Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə38/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   34   35   36   37   38   39   40   41   ...   258

 

77

19.2.7. ərzaq məhsullarının və dərman vasitələrinin, insanların sağlamlığı və ətraf mühit üçün təhlükə yarada 



bilən malların qablaşdırılarkən sanitar-gigiyena və toksikologiya, möhkəmlik baxımından təhlükəsiz materiallardan 

istifadə olunmasına nəzarət edir; 

19.2.8. patentləşdirilmiş dərman vasitələrinin, insanların sağlamlığı və ətraf mühit üçün təhlükə yarada bilən 

malların təhlükəsiz istifadə qaydaları barədə xəbərdarlıq olmadan satışının qarşısını alır; 

19.2.9. saxtalaşdırılmış malların ticarət dövriyyəsindən çıxarılmasını, bu malların istehsalı  və satışı ilə 

məşğul olan şəxslərin müvafiq qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə cəlb edilməsini təmin edir

19.2.10. malların (xidmətlərin, işlərin) müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi, yaxud istehsalçı 

tərəfindən tövsiyə olunan qiymətlərlə satılmasına nəzarət edir; 

19.2.11. qiymətli metalların, qiymətli daşların və onlardan hazırlanmış  zərgərlik məmulatlarının müvafiq 

qanunvericiliklə müəyyən olunmuş satış qaydalarına riayət olunmasına nəzarət edir; 

19.2.12. satıcılar tərəfindən çəkidə, qiymətdə, hesablaşmalarda aldadılması, mallar barədə yalan məlumatlar 

verilməsi, satış  şərtlərinin pozulması barədə alıcıların müraciətlərinə baxır və  şikayətlərini araşdırır, onların 

nəticələri üzrə müvafiq tədbirlər görür

19.2.13. malların (xidmətlərin, işlərin) istehsalı, ixracı, idxalı  və satışı ilə  məşğul olan şəxslərdən onların 

keyfiyyəti, qiyməti, satış şərtləri barədə məlumatlar alır; 

19.2.14. satılan malların (xidmətlərin, işlərin) keyfiyyətinin yüksəldilməsi, nomenklaturunun və çeşidinin 

genişləndirilməsi barədə təkliflər hazırlayır və müvafiq icra hakimiyyəti orqanlarına təqdim edir. 

M a d d ə  20. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə yerli icra hakimiyyəti orqanlarının vəzifələri 

Yerli icra hakimiyyəti orqanları istehlakçıların hüquqlarının müdafiəsi üzrə müvafiq orqanları yarada bilərlər. 

İcra hakimiyyəti orqanlarının istehlakçıların hüquqlarının müdafiəsi üzrə müvafiq orqanları: 

istehlakçıların  şikayətlərinə baxır, onların qanunvericiliklə  nəzərdə tutulmuş hüquqlarının müdafiəsi üzrə 

müvafiq məsləhət verir; 

istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtləri aşkarlamaq məqsədilə satıcılarla (istehsalçılarla, icraçılarla) 

istehlakçılar arasında bağlanan müqavilələri təhlil edir; 

istehlakçıların həyatına, sağlamlığına, yaxud əmlakına dəyən ziyan haqqında məlumat toplayır və onu aidiyyəti 

üzrə səlahiyyətli orqanlara göndərir; 

istehlakçıların mallarda (işlərdə, xidmətlərdə) nöqsanlar, yaxud təhlükəli mallar (işlər, xidmətlər) aşkar etdik-

ləri hallarda bunlar barədə də malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq dövlət 

icra hakimiyyəti orqanlarına xəbər verir; 

istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə öz təşəbbüsü və ya istehlakçının (istehlakçılar ittifaqının) 

müraciəti əsasında məhkəmə qarşısında iddia qaldıra bilər. 

M a d d ə   2 1 .  İstehlakçıların hüquqlarının pozulmasına görə məsuliyyət 

Bu Qanunun pozulmasına görə  təqsirli  şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə  nəzərdə 

tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar. 

Maddə 22. İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən dövlət icra hakimiyyəti orqanlarının 

qərarlarına, onların vəzifəli şəxslərinin, həmçinin bu şəxslərin hərəkətlərinə dair şikayətlərə baxılması 

İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən dövlət icra hakimiyyəti orqanlarının qərarlarına, onların vəzi-

fəli şəxslərinin, həmçinin bu şəxslərin hərəkətlərinə qarşı şikayətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxılır. 

İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən dövlət icra hakimiyyəti orqanlarının, onların vəzifəli şəxslə-

rinin qərarlarının yerinə yetirilməsi, həmçinin bu şəxslərin hərəkətlərinin icrası şikayətin verilməsi ilə dayandırılmır. 

M a d d ə  23. İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən dövlət icra hakimiyyəti orqan-



larının hüquq-mühafizə orqanları ilə əlaqəsi 

Hüquq-mühafizə orqanlarının işçiləri istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən dövlət icra 

hakimiyyəti orqanlarının vəzifəli şəxslərinə öz vəzifələrinin yerinə yetirilməsində köməklik göstərir və bu işlərin 

görülməsində onlara maneçilik törədən vətəndaşların qanunsuz hərəkətlərinin qarşısını alırlar. 

M a d d ə  24. Azərbaycan Respublikasında istehlakçıların hüquqlarını müdafiə edən dövlət icra 

hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin hüquqi müdafiəsi 

İstehlakçıların hüquqlarını müdafiə edən dövlət orqanlarının vəzifəli şəxslərinin və mütəxəssislərinin hüquqları 

Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları əsasında təmin edilir. 



 

78

Onların vəzifələrinin yerinə yetirilməsinə mane olmaq və ya hər hansı şəkildə təsir göstərmək, habelə işlərinə 



müdaxilə etmək qadağandır. 

Belə hərəkətlərə yol verən orqanlar, vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi 

ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar. 

M a d d ə  25. (Çıxarılıb) 

M a d d ə  26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi 

İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. 

İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin 

də ödənilməsini həll edir. 

İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. 

 

IV f ə s i l 

İSTEHLAKÇILARIN İCTİMAİ TƏŞKİLATLARI (İSTEHLAKÇILAR BİRLİYİ) 

M a d d ə  27. İstehlakçıların ictimai təşkilatları (istehlakçılar birliyi) və onların hüquqları 

1 .   Azərbaycan Respublikasının vətəndaşları öz qanuni hüquqlarının müdafiəsi üçün könüllülük əsasında 

birləşib istehlakçıların ictimai təşkilatlarını (istehlakçılar birliyini) yaratmaq hüququna malikdirlər. 

İstehlakçılar birliyi ictimai təşkilat olub, öz fəaliyyətini müvafiq qanunvericilik əsasında həyata keçirir. 

2.  İstehlakçılar birliyi: 

malların istehlak xassələrini, ona olan tələbatı, istehsal olunan və satılan malın keyfiyyətinə və qiymətinə dair 

ictimai fikri öyrənmək; 

malların (işlərin, xidmətlərin) ekspertizasını  və  sınağını aparmaq üçün müvafiq dövlət nəzarət orqanlarına 

müraciət etmək; 

müvafiq icra hakimiyyəti orqanlarından və  təsərrüfat subyektlərindən öz məqsəd və niyyətlərini həyata 

keçirmək üçün lazımi məlumat almaq; 

malların (işlərin, xidmətlərin) keyfiyyətinə, ticarət və digər növ xidmət sahələrinə  nəzarət etməkdə müvafiq 

dövlət orqanlarına kömək göstərmək; 

istehlakçılara qanunvericiliyə uyğun hüquqi məsləhətlər verilməsini təşkil etmək

malın (işin, xidmətin) keyfiyyətinə aid tələbləri müəyyənləşdirən normativ sənədlərin hazırlanmasına dair təklif 

və rəy vermək; 

qanunvericiliyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanları qarşısında istehlakçıların maraqları haqqında 

məsələ qaldırmaq və onu müdafiə etmək; 

malın (işin, xidmətin) keyfiyyətinin yaxşılaşdırılması və qiymətqoyma qaydalarına. əməl edilməsi, müəyyən-

ləşdirilmiş keyfiyyət tələblərinə uyğun gəlməyən malın (işin, xidmətin) satışının müvəqqəti dayandırılması, 

vətəndaşların həyatı, sağlamlığı  və  əmlakı,  ətraf mühit üçün təhlükəli olan malın (işin, xidmətin) istehsalının 

dayandırılması, satışdan götürülməsi, əsassız artırılmış qiymətlərlə məhsul satışının dayandırılması, habelə mövcud 

qanunvericiliyi pozmaqla müəyyənləşdirilmiş qiymətlərin ləğv edilməsi tədbirləri barəsində müvafiq icra haki-

miyyəti orqanlarına, müəssisələrə və təşkilatlara təkliflər vermək; 

istehlakçıların ictimai təşkilatlarının (istehlakçılar birliyinin) üzvü olmayan vətəndaşların, qanunvericiliyə 

uyğun olaraq, hüquqlarını məhkəmədə müdafiə etmək; 

keyfiyyətsiz malın (işin, xidmətin) istehsalında və satışında təqsiri olan şəxslərin məsuliyyətə  cəlb edilməsi 

barədə müvafiq icra hakimiyyəti orqanlarına müraciət etmək; 

istehlakçıların hüquqları haqqında ictimaiyyətə məlumat vermək; 

istehlakçıların hüquqlarının müdafiəsi haqqında beynəlxalq  əməkdaşlığın inkişafına kömək göstərmək 

hüququna malikdir. 

Heydər ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 19 sentyabr 1995-ci il. 

№ 1113. 



Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə