Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə47/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   43   44   45   46   47   48   49   50   ...   258

 

95

göstərən müvafiq icra hakimiyyəti orqanının yazılı tələblərini icra etmədikdə bu orqan tərəfindən həmin təşkilatın 



akkreditasiyasının ləğvi barədə əsaslandırılmış qərar qəbul edilir. Azərbaycan Respublikasının müəlliflik hüquqları 

sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanı akkreditasiyasının ləğvi barədə qərar qəbul edilmiş 

əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların ləğvi haqqında məhkəməyə müraciət edir. 

M a d d ə   4 2 . Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların funksiyaları 

1.  Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar öz səlahiyyətlərinə uyğun olaraq aşağıdakı 

funksiyaları həyata keçirir: 

1) lisenziya verilən hallarda istifadəçi ilə qonorarın məbləğlərini və başqa şərtləri razılaşdırır; 

2) idarə edilməsi ilə məşğul olduğu hüquqlardan istifadə üçün istifadəçilərə lisenziya verir; 

3) lisenziya vermədən qonorar yığılması ilə  məşğul olduğu hallarda (bu Qanunun 12-ci maddəsinin 4-cü 

bəndi, 17-ci maddəsinin 3-cü bəndi və 37-ci maddəsinin 1-ci bəndi) istifadəçilərlə qonorarın məbləğlərini 

razılaşdırır; 

4) lisenziya üzrə və (və ya) bu bəndin 3-cü yarımbəndində nəzərdə tutulmuş qonorarı yığır; 

5) yığılmış qonorarı onun təmsil etdiyi müəlliflik hüququnun və  əlaqəli hüquqların sahibləri arasında 

bölüşdürür və ödəyir; 

6) idarə etdiyi hüquqların qorunması üzrə vacib olan digər hüquqi hərəkətləri edir; 

7) müəlliflik hüququnun və  əlaqəli hüquqların sahiblərinin verdiyi səlahiyyətlərə uyğun olaraq digər işləri 

həyata keçirir. 

2.  Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların əsərlərdən və əlaqəli hüquqların obyektlərindən 

istifadə edən şəxslərdən istifadə edilən əsərlər və gəlirləri haqqında müvafiq qaydada təsdiq olunmuş proqram və 

digər sənədlər almaq, həmçinin müəyyən olunmuş müddətdə qonorarı ödəməyi tələb etmək hüququ vardır. 

M a d d ə   4 3 . Ödəmək hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların vəzifələri 

1.  Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar aşağıdakı vəzifələri yerinə yetirir: 

1) yığılmış qonorarı müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölmək və qanuni sahib-

lərinə ödəmək; bununla birlikdə  təşkilatın yığılmış qonorardan qonorarın yığılmasına, bölünməsinə  və ödənil-

məsinə  çəkdiyi xərcləri ödəmək üçün lazım olan məbləği, həmçinin müəlliflik hüququnun və  əlaqəli hüquqların 

sahiblərinin razılığı  və maraqları    əsasında bu təşkilat tərəfindən yaradılan xüsusi fondlara yönəldilən məbləği 

çıxmaq hüququ vardır; 

2) yığılan qonorarı bu bəndin 1-ci yarımbəndində göstərilən məbləği çıxarmaqla,  əsərlərin və  əlaqəli 

hüquqların obyektlərinin faktik istifadəsinə uyğun şəkildə bölmək və müntəzəm olaraq ödəmək; 

3) qonorarı ödəməklə birlikdə müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinə onların hüquqlarından 

istifadə barədə məlumat vermək; 

4) Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində  fəaliyyət göstərən müvafiq icra hakimiyyəti 

orqanının müəyyən etdiyi məbləğdə onun hesabına illik haqq ödəmək. 

2.  Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlara əsərlərindən və əlaqəli hüquqların obyektlərin-

dən istifadəyə görə qonorarı (42-ci maddənin 1-ci bəndinin 4-cü yarımbəndi) yığmaq səlahiyyəti verməmiş 

müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin onlara çatası qonorarı tələb etmək, həmçinin özlərinin bu 

təşkilat tərəfindən istifadəyə verilmiş  əsərlərinin və  əlaqəli hüquqların obyektlərini lisenziyadan çıxarmağı  tələb 

etmək hüququ vardır. 

3.  Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat Azərbaycan Respublikasının müəlliflik hüquqları 

sahəsində fəaliyyət  göstərən müvafiq icra hakimiyyəti orqanına aşağıdakı məlumatları təqdim etməlidir: 

1) nizamnamədə dəyişikliklərə, qonorarın məbləğinə və ayırmalara dair qərarlar haqqında; 

2) təşkilatın eyni sahədə fəaliyyət göstərən xarici təşkilatlar da daxil olmaqla bağladığı müqavilələr haqqında; 

3)  illik balans, illik hesabat və fəaliyyətinin audit yoxlanması haqqında; 

4) bu təşkilatları təmsil etmək səlahiyyəti verilmiş şəxslər haqqında; 

5) təşkilatın fəaliyyətinin bu Qanuna, başqa qanunvericilik aktlarına, həmçinin nizamnaməsinə uyğunluğunu 

yoxlamaq üçün vacib olan digər sənədlər. 

 

 



 

96

V  B Ö L M Ə 

 MÜƏLLİFLİK HÜQUQUNUN VƏ ƏLAQƏLİ HÜQUQLARIN MÜDAFİƏSİ 

 

M a d d ə   4 4 . Müəlliflik hüququnun və  əlaqəli hüquqların müdafiəsi.  Əsərlərin və ya fonoqramların 



pirat nüsxələri 

1. Müəlliflik hüququnun və  əlaqəli hüquqların sahibləri, habelə  səlahiyyətli dövlət orqanları  və  əmlak 

hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq 

təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər. 

2.  İstehsalı (hazırlanması) və ya  yayılması müəlliflik hüququnun və ya əlaqəli hüquqların pozulmasına səbəb 

olan əsər və ya fonoqram nüsxələri pirat nüsxələr sayılır. 

Gətirildiyi ölkədə heç vaxt qorunmamış  və ya qorunma müddəti keçmiş, lakin bu Qanuna müvafiq surətdə 

qorunan  əsərlərin və fonoqramların müəlliflik hüququnun və  əlaqəli hüquqlarının sahiblərinin icazəsi olmadan 

Azərbaycan Respublikasına idxal edilən nüsxələri də pirat nüsxələr hesab olunur. 

      3. Əsərlərə və fonoqramlara münasibətdə aşağıdakılara yol verilmir: 

      a)  müvafiq  texniki  mühafizə vasitələri ilə  əsərlərdən və fonoqramlardan istifadəyə qoyulmuş  məhdudiy-

yətlərin müəllifin (və ya digər hüquq sahibinin) və fonoqramın hüquq sahibinin icazəsi olmadan aradan 

qaldırılmasına yönəldilmiş hərəkətlərə; 

       b) əsərin və fonoqramın istənilən texniki mühafizə vasitələrinin və ya onun hissələrinin istehsalına, yayıl-

masına, kirayəyə verilməsinə, müvəqqəti istifadəsinə, idxalına, reklamına, gəlir götürmək məqsədi ilə istifadəsinə, 

yaxud texniki mühafizə vasitələrinin tətbiqini qeyri-mümkün edən və ya texniki vasitələrlə bu hüquqların lazımi 

müdafiəsinin təmin edilməsinə yönəldilmiş xidmətlərə. 

Hüquq sahibinin icazəsi olmadan hüquqların idarə edilməsi haqqında informasiyanın dəyişdirilməsi və ya ləğv 

edilməsi də hüquq pozuntusu sayılır. 

M a d d ə     4 5 . Müəlliflik hüququnun və əlaqəli hüquqların müdafiəsi vasitələri (üsulları) 

1. Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət 

edə bilərlər. 

2. Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiə-

nin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər: 

1) zərərin ödənilməsi  əvəzinə pozuntuya yol verən  şəxsdən müəlliflik hüququnun və  əlaqəli hüquqların 

pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması; 

2) zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya 

ödənilməsi; 

3) hüquq pozuntusunun ağırlıq dərəcəsi və digər  şəxslərin qanuni maraqları  nəzərə alınmaqla məhkəmə 

qərarına  əsasən pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqların 

müsadirə olunması; 

4) pirat nüsxələrin hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə 

olunması və ya məhv edilməsi. 

3. Müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərinin texniki müdafiə vasitələrinin birbaşa müdaxilə yolu və 

ya dolayısı ilə ələ keçirilməsinə yönəldilmiş hərəkətlər müəlliflik hüququ və əlaqəli hüquqların pozulmasına görə 

qanunvericilikdə nəzərdə tutulan məsuliyyətə səbəb olur. 

4. Məhkəmə hüquq pozuntusu faktı sübut edildiyi halda vəkilə ödənilən haqq da daxil olmaqla hüquq sahibinin 

çəkdiyi ağlabatan xərclərin ödənilməsi barədə  qərar çıxarmaq hüququna malikdir. Məhkəmə, həmçinin, hüquq 

pozuntusuna yol vermiş şəxsin bunu bilib-bilməməsindən asılı olmayaraq pozuntulara görə həmin şəxsin müəllifə 

(digər hüquq sahibinə) və ya əlaqəli hüquqların sahibinə kompensasiya ödəməsi barədə qərar çıxara bilər. 

5. Müəllifin və ya əlaqəli hüquqların sahibinin hüquq pozuntusuna yol verən şəxsdən kompensasiya ilə yanaşı, 

ona məxsus olan əsərdən və ya digər əqli mülkiyyət hüququ obyektindən normal istifadə zamanı əldə edə biləcəyi 

qonorarın ödənilməsini də tələb etmək hüququ vardır. 

M a d d ə   4 6 . Pozulmuş müəlliflik hüququnun və əlaqəli hüquqların bərpasının təminatı 

1. Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində  fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanı 

müəlliflik hüququnun və əlaqəli hüquqların müdafiəsi üçün iddia ərizəsi verdiyi hallarda dövlət rüsumu ödəmir. 




Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə