Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə39/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   35   36   37   38   39   40   41   42   ...   258

 

79

12             



Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 



I  B Ö L M Ə 

 ÜMUMİ MÜDDƏALAR 

 

M a d d ə   1 . Qanunun məqsədi 



Bu Qanun Azərbaycan Respublikası  ərazisində elm, ədəbiyyat və incəsənət  əsərlərinin (müəlliflik hüququ), 

habelə ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin (əlaqəli hüquqlar) yaradılması və 

istifadəsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. 

M a d d ə   2 . Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunvericilik 

Müəlliflik hüququ və  əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan 

Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu qanundan, digər müvafiq 

normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 

Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə müəyyən edilmiş qaydalar bu 

Qanunla müəyyən edilmiş qaydalardan fərqli olduqda beynəlxalq müqavilənin qaydaları tətbiq edilir. 

M a d d ə   3 . Qanunun tətbiq sahəsi 

Bu Qanunun müddəaları aşağıdakılara şamil edilir: 

1) Azərbaycan Respublikasının vətəndaşı olan və ya Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri 

olan fiziki şəxsin, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi üzrə hüquqi şəxsin müəlliflik hüququna və ya 

əlaqəli hüquqlara malik olduğu elm, ədəbiyyat və incəsənət əsərləri, ifalar və fonoqramlar; 

2) Azərbaycan Respublikası ərazisində ilk dəfə dərc edilmiş (buraxılmış) elm, ədəbiyyat və incəsənət əsərləri 

və ya fonoqramlar. Əsər və fonoqram Azərbaycan Respublikasının hüdudlarından kənarda ilk dəfə dərc edildikdən 

(buraxıldıqdan) sonra 30 gün keçənədək Azərbaycan Respublikası ərazisində dərc edildikdə Azərbaycan Respub-

likasında da ilk dəfə dərc edilmiş (buraxılmış) sayılır; 

3) Azərbaycan Respublikası  ərazisində ilk dəfə edilmiş ifalar, yaxud bu maddənin ikinci bəndinin müddəa-

larına uyğun surətdə qorunan fonoqrama yazılmış ifalar, yaxud fonoqrama yazılmamış, lakin yayım təşkilatının bu 

maddənin dördüncü bəndinə uyğun surətdə qorunan verilişinə daxil edilmiş ifalar; 

4) Azərbaycan Respublikasının qanunvericiliyi üzrə hüquqi şəxs sayılan və verilişlərini Azərbaycan 

Respublikası ərazisində yerləşən ötürücülərin köməyi ilə həyata keçirən yayım təşkilatlarının verilişləri; 

5) Azərbaycan Respublikası ərazisində olan memarlıq əsərləri; 

6) Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrə uyğun olaraq qorunan digər elm, ədə-

biyyat və incəsənət əsərləri, ifalar, fonoqramlar və yayım təşkilatlarının verilişləri. 

7) Azərbaycan Respublikasının  ərazisində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqa-

vilələrə uyğun olaraq elə əsərlərə və əlaqəli hüquqlar obyektlərinə qorunma tətbiq edilir ki, mənşə ölkəsində həmin 

obyektlər üçün müəyyən edilmiş qorunma müddətləri bitməmiş olsun. 

Azərbaycan Respublikasının ərazisində müəlliflik hüququ və əlaqəli hüquqların qüvvədə olma müddəti mənşə 

ölkəsində müəyyən edilmiş qorunma müddətlərindən çox ola bilməz; 

8) bu qanunun müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq 

və ya qarşılıqlı prinsiplər əsasında Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı, əcnəbilərə və vətəndaşlığı 

olmayan şəxslərə də şamil edilir. 

M a d d ə   4 . Əsas anlayışlar 

Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaya malikdir: 

müəllif” – əsərin yaradıcısı olan fiziki şəxs, 

audiovizual əsər” – bir-biri ilə əlaqəli olub hərəkət təsəvvürü doğuran və müvafiq texniki qurğuların köməyi ilə 

görmə (eşitmə) qavrayışı üçün nəzərdə tutulan, təsvirlər silsiləsindən ibarət (səslə müşayiət olunan, yaxud olunmayan) 

əsər; audiovizual əsərlərə ilkin və sonrakı yazılma üsulundan asılı olmayaraq kinematoqrafiya əsərləri və kine-

matoqrafiya vasitələrinə bənzər vasitələrlə ifadə edilmiş digər əsərlər (tele-, videofilmlər, diafilmlər və s.) aiddir; 



 

80

məlumat bazası” – materialların seçilməsinə  və ya düzümünə görə yaradıcı  əməyin məhsulu olan və 



kompüterin (HEM-in) köməyi ilə tapıla və  işlənə biləcək  şəkildə sistemləşdirilmiş  məlumatların (məqalələrin, 

hesablamaların, faktların və başqa materialların) məcmusu; 

surətçıxarma” – əsərin və ya fonoqramın bir və ya daha çox nüsxəsinin hər hansı maddi formada, o cümlədən 

səs və videoyazı şəklində hazırlanması. Əsərlərin və ya fonoqramların elektron (rəqəmli də daxil olmaqla), optik və 

ya maşınla oxunan digər formada müvəqqəti, yaxud daimi saxlanma üçün yazılması da surətçıxarma sayılır; 

yazılma” – texniki vasitələrin köməyi ilə  səslərin və (və ya) təsvirlərin dəfələrlə qavramağa, surətini 

çıxarmağa, yaxud bildirməyə imkan verən hər hansı maddi formada əks olunması; 

audiovizual  əsər istehsalçısı” – belə  əsərin hazırlanması  təşəbbüsünü və  məsuliyyətini üzərinə götürmüş 

fiziki və ya hüquqi şəxs. Başqa sübutlar olmadıqda audiovizual əsərdə adı adi qaydada göstərilmiş fiziki və ya 

hüquqi şəxs audiovizual əsərin istehsalçısı sayılır; 



quruluşçu rejissor – audiovizual əsərlərin quruluşçusu və teatr, sirk, kukla, estrada, televiziya tamaşası  və 

digər tamaşanın quruluşunu həyata keçirən və ya bu cür tamaşalara quruluş verən şəxs



pirat məhsul – müəllifin və ya əlaqəli hüquqların sahibinin razılığı olmadan hazırlanmış (istehsal edilmiş) əsər 

və fonoqram nüsxələri; 

fonoqram istehsalçısı” – ifanın və ya digər səslərin ilk dəfə yazılması təşəbbüsünü və məsuliyyətini üzərinə 

götürmüş fiziki və ya hüquqi şəxs. Başqa sübutlar olmadıqda həmin fonoqramda və (və ya) onun qoyulduğu qutuda 

adı adi qaydada göstərilmiş fiziki və ya hüquqi şəxs fonoqram istehsalçısı sayılır; 

ifaçı” – rol oynayan, oxuyan, qiraət edən, deklamasiya deyən, musiqi aləti çalan və ya ədəbiyyat və incəsənət 

əsərlərini başqa şəkildə (o cümlədən estrada, sirk və ya kukla teatrı nömrələri) ifa edən aktyor, müğənni, musiqiçi, 

rəqqas və ya digər şəxs

kompüter” (hEM) – informasiyanı işləməyə qadir olan elektron və ya ona oxşar qurğu; 

kompüter proqramı” (HEM üçün proqram) – maşınla oxunan formada ifadə edilən və müəyyən məqsədə və 

ya nəticəyə nail olmaq üçün kompüteri hərəkətə  gətirən sözlər, kodlar, sxemlər və başqa şəkildə  təlimatlar məc-

musu. Kompüter proqramına həmçinin onun hazırlanması gedişində  əldə edilən hazırlıq materialları  və onun 

doğurduğu audiovizual təsvirlər də daxildir; 

kollektiv  əsər” – fiziki və ya hüquqi şəxsin təşəbbüsü ilə və rəhbərliyi altında onun öz adı ilə nəşr edilmək 

şərti ilə iki və ya daha çox fiziki şəxsin yaratdığı əsər; 

törəmə  əsər – tərcümələr, dəyişdirmələr, iqtibaslar, annotasiyalar, referatlar, xülasələr, icmallar, səhnə-

ləşdirmələr, aranjemanlar, elm, ədəbiyyat və incəsənət əsərlərinin yenidən işlənməsi; 

toplu” – materialların seçilməsinə  və düzülməsinə görə yaradıcılıq fəaliyyətinin nəticəsi kimi müstəqil 

əsərlərdən ibarət məcmuə. Belə məcmuələr (toplular) ensiklopediya və ya antologiya kimi əsər mənasını ifadə edir; 



“ənənəvi biliklər” – ənənəyə  əsaslanan  əqli fəaliyyətin nəticəsi olan və  nəsildən-nəslə ötürülərək qorunub 

saxlanılan elmi, ədəbi, bədii sahələrdə və sənaye sahələrində yeniliklər və yaradıcılıq nəticələri; 

əsərin açıqlanması” – müəllifin razılığı ilə  əsərin ilk dəfə kütləyə çatdırılması  məqsədi ilə  dərc edilməsi, 

kütləvi nümayiş etdirilməsi, kütləvi ifa olunması, efirə verilməsi və başqa üsullarla edilən hərəkət; 

dərc edilmə” (istifadəyə buraxılma) – əsərin müəllifinin və ya fonoqram istehsalçısının razılığı ilə  əsərin, 

fonoqramın kütlənin tələbatını ödəmək üçün dövriyyəyə buraxılması, elektron-informasiya sistemləri vasitəsi ilə 

əsərdən və fonoqramdan istifadəyə imkan yaradılması da dərc edilmə sayılır; 

yayım təşkilatının verilişi” – efir və ya kabel yayımı təşkilatının özünün və ya onun vəsaiti hesabına başqa 

təşkilatın yaratdığı veriliş. 

tətbiqi sənət əsəri” – əllə və ya sənaye üsulu ilə yaradılmış və praktik istifadə funksiyaları olan, yaxud praktik 

istifadə əşyalarına köçürülən incəsənət əsəri; 

fotoqrafiya əsəri” – fiksajlama texnologiyasından (kimyəvi, elektron və s.) asılı olmayaraq işıq şüalanmasının 

və ya başqa  şüalanmanın təsvir yaratmağa imkan verən üsulla fiksajlanması. Audiovizual əsərlərin ayrıca 

götürülmüş kadrı “fotoqrafiya əsəri” sayılmır; 

kütləvi ifa” – əsərlərin, ifaların, fonoqramların, yayım təşkilatlarının verilişlərinin həm canlı ifada, həm də 

müxtəlif texniki vasitələrin və proseslərin köməyi ilə (efirlə  və ya kabellə vermə istisna olmaqla) deklamasiya, 

oyun, oxu və başqa üsulla elə tərzdə təqdim edilməsidir ki, ailə dairəsinə və ya ailənin yaxın tanışları sırasına daxil 

olmayan şəxslər tərəfindən qavranıla bilsin; 

kütləvi nümayiş” – əsərin, ifanın yayım təşkilatının verilişinin orijinalının və ya bir nüsxəsinin bilavasitə, 

yaxud plyonkanın, slaydın, kadrın, yaxud başqa qurğuların və ya proseslərin köməyi ilə (efirlə və ya kabellə vermə 




Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə