Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə35/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   31   32   33   34   35   36   37   38   ...   258

 

71

İstehsalçı, mallara texniki xidməti və onların zəmanətli təmirini, habelə texniki təmir və xidmət göstərən təşki-



latlar üçün lazım olan həcmdə  və çeşiddə ehtiyat hissələri ilə  təchizini bütün istehsal müddəti  ərzində, mal (iş, 

xidmət) istehsaldan çıxarıldıqdan sonra isə xidmət müddəti ərzində, bu müddət nəzərdə tutulmayan hallarda isə 10 

il ərzində təmin etməlidir. 

M a d d ə  6.   Zəmanət öhdəlikləri 

1.  İstehsalçı (icraçı) malın (işin, xidmətin), həmçinin komplektləşdirici məmulatların qanunvericilikdə 

nəzərdə tutulan zəmanət müddəti  ərzində, bu müddətlərin olmadığı hallarda isə müqavilə ilə müəyyənləşdirilmiş 

qaydada normal işini (tətbiqini və istifadəsini) təmin edir. 

Komplektləşdirici məmulatların zəmanət müddəti qanunvericilikdə və ya müqavilədə ayrı cür göstərilməyibsə, 

malın (işin, xidmətin) özünün zəmanət müddətindən az olmamalıdır. 

2. Zəmanət müddəti malın (işin, xidmətin) pasportunda və ya nişanlama kağızında (yarlıqda), yaxud mala (işə 

xidmətə) əlavə olunan digər sənəddə göstərilir. 

Tez xarab olan və insanların sağlamlığına, həyatına və əmlakına, habelə ətraf mühitə təhlükə kəsb edən ərzaq 

məhsullarının, dərmanların,  ətriyyat-kosmetika vasitələrinin, kimya məhsullarının və başqa malların (işlərin, 

xidmətlərin) üzərində (qablarında) və ya onlara əlavə edilən müvafiq sənədlərdə yararlılıq müddəti göstərilməlidir. 

Yararlılıq müddəti ötmüş malların satışı qadağan edilir. 

Zəmanət müddətləri əgər alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, malın istehlakçıya veril-

diyi məqamdan, yararlılıq müddətləri isə hazırlandığı gündən hesablanır. 

3.  İstehlakçı satıcı (istehsalçı, icraçı) qarşısında zəmanət müddəti müəyyən edilməmiş mallarda aşkar olunmuş 

qüsurlar barədə, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa,  Azərbaycan Respublikasının Mülki Məcəlləsi 

ilə müəyyən edilmiş müddətdən gec olmamaq şərti ilə öz tələblərini irəli sürmək hüququna malikdir. 

4. Zəmanətli təmir aparılarkən malın (işin, xidmətin) zəmanət müddəti onun təmirdə olduğu müddət qədər 

uzadılır. Göstərilən müddət istehlakçının qüsurları aradan qaldırmaq tələbini irəli sürdüyü gündən hesablanır. Mal 

dəyişdirildikdə zəmanət müddəti dəyişdirilmə günündən etibarən yenidən hesablanır. 

M a d d ə  7. Qüsuru olan mal satılarkən istehlakçının hüquqları 

1.  İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya 

saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: 

lazımi keyfiyyətli mala dəyişdirməyi; 

satış qiymətini uyğun məbləğdə azaltmağı; 

malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını  və ya qüsurların aradan 

qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; 

malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz 

edilməsini; 

müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. 

2. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə  və bu maddənin birinci 

bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. 

İri qabaritli və  ağırçəkili malların istehlakçıdan satıcıya (icraçıya) qaytarılması  və  dəyişdirilərək yenidən 

istehlakçıya çatdırılması satıcının (icraçının) hesabına həyata keçirilir. 

3.  İstehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti 

müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində 

dəyişdirilməlidir. 

İstehlakçının malı  dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində 

ödənilməlidir. 

Göstərilən müddət  ərzində malı  dəyişdirmək mümkün olmadıqda, istehlakçı satıcı (istehsalçı) qarşısında bu 

maddənin birinci bəndinin ikinci, üçüncü, dördüncü və beşinci abzaslarında nəzərdə tutulmuş digər tələblərin 

yerinə yetirilməsini tələb edə bilər. 

4.  Qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən qiymət dəyişərsə, 

istehlakçı qiymət fərqini ödəmir. 

Qüsurlu mal lazımi keyfiyyətli, eyni əlamətləri olan, lakin başqa modelli (markalı, tipli və i. a.) mala dəyiş-

dirilərkən qiymətlər dəyişdikdə, malın dəyəri göstərilən malın alındığı vaxt qüvvədə olmuş qiymətlər əsas götürül-

məklə yenidən hesablanır. 




 

72

Müqavilə  ləğv edildikdə, istehlakçı ilə hesablamalar mala qiymətlər artan hallarda eyni dərəcəli malların qiy-



mətlərinin artması nəzərə alınmaqla, qiymətlər aşağı düşdükdə isə malın alındığı vaxt dəyəri əsas götürülməklə aparılır. 

5.  İstehlakçıya keyfiyyətsiz  ərzaq malı satılan halda, keyfiyyətsizlik malın yararlılıq müddəti  ərzində  aşkar 

olunubsa, satıcı həmin malı keyfiyyətli mala dəyişdirməli və ya malın dəyərinin məbləğini qaytarmalıdır. 

Belə hallarda istehlakçı ilə hesablaşma bu maddənik 4-cü bəndində göstərilən qaydada aparılır. 

6.  İstehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya 

tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır. 

İstehlakçının tələbi ilə satıcı (icraçı) məişət texnikasının və  nəqliyyat vasitələrinin təmir edildiyi və ya 

dəyişdirildiyi müddət üçün ona əvəzsiz olaraq (evinə çatdırmaqla) oxşar mal verməlidir. 

Təmir (dəyişdirmə), habelə malın qüsurlarının aradan qaldırıldığı  və ya dəyişdirildiyi müddət üçün oxşar malı 

vermək tələbinin yerinə yetirilməsi (14 gün) ləngidildikdə satıcı (icraçı) istehlakçıya mal verməklə bir vaxtda, müəyyən 

edilmiş müddətin ötürüldüyü hər gün üçün ona malın satış qiymətinin bir faizi məbləğində dəbbə pulu ödəyir. 

7.  İstehlakçının tələbinə, qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və 

ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır. 

Satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir. 

İstehlakçı ona verilən texniki pasportu və ya onu əvəz edən digər sənədi itirərsə, onların bərpası qanunveri-

cilikdə nəzərdə tutulmuş qaydada həll edilir. 

8.  İstehsalçı istehlakçının mala olan iddiasını aradan qaldırmaq üçün satıcının sərf etdiyi xərcləri ödəməlidir. 

9. Azərbaycan Respublikasından kənarda istehsal olunmuş və ya vasitəçilərdən alınmış mallar barəsində bu 

maddənin birinci bəndində müəyyən edilmiş tələblər satıcının hesabına ödənilir. 

10. Əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı 

tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticə-

sində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının bu maddədə nəzərdə tutulan tələbləri təmin olunmamalıdır. 

İstehlakçı malın keyfiyyətinin yoxlanmasında şəxsən, yaxud öz nümayəndəsi vasitəsilə iştirak etmək hüququna 

malikdir. 

M a d d ə  8. İş görülməsi və xidmət göstərilməsi üçün müqavilə bağlanmasında icraçının vəzifələri 

Bazarda hökmran mövqe tutan istehsalçı  və ya icraçı (onun nizamnamə  fəaliyyətindən, yaxud istehsal 

imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə  işlərin icra edilməsi və xidmət 

göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud 

digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. 

İcraçının  əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və 

xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. 

M a d d ə  9. İş görülməsinə  və xidmət göstərilməsinə dair müqavilələrin  şərtləri pozularkən 



istehlakçıların hüquqları 

 1. İcraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng 

işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödə-

nilməsini tələb etmək hüququ vardır. 

2.  İşlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə  kənara çıxıldıqda, yaxud başqa mühüm 

qüsurlar olduqda istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verərsə, bu müddətdə də 

iş (xidmət) yerinə yetirilməzsə, müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının 

hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var. 

3.  İcraçı müqavilənin  şərtlərindən kənara çıxaraq, işi (xidməti) pisləşdirmişsə, yaxud işdə (xidmətdə) başqa 

qüsurlara yol vermişdirsə, istehlakçının istəyinə uyğun olaraq, göstərilən qüsurların icraçının hesabına  əvəzsiz olaraq 

müvafiq müddətdə aradan qaldırılmasını  və ya işin (xidmətin) qüsurlarını öz vəsaitləri ilə aradan qaldırarkən çəkdiyi 

zəruri xərclərin ödənilməsini, yaxud işin (xidmətin) haqqının müvafiq surətdə azaldılmasını tələb etmək hüququ var. 

4.  İstehlakçının materiallarından görülmüş  işlərdə (xidmətlərdə) müqavilə  şərtlərindən  əhəmiyyətli kənara-

çıxma və ya digər mühüm qüsurlar aşkar edilərsə, istehlakçının istəyinə uyğun olaraq, bu işlərin icraçının eyni 

cinsli və keyfiyyətli materialından hazırlanmasını, yaxud müqavilənin ləğv olunmasını  və itkilərin ödənilməsini 

tələb etmək hüququ vardır. 

5. Bu maddənin 2-ci bəndində göstərilmiş qüsurlar, müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda, 

habelə işlərin (xidmətlərin) yerinə yetirilməsi ləngidildikdə, icraçı işin (xidmətin) qəbul edilməsi zamanı istehlak-




Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə