Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə46/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   42   43   44   45   46   47   48   49   ...   258

 

93

2.  İfaçının, fonoqram istehsalçısının, yayım təşkilatının razılığı olmadan və qonorar verilmədən ifalardan, 



fonoqramlardan və yayım təşkilatının verilişlərindən və onların yazılmalarından aşağıdakı hallarda istifadəyə yol verilir: 

1) elmi, tədqiqat, polemika, tənqid və informasiya məqsədi ilə ifalardan, fonoqramlardan və yayım təşkilatının 

verilişlərindən məqsədə lazım olan həcmdə qısa parçalar formasında sitat gətirilməsi; 

2) müəyyən məqsəd üçün lazım olan həcmdə  qısa parçalar formasında illüstrasiya xarakterli təlim, yaxud 

elmi-tədqiqat məqsədi ilə istifadə; 

3)  ifalardan, fonoqramlardan və yayım təşkilatının verilişlərindən qısa parçaların cari hadisələr haqqında 

icmala daxil edilməsi

4) elm, ədəbiyyat və incəsənət  əsərlərinin müəlliflərinin  əmlak hüquqlarının məhdudlaşdırılmasına münasi-

bətdə bu Qanunun ikinci bölməsinin müddəaları ilə müəyyən edilmiş digər hallarda. 

M a d d ə   3 7 .  Kommersiya 



məqsədi ilə buraxılmış fonoqramlardan istifadə 

1. Kommersiya 

məqsədi ilə buraxılmış fonoqramın istehsalçısının və ifası fonoqrama yazılmış ifaçının razılığı 

olmadan, lakin qonorar verilməklə aşağıdakılara icazə verilir: 

fonoqramın kütləvi ifasına; 

fonoqramın efirlə kütləvi bildirişinə; 

fonoqramın kabellə kütləvi bildirişinə. 

2. Bu maddənin birinci bəndi ilə  nəzərdə tutulmuş qonorarın yığılması, bölünməsi və ödənilməsi fonoqram 

istehsalçıları ilə ifaçıların hüquqlarının kollektiv əsasda idarə edən təşkilatlar (bu Qanunun 40-cı maddəsi) arasında 

bağlanan müqavilə əsasında həyata keçirilir. Müqavilədə başqa hal nəzərdə tutulmadıqda, göstərilən qonorar fono-

qram istehsalçısı ilə ifaçı arasında bərabər bölünür. 

3. Qonorarın məbləği və ödənilməsi  şərtləri fonoqramın istifadəçisi və ya belə istifadəçilərin birlikləri 

(assosiasiyaları) ilə fonoqram istehsalçıları və ifaçıların hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar arasında 

bağlanmış müqavilə  əsasında, tərəflərin razılığa gəlmədikləri hallarda isə Azərbaycan Respublikasının müəlliflik 

hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

Qonorarın məbləği fonoqramdan istifadənin hər növünə görə müəyyən edilir. 

M a d d ə   3 8 . Efir yayımı təşkilatlarının həyata keçirdikləri ifaların və verilişlərin qısamüddətli istifa-

də üçün yazılması 

Efir yayımı təşkilatının aşağıdakı şərtlər gözlənilməklə, ifaçının, fonoqram istehsalçısının və yayım təşkilatının 

razılığı olmadan qısamüddətli istifadə üçün ifanı  və ya verilişi yazmaq və  həmin yazılmanın surətini çıxarmaq 

hüququ vardır: 

1) efir yayımı  təşkilatının qısamüddətli istifadə üçün yazmaq, yaxud surətini çıxarmaq istədiyi ifanın və ya 

verilişin efirlə kütləvi bildirişinə əvvəlcədən icazə alması; 

2) efir yayımı təşkilatı tərəfindən öz avadanlığı vasitəsi ilə və məxsusi olaraq öz verilişləri üçün qısamüddətli 

istifadə üçün yazılmanın hazırlanması və surətinin çıxarılması; 

3)  bu Qanunun 23-cü maddəsinin ikinci yarımbəndi ilə ədəbiyyat, elm və incəsənət əsərlərinin qısamüddətli 

istifadə üçün yazılmaları barəsində nəzərdə tutulmuş şərtlərlə belə yazılmaların sonradan məhv edilməsi. 

M a d d ə   3 9 . Əlaqəli hüquqların qüvvədə olma müddəti 

1.  İfaçının bu Qanunun 33-cü maddəsi ilə müəyyən olunmuş hüquqları ilk ifa edilən tarixdən 50 il müd-

dətində qüvvədə olur. İfaçının şəxsi hüquqları 29-cu maddədə nəzərdə tutulan qaydada müddətsiz qorunur. Fono-

qram istehsalçısının bu Qanunun 34-cü maddəsi ilə nəzərdə tutulmuş hüquqları fonoqramın ilk dəfə dərc edildiyi 

tarixdən 50 il müddətində, əgər fonoqram həmin müddət ərzində dərc edilməmişdirsə, onun ilk yazılma tarixindən 

50 il müddətində qüvvədə olur. 

Efir yayımı (kabel televiziyası) təşkilatının bu Qanunun 35-ci maddəsi ilə nəzərdə tutulmuş hüquqları həmin təşkilatın 

verilişi birinci dəfə efir (kabel televiziyası) vasitəsi ilə həyata keçirdiyi tarixdən 50 il müddətində qüvvədə olur. 

2. Bu maddədə  nəzərdə tutulmuş müddətlərin hesablanması  həmin müddətin  əvvəli üçün əsas olan hüquqi 

faktın baş verdiyi ildən sonrakı ilin yanvar ayının 1-dən başlayır. 

İfaçının, fonoqram istehsalçısının, yayım təşkilatının bu bölmədə nəzərdə tutulmuş hüquqları vərəsələrə, hüqu-

qi şəxslərə münasibətdə isə hüquqi varislərə bu maddədə göstərilmiş müddətlərin qalan hissələri həddində keçir. 

3. Bu qanunla müəyyən edilmiş qorunma müddətləri bu qanunun qüvvəyə mindiyi tarixə  qədər qorunma 

müddətləri bitməmiş bütün əlaqəli hüquqların obyektlərinə şamil edilir. 




 

94

I V  B Ö L M Ə 



 MÜƏLLİFLİK HÜQUQU VƏ ƏLAQƏLİ HÜQUQLAR SAHƏSİNDƏ DÖVLƏT SİYASƏTİ VƏ 

İDARƏÇİLİYİ 

 

M a d d ə   4 0 . Müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasəti və idarəçiliyi 



Müəlliflik hüquqları və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin istiqamətləri aşağıdakılardır: 

1) elm, ədəbiyyat və incəsənət  əsərlərinin yaradılması, xalqın mənəvi dəyərlərinin artırılması sahəsində 

fəaliyyətin həvəsləndirilməsi; 

2) mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq müəlliflik hüquqlarını müəyyən edən və qoruyan 

qanunvericilik bazasının yaradılması; 

3) müəlliflik hüquqları və əlaqəli hüquqlar sahəsində dövlət idarəçiliyinin təşkili; 

4) beynəlxalq  əlaqələrin inkişaf etdirilməsi yolu ilə müəlliflərin digər dövlətlərin  ərazilərində hüquqlarının 

qorunması. 

Müəllif qonorarının minimum məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. 

Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqan-

ları səlahiyyətləri daxilində: 

müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətini və idarəçiliyini həyata keçirir; 

müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər hazırlayır; 

müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarət edir; 

müəlliflik hüququ və əlaqəli hüquqlar üzrə beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasını təmsil edir və 

bu sahədə əməkdaşlığı təşkil edir; 

elm, ədəbiyyat və incəsənət əsərlərinin dövlət qeydiyyatını aparır; 

əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi üzrə təşkilatları müvafiq icra hakimiyyəti orqanından alın-

mış məlumatlara əsasən uçota alır və onların fəaliyyətinə nəzarət edir

qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir. 

Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanı 

dövlət büdcəsi və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına hesabına maliyyələşdirilir. 

M a d d ə   4 1 . Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların yaradılması 

1. Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarının təmin edilməsini fərdi qaydada həyata 

keçirmək praktik olaraq mümkün olmadıqda (kütləvi ifa, o cümlədən radio və televiziyada; mexaniki, maqnit və s. 

yazılma üsulu ilə surətçıxarma, reprosurətçıxarma və başqa hallar) müvafiq qanunvericiliyə uyğun olaraq göstərilən 

şəxslərin  əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yaradıla bilər. Onlar müvafiq qaydada dövlət 

qeydiyyatına alınırlar. Həmin təşkilatlara qanunvericiliklə mədəniyyət təşkilatlarına verilən güzəştlər şamil edilir. 

2. Müxtəlif hüquqlar və hüquq sahiblərinin müxtəlif kateqoriyaları üzrə ayrı-ayrı  təşkilatların, yaxud bir 

kateqoriyadan olan hüquq sahiblərinin müxtəlif hüquqlarını və ya müxtəlif kateqoriyadan olan hüquq sahiblərinin 

bir növ hüquqlarını idarə edən təşkilatların yaradılmasına yol verilir. 

Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların kommersiya fəaliyyəti ilə  məşğul olmaq və 

kollektiv əsasdan idarəetmə üçün alınan əsərlərdə  və əlaqəli hüquqların obyektlərindən həmin məqsədlə istifadə 

etmək hüququ yoxdur. Bu cür təşkilatlar müəlliflər və əlaqəli hüquqların sahibləri tərəfindən yaradılır. 

Həmin təşkilatların fəaliyyətinə antiinhisar qanunvericiliyi üzrə nəzərdə tutulan məhdudiyyətlər tətbiq edilmir. 

Belə təşkilatlara əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətini bilavasitə müəlliflik hüququnun 

və əlaqəli hüquqların sahibləri könüllü olaraq yazılı müqavilələr əsasında və ya bu təşkilatlara üzv olmaqla verirlər. 

Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yalnız qanunvericilikdə  nəzərdə tutulan qaydada 

özlərinin  əmlak hüquqlarının idarəçiliyini onlara həvalə etmiş müəllifləri və ya digər hüquq sahiblərini təmsil 

edirlər və onların hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə və ya digər təşkilatlara müraciət edə bilərlər. 

       3.  Dövlət qeydiyyatına alınmış  əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar Azərbaycan 

Respublikasının müəlliflik hüquqları sahəsində  fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanında qeydiy-

yatdan (akkreditasiyadan) keçirlər. 

Bu qanunun tələblərinə  əməl etməyən  əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar hüquq 

pozuntularının aradan qaldırılması barədə Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində  fəaliyyət 



Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə