Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə49/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   45   46   47   48   49   50   51   52   ...   258

 

100


17    

Mədəniyyət sərvətlərinin qanunsuz olaraq gətirilməsinin, çıxarılmasının və 

onların üzərində mülkiyyət hüququnun başqasına verilməsinin qadağan edilməsinə 

və qarşısının alınmasına yönəldilmiş  tədbirlər haqqında Konvensiyanın təsdiq 

edilməsi barədə 

 AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

 

Azərbaycan Respublikası Milli Məclisi qərara alır: 



 1. 1970-ci il noyabrın 14-də Paris şəhərində imzalanmış «Mədəniyyət sərvətlərinin qanunsuz olaraq 

gətirilməsinin, çıxarılmasının və onların  üzərində mülkiyyət hüququnun başqasına verilməsinin qadağan edilmə-

sinə və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında»  Konvensiya təsdiq edilsin. 

 2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. 



Heydər ƏLİYEV,  

Azərbaycan Respublikasının Prezidenti  

 Bakı şəhəri, 30 sentyabr 1997-ci il 

                    № 371-IQ 

 

 

18                        

Reklam haqqında 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 



 

I  F ə s i l 

Ümumi müddəalar 

Bu Qanun Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin əmtəə, iş və xidmət (bundan sonra – əmtəə) 

bazarında reklam istehsalı, yerləşdirilməsi və yayımı prosesində meydana çıxan münasibətləri tənzimləyir. 

Maddə 1.     Əsas anlayışlar 

Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı məna daşıyır: 



“reklam” – fiziki və hüquqi şəxslər, əmtəə, ideya və yeniliklər (reklam informasiyası) haqqında maraq forma-

laşdırmaq və ya bu marağı saxlamaq, əmtəənin satılmasına, ideya və yeniliklərin həyata keçirilməsinə kömək 

göstərmək məqsədi ilə yayılan informasiya; 

“sosial reklam” – qeyri-kommersiya xarakteri daşıyan Azərbaycan Respublikasının müstəqilliyi və dövlət-

çiliyinin möhkəmləndirilməsi istiqamətində görülən tədbirlərin, həyata keçirilən islahatların mahiyyətinin açıq-

lanması  və geniş xalq kütləsinə çatdırılan, Azərbaycan Respublikasının müstəqilliyinə qarşı biganəliyə qarşı 

barışmazlıq, milli, hərbi vətənpərvərlik hissini gücləndirən, ictimai şüuru yeni iqtisadi münasibətlərə uyğun-

laşdıran, sahibkarlıq və xeyriyyəçilik kimi milli ənənələri bərpa edən, əhalidə nikbinlik, gələcəyə inam, təmkinlik 

ovqatlarını formalaşdıran, siyasi, sanitariya, ekoloji mədəniyyət səviyyəsinin yüksəldilməsi məqsədi ilə dövlət 

orqanları, ictimai institutlar tərəfindən sifariş olunan və istənilən reklam daşıyıcıları ilə yayılan informasiya; 

“yolverilməz reklam” – yanlış, qeyri-etik, bilərəkdən yalan, həmçinin məzmunu, yayılma yeri və üsulu 

baxımından qanunvericiliklə nəzərdə tutulan tələbləri pozan reklamdır; 



“əksreklam” – yolverilməz reklamın təkzibi və onun doğurduğu nəticələri aradan qaldırmaq üçün yayılan reklamdır; 

“reklam istehlakçısı” – nəticə etibarilə ona təsir edən, yaxud edə bilən reklam məlumatı  nəzərinə çatdırılan 

fiziki və ya hüquqi şəxsdir; 



“reklam daşıyıcısı” – mülkiyyət formasından asılı olmayaraq, reklamın istehlakçıya bilavasitə çatdırılması 

üçün istifadə olunan (kütləvi informasiya vasitələri, kino, audio, video və nəşr məhsulları, stasionar, mobil və digər 

texniki qurğu və avadanlıqlar) istənilən vasitədir; 



 

101


“reklam sifarişçisi” – reklamın istehsalı, yerləşdirilməsi və yayılması üçün reklam informasiyasının mənbəyi 

olan fiziki və ya hüquqi şəxsdir; 



“reklam istehsalçısı” reklam informasiyasını yayım üçün tam və ya qismən hazırlayan fiziki və ya hüquqi şəxsdir; 

“reklam yayıcısı” – əmlakdan, o cümlədən kütləvi informasiya vasitələrindən, istifadə və ya onun istifadəyə 

verilməsi yolu ilə və digər üsullarla reklamı yerləşdirən (yayan) fiziki və ya hüquqi şəxsdir; 



“reklam agentliyi” – hüquqi şəxs olan, reklam istehsalı  və yayımı ilə bağlı kompleks xidmətlər göstərən 

peşəkar təşkilat; 



“sponsorluq” – könüllü təmannalı pul və maddi yardımın və ya pulsuz xidmətlərin göstərilməsidir; 

“oferta” – müqavilə bağlamaq niyyətində olan şəxsin bir və ya bir neçə konkret şəxsə ünvanlanan, 

müqavilənin mühüm şərtləri göstərilən və bu şəxsin təklifinə cavab verən hər bir şəxslə onun müqavilə bağlamaq 

iradəsində olduğunu göstərən təklifdir. 

Maddə 2.     Qanunun tətbiq sahəsi 

1.   Bu Qanun Azərbaycan Respublikası ərazisində reklam sifarişi, istehsalı və yayımı ilə məşğul olan hüquqi 

şəxslərə (onların filial və nümayəndəliklərinə) və fiziki şəxslərə şamil edilir. 

2.   Bu Qanun siyasi reklama, habelə hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elan-

larına şamil edilmir. 

Maddə 3.     Reklam fəaliyyətinin subyektləri 

İstehsalçı,  əmtəə, xidmət, ideya, yeniliklər haqqında maraq formalaşdırmaq və ya marağı saxlamaq istiqa-

mətində məqsədyönlü fəaliyyət göstərən reklam sifarişçiləri, istehsalçıları və yayıcıları, reklam agentlikləri reklam 

fəaliyyətinin subyektləridirlər. 



Maddə 4.     Reklam haqqında qanunvericilik 

Azərbaycan Respublikasında reklam fəaliyyəti bu Qanunla və Azərbaycan Respublikasının qüvvədə olan digər 

qanunvericilik aktları ilə tənzimlənir. 

Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində bu qanunda göstərilənlərdən fərqli qaydalar nəzərdə 

tutulduqda, beynəlxalq müqavilələrdə təsbit olunan qaydalar tətbiq edilir. 

Maddə 5.     Reklama müəlliflik hüququ 

Reklam “Müəlliflik hüququ və  əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan 

şərtlərlə müəlliflik hüququ və əlaqəli hüquqlar obyektidir və bu hüquqlar mövcud qanunvericiliyə uyğun olaraq qorunur. 

 

 



I I  F ə s i l 

 

Reklama ümumi və xüsusi tələblər 

Maddə 6.     Reklama ümumi tələblər 

1.  Məcburi sertifikasiya edilməli olan, lakin uyğunluq sertifikatı olmayan əmtəələrin reklamı qadağandır. 

Bazar subyektlərinin,  əmtəənin, istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam yayımı, 

əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə  sərbəstliyinə  təsir göstərən qanunsuz reklam 

üsullarından istifadə olunması kimi istehlakçıları çaşdırmağa yönəldilmiş hərəkətlər yolverilməzdir. 

Əvvəlcədən müvafiq xəbərdarlıq etmədən, qeyri-reklam xarakterli kütləvi informasiya, kino və  nəşr məhsul-

larında, konkret əmtəəyə, yaxud istehsalçıya, icraçıya və ya satıcıya maraq formalaşdırmaq və ya marağı saxlamaq 

məqsədi ilə, reklam istehlakçısının diqqətini məqsədyönlü  şəkildə  cəlb edilməsinə yol verilmir. Bu materiallar 

hissə-hissə yayıldıqda, reklam haqqında xəbərdarlıq da bu hissələrin sayına uyğun təkrar olunmalıdır. 

Kütləvi informasiya vasitələrində reklam informasiya, redaksiya və ya müəllif materialı kimi dərc olunduqda, 

yaxud yayıldıqda, ondan ötrü haqq alınmır. 

2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə istehsalı  və realizə olunması qadağan olunan əmtəənin 

reklamına yol verilmir. 

3. Reklam sifarişçisinin fəaliyyəti üçün lisenziya tələb olunduqda, reklamda lisenziyanın nömrəsi və bu 

lisenziyanı verən təşkilatın adı göstərilməlidir. 



Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə