Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə45/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   41   42   43   44   45   46   47   48   ...   258

 

91

 



I I I  B Ö L M Ə 

 

 ƏLAQƏLİ HÜQUQLAR 



 

M a d d ə   3 2 . Əlaqəli hüquqların subyektləri 

1.  İfaçılar, fonoqram istehsalçıları və yayım təşkilatları əlaqəli hüquqların subyektləridir. Əlaqəli hüquqlar bu 

Qanunun 2-ci bölməsində nəzərdə tutulmuş müəlliflik hüquqlarına zərər vurmadan həyata keçirilir. 

2. Fonoqram istehsalçısı və yayım təşkilatı bu bölmədə nəzərdə tutulan hüquqları ifaçı və fonoqrama yazılan 

və ya efirlə, yaxud kabel televiziyası ilə verilən əsərin müəllifi ilə bağlanan müqavilə üzrə aldığı hüquqlar həddində 

həyata keçirir. 

3.  İfaçı bu bölmədə nəzərdə tutulan hüquqları, ifa olunan əsərin müəllifinin hüquqlarına riayət etmək şərti ilə 

həyata keçirir. 

4.  Əlaqəli hüquqların yaranması və həyata keçirilməsi üçün hər hansı formal qayda tələb olunmur. Fonoqram 

istehsalçısının və (və ya) ifaçının öz hüquqlarını bildirməsi üçün əlaqəli hüquqları qoruma nişanından istifadə 

etmək hüququ vardır; bu nişan fonoqramın hər nüsxəsində və (və ya) onun içinə qoyulduğu qutuda göstərilir və üç 

ünsürdən ibarət olur: 

dairəyə alınmış R latın hərfi – ®; 

əlaqəli hüquqların sahibinin adı; 

fonoqramın ilk dəfə istehsal olunduğu il. 

5.  Əlaqəli hüquqların obyektlərinə müstəsna hüquq sahibləri onları  əlaqəli hüquqların qüvvədə olduğu 

müddətdə Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti 

orqanında qeydiyyatdan keçirə bilərlər. Bu halda əlaqəli hüquqların obyektlərinin qeydiyyatı haqqında nümunəsi 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş şəhadətnamə verilir. 

M a d d ə   3 3 .   İfaçının hüquqları 

1.  İfaçının aşağıdakı şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqları vardır: 

ad hüququ; 

ifanı ifaçının  şərəf və  ləyaqətinə  xələl gətirə biləcək hər hansı  təhrif, dəyişmə  və digər qəsdlərdən müdafiə 

etmək hüququ (şöhrətinə hörmət edilməsi hüququ); 

ifadan bu Qanunda nəzərdə tutulan hallardan başqa, istifadənin hər növünə görə qonorar almaq hüququ da daxil 

olmaqla, hər hansı formada istifadəyə müstəsna hüquq. 

2. 


İfadan istifadəyə müstəsna hüquq aşağıdakı hərəkətləri həyata keçirməyi, həyata keçirilməsinə icazə ver-

məyi və ya qadağa qoymağı bildirir:  

a) ifanın efirlə  və ya kabellə kütləvi bildirişi,  əgər belə bildiriş üçün istifadə olunan ifa əvvəllər efirlə 

ötürülməmişdirsə, yaxud yazılmadan istifadə etmədən həyata keçirilirsə;  

b) əvvəllər yazılmamış ifanın yazılması;  

c) ifanın yazılmasının birbaşa və ya dolayı yolla surətinin çıxarılması;  

ç) ifanın ilkin halda kommersiya məqsədi olmadan hazırlanmış yazılmasının efirlə və ya kabellə bildirişi;  

d) fonoqrama yazılmış ifanın orijinalının və ya nüsxələrinin satışı, yaxud mülkiyyət hüququnun başqa cür 

verilməsi yolu ilə yayılması. Fonoqrama yazılmış ifanın orijinalı və ya nüsxələri satış, yaxud mülkiyyət hüququnun 

başqa cür verilməsi yolu ilə qanuni şəkildə mülki dövriyyəyə buraxılmışdırsa, sonradan ifaçının razılığı olmadan və 

ölkə ərazisində haqq ödənilmədən onların yayılmasına yol verilir;  

e) fonoqrama yazılmış ifanın orijinalının və ya nüsxələrinin hətta ifaçının razılığı ilə yayılmasından sonra, 

orijinala və nüsxələrə mülkiyyət hüququndan asılı olmayaraq, kirayəyə verilməsi;  

ə) fonoqrama yazılmış ifanın interaktiv istifadə üçün kütləyə çatdırılması (interaktiv kütləvi bildiriş). 

3. Bu 

maddənin 2-ci bəndi ilə müəyyən olunan səlahiyyətlər ifaçı, ifanın kollektiv ifaçılar tərəfindən ifa olunduğu 



halda isə həmin kollektivin rəhbəri tərəfindən istifadəçi ilə bağlanmış yazılı müqavilə əsasında həyata keçirilir. 

4.  İfaçı ilə yayım təşkilatı arasında ifanın efirlə  və ya kabel televiziyası ilə bildirişi üçün müqavilə bağlan-

ması, əgər bu, ifaçı ilə yayım təşkilatı arasında bağlanmış müqavilədə birbaşa nəzərdə tutulursa, bu maddənin 2-ci 



 

92

bəndinin “a”, “b” və “c” yarımbəndlərində göstərilən hüquqlarının ifaçı  tərəfindən verilməsini bildirir. Bu cür 



istifadəyə görə ifaçıya veriləsi qonorarın məbləği göstərilən müqavilə ilə müəyyənləşdirilir. 

5.  İfaçı ilə audiovizual əsərin istehsalçısı arasında audiovizual əsərin yaradılmasına görə müqavilə bağlanması 

ifaçı  tərəfindən bu maddənin ikinci bəndində göstərilən hüquqların verilməsini bildirir. Müqavilədə başqa hal 

nəzərdə tutulmadıqda, ifaçı  tərəfindən belə hüquqların verilməsi audiovizual əsərlərin istifadəsi ilə  məhdud-

laşdırılır. Audiovizual əsərdə qeydə alınmış səs və təsvirlərdən ayrı-ayrılıqda istifadə hüququ istisna edilir. 

6.  İfaçı ilə fonoqram istehsalçısı arasında ifanın fonoqrama yazılmasına görə müqavilə bağlanması 

ifaçı tərəfindən fonoqramın kirayəyə verilməsi hüququnun verilməsini bildirir (bu maddənin ikinci bəndinin 

4-cü yarımbəndi); ifaçı  həmin fonoqram nüsxələrinin kirayəyə verilməsinə görə qonorar almaq ixtiyarını 

saxlayır. 

7. Xidməti vəzifə  və ya işəgötürənin xidməti tapşırığını yerinə yetirmək qaydasında yaradılmış ifaya görə 

ifaçının ad və şöhrətinə hörmət edilməsi hüququ vardır. Əgər aralarındakı müqavilədə başqa hal nəzərdə tutulmaz-

sa, həmin ifadan istifadəyə müstəsna hüquq, ifaçının əmək münasibətlərində olduğu şəxsə məxsusdur. 

8.  İfaçının bu maddənin ikinci bəndi ilə nəzərdə tutulmuş müstəsna hüquqları müqavilə üzrə başqa şəxslərə 

verilə bilər. 

M a d d ə   3 4 . Fonoqram istehsalçısının hüquqları 

1. Fonoqram istehsalçısı, bu Qanunla nəzərdə tutulan hallardan başqa, fonoqramın hər hansı istifadəsinə görə 

haqq almaq hüququ da daxil olmaqla, fonoqramdan istənilən formada istifadə üçün müstəsna hüquqa malikdir. 

2. Fonoqramdan istifadəyə müstəsna hüquq aşağıdakı hərəkətləri həyata keçirməyi, həyata keçirilməsinə icazə 

verməyi və ya qadağa qoymağı bildirir:  

a) fonoqramın birbaşa və dolayı yolla surətinin çıxarılması;  

b) fonoqramda dəyişiklik edilməsi və ya onun başqa cür yenidən işlənilməsi;  

c) fonoqramın orijinalının və ya nüsxələrinin satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə 

yayılması. Fonoqramın qanuni dərc olunmuş (buraxılmış) nüsxələri satış, yaxud mülkiyyət hüququnun başqa cür 

verilməsi yolu ilə mülki dövriyyəyə buraxılmışdırsa, həmin nüsxələrin sonradan fonoqram istehsalçısının razılığı 

olmadan və haqq ödənilmədən ölkə ərazisində yayılmasına yol verilir;  

ç) fonoqram istehsalçısının icazəsi ilə istehsal edilmiş nüsxələr də daxil olmaqla, fonoqram nüsxələrinin 

yaymaq məqsədi ilə idxal edilməsi;  

d) fonoqramın orijinalının və ya nüsxələrinin fonoqram istehsalçısının razılığı ilə yayılmasından sonra, orijinala 

və nüsxələrə mülkiyyət hüququndan asılı olmayaraq, kirayəyə verilməsi;  

e) fonoqramın interaktiv istifadə üçün kütləyə çatdırılması (interaktiv kütləvi bildiriş). 

3. Fonoqram istehsalçısının bu maddənin ikinci bəndi ilə  nəzərdə tutulmuş müstəsna hüquqları müqavilə 

əsasında başqa şəxslərə verilə bilər. 

M a d d ə   3 5 . Yayım təşkilatının hüquqları 

Verilişdən hər hansı istifadəyə görə qonorar almaq hüququ da daxil olmaqla yayım təşkilatının ondan istənilən 

formada istifadəyə müstəsna hüququ vardır. 

Yayım təşkilatının verilişlərindən istifadəyə müstəsna hüquq efir (kabel) yayımı  təşkilatının aşağıdakı 

hərəkətləri həyata keçirməyi, həyata keçirməyə icazə verməyi və ya qadağa qoymağı bildirir: 

verilişi yazmaq; 

öz verilişinin eyni vaxtda  kütləvi bildiriş üçün başqa yayım təşkilatı vasitəsi ilə efir və ya kabellə bildirişi; 

öz verilişini kütləvi bildiriş üçün kabel televiziyası ilə göstərmək; 

verilişin yazılmasını yaymaq. 

televiziya verilişlərinin kütləyə çatdırılması məqsədi ilə bildirişi. 

Maddə 36.  İfaçının, fonoqram istehsalçısının və yayım təşkilatının hüquqlarının məhdudlaşdırılması 

1.  Bu Qanunun 33-35-ci maddələrində nəzərdə tutulmuş hüquqlara Qanunun 36-38-ci maddələri ilə müəyyən 

olunan məhdudiyyətlər bu şərtlə  tətbiq olunur ki, həmin məhdudiyyətlər ifalardan, fonoqramlardan və yayım 

təşkilatının verilişlərindən və onların yazılmalarından, həmçinin onlara daxil edilmiş elm, ədəbiyyat və incəsənət 

əsərlərindən normal istifadəyə ziyan vurmasın və ifaçının, fonoqram istehsalçısının, yayım təşkilatının və göstərilən 

əsərlərin müəlliflərinin qanuni maraqlarını əsassız şəkildə məhdudlaşdırmasın. 




Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə