



Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə