Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə42/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   38   39   40   41   42   43   44   45   ...   258

 

85

görə müəllif qonorarının həcmi və ödənilməsi qaydaları  işəgötürənlə müəllif arasındakı müqavilə ilə müəy-



yənləşdirilir. 

3. Xidməti əsər işəgötürən (xidməti əsərin sifarişçisi) tərəfindən heç bir əsas olmadan 3 il müddətində istifadə 

olunmazsa,  əsərdən istifadəyə müstəsna hüquqlar müəllifə keçir. Bu müddət tərəflər arasında razılaşma yolu ilə 

azaldıla bilər. 

4.  İşəgötürənin xidməti əsərdən hər hansı şəkildə istifadə olunarkən öz adını göstərmək, yaxud göstərilməsini 

tələb etmək ixtiyarı vardır. 

5. Bu maddənin müddəaları xidməti vəzifəsini və ya işəgötürənin xidməti tapşırığını yerinə yetirmək 

qaydasında yaradılmış kollektiv əsərlərə (bu Qanunun 10-cu maddəsi) şamil edilmir. 



 

I I   f ə s i l  

 MÜƏLLİFLİK HÜQUQLARI 

 

M a d d ə   1 4 . Şəxsi (qeyri-əmlak) hüquqlar 



1.  Əsərin müəllifinin aşağıdakı şəxsi (qeyri-əmlak) hüquqları vardır: 

a)  əsərin müəllifi kimi tanınmaq hüququ (müəlliflik hüququ); 

b)  əsərdən öz adı ilə, təxəllüslə, yaxud adsız (anonim) istifadə etmək və ya bu cür istifadəyə icazə vermək 

hüququ (ad hüququ); 

v)  əsərinin mənasının dəyişilməsinə, təhrif olunmasına və müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı 

başqa hərəkətlərə qarşı çıxmaq hüququ (şöhrətinə hörmət edilməsi hüququ); 

q) istifadədən götürmək də daxil olmaqla, əsərinin istənilən formada açıqlamaq və ya açıqlanmasına icazə 

vermək hüququ (açıqlama hüququ); 

2.  Şəxsi hüquqlar bölünməz və özgəninkiləşdirilməz olub əmlak hüquqlarından asılı olmayaraq, müəllifə 

məxsusdur və əmlak hüququnun başqasına verildiyi hallarda da müəllifdə qalır. 

3. Müəllif, istifadəçiyə dəyən zərəri və qazanacağı gəliri ödəmək şərti ilə, əsərin açıqlanması haqqında əvvəllər 

qəbul edilmiş qərardan imtina edə bilər (imtina hüququ). Əgər əsər açıqlanmışdırsa, müəllif imtina barədə açıq çıxış 

etməlidir. Belə halda müəllifin həmin ana qədər hazırlanmış əsər nüsxələrini öz vəsaiti hesabına almaq ixtiyarı vardır. 

Xidməti və audiovizual əsərlərə münasibətdə bu bəndin müddəaları tətbiq olunmur. 

M a d d ə   1 5 . Əmlak (iqtisadi) hüquqları 

1. Müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin bu Qanunda nəzərdə tutulan hallar istisna 

olmaqla, əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır. 

2.  Əsərdən istifadəyə müstəsna hüquqlar aşağıdakıları həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi, 

yaxud qadağa qoymağı bildirir: 

əsərin birbaşa və ya dolayısı yolla surətini çıxarmaq (surətçıxarma hüququ); 

əsərin orijinalını  və ya nüsxələrini satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yaymaq 

(yaymaq hüququ); 

əsərin orijinalını və ya nüsxələrini kirayəyə vermək (kirayə hüququ); 

əsərin nüsxələrini (o cümlədən müəllifin, yaxud əsərə müstəsna müəlliflik hüquqlarının sahibinin razılığı 

əsasında istehsal edilmiş nüsxələri) yaymaq məqsədi ilə idxal etmək (idxal hüququ); 

əsəri kütləvi nümayiş etdirmək (kütləvi nümayiş hüququ); 

əsəri kütləvi ifa etmək (kütləvi ifa hüququ); 

kütləyə çatdırılması  məqsədi ilə  əsərin kütləvi bildirişi (verilişin efirlə  və ya kabellə kütləvi bildirişi daxil 

olmaqla) (kütləvi bildiriş hüququ); 

əsərin kütləyə çatdırılması üçün onun ilk və ya sonrakı bildirişləri də daxil olmaqla efirlə kütləvi bildirişi (efirlə 

kütləvi bildiriş hüququ); 

kütləyə çatdırmaq üçün ilk və sonrakı bildirişlər də daxil olmaqla əsərin kabellə (kabel, naqil və ya digər oxşar 

vasitələrlə) bildirişi (kabellə kütləvi bildiriş hüququ); 

əsəri tərcümə etmək (tərcümə hüququ);

 



 

86

əsəri interaktiv istifadə üçün kütləyə çatdırma (interaktiv kütləvi bildiriş hüququ); 



dəyişdirmək, aranjeman etmək, yaxud başqa formada yenidən işləmək (yenidən işləmək hüququ). 

memarlıq,  şəhərsalma və bağ-park layihələrindən istifadə üzrə müstəsna hüquqlara həm də belə layihələrdən 

praktik istifadə etmə halları daxildir. Qəbul edilmiş arxitektura layihəsinin müəllifinin, müqavilədə başqa hal 

nəzərdə tutulmadıqda, sifarişçidən öz layihəsinin tikinti üçün sənədlərinin hazırlanmasında və binanın tikintisində 

(tikilidə) iştirakını tələb etmək hüququ vardır. 

Müəllifin özünün qonorardan imtina etdiyi hal və bu qanunla müəyyən edilmiş məhdudiyyətlər istisna olmaqla 

əsərdən istifadəyə görə müəllif qonorarı ödənilməlidir. 

3.  Əsərin qanuni dərc edilmiş nüsxələri satılma yolu ilə mülki dövriyyə buraxılmışdırsa, sonradan həmin 

nüsxələrin müəllifin razılığı olmadan və müəllif qonorarı ödənilmədən (bu qanunun 16-cı maddəsində göstərilən 

hal istisna olmaqla) yayılmasına yol verilir. 

Bununla birlikdə,  əsərin orijinalının və ya nüsxələrinin bu nüsxələrə mülkiyyət hüququndan asılı olmayaraq 

kirayəyə verilməklə yayılması hüququ müəllifdə və müəlliflik hüququnun digər sahibində qalır. 

       4. Müəllifin əsərdən istifadənin hər növünə görə müəllif qonorarı almaq hüququ vardır (qonorar almaq hüqu-

qu). Bu qonorarın həcmi və hesablanması qaydası müəlliflərlə (hüquq sahibləri ilə) istifadəçilər arasında bağlanmış 

müəllif müqaviləsi və ya müəlliflərin verdikləri səlahiyyətlər həcmində  əmlak hüquqlarını kollektiv əsasda idarə 

edən təşkilatlarla istifadəçilər arasında bağlanmış müqavilələrlə müəyyən edilir. 

5. Bu maddənin 2-ci bəndində  nəzərdə tutulan əmlak hüquqları üçün məhdudiyyətlər bu qanunun 17-24-cü 

maddələri ilə o şərtlə müəyyən edilir ki, belə məhdudiyyətlər əsərdən normal istifadəyə zərər vurmasın və müəllifin 

və müəlliflik hüququnun digər sahibinin qanuni maraqlarını əsassız olaraq məhdudlaşdırmasın. 

M a d d ə   1 6 . İncəsənət əsərləri əsəri ilə təmasda olmaq hüququ. İzləmə hüququ 

1. Təsviri sənət  əsərinin müəllifinin , habelə yazıçının və ya bəstəkarın mülkiyyətçidən və ya digər hüquq 

sahibindən öz əsərinin və ya əlyazmalarının surətini çıxarmaq ixtiyarının həyata keçirilməsinə imkan verilməsini 

tələb etmək hüququ vardır (təmasda olmaq hüququ). Bununla belə, mülkiyyətçidən əsərin müəllifə çatdırılmasını 

tələb etmək olmaz. 

2. Bu maddənin 1-ci bəndində göstərilən  əsərlərə mülkiyyət hüququnun müəllifdən başqa  şəxsə keçməsi 

əsərin birinci satışı kimi qəbul edilir (əvəzi ödənilməklə və ya ödənilməməklə). 

Təsviri sənət əsərlərinin orijinallarının və ya yazıçı və bəstəkarın əlyazmalarının mülkiyyət hüququnun birinci 

dəfə başqa şəxsə keçməsindən sonra hər dəfə onların orijinallarının açıq (hərrac, təsviri sənət əsərləri qalereyası, 

bədii salon, mağaza vasitəsi ilə və s.) satışı zamanı müəllifin və ya onun vərəsələrinin, əgər sonrakı satış qiyməti 

əvvəlki satış qiymətindən 20% çox olarsa, satış qiymətinin 5%-ni almaq hüququ (izləmə hüququ) vardır. 

Göstərilən hüquq müəllifin sağlığında ayrılmazdır və ancaq qanun üzrə  və ya vəsiyyətnamə ilə müəlliflik 

hüququnun qüvvədə olduğu müddətdə müəllifin vərəsələrinə keçir. 

M a d d ə   1 7 . Əsərlərdən və fonoqramlardan şəxsi məqsədlər üçün istifadə 

1. Müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif qonorarı ödəmədən 

fiziki  şəxsin qanuni dərc edilmiş  əsərdən, bu maddənin üçüncü bəndində  nəzərdə tutulan hallar istisna olmaqla, 

gəlir götürmədən ancaq şəxsi məqsədlər üçün bir nüsxə hazırlanmasına yol verilir. 

2. Bu 

maddənin birinci bəndinin müddəaları aşağıdakı hallarda tətbiq olunmur: 



memarlıq əsərinin bina və ona oxşar tikili formasında surətinin çıxarılması; 

məlumat bazalarının və ya onların əsas hissələrinin surətinin çıxılması; 

bu Qanunun 24-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kompüter proqramlarının surətinin çıxarılması; 

kitabların (bütövlükdə), not mətnlərinin və  təsviri sənət  əsərlərinin orijinallarının reprosurətinin çıxarılması 

(reprosurətçıxarma). 

       interaktiv bildiriş vasitəsi ilə kütləyə çatdırılmış əsərin icazəsiz surətinin çıxarılması; 

interaktiv bildiriş vasitəsi ilə kütləyə çatdırılmış  əsərdən normal istifadəyə  zərər vuran və ya müəllifin 

maraqlarını əsassız olaraq məhdudlaşdıran hər hansı surətçıxarma. 

3.  Şəxsi məqsədlər üçün audiovizual əsərin və fonoqramın gəlir götürmədən surəti çıxarılarkən audiovizual 

əsərə münasibətdə müəlliflərin, ifaçıların və audiovizual əsər istehsalçılarının, fonoqrama münasibətdə isə ifaçıların 

və fonoqram istehsalçılarının qonorar almaq hüququ vardır. Göstərilən qonorar istehsalçı, yaxud surətçıxarma üçün 

istifadə olunan avadanlığın (audio və videomaqnitafonlar, başqa avadanlıqlar) və maddi daşıyıcıların (səs (və ya) 

videolent və kasetlər, lazer diskləri və digər maddi daşıyıcılar) idxalçısı tərəfindən ödənilir. 



Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə