Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə37/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   33   34   35   36   37   38   39   40   ...   258

 

75

5. Məcburi sertifikasiya edilməli olan, lakin uyğunluq sertifikatı olmayan məhsulun reklamı qadağandır. 



6. Haqsız reklam olunan malın (işin, xidmətin) alınması nəticəsində istehlakçıya vurulan zərər təqsirkar şəxs-

lər tərəfindən tam həcmdə ödənilməlidir. 

7. Mal (iş, xidmət) haqqında yanlış və ya yarımçıq məlumat, yaxud haqsız reklam nəticəsində dəyən zərəri 

ödəmək barəsində istehlakçının tələblərinə baxılarkən onun əldə etdiyi malın (işin, xidmətin) xassələrinə  və 

xarakteristikasına dair xüsusi biliyinin olmaması ehtimalı əsas götürülməlidir. 

8. Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. 

M a d d ə  14. Ticarət və başqa xidmət növləri sahələrində istehlakçıların hüquqları 

1. Bütün 

vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdirlər. 

Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, 

birbaşa və ya dolayısı ilə  hər hansı  şəkildə  məhdudlaşdırılmasına yol verilmir. Sosial müdafiəyə ehtiyacı olan 

vətəndaşların ayrı-ayrı qruplarına ticarət və digər xidmət növləri sahəsində Azərbaycan Respublikasının qanun-

vericilik aktları ilə müəyyən edilmiş qaydada güzəştlər və üstünlüklər verilə bilər. 

2.  İstehlakçı satıcının (icraçının) iş rejimini nəzərə almaqla, özü üçün əlverişli olan vaxtda sərbəst mal və 

xidmət seçmək hüququna malikdir. 

İstehlakçıya sərbəst mal və xidmət seçməkdə hər cür köməklik göstərmək satıcının (icraçının) borcudur. 

İstehlakçını keyfiyyətsiz və ya ona lazım olmayan çeşidli mal almağa və xidmət göstərilməsinə məcbur etmək 

qadağan edilir. 

3. Satıcı (icraçı) istehlakçıya öz müəssisəsinin adı, mənsubiyyəti və iş rejimi barədə düzgün və başa düşülən 

məlumat verməlidir. 

4.  İstehlakçı aldığı malların keyfiyyətini, komplektliyini, ölçüsünü, çəkisini və qiymətini yoxlamaq, malların 

düzgün və təhlükəsiz istifadəsini nümayiş etdirmək hüququna malikdir. Belə hallarda satıcı istehlakçının tələbi ilə 

ona nəzarət-ölçü cihazlarını, malın qiyməti haqqında sənədləri təqdim etməlidir. Zəmanət Müddətində malın 

keyfiyyətinin itməsi səbəblərini müəyyən etmək lazım gəldiyi halda satıcı istehlakçının yazılı  ərizəsini aldıqdan 

sonra 3 gün ərzində bu malı ekspertizaya göndərməlidir. Ekspertiza satıcının hesabına aparılır. 

5.  İstehlakçı satıcının süni surətdə yaratdığı dəstdən ona lazım olan malı almaq hüququna malikdir. 

6. Ticarət və digər xidmət növləri müəssisələrində istehlakçının hüquqları pozularsa, satıcı (icraçı) və bu 

müəssisələrin işçiləri qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 

M a d d ə  15. İstehlakçının tələblərini ödəməyən malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququ 

1. Lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa 

və ya digər səbəblərə görə  təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala 

dəyişdirmək hüququ vardır. 

İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyiş-

dirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı  tərəfindən daha uzun müddət elan 

edilə bilər. 

İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak 

xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri 

saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. 

Bu maddədə göstərilmiş  əsaslar üzrə  dəyişdirilməli olmayan malların siyahısı Azərbaycan Respublikasının 

Nazirlər Kabineti tərəfindən təsdiq edilir. 

2. Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən baş-

qa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi 

onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən 

istehlakçıya məlumat verməlidir. 

M a d d ə  16. İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin etibarsızlığı 

Qanunvericilikdə  nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını  məhdudlaşdıran müqavilə 

şərtləri etibarsız sayılır.  İstehlakçının hüquqlarını  məhdudlaşdıran müqavilə  şərtlərinin tətbiqi nəticəsində isteh-

lakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir. 

İstehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək 

istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir. 

 



 

76

III f ə s i l 

İSTEHLAKÇILARIN HÜQUQLARININ MÜDAFİƏSİ 

M a d d ə  17. Ticarət və başqa xidmət növləri haqqında qaydalar 

Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası 

Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azər-

baycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. 

Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti 

18.0. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının 

(istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir: 

18.0.1. istehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən yeyinti məhsullarının və dərman 

vasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitar-gigiyenik, ekoloji, texniki, 

təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini; 

18.0.2. malların (xidmətlərin, işlərin) bəzi növlərinin istehsalına, idxalına və satışına xüsusi razılıq (lisenziya) 

verilməsini

18.0.3. məcburi sertifikatlaşdırılmalı olan malların (xidmətlərin, işlərin) müəyyənləşdirilməsi və onlara 

uyğunluq sertifikatının və (və ya) uyğunluq nişanlarının verilməsini; 

18.0.4. dərman vasitələrinin satışı, tibbi xidmətlərin göstərilməsi ilə  məşğul olan şəxslərin müvafiq tibbi 

təhsilinin olmasına nəzarəti; 

18.0.5. malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış  şərtləri, 

qiyməti barədə yalan və (və ya) natamam məlumatlar verməklə, yaxud yolverilməz reklam vasitəsilə satıcılar və 

(və ya) reklamçılar tərəfindən istehlakçıların (istifadəçilərin) aldadılmasının qarşısının alınmasını; 

18.0.6. həcmi müvafiq qaydada müəyyənləşdirilərək, təsdiq olunmuş maddi və mənəvi zərərin satıcı tərəfindən 

(istehsalçı, idxalçı, reklamçı) alıcıya (istehlakçıya) ödənilməsini; 

18.0.7. insanların sağlamlığı, ətraf mühit üçün təhlükəli olan malların (xidmətlərin, işlərin) istehsalının, idxa-

lının və satışının qadağan olunmasını; 

18.0.8. istehlakçıların hüquqlarının müdafiəsi sahəsində  fəaliyyət göstərən beynəlxalq təşkilatlarla  əməkdaş-

lığı, ictimai birliklərin fəaliyyəti üçün müvafiq şəraitin yaradılmasını.



 

 

Maddə 19. İstehlakçıların hüquqlarının və qanuni maraqlarının dövlət müdafiəsi 



19.1. Malların (xidmətlərin, işlərin) istehlakçılarının hüquqlarının və qanuni maraqlarının dövlət müdafiəsi 

ticarət, ictimai iaşə, məişət və digər xidmət normalarına və qaydalarına riayət olunmasına müvafiq icra hakimiyyəti 

orqanı tərəfindən nəzarət formasında həyata keçirilir. 

19.2.  İstehlakçıların hüquqlarının və qanuni maraqlarının qorunması funksiyalarını yerinə yetirən müvafiq 

icra hakimiyyəti orqanı: 

19.2.1. istehsal, idxal edilən və (və ya) satılan malların (xidmətlərin, işlərin) müvafiq standartların və texniki 

şərtlərin tələblərinə uyğunluğunu müəyyənləşdirir, onlara uyğunluq sertifikatları və (və ya) uyğunluq nişanları verir; 

19.2.2. məcburi sertifikatlaşdırılması tələb olunan malların (xidmətlərin, işlərin) siyahısını müəyyənləşdirir 

və onların sertifikatı olmadan satışının (icrasının) qarşısını alır və ticarət dövriyyəsindən çıxarır; 

19.2.3. müvafiq standartların, texniki şərtlərin tələblərinə cavab verməyən, insanların həyat və sağlamlığı, 

ətraf mühit üçün təhlükə yaradan malların (xidmətlərin, işlərin) istehsalının, idxalının və satışının qarşısını alır; 

19.2.4. mənşəyi məlum olmayan, yararlılıq müddəti ötmüş malların ticarət dövriyyəsindən çıxarılmamasına, 

onların satılmasına yol vermiş  şəxslərin müvafiq qanunvericilikdə  nəzərdə tutulmuş  məsuliyyətə  cəlb olunması 

üzrə tədbirlər görür; 

19.2.5. istehsalı, idxalı və satışı qadağan olunmuş mallar (xidmətlər, işlər) barədə əhaliyə vaxtında məlumat 

vermək məqsədi ilə kütləvi informasiya vasitələrində məlumatlar dərc edir və yayır; 

19.2.6. satılan xammalın, materialların, hazır məhsulların müvafiq keyfiyyət və  təhlükəsizlik tələblərinə 

uyğunluğunun götürülmüş nümunələr əsasında ekspertizasını (sınağını) keçirir və onun nəticələrindən asılı olaraq 

müvafiq tədbirlər görür. Həmin nümunələrin dəyəri və ekspertizanın (sınağın) keçirilməsi xərcləri yoxlanılan 

təsərrüfat subyekti tərəfindən ödənilir və onun istehsal-təsərrüfat xərclərinə aid edilir




Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə