Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə43/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   39   40   41   42   43   44   45   46   ...   258

 

87

Bu maddədə göstərilən qonorarın minimum məbləği, bölüşdürülməsi və ödənilməsi qaydaları müvafiq icra 



hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

4. Bu 


maddənin üçüncü bəndində göstərilən qonorarın yığılması və bölüşdürülməsi müəllif, ifaçı və fonoqram 

istehsalçılarının  əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat tərəfindən onların arasında bağlanmış 

müqaviləyə uyğun olaraq həyata keçirilir (bu Qanunun 42-ci maddəsi). Göstərilən müqavilədə başqa hal nəzərdə 

tutulmadıqda, qonorar aşağıdakı qaydada bölüşdürülür: 40% – müəlliflərə, 30% – ifaçılara, 30% – fonoqram 

istehsalçılarına. 

Qonorarın məbləği və ödənilməsi şərtləri, bir tərəfdən göstərilən istehsalçı və ya idxal edən, digər tərəfdən müəllif, 

ifaçı  və audiovizual əsər və fonoqram istehsalçıları, yaxud onların  əmlak hüquqlarını kollektiv əsasda idarə edən 

təşkilatlar arasında bağlanmış müqavilə ilə, tərəflərin razılıq  əldə edə bilmədikləri hallarda isə Azərbaycan Respub-

likasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

Bu maddənin birinci bəndində göstərilən qaydada şəxsi məqsədlər üçün əsərin surətinin çıxarılmasına görə 

qonorarın bölüşdürülməsi müəlliflər və ya müəlliflik hüquqlarının digər sahibləri, ifaçılar və fonoqram istehsal-

çıları arasında adi qaydada həyata keçirilir. 

5. Bu maddənin 3-cü bəndində göstərilən avadanlıq və maddi daşıyıcılar ixrac edildikdə  və ev şəraitində 

istifadə üçün nəzərdə tutulmayan professional avadanlıq olduqda onlara görə qonorar ödənilmir. 

Göstərilən avadanlığı və materialları fiziki şəxslər ancaq şəxsi məqsədlər üçün idxal edərkən də qonorar ödənilmir. 

Maddə 18. Kitabxanalar, arxivlər və təhsil müəssisələri tərəfindən əsərlərin reprosurətinin çıxarılması 

1. Müəllifin və ya müəlliflik hüququnun digər sahibinin razılığı olmadan və müəllif qonorarı verilmədən, 

lakin istifadə olunan əsərin müəllifinin adını, götürülmə  mənbəyini mütləq göstərməklə  və  gəlir  əldə etmək 

məqsədi olmadan, əsərin müəyyən məqsəd üçün lazım olan həcmdə reprosurətinin çıxarılmasına yol verilir: 

a) itirilmiş, məhv edilmiş və ya istifadəyə yaramayan nüsxələrin dəyişdirilməsi məqsədi ilə qanuni əsasda çap 

edilmiş əsərlərin reprosurətinin çıxarılması üçün kitabxana və arxivlərə; başqa kitabxana və arxivlərin fondlarından 

itirilmiş, məhv edilmiş  və ya istifadəyə yaramayan nüsxələrin dəyişdirilməsi üçün əsərlərin nüsxələrinin 

verilməsinə, əgər adi şəraitdə belə nüsxələrin alınması başqa yolla mümkün deyilsə; 

b) qanuni əsasda çap edilmiş ayrıca məqalə və başqa kiçik həcmli əsərlərin və ya əsərin qısa parçasının, ya da 

yazılı  əsərlərin (kompüter proqramları istisna olmaqla) qısa hissələrinin tədris, elmi və ya şəxsi məqsədlər üçün 

fiziki şəxslərin sorğusu üzrə kitabxanalar tərəfindən vahid nüsxədə reprosurətinin çıxarılmasına; 

v) ümumtəhsil müəssisələrində məşğələlər üçün qanuni əsasda çap edilmiş ayrı-ayrı məqalələrin və digər kiçik 

həcmli əsərlərin və ya yazılı əsərlərdən qısa parçaların (kompüter proqramları istisna olmaqla) surətinin çıxarılmasına. 

M a d d ə   1 9 . Əsərlərdən informasiya, elmi, tədris və digər məqsədlər üçün istifadə 

Müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif qonorarı verilmədən, lakin 

istifadə olunan əsərin müəllifinin adını və götürülmə mənbəyini mütləq göstərməklə aşağıdakı hallara yol verilir: 

1) elmi, tədqiqat, polemika, tənqidi və informasiya məqsədi ilə qanuni dərc edilmiş əsərdən, həmçinin qəzet 

və jurnallardan, sitatın məqsədinə müvafiq həcmdə çap icmalı formasında qısa parçaların orijinalda və ya tər-

cümədə sitat kimi verilməsinə; 

2) qanuni dərc edilmiş  əsərlərdən qısa parçaları müəyyən məqsəd üçün lazım olan həcmdə  tədris xarakterli 

nəşrlərdə, radio və televerilişlərdə, səs və vidioyazılmalarda istifadə etməyə; 

3) müəllif və ya müəlliflik hüquqlarının digər sahibinin qadağan etdiyi hallar istisna olmaqla, qanuni əsasda 

dərc edilmiş cari iqtisadi, siyasi, sosial və dini məsələlər üzrə  məqalələrin, yaxud efirlə verilmiş eyni xarakterli 

əsərlərin qəzetlərdə, jurnallarda digər dövri nəşrlərdə çap edilməsinə və ya kütləvi bildirişinə; 

4)  fotoqrafiya, kinematoqrafiya, efir və ya kabel televiziyası vasitələri ilə cari hadisələr haqqında icmalda 

hadisələrin gedişində görülənlərin və  eşidilənlərin informasiya məqsədi üçün lazım olan həcmdə surətinin çıxarıl-

masına və ya kütləvi bildirişinə; bununla birlikdə, müəllifin belə əsərləri toplularda dərc etdirmək hüququ saxlanılır; 

5) açıq siyasi nitqlərin, mülahizələrin, müraciətlərin, təbliğat xarakterli fikirlərin və  məhkəmənin gedişində 

söylənən nitqlər də daxil olmaqla digər oxşar əsərlərin qəzetlərdə, jurnallarda və digər dövri nəşrlərdə çap edilməsinə 

və ya kütləvi bildirişinə; bununla birlikdə, müəllifin belə əsərləri toplularda dərc etdirmək hüququ saxlanır; 

6) qanuni dərc edilmiş  əsərlərin gəlir götürmədən qabarıq-nöqtəli  şriftlə  və ya digər xüsusi üsullarla korlar 

üçün surətinin çıxarılmasına (xüsusi olaraq belə üsullarla dərc etmək məqsədi ilə yaradılmış əsərlərdən başqa). 

M a d d ə   2 0 . Sərbəst giriş üçün daim açıq olan yerlərdə əsərlərdən istifadə 

Müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif haqqı vermədən,  əsərin 

təsvirinin surətçıxarma və ya kütləvi bildiriş üçün əsas obyekt olduğu və ya əsərin surətinin kommersiya məqsədilə 




 

88

istifadə olunduğu hallar istisna olmaqla, sərbəst giriş üçün daim açıq olan yerlərdə qoyulmuş memarlıq, 



fotoqrafiya, təsviri sənət əsərlərinin surətinin çıxarılmasına və ya kütləvi bildirişinə yol verilir. 

M a d d ə   2 1 . Rəsmi və digər mərasimlər zamanı əsərlərin kütləvi ifası 

Müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif haqqı verilmədən rəsmi və 

dini mərasimlərdə, həmçinin dəfn mərasimlərində qanuni dərc edilmiş musiqili əsərlərin belə mərasimlərin xarak-

terinə uyğun həcmdə kütləvi ifasına yol verilir. 

M a d d ə   2 2 . Məhkəmə və inzibati məqsədlər üçün əsərin surətinin çıxarılması 

Müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif haqqı verilmədən  əsərin 

məhkəmə və inzibati işlərin aparılması üçün lazım olan həcmdə surətinin çıxarılmasına yol verilir. 

M a d d ə   2 3 . Efir yayımı təşkilatlarının qısamüddətli istifadə üçün yaratdıqları yazılmalar 

Aşağıdakı  şərtlər gözlənilməklə müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və 

əlavə haqq vermədən efir yayımı  təşkilatının efir bildirişi hüququnu aldığı  əsərin qısamüddətli istifadə üçün 

yazılmasına hüququ vardır: 

a) yazılmanın efir yayımı təşkilatının öz avadanlığı vasitəsi ilə və onun öz verilişləri üçün hazırlanması; 

b) yazılmış  əsərin müəllifi ilə daha uzun müddət haqqında razılıq  əldə edilmədikdə, belə yazılmanın 6 ay 

müddətində  məhv edilməsi; belə yazılma müstəsna sənədli xarakter daşıyırsa, müəllifin razılığı olmadan dövlət 

arxivlərində saxlana bilər. 

M a d d ə   2 4 . Kompüter proqramlarının və  məlumat bazalarının surətinin çıxarılması. Kompüter 

proqramlarının dekompilyasiyası 

1. Kompüter proqramını  və ya məlumat bazasını qanuni əsasda  əldə edən  şəxs müəllifin və ya müəlliflik 

hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif haqqı vermədən aşağıdakıları həyata keçirə bilər: 

a) kompüter proqramında və ya məlumat bazasında istifadəçinin texniki vasitələrinin fəaliyyəti üçün lazım olan 

qədər dəyişikliklər etmək, həmçinin kompüter proqramının və ya məlumat bazasının təyinatına uyğun şəkildə işlənməsi 

ilə bağlı hər hansı bir hərəkəti etmək, o cümlədən yazılma və kompüterin (bir kompüterin, yaxud kompüter şəbəkəsinə 

qoşulmuş istifadəçi kompüterin) yaddaşında saxlamaq, həmçinin, aşkar edilmiş səhvləri düzəltmək; 

b) qanuni sahibkarın kompüter proqramının və ya məlumat bazasının itirilmiş, məhv edilmiş və ya istifadəyə 

yararsız formaya düşmüş nüsxəsinin dəyişdirilməsi və arxivləşdirilməsi üçün nəzərdə tutulmuş ehtiyat nüsxəni 

hazırlamaq. 

2. Kompüter proqramının və ya məlumat bazasının ehtiyat nüsxəsi bu maddənin birinci bəndi ilə  nəzərdə 

tutulan hallardan başqa, digər məqsədlər üçün istifadə oluna bilməz, kompüter proqramına və ya məlumat bazasına 

sahiblik hüququna xitam verildiyi hallarda bu nüsxə məhv edilməlidir. 

3. Kompüter proqramının nüsxəsini qanuni əsasda  əldə edən  şəxsin müəllifin və ya müəlliflik hüquqlarının 

digər sahibinin icazəsi olmadan və haqq vermədən kompüter proqramını dekompilyasiya etmək (surətini 

hazırlamaq və obyekt kodunu çevirməklə onu ilkin mətnə çevirmək) ya da əgər digər  şəxs tərəfindən müstəqil 

qaydada işlənmiş kompüter proqramının başqa proqram və dekompilyasiya olunan proqramlarla qarşılıqlı əlaqədə 

işləmək qabiliyyətinin  əldə edilməsi üçün onların dekompilyasiya edilməsinin vacibliyi ortaya çıxarsa, bu halda 

həmin şəxsə proqramın dekompilyasiyasını aşağıdakı şərtlər gözlənilməklə tapşırma hüququ vardır: 

1) proqramların qarşılıqlı əlaqədə işləmək qabiliyyətinin əldə edilməsi üçün vacib olan informasiya əvvəllər 

bu şəxsə başqa mənbələrdən məlum olmamışdır; 

2) göstərilən hərəkətlər dekompilyasiya edilmiş proqramların qarşılıqlı  əlaqədə  işləmək qabiliyyətinin  əldə 

edilməsi üçün vacib olan hissələrlə məhdudlaşdırılır; 

3) dekompilyasiya nəticəsində alınmış informasiya ancaq müstəqil qaydada işlənmiş kompüter proqramının 

başqa proqramlarla qarşılıqlı əlaqədə işləmək qabiliyyətinin əldə edilməsi üçün istifadə oluna bilər, digər şəxslərə 

verilə bilməz, həmçinin növünə görə dekompilyasiya edilmiş proqramla oxşar olan kompüter proqramının işlən-

məsi və ya müəlliflik hüquqlarını pozan digər hərəkətlərin həyata keçirilməsi üçün istifadə oluna bilməz. 

 

 



 


Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə