Azərbaycan respublikasinin


İstehlakçıların hüquqlarının pozulması



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə29/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   25   26   27   28   29   30   31   32   ...   258

 

59

M a d d ə   2 2 8 .  İstehlakçıların hüquqlarının pozulması 



228.0. İstehlakçıların hüquqlarının pozulmasına, yəni: 

228.0.1. məhsulun standartlaşdırılması  və keyfiyyəti, ölçü vasitələrinin tədavülə buraxılması  və saxlanması, 

onların işlədilməsi qaydalarının pozulmasına;  

228.0.2. saxlama müddəti ötmüş məhsulların satılmasına; 

228.0.3. standartların və dıgər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, 

işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə;  

228.0.4. qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmadan malların 

istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə; 

228.0.5. standartların, digər normativ sənədlərin tələblərinin pozulması nəticəsində insanların həyatı, sağlamlığı, 

əmlakı və ya ətraf mühit üçün təhlükəli məhsulun istehsalına və ya satılmasına, işin (xidmətin) görülməsinə; 

228.0.6. qüvvədə olan standartların, digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların satılmasına;  

228.0.7. lazımi xəbərdarlıq nişanı olmayan və ya təhlükəsiz istifadə qaydaları  və  şəraiti barədə  məlumat 

vərəqəsi olmadan qanunvericiliklə müəyyən edilmiş təhlükəli malların satılmasına; 

228.0.8. nəzarət olunmalı məhsulun müvafiq dövlət nəzarəti orqanlarından gizlədilməsinə

228.0.9. sertifikatlaşdırılmış malların, işlərin (xidmətlərin) sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş 

orqanların, sınaq laboratoriyalarının (mərkəzlərinin) dövlət reyestrinin aparılmamasına; 

228.0.10. dövlət reyestrinə daxil edilməyən, dövlət sınaqlarından və ya metroloji attestasiyadan keçməyən, 

habelə yoxlanmayan ölçü vasitələrinin tədavülə buraxılmasına; 

228.0.11. müəyyən edilmiş qaydada müvafiq icazə almadan mülkiyyət formasından asılı olmayaraq müəssisə, 

idarə  və  təşkilatlar tərəfindən ölçü vasitələrinin hazırlanmasına, təmirinə  və yoxlanmasına, habelə yoxlama 

metodlarının və qaydalarının pozulmasına; 

228.0.12. ölçü vasitələrinin işlədilməsi qaydalarının pozulmasına görə - 

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər dörd min manatdan beş min 

manatadək miqdarda cərimə edilir.  

M a d d ə   2 2 9 .  Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) habelə marka olmadan 

satılması, satış məqsədi ilə saxlanması, və ya istehsal binasının hüdudlarından kənara çıxarılması.  

Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan az miqdarda satılmasına, satış 

məqsədi ilə saxlanmasına və ya istehsal binasının hüdudlarından kənara çıxarılmasına görə –  

aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə fiziki otuz beş manatdan qırx manatadək miq-

darda, vəzifəli  şəxslər səksən manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan üç yüz 

manatadək miqdarda cərimə edilir. 

Qeyd: bu maddədə “az miqdarda” dedikdə, beş yüz manatadək olan məbləğ başa düşülür. 

M a d d ə   2 3 1 .  İstehlakçıları aldatma 

Mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlar, həmçinin ticarət (xidmət) sahəsində  fərdi sahibkar kimi 

qeydə alınmış  şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına dair istehlakçıların aldadılmasına 

görə, bu az miqdarda olduqda - 

vəzifəli  şəxslər beş yüz manatdan min manatadək miqdarda, hüquqi şəxslər iki min manatdan üç min 

manatadək miqdarda cərimə edilir.  

Qeyd: Bu maddədə “az miqdarda olduqda” dedikdə, qırx manatadək olan məbləğ başa düşülür. 

M a d d ə   2 3 5 .  Müəyyən edilməmiş yerlərdə malların satılması və ya işlərin (xidmətlərin) göstərilməsi 

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları  tərəfindən müəyyən edilməmiş yerlərdə 

malların satılmasına və ya işlərin (xidmətlərin) göstərilməsinə görə - 

on manatdan otuz manatadək miqdarda cərimə edilir. 

Maddə 236. Etil (yeyinti) spirti və alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması 

236.1. Ticarət və ya ictimai iaşə müəssislərinin işçiləri tərəfindən etil (yeyinti) spirti və alkoqollu içkilərin və 

ya tütün məmulatlarının satışı qaydalarının pozulmasına görə - 

on manatdan otuz beş manatadək miqdarda cərimə edilir. 

236.2. Ticarət və ya ictimai iaşə müəssislərinin işçiləri tərəfindən etil (yeyinti) spirti və alkoqollu içkilərin və 

ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə - 

on beş manatdan qırx manatadək miqdarda cərimə edilir. 



 

60

M a d d ə   2 3 7 .  Ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışı 



Ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışına görə - 

inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə fiziki şəxslər səkkiz yüz manatdan min 

manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir.   

Maddə 240. Malların alğı-satqısı, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi qaydalarının pozulması 

Malların alğı-satqısı, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi qaydalarının pozulmasına görə - 

on beş manatdan əlli manatadək miqdarda cərimə edilir. 

M a d d ə   2 4 0 - 1 .  Elektron ticarət haqqında qanunvericiliyin pozulması  

240-1.1. Elektron ticarətdə satıcı (təchizatçı) tərəfindən alıcıya (sifarişçiyə) və səlahiyyətli dövlət orqanlarına 

yanlış məlumatın verilməsinə görə –  

fiziki  şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli  şəxslər  əlli beş manatdan yetmiş 

manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir. 

240-1.2. Elektron ticarətdə elektron sənəd dövriyyəsi vasitəçisinin xidmət göstərərkən ötürdüyü, saxladığı 

informasiyaların ümumi monitorinqinin aparılması  və ya qanunsuz fəaliyyətin həyata keçirilməsini sübut etmək 

məqsədi ilə fəal surətdə faktların və ya təfərrüatların müəyyənləşdirilməsi üzrə hərəkətlərə məcbur edilməsinə və ya 

bu hərəkətlərin elektron sənəd dövriyyəsi vasitəçisi tərəfindən fərdi təşəbbüs qaydasında həyata keçirilməsinə görə –  

fiziki şəxslər otuz manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər yetmiş beş manatdan doxsan mana-

tadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.  

240-1.3. Elektron ticarətdə elektron sənəd dövriyyəsi vasitəçisi tərəfindən xidmət göstərdiyi alıcıların 

(sifarişçilərin), satıcıların (təchizatçıların) qanunsuz fəaliyyəti və ya qanunsuz informasiya ötürməsi barədə 

səlahiyyətli dövlət orqanlarına məlumatın verilməməsinə və ya səlahiyyətli dövlət orqanlarının müraciətinə əsasən 

xidmətlərin alıcılarının (sifarişçilərinin), satıcıların (təchizatçıların) müəyyənləşdirilməsinə imkan verən 

məlumatların təqdim edilməməsinə görə - 

fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər doxsan manat miqdarında, hüquqi 

şəxslər üç yüz manat miqdarında cərimə edilir. 

240-1.4.Elektron ticarətdə elektron sənəd dövriyyəsi vasitəçisi tərəfindən məhkəmənin qərarı  və ya qanun-

vericilikdə nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanının müraciəti əsasında hüquq pozuntularının qarşısının alın-

ması  məqsədi ilə göstərilən xidmətin dayandırılmamasına, informasiyanın saxlanılması xidmətinin göstərildiyi 

halda informasiyanın silinməməsinə və ya ona çıxışın məhdudlaşdırılmamasına görə - 

fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər doxsan manat miqdarında, hüquqi 

şəxslər üç yüz manat miqdarında cərimə edilir. 

M a d d ə   2 4 1 .  Ticarət, ictimai iaşə  və ya xidmət obyektlərinin istismarı  və ya yerləşdirilməsi 

qaydalarının pozulması 

Ticarət, ictimai iaşə və ya xidmət obyektlərinin istismarı və ya yerləşdirilməsi qaydalarının pozulmasına görə - 

fiziki  şəxslər on beş manatdan otuz beş manatadək miqdarda, vəzifəli  şəxslər qırx beş manatdan altmış 

manatadək miqdarda cərimə edilir. 

* * * 

İ y i r m i   b i r i n c i   f ə s i l  

 

GÖMRÜK QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR 



      M a d d ə   2 6 2 .  Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması 

Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində  əldə edilmiş  və qanunvericiliklə müəyyən edilmiş 

qaydada Azərbaycan Respublikasının müvəkkil olunmuş bankının hesabına məcburi qaydada köçürülməli olan 

xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə, bu az miqdarda olduqda - 

inzibati xətanın bilavasitə obyekti olan malların və  nəqliyyat vasitələrinin dəyərinin beş faizindən  əlli faizi-

nədək miqdarda cərimə edilir. 

M a d d ə   2 6 3 .  Gömrük nəzarəti zonası rejiminin pozulması 

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti zonasının 

sərhədlərindən keçməyə  və ya onun hüdudlarında hərəkət etməyə, istehsal və digər kommersiya fəaliyyəti ilə 

məşğul olmağa, yaxud gömrük nəzarəti zonası rejimini başqa şəkildə pozmağa görə - 




Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə