Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə41/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   37   38   39   40   41   42   43   44   ...   258

 

83

2. Kompüter proqramları  ədəbi  əsərlər kimi qorunur. Kompüter proqramlarının qorunması ilkin mətn və 



obyekt kodu da daxil olmaqla istənilən dildə  və formada ifadə edilən proqramların bütün növlərinə, o cümlədən 

əməliyyat sistemlərinə şamil edilir. 

M a d d ə   7 .  Müəlliflik hüququ ilə qorunmayan obyektlər

 

Aşağıdakılar müəlliflik hüququnun obyektləri deyildir: 



a) rəsmi sənədlər (qanunlar, məhkəmə qərarları, qanunvericilik, inzibati və  məhkəmə xarakterli digər mətn-

lər), həmçinin onların rəsmi tərcümələri

b) dövlət rəmzləri və nişanları (bayraqlar, gerblər, himnlər, ordenlər, pul nişanları, digər dövlət rəmzləri və nişanları); 

      v) xalq yaradıcılığı (folklor) nümunələri; 

q) günün yenilikləri, müxtəlif hadisə və faktlar barədə informasiya xarakterli məlumatlar. 

M a d d ə   8 . Müəlliflik hüququnun yaranması. Müəlliflik prezumpsiyası 

1.  Əsəri yaradan şəxs onun müəllifi sayılır. Əsərə müəlliflik, digər sübutlar yoxdursa, adı altında açıqlanmış 

şəxsə məxsusdur. 

2. Müstəsna müəlliflik hüququnun sahibinin əsərə öz hüquqlarını bildirməsi üçün əsərin hər hansı nüsxəsində 

göstərilən və üç ünsürdən ibarət olan müəlliflik hüququnu qoruma nişanından istifadə etmək hüququ vardır: 

dairəyə alınmış S latın hərfi – ©; 

müstəsna müəlliflik hüquqlarının sahibinin adı (fiziki və hüquqi şəxslər); 

əsərin ilk dəfə dərc edildiyi il. 

3.  Əsərin anonim və ya təxəllüslə  dərc edildiyi hallarda (müəllifin təxəllüsünün onun şəxsiyyətini  şübhə 

altında qoymadığı hallar istisna olmaqla) əsərdə adı göstərilən naşir, digər sübutlar olmadıqda, bu Qanuna uyğun 

olaraq müəllifin nümayəndəsi sayılır və bu simada müəllifin hüquqlarını qorumaq və həyata keçirmək səlahiyyətinə 

malikdir. Bu müddəa müəllifin öz şəxsiyyətini açıqladığı və müəllifliyini bəyan etdiyi ana qədər qüvvədə qalır. 

4. Kütləyə çatdırılmış  və ya çatdırılmamış  əsərə müstəsna müəlliflik hüquqlarının sahibləri onu müəlliflik 

hüququnun qüvvədə olduğu müddətdə Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstə-

rən müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirə bilərlər. 

5.  Əsəri qeydiyyatdan keçirən hüquq sahibinə nümunəsi müvafiq icra hakimiyyəti orqanı  tərəfindən təsdiq 

edilmiş  şəhadətnamə verilir. Mübahisə yaranan hallarda, digər sübutlar olmadıqda, qeydiyyat haqqında  şəhadət-

namə məhkəmə tərəfindən müəlliflik prezumpsiyası kimi tanınır. 

M a d d ə   9 . Şərikli əsərlərə müəlliflik hüququ (şərikli müəlliflik) 

İki və ya daha çox şəxsin birgə əməyi ilə yaradılan əsərə müəlliflik hüququ (şərikli müəlliflik) həmin əsərin, 

ayrılmaz, bütöv və ya müstəqil  əhəmiyyətə malik olan ayrı-ayrı hissələrdən ibarət olmasından asılı olmayaraq 

birlikdə şərik müəlliflərə məxsusdur. 

Şərikli əsərlərdən istifadə hüququ bütövlükdə onu birgə yaratmış müəlliflərə məxsusdur. 

Şərikli  əsərin müəlliflərindən heç birinin əsaslı  dəlilləri olmadan digərinə  həmin  əsərdən istifadəni qadağan 

etməyə ixtiyarı yoxdur. 

Şərikli  əsərin müstəqil  əhəmiyyətli hissəsi həmin  əsərin digər hissələrindən ayrılıqda istifadə oluna bilərsə, 

müstəqil əsər kimi qəbul edilir. 

Aralarındakı müqavilədə başqa hal nəzərdə tutulmadıqda,  şərikli  əsərin müəlliflərindən hər birinin özünün 

müstəqil əhəmiyyət daşıyan hissəsindən öz istəyinə uyğun şəkildə istifadə etmək ixtiyarı vardır. 

Şərik müəlliflər arasındakı münasibətlər onların razılığı ilə müəyyən edilir. 

Şərikli  əsər müəlliflərinin hər birinin ayrılıqda həmin  əsəri Azərbaycan Respublikasının müəlliflik hüquqları 

sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirmək və əsərin qeydiyyatı haq-

qında  şəhadətnamə almaq, habelə öz hüquqlarının müdafiəsi ilə  əlaqədar, o cümlədən  əsərin hissələri ayrılmaz 

olduqda da müstəqil tədbirlər görmək hüququ vardır. 

M a d d ə   1 0 . Tərtib olunmuş (tərtibatçılıq) və kollektiv əsərlərə müəlliflik hüququ 

1. Topluların və  tərtib edilmiş digər  əsərlərin müəllifi (tərtibatçı) yaradıcılıq  əməyinin nəticəsi olan, mate-

rialların seçilməsi və ya düzümü şəklində olan əsərlərə müəlliflik hüququna malikdir. 

Tərtibatçı topluya daxil edilmiş  hər bir əsərin müəllifinin hüquqlarına riayət etməklə  həmin topluya müəllif 

hüququna malikdir. Toplulara daxil edilmiş əsərlərin müəllifləri, müəllif müqaviləsində başqa hallar nəzərdə tutul-

madıqda, öz əsərlərindən istədikləri qaydada istifadə edə bilərlər. 



 

84

Tərtibatçının müəlliflik hüququ digər  şəxslərin həmin materialları müstəqil surətdə seçmə  və düzmə yolu ilə 



yeni toplu yaratmasına mane olmur. 

2. Ensiklopediyaları, ensiklopedik lüğətləri, dövri və davamı olan elmi əsərlərin toplularını, qəzetləri, jurnal-

ları  və başqa dövri nəşrləri buraxan fiziki və hüquqi şəxslər belə  nəşrlərdən bütövlükdə istifadə etmək üçün 

müstəsna hüquqa malikdirlər. 

Naşirin belə nəşrlərdən hər hansı şəkildə təkrar istifadə olunarkən öz adını (təşkilatın adını) göstərmək, yaxud 

göstərilməsini tələb etmək ixtiyarı vardır. 

Kollektiv  əsərə daxil edilmiş  əsərlərin müəllifləri müəllif müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, 

bütövlükdə kollektiv əsərdən asılı olmayaraq öz əsərlərindən istifadəyə müstəsna hüququ saxlayırlar. 

M a d d ə   1 1 . Törəmə əsərlərə müəlliflik hüququ 

Tərcüməçinin və digər törəmə əsər müəlliflərinin etdikləri tərcüməyə, dəyişməyə, aranjemana və digər yenidən 

işlənmələrə müəlliflik hüququ tanınır. 

Tərcümə edilən, dəyişilən, aranjeman edilən, yaxud başqa cür yenidən işlənən əsərlərin müəlliflərinin hüquqları 

saxlanılmaqla, tərcüməçi və digər törəmə əsər müəllifi öz yaratdığı əsərə müəlliflik hüququndan istifadə edir. 

Tərcüməçilərin və digər törəmə əsər müəlliflərinin müəlliflik hüququ həmin əsərlərin başqa şəxslər tərəfindən 

tərcüməsinə və yenidən işlənməsinə mane olmur. 

M a d d ə   1 2 . Audiovizual əsərlərə müəlliflik hüququ 

1. Audiovizual 

əsərin müəllifləri (şərikli müəllifləri) aşağıdakılardır: 

quruluşçu rejissor; 

ssenari müəllifi; 

quruluşçu rəssam; 

quruluşçu operator

xüsusi olaraq audiovizual əsər üçün yaradılmış musiqili əsərin (mətnli, yaxud mətnsiz) müəllifi (bəstəkar). 

Audiovizual  əsərin ssenarisinin hazırlanmasında istifadə olunmuş, yaxud audiovizual əsər üzərində  iş prose-

sində yaradılmış  və ya audiovizual əsərin tərkibinə hissə kimi daxil edilmiş  əsərin müəllifi öz hissəsinə münasi-

bətdə audiovizual əsərin müəllifi sayılır. 

Öz əsərinin audiovizual əsərin tərkibinə daxil edilməsinə razılıq vermiş əsər müəlliflərinin audiovizual əsərin 

istifadəsini qadağan etmək və ya hər hansı şəkildə məhdudlaşdırmaq hüququ yoxdur. 

2. Audiovizual əsərin yaradılmasına dair müəlliflərlə filmin istehsalçısı (prodüseri) arasında bağlanmış müəl-

lif müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, müəlliflər tərəfindən bu müqaviləyə əsasən audiovizual əsərin 

istehsalçısına (prodüserinə) həmin  əsərin surətinin çıxarılması, yayılması, kütləvi ifası, kütləvi nümayişi, kabel 

televiziyası ilə kütləvi bildirişi, efirə verilməsi və ya hər hansı başqa  şəkildə kütləvi bildirişi, həmçinin mətnin 

subtitrləşdirilməsi və dublyaj edilməsi üçün müstəsna hüquqlar verilmiş olur. Göstərilən hüquqlar audiovizual əsərə 

müəlliflik hüququnun qüvvədə olduğu müddətdə qüvvədə qalır. 

Audiovizual əsər istehsalçının həmin əsərdən hər hansı şəkildə istifadə olunarkən özünün və ya təşkilatın adını 

göstərmək, yaxud göstərilməsini tələb etmək hüququ vardır. 

3.  Xüsusi olaraq audiovizual əsər üçün yaradılmış musiqili əsərin (mətnli, yaxud mətnsiz) müəllifi audiovizual 

əsərin kütləvi ifası zamanı öz musiqili əsərinin kütləvi ifasına görə müəllif qonorarı almaq hüququnu saxlayır. 

4. Audiovizual əsərin müəlliflərinin audiovizual əsərin orijinalının və ya nüsxələrinin kommersiya məqsədi ilə 

kirayəyə verilməsinə və ya digər üsullarla istifadə edilməsinə görə qonorar almaq hüququ vardır. Həmin qonorar bu 

əsərə hüquq sahibi və ya əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçi arasında bağlanmış 

müqavilədə nəzərdə tutulan şərtlərə uyğun olaraq ödənilir. 

M a d d ə   1 3 . Xidməti vəzifəsini, yaxud işəgötürənin xidməti tapşırığını yerinə yetirmək qaydasında 

yaradılmış əsərə müəlliflik hüququ 

1. Xidməti vəzifəsini, yaxud işəgötürənin xidməti tapşırığını yerinə yetirmək qaydasında yaradılmış  əsərə 

(xidməti əsər) müəlliflik hüququ xidməti əsərin müəllifinə məxsusdur. 

2. Xidməti əsərdən istifadəyə müstəsna hüquq, aralarındakı müqavilədə başqa hal nəzərdə tutulmazsa, müəlli-

fin əmək münasibətlərində olduğu şəxsə (işəgötürənə) məxsusdur. 

Xidməti əsərdən hər hansı formada istifadə olunarkən (xidməti əsərin təkrar nəşri, başqa dilə tərcüməsi, yeni-

dən işlənməsi və s.), xidməti əsər müəllifinin qonorar almaq hüququ vardır. Xidməti əsərdən istifadənin hər növünə 



Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə