Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə33/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   29   30   31   32   33   34   35   36   ...   258

 

67

(digər sərhədkeçmə sənədləri) və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş 



müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələri əsasında Azərbaycan Respublikasından gedə və Azərbaycan 

Respublikasına qayıda bilərlər. 

Əcnəbilərə Azərbaycan Respublikasına gəlmək yalnız aşağıdakı hallarda qadağan edilir: 

1)

 



milli təhlükəsizliyin, yaxud ictimai asayişin mühafizəsi mənafeyi tələb edirsə; 

2)

 



bu, Azərbaycan Respublikası  vətəndaşlarının və digər  şəxslərin hüquqlarının və qanuni mənafelərinin 

qorunması üçün zəruridirsə;  

3)

 

şəxs Azərbaycan Respublikasına əvvəlki gəlişi zamanı Azərbaycan Respublikası qanunlarının tələblərini pozmuşsa; 



4)

 

Azərbaycan Respublikasına kəlməsi haqqında vəsatət qaldırarkən şəxs özü haqqında yalan məlumat vermişsə



5)

 

ruhi və ya yoluxucu xəstəliklərə tutulmuş  şəxsin Azərbaycan Respublikasına kəlməsi  əhalinin sağlamlığı 



üçün təhlükə törədirsə (belə  təhlükə törətməyən və öz hesablarına, ya da qanuni qəyyumlarının və ya 

nümayəndələrinin maddi himayəsi ilə müalicəyə gələn şəxslər istisna təşkil edir) ; 

6)

 

şəxs əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmışsa; 



7)

 

şəxsin Azərbaycan Respublikasına daxil olması arzuolunmaz hesab edilmişsə. 



Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilələrə uyğun olaraq Azərbaycan Respublikasının 

Prezidentinin təklifi üzrə Azərbaycan Respublikasının Milli Məclisi  əcnəbilərin Azərbaycan Respublikasına 

kəlməsinin şəxsi pasporta əsaslanan vizasız (sadələşdirilmiş) qaydasını müəyyənləşdirə bilər. 

Əcnəbinin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti ona verilmiş vizada göstərilən ölkədə qalma 

müddəti ilə müəyyən edilir. 

Viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn  əcnəbinin Azərbaycan Respublikasında 

müvəqqəti olma müddəti 90 gündən artıq ola bilməz. Bu müddət bitdikdən sonra müvafiq icra hakimiyyəti orqanı 

tərəfindən  əcnəbinin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmamışdırsa, ona Azərbaycan 

Respublikasında müvəqqəti yaşamağa icazə verilməmişdirsə  və ya belə icazə verilməsi üçün ondan ərizə  qəbul 

edilməmişdirsə, o, Azərbaycan Respublikasının ərazisini tərk etməlidir.  

Əcnəbilərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması qaydaları müvafiq icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

Viza  əsasında və ya viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn və müvafiq icra 

hakimiyyəti orqanı  tərəfindən ölkə  ərazisində müvəqqəti olma müddəti uzadılmış  əcnəbi  şəxsi pasportunu (digər 

sərhədkeçmə sənədini) və müvəqqəti olma müddətinin uzadılması haqqında qərarı təqdim edərək dövlət sərhədinin 

buraxılış məntəqələrindən keçməklə ölkəni tərk edə bilər. 

Əcnəbilərin Azərbaycan Respublikasından getməsi aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 

1)

 



onların getməsi milli təhlükəsizliyin təmin edilməsi mənafeyinə zidd olarsa – bu əsas aradan qalxanadək; 

2)

 



onlar cinayət işi üzrə  şübhəli və ya təqsirləndirilən  şəxs qismində tanınmışdırlarsa – barələrində cinayət 

təqibi üzrə icraat başa çatanadək; 

3)

 

onlar cinayət törətdiyinə görə məhkum olunublarsa – cəza çəkməkdən azad olunana, yaxud cəzanı tam çəkənədək; 



4)

 

məhkəmədə onlara qarşı mülki iddia verilibsə – müvafiq olaraq Azərbaycan Respublikasının qanunve-



riciliyi ilə müəyyənləşdirilmiş qaydada mülki iş üzrə qərar qüvvəyə minənədək. 

Qanunvericiliklə  nəzərdə tutulmuş qaydada profilaktik peyvəndlərin aparılmaması Azərbaycan Respublika-

sında daimi yaşayan əcnəbilərin beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar 

çıxdığı dövlətlərarası müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəlişin dayan-

dırılması və ya məhdudlaşdırılması ilə nəticələnir. 

Azərbaycan Respublikasına gələn və Azərbaycan Respublikasından gedən əcnəbilər Azərbaycan Respublika-

sının Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada müvafiq dövlət orqanlarında qeydiyyatdan keçməlidirlər. 

M a d d ə  13. Giriş və tranzit vizaları 

Giriş vizası  əcnəbilərə Azərbaycan Respublikasının  ərazisinə ümumi qaydada gəlmək üçün verilir. Onun 

etibarlıq müddəti birdəfəlik giriş-çıxış üçün üç gündən üç ayadək, çoxdəfəlik giriş-çıxış üçün isə-bir ildən iki ilədək 

müəyyən olunur. Bu müddətdə vizadan istifadə olunmazsa o, qüvvədən düşür. 

Turistlərə birdəfəlik giriş-çıxış üçün vizalar verilir. Belə vizalarda ölkədə qalma müddəti 30 günədək müəyyən edilir. 

Bir və ya çoxdəfəlik tranzit vizası başqa ölkələrə gedən  əcnəbilərə Azərbaycan Respublikasının  ərazisindən 

keçmək üçün verilir. Tranzit vizasında gedişin dayanacaqsız olması haqqında qeyd və ya möhür olmazsa onun 

sahibinə Azərbaycan Respublikasında ən çoxu 5 gün qalmaq imkanı verilir. 



 

68

 



M a d d ə  14. Vizaların rəsmiləşdirilməsi 

Viza almaq üçün əcnəbilər gəlişin məqsəd və müddətini göstərməklə, viza verilməsi haqqında ərizə ilə (şəxsən 

və ya nümayəndəsi vasitəsilə) ölkəsində  və ya üçüncü ölkələrdə Azərbaycan Respublikasının səfirliklərinə  və 

konsulluqlarına, müvafiq icra hakimiyyəti orqanı  tərəfindən müəyyən edilmiş hallarda isə birbaşa müvafiq icra 

hakimiyyəti orqanına müraciət edərək, tələb olunan sənədləri və viza verilməsi üçün dövlət rüsumunun ödənilməsi 

barədə  qəbzi  ərizəyə  əlavə etməlidirlər. Viza rəsmiləşdirilməsi “Giriş-çıxış  və qeydiyyat” idarələrarası avtomat-

laşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir. 

Turistlər viza almaq üçün turizm şirkətləri vasitəsilə müraciət edirlər.  

Turizm  şirkətləri turistlərə viza almaq üçün elektron qaydada (internet vasitəsilə) müraciət edə bilərlər. Bunun 

üçün  əcnəbilərin yaşadığı ölkədəki Azərbaycan Respublikasının səfirliklərinə  və konsulluqlarına, Azərbaycan 

Respublikasının səfirlikləri və konsulluqları olmayan ölkələrdə yaşayan əcnəbilər üçün isə üçüncü ölkələrdə Azərbaycan 

Respublikasının səfirliklərinə  və konsulluqlarına müraciət edilir. Elektron qaydada viza almaq üçün səfirliklərin və 

konsulluqların internet informasiya ehtiyatlarında yerləşdirilmiş elektron ərizə-anket doldurularaq, şəxsin pasportunun, 

fotoşəklinin, dövlət rüsumunun ödənilməsi haqqında qəbzin və  səfərin turizm məqsədi ilə  həyata keçirildiyini təsdiq 

edən sənədlərin (turizm vauçeri və ya turizm yollayışı, sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və 

ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiq edən sənəd) skan edilmiş surətləri elektron qaydada səfirliklərə 

və konsulluqlara göndərilir. Sənədlər daxil olduqdan sonra onlara qanunvericiliklə müəyyən edilmiş qaydada və 

müddətdə baxılır və viza rəsmiləşdirilərək, elektron qaydada müraciət edənin elektron poçt ünvanına göndərilir. Viza 

verilməsindən imtina edildikdə, bu barədə əsaslandırılmış məlumat verilir.  

Elektron qaydada verilən viza pasporta yapışdırılmır və  sərhəd nəzarət-buraxılış  məntəqəsindən keçərkən 

turist tərəfindən pasportla birgə  təqdim olunur. Sərhəd nəzarət-buraxılış  məntəqəsindən keçərkən pasportda və 

vizada  şəxsin Azərbaycan Respublikasının  ərazisinə daxil olması  və Azərbaycan Respublikasının  ərazisini tərk 

etməsi barədə qeyd aparılır.  

Elektron qaydada verilən vizanın maşınla oxuna bilən xüsusi kodu olur. Elektron qaydada verilən viza 

blankının təsviri və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.  

Turistlərə viza almaq üçün turizm şirkətləri şəxsin sənədlərini həmçinin poçt vasitəsilə Azərbaycan Respub-

likasının səfirliklərinə və konsulluqlarına göndərə bilərlər. Sənədlər səfirliyə və ya konsulluğa daxil olduqdan sonra 

onlara qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılır və viza rəsmiləşdirilərək, şəxsin pasportu və 

digər sənədləri (səfirlikdə  və ya konsulluqda qalmalı  sənədlər istisna olmaqla) poçt vasitəsilə turizm şirkətlərinə 

qaytarılır. Viza verilməsindən imtina edildikdə, sənədlər müvafiq məktubla geri qaytarılır.  

Viza verilməsi üçün tələb olunan sənədlərin siyahısı,  ərizənin forması  və dövlət rüsumunun məbləği, habelə 

Azərbaycan Respublikasının səfirlikləri və konsulluqları olmayan ölkələrdə yaşayan əcnəbilərə viza alınması üçün 

müraciət olunmalı üçüncü ölkələrdə Azərbaycan Respublikasının səfirlikləri və konsulluqları barədə  məlumat 

müvafiq icra hakimiyyəti orqanının, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluq-

larının internet informasiya ehtiyatlarında yerləşdirilir. 

Viza verilməsi haqqında əcnəbilərin ərizələrinə əlavə edilən sənədlərin siyahısını Azərbaycan Respublikasının 

Xarici İşlər Nazirliyi, onlardan tutulan dövlət rüsumunun məbləği isə qanunla müəyyən edilir. 

Viza verilməsi haqqında  əcnəbilərin  ərizələrinə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ya 

Azərbaycan Respublikasının səfirlikləri və konsulluqları onlara müraciət olunduğu gündən  ən geci bir ay 

keçənədək, onların səfəri təcili müalicəsi, yaxud Azərbaycan Respublikasında yaşayan qohumunun ağır xəstəliyi və 

ya ölümü ilə bağlıdırsa, bu faktları  təsdiq edən sənəd təqdim olunduqdan ən geci 48 saat keçənədək baxırlar. 

Turistlərə viza verilməsi haqqında ərizələrə müraciət edildiyi gündən ən geci on beş iş günü keçənədək baxılır. Bu 

Qanunun 12-ci maddəsinin ikinci hissəsində  nəzərdə tutulmuş hallarda viza verilməsi haqqında xahiş, səbəbləri 

yazılı  şəkildə  ərizəçinin nəzərinə çatdırılmaqla rədd edilir və onun təkrar  ərizəsinə imtinanı doğuran səbəblər 

aradan qaldırıldıqdan sonra baxılır. 

Viza verilməsi haqqında ərizəyə baxılmasında süründürməçiliyə yol verilməsindən və ya ərizəyə baxmaqdan 

imtina edilməsindən əcnəbilər Azərbaycan Respublikasının müvafiq məhkəməsinə şikayət edə bilərlər. 

M a d d ə  15. Azərbaycan Respublikasına pasportsuz və ya vizasız gələn əcnəbilər 

Bu Qanunun tələblərini pozaraq pasportsuz, vizasız və ya etibarlı olmayan pasport və digər sənədlərlə 

Azərbaycan Respublikasının sərhədini keçən  əcnəbilər geri qaytarılırlar. Belə  şəxslərdən pasport və  sənədlərini 

yolda itirdiklərini bildirənlərin Daxili İşlər Nazirliyinin aparacağı təhqiqata qədər, lazım gələrsə, ən yaxın rayonun 

icra hakimiyyəti başçısının müəyyənləşdirəcəyi yerdə yerləşdirmək şərti ilə qəbul edilməsi mümkündür. 

M a d d ə  16. Bu Qanunu pozmağa görə məsuliyyət 

Pasporta yalan məlumatlar daxil edildikdə, pasport itirildikdə, qəsdən korlandıqda, oğurlandıqda, saxtalaş-

dırıldıqda, satıldıqda, qanunsuz hazırlandıqda və ya istifadə edildikdə, yaxud ölkədən getməyin və ölkəyə gəlməyin 



Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə